Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4165/2020 06.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı nümayəndəsi X3, vəkili X1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, x nömrəli MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia qaldıraraq, ona ödənilməmiş 35.000 manat pul, eyni zamanda 2009-cu ildə sökülmüş yaşayış sahəsinə görə ona veri lməli olan 105.000 manat məbləğində pulu 7 il (2016-cı ildə cavabdeh orqan tərəfindən ümumi məbləğdən 70.000 manat verilmiş, 35.000 manat borclu qalmışdır) qanunsuz olaraq özündə saxladığına görə, illik 5 faiz miqdarında cərimə pulu olmaqla 36.750 manat məbləğində pulun, həmçinin ümumi məbləğdən qalıq qalmış 35.000 manat pulu 3 il qanunsuz olaraq özündə saxladığına görə illik 5 faiz miqdarında cərimə pulu olmaqla 5250 manat, ümumilikdə isə 42.000 manat məbləğində cərimə pulunun və bu illər ərzində keçirtdiyi iztirab və sarsıntıya görə mənəvi ziyanın əvəzi olaraq 10.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Abdullayev) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia r ədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Səmədov (sərlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh MMC-ni iddiaya cavab verməli olmayan şəxs hesab etsə də bu xüsusatı lazımi qaydad a araşdırmamışdır. Bununla da maddi və prosessual hüquq normaları pozulmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər Tİ v ə MHQİ tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən x evi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Nəsimi rayon İcra Hakimiyyəti MKTB tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısına və X5 ünvanlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli məktubuların kserosurətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 137,28 kv.m., otaqların sayı 8 olan özbaşına tikilmiş ev Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli 012585 saylı qeydiyyat vəsiqəsi əsasında xun anası İddiaçı adına şəxsi mülk kimi qeydiyyata alınmışdır. Lakin, həmin evin həyətyanı sahəsindəki sahəsi 70 kv.m. olan tikili qeydiyyata alınmamış və son zamanlar həmin ərazidə Bakı şəhərinin Baş pla nına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sözügedən tikili də sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının müavini tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubun kserosurətindən görünür ki, xünvanında yerləşən, yaşayış sahəsi 137,28 kv.m., otaqların sayı 8 olan özbaşına tikilmiş və hal hazırda mövcud olan ev Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2002-ci il tarixli, 012585 saylı qeydiyyat vəsiqəsi əsasında İddiaçı adına şəxsi mülki kimi qeydiyyata alınmışdır. Lakin, həmin evin həyətyanı sahəsindəki 70 kv.m. olan özbaşına tikili qeydiyyata alınmamış və həmin ərazidə Bakı şəhərinin Baş planına əsasən müasir tələblərə uyğun olaraq aparılan abadlaşdırma və yenid ənqurma işləri ilə əlaqədar sözügedən tikili sökülmüşdür. Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh MMC tərəfindən xxx də heç vaxt hər hansı tikili və ya söküntü işləri aparılmamışdır. Cavabdeh MMC tərəfindən İddiaçı adında şəxsə heç vaxt hər hansı pul vəsaiti ödənilməmişdir və ya hər hansı pul vəsaitinin ödənilməsinə dair vəd və ya razılıq verilməmişdir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mülkiyyətində olan x ev və həmin evin həyətyani sahəsində yerləşən, sahəsi 70 kv.m özbaşına tikili Bakı şəhərinin Baş Planına əsasən abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar sökülmüşdür. Bununla əlaqədar iddiaçıya kompensasiya ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ona məxsus evin həyətyani s ahəsində yerləşən özabşına 70 kv.m yaşayış sahəsinin sökülməsinə görə cavabdeh tərəfindən 105.000 manat məbləğində pul verilməli olduğu halda, 2009-cu ildə sökülmüş olan yaşayış sahəsinə görə ona yalnız 2016-cı ildə Cavabdeh şirkəti tərəfindən 70.000 manat pul ödənilmiş, yerdə qalan 35000 manat məbləğində pul isə hazırki vaxtadək ödənilməmişdir. Bu səbəbdən iddiaçı həmin 35000 manat pulun, həmin pulun qanunsuz saxlanılmasına görə illik 5% miqdarında cərimə olmaqla 42000 manat pulun, həmçinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat pulun tutulması cavabdehdən barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iddia tələbi üzrə cavabdeh kimi Cavabdeh MMC qoyulsa da, həmin hüquqi şəxs tərəfindən xxx də heç vaxt hər hansı tikint i və ya söküntü işləri aparılmamış, İddiaçı hər hansı pul vəsaiti ödənilməmiş və ya hər hansı pul vəsaitinin ödənilməsinə dair vəd və ya razılıq verilməmişdir. Eyni zamanda tərəflər arasında iddiaçının həyətyani sahədə yerləşən tikililərin sökülməsi ilə əlaqədar 105.000 manat məbləğində pulun kompensasiya şəklində verilməsinə dair hər hansı razılaşmanın bağlanması ilə bağlı sübutlar da təqdim olunmamışdır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının hazırkı tələbi, tələbə cavab verməli olmayan tərəfə, yəni Cavabdeh MMC-yə qarşı yönəldiyindən, həmin hüquqi şəxs hazırkı iddia üzrə cavabdeh kimi subyektiv vəzifələr daşıya bilməz.Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. İddiaçının cavab deh qismində göstərdiyi Cavabdeh MMC isə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində hazırkı iddiaya cavab verməli olan subyekt olaraq qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. x nömrəli
Məhkəmə qərarları › İş №2(102)-4165/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4165/2020
06.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver