Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2500/2022 28.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsinin bağlanılması, qazın verilişinin bərpa edilməsi, zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2685/2021 saylı mülki iş üzrə 09 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz” İB-nin üzərinə İddiaçı ilə yeni alqı-satqı müqaviləsi bağlanılmaqla və abonent kodu verilməklə istehlakçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə qaz təchizatının bərpa edilməsi vəzifəsinin qoyulması, cavabdeh "Azəriqaz” İB-dən İddiaçı xeyrinə 7200 manat pul maddi zərərin əvəzi kimi, 1000 manat pul isə mənəvi zərərin əvəzi kimi tutularaq ödənilməsi, iddiaçının vəkilinin göstərdiyi yardıma görə ödədiyi 200 manat pul və dövlət büdcəsinə ödədiyi 30 manat pulun cavabdeh "Azəriqaz”” İB-dən tutularaq İddiaçı ödənilməsi, cavabdeh "Azərqaz” İB ilə X16 arasında bağlanılmış alqı-satqı müqaviləsinə görə abonent kodu-**********00000, 23.11.2015-ci il tarixində quraşdırlmış Smart G-4 İTRON DİAFRAQMA tipli sayğac üzrə yaranmış 4114 manat manat borc adı çəkilən tərəflərin özlərinə aid edilməsi və ya silinməsi, bu vəsaitin iddiaçıdan tutulmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 76 nömrəli reyestr kitabının 6818 nömrəli vərəqində 08.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Bakı şəhər Xəzər (əvvəlki Əzizbəyov) Rayon Məhkəməsinin 2(003)-1933/2009 saylı 22.12.2009-cu il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdehlər X7, X8 və X3 yetkinlik yaşına çatmayan övladları - X12, X13, X21 və X14 ilə birlikdə iddiaçı X1 mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3-də yerləşən 25 nömrəli evdən və həmin evə aid torpaq sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, cavabdehlərin və onların yetkinlik yaşlarına çatmayan övladlarının yuxarıda qeyd olunan ünvan üzrə qeydiyyatları ləğv edilməklə, onların həmin ünvanda yerləşən evdən və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir; (003)-1933/2009 saylı 22.12.2009-cu il tarixli qətnaməsindən cavabdehlər apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-6456/2014 saylı 22.12.2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamış və Ali Məhkəmənin Mülki Kollegiyasının 2 (102)-2462/2015 saylı 09.06.2015-ci il tarixli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin olunmamış, Bakı şəhər Xəzər (əvvəlki Əzizbəyov) Rayon Məhkəməsinin 2(003)-1933/2009 saylı 22.12.2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Xəzər rayon icra və probasiya şöbəsinin icra məmurları T.Bayramov, A.Nəcəfov, iş üzrə tələbkar X2, cavabdeh X17,Xəzər PRİ 1-ci polis çölməsinin sahə müvəkkiliu Nəbi Orucov, hal şahidləri X18 və X22 tərəfindəntərtib edilmiş 21.02.2018-ci il tarixli aktla borclu şəxslər Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı evdən əşyalarını çıxararaq evi tələbkara təhvil vermişlər. İcra zamanı icra hərəkətlərinin aparılması ilə bağlı tərəflərdən heç bir ərizə və şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalanmışdır; İddiaçı "Azəriqaz” İB-yə ünvanlanan 28.01.2020-ci il tarixli məktubuna əsasən, ərizəçi ona məxsus evin qaz təşhizatının təmin edilməsi və onunla abonent müqaviləsi bağlanmasını xahiş etmişdir; "Azəriqaz” İB-nin İddiaçı ünvanlanan 29.01.2020-ci il tarixli "Müraciətə baxılması barədə” məktubu ilə, İddiaçı qaz təçhizatının bərpa olunaraq onunla müqavilə bağlanmasl barədə müraciəti baxılması üçün Bakı Regional Qazın Satışı Departamentinə göndərilmişdir; Bakı Regional Qazın Satışı Departamentin İddiaçı ünvanlanan 06.02.2020-ci il tarixli "Müraciətə baxılması barədə” məktubu ilə, qaz təçhizatının alqı-satqı müqaviləsinin bağlanması üçün "ASAN Kommunal” Mərkəzinə müraciət etməsi tövsiyə edilmişdir; abonent məlumatları ilə, Taleh Rəhmanovun **********00000 saylı abonent kodu üzrə İTRON borcu 4114,1 manat təşkil edir, sayğac 06.06.2016-cı ildə bloka salınmışdır, "kənar təsir nəticəsində sayğacın klapanı sındırılıb, kipləşdirici aşkar olunmadı” barədə blok qeydi aparılmışdır; 27.04.2018ci il tarixli "təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktla Taleh Rəhmanova məxsus fərdi yaşayış evində baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və kənar xəttin kəsilməsi tələb edilmişdir; Azəriqaz» İB-nin 30.04.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair qərarı ilə, ünvan 3 ünvanında Taleh Rəhmanova məxsus **********00000 saylı abonent kodu üzrə sayğacdan kənar qazz xəttinin aşkar olunması səbəbi ilə sayğacdan kənar qaz xəttinin ləğv edilməsi və itirilmiş təbii qazın bərpası üzrə ümumilikdə 1990 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır; 02.02.2021-ci il tarixli X5 "Abonent saldosu” ilə, onun **********00000 saylı abonent kodu üzrə 2018-ci ilin noyabr ayı üçün 3624,70 manat məbləğində borc yazılmışdır (iş.səh.10, 11, 14, 22, 32-34, 36-39). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2685/2021 saylı mülki işi üzrə 09.04.2021-ci il tarixli qətnaməsi ilə İddia tələbi qismən təmin edilməsi, təbii qazdan istifadəyə görə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evi (abonent kodu **********0000) hesablanmış 4114 manat borc məbləği İddiaçı aid edilməməsi, İddiaçı ilə "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nin bağlanması və ünvan 4 ünvanında yerləşən 25 saylı fərdi yaşayış evinə qaz təchizatı Cavabdeh tərəfindən təmin olunması, Cavabdehndən hüquqi yardım xidmət göstərilməsinə görə ödənilmiş xidmət haqqının əvəzi oaraq 200 manat və ödənilmiş dövlət rüsuunun əvəzi olaraq 30 manat məbləğində pul İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 560.1; "Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11; "Qazdan istifadə Qaydalarının” 1.3, 6-4, 6-5; "Təbii inhisar” haqqında Azərbaycan Respublikası Qanununun 1.2, 10; İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 13, 17; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.1, 107, 119.1, 121.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, döngə 3, 25 saylı ev 08.11.2014-cü il tarixli, çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir, evin keçmiş sakinləri 21.02.2018-ci il tarixə kimi evi əsl mülkiyyətçisinə təhvil verməkdən imtina etmişlər. Həmin ünvan üzrə qaz təchizatının alqı satqı müqaviləsi Azəriqaz İB ilə X15 arasında bağlanmış, sonuncunun **********00000 saylı abonent kodu üzrə 2018-ci il üçün borc məbləği 4114,07 manat təşkil edir və həmin məbləğ hazırkı mülkiyyətçi İddiaçı tələb edilir. Bununla belə, X5 **********00000 saylı abonent koduna hesablanmış 4114,07 manat məbləğində borc İddiaçı tələb edilməsinə əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İddia tələbinin "evə qaz təchizatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və borcun RəhmanovTaleh Vəlhət oğluna aid edilməsinə” dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı borc hesablanmış fərdi yaşayış evinin 08.11.2014-cü il tarixdən mülkiyyətçisi olsa da, həmin evdən keçmiş sakinlər məcburi qaydada 21.02.2018-ci il tarixində çıxarılmış, ev həmin tarixdə iddiaçıya təhvil verilmişdir, bu da, həmin tarixədək hesablanmış borc məbləğinin iddiaçıdan tələb edilməsini istisna edən hal kimi qiymətləndirilməlidir. Həmin tələb hissəsi ilə bağlı həmçinin məhkəmə qeyd edir ki, mövcud borc məbləği iddiaçının qazdan istifadə etməsi nəticəsində yaranmadığından və iddiaçı mübahisələndirilən ünvana borcun yaranmasından sonra köçdüyündən onun mülkiyyətçisi olduğu hazırkı mənzilə qaz təchizatı təmin olunmalı (və ya bərpa olunmalı) və müvafiq müqavilə bağlanmalıdır. Digər tərəfdən, həmin fərdi yaşayış evinə hesablanmış borc məbləği dövründə ev keçmiş sakin abonent V.Rəhmanovun sahibliyində olduğundan və qazdan istifadə o və digər ailə üzvləri tərəfindən həyata keçirildiyindən, təbii qazın istifadəsi nəticəsində yaranmış borc məbləği iddiaçıya deyil, evin keçmiş sakini olan abonent X9 aid edilməlidir. Məhkəmə, iddia tələbinin "maddi və mənəvi zərər” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə sübutetmə yükü ilə bağlıdır, iddiaçı cavabdehin hüquqa zidd əməli, iddiaçıya vurulmuş ziyanın aradan qaldırılması və öz hüquqlarının bərpası məqsədilə çəkmiş olduğu xərclərin yaranmasına, o cümlədən, mənəvi satsıntıya və şüura təsir göstərən mənfi reaksiyaya səbəb olan, həmçinin iddiaçıya maddi zərər vurulmasına dair hallara gətirib çıxarması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya müəyyən edilməsi üçün əsas olan hallar olmadığından iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz.İddia tələbinin "hüquqi xidmətlərin göstərilməsinə görə 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqixidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi iddia tələbinin qiymətinə nisbətdə ağlabatan məbləğdə müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, bu zaman hüquqi xidmətin məbləği iddia tələbinin qiymətinə müvafiq olaraq müəyyən olunmalıdır. Belə olan halda, bu məqsədlə ödənilmiş 200 manat ağlabatan məbləğdə kimi nəzərə alınmalıdır.Cavabdehin "İddiaçı "Azəriqaz İB ilə müqavilə bağlanmadan məhkəməyə müraciət etməsinin əsassız olması” barədə dəllillərinə münasibətdə iddiaçının abonent müqaviləsinin bağlanması barədə cavabdeh təşkilata müraciət etməsinə baxmayaraq onunla abonent müqaviləsi bağlanmamışdır ki, bu da iş materialları ilə müəyyən olunmuş hal olmaqla cavabdehin dəlillərinin əsaslı olmadığını göstərir. Cavabeh apellyasiya şikayəti verərək qətnamənin qismən- iddia tələbinin təmin edilmədiyi hissədə ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 21.1, 21.2, 21.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə iclasında cavabdehin nüamyəndəsi qismində çıxışan edən Namiq Vəliyev bu xüsusa diqqət yetirərək abonent saldosunda adın başqa ad olduğunu, belə olan halda İddiaçı borcun silinməsi kimi tələbləri irəli sürmək üçün subyektiv hüququnun olmadığını bildirmişdir.Belə ki, İddiaçı məhkəmə iclasında **********00000 abonent kodunun X10 məxsus olduğunu bildirmiş, lakin Məhkəmə bu faktın üzərindən keçmişdir. 1) Mübahisələndirilən borc məbləği istehlakçı (abonent) X10 məxsus olmuşdur. 2) Mübahisələndirilən borc məbləğinin silinməsini xahiş edən İddiaçı müvafiq mülki iş üzrə iddia tələb hüququ olmamışdır və məhkəməyə müraciət etmək hüququ rəsmi sənədlərlə də təsdiq edilməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X19 apellyasiya şikayətini müdafiə edərək, 2016-2021-ci ilədək qaz xəttinə kənar xəttlə qoşulduqlarını,bununla bağlı akt tərtib etdiklərini, bu xətt sayəsində 4110 manat borc məbləğinin yarandığını, abonentin bu vaxta qədər heç bir ödəniş etmədiyini, borcun ödənilməsinin həmin mənzildə yaşayan şəxsin məsuliyyətində olduğunu bildirmişdir . Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, onların həmin mənzilə Bakı şəhər Xəzər (əvvəlki Əzizbəyov) Rayon Məhkəməsi 22.12.2009-cu il tarixli qətnaməsinin icra edilməsi nəticəsində 26.02.2018-ci il tarixdən sonrakı dövrlərdə köhnə sakinlərin çıxarıldıqdan və evi təmir etdirdirdikdən sonra köçdüklərini, aktların həmin vaxtdan əvvəl tərtib edildiyini,borcun onların deyil mənzilin əvvəlki sahibinə məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. İddiaçı hazırki halda evin mülkiyyətçisidir və qazla təmin edilməsi üzrə subyektiv hüquqa malikdir. Ona görə apellyasiya şikayətinin yeganə olan bu dəlili əsassızdır. Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2685/2021 saylı mülki işi üzrə 09.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2500/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2500/2022
28.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver