Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4168/2020 10.08.2020 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Mehparə Əhmədova İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Respublika Xammal və X3 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə qarşı “ekspert rəyinin və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-2183/2020 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və X1 tərəfindən birgə verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)2183/2020 nömrəli qət naməsi ilə üçüncü şəxs “xxxx” BOKT ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4876/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və X1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-2183/2020 nömrəli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. Kasasiya şikayəti öyrənilərkən müəyyən olundu ki, kasasiya şikayəti ilə müraciət edən şəxslərdən X1 iş üzrə tərəf və ya üçüncü şəxs olmamış, lakin kasasiya şikayətində iddiaçı kimi qeyd edilmiş, şikayət İddiaçı1 ilə yanaşı onun tərəfindən də imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 403.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qət namələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa assasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 408.3-cü maddəsinə əsasən kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, kassasiya şikayəti İddiaçı1 ilə yanaşı, statusu müəyyən edilməyən şəxs (X1) tərəfindən imzalandığına görə icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birli kdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 403, 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı1 və X1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-2183/2020 nömrəli qətnaməsindən birgə verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-4168/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-4168/2020
10.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver