Məhkəmə qərarları › İş №2(102)-4169/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4169/2022

04.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4169/2022 04.07.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsinin bağlanması, qazın verilişinin bərpa edilməsi, zərərin əvəzinin ödənilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia tələbi qismən təmin edilərək, təbii qazdan istifadəyə görə ünvan 1 ünvanında yerl əşən 25 saylı fərdi yaşayış evi hesablanmış 4114 (dörd min yüz on dörd) manat borc məbləği İddiaçı aid edilməməsi, iddiaçı ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin bağlanması və ünvan 2 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evinə qaz təchizatının Cavabdeh tərəfindən təmin olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov, Q.Əsgərov, iş № 2(103)2500/2022) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi 28 mart 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2 maddəsinə əsasən iddia ərizəsi verilərkən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin qanunun 8.6 maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 9 iyul 2021-ci il tarixli Qanununun keçid müddəalarına görə, Qanun 2021-ci il oktyabrın 1dən qüvvəyə minir. Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Beləliklə, iddianın qiyməti 8200 manat olduğundan iddiaçının ödəməli olduğu rüsum 102 manat, buna müvafiq olaraq kassatorun ödəməli olduğu rüsum məbləği 51 manat olmuş, lakin kassator 15 manat rüsum ödəmişdir. Beləliklə, kassasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun tam ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dğvlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və MPM-nin 404-1.2, 402 və 408.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar