Məhkəmə qərarları › İş №2(102)-417/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-417/2025

25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-417/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi, delikt öhdəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1934/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 03.10.2022-ci ildə Mercedes Benz S 320 markalı **-MH-*** dövlət qey diyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilərək, İddiaçı idarə etdiyi KİA Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 25.370 manat maddi ziyan, hüquqi yardıma görə ödənilmiş 500 manat, həmçinin 2.000 manat mənəvi ziyanın və məhkəmədə iddia qaldırılmasına görə ödənilmiş 185 manat, cəmi 28.055 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 03 oktyabr 2022-c i il tarixdə iddiaçı Sabunçu rayonu Pirşağı qəsəbəsi ilə mülkiyyət hüququ üzrə özünə məxsus olan KİA Stinger markalı, **-XO-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən sonradan adını bildiyi Cavabdeh3 idarə etdiyi Mercedes Benz S 320 markalı, 99MH752 dövlət nömrə nişanlı avtomaşın qəflətən yoluna çıxmış və iddiaçını vurmuşdur. Baş vermiş hadisə zamanı iddiaçı xəsarət almasa da hadisədən bərk qorxmuş və mənəvi sarsıntı keçirtmişdir. Həmin vaxtı iddiaçının avtomobilinə ciddi ziyan dəymişdir. Çünki iddiaçının yoluna çıxan Cavabdeh3 idarə etdiyi Mercedes Benz S 320 markalı avtomaşın iddiaçını vurduqdan sonra idarəetməni itirmiş və maşını daş hasara çırpılmış, yeni aldığı avtomobilinə ciddi zərər dəymişdir. Dəymiş zərərin müəyyən edilməsi ilə bağlı müstəqil ekspertə də müraciət etmiş və bu barədə rəy tərtib olunmuşdur.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli rəydən görünür ki, iş materiallarında olan müstəqil ekspert Ə.Əhmədov tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı KİA Stinger markalı, **XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 25.370 manat müəyyən edilir.

5. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1183/2023 nömrəli, 20 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilmiş, Cavabdeh3 vurulmuş maddi zərərə görə 25.370 manat, mənəvi zərərə görə 300 manat, hüquqi yardımla əlaqədar 500 manat xidmət haqqı və ödənilmiş 173.70 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, qalan 11.30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi 50 (əlli) manat ekspertiza xərcinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.

7. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 avtomobili etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyinə vermişdir. 03 oktyabr 2022-ci il tarixdə Cavabdeh3 Cavabdeh2 yanında olmaqla avtomobili idarə edərkən hadisəni törətmişdir. İş materiallarında görünür ki, Cavabdeh3 təqsiri qanunla müəyyən edilmiş qaydada öz təsdiqini tapmışdır.

8. Beləliklə, delikt törədən şəxsin Cavabdeh3 olması müəyyən olunur. Ona görə də məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə vurulmuş zərərə görə Cavabdeh3 məsuliyyət daşıyır.

9. Məhkəmə iddiaçıya dəymiş ziyanın həcmini müəyyən edərkən iş üzrə təqdim edilmiş ekspert rəyini sübut qismində qəbul etmiş və iddia tələbinin tam həcmdə, yəni 25.370 manat məbləğində təmin edilməsini qanuni hesab etmişdir. İddiaçı avtomobillə toqquşma nəticəsində qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun yüksək dərəcəli mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Aldığı xəsarətlərlə keçirdiyi mənəvi iztirablarla yanaşı, hadisədən dərhal sonra cavabdehin hərəkətləri nəticəsində müxtəlif orqanlara müraciət etməsi onun şüurunda və səhhətində mənfi psixoloji reaksiyaya səbəb olm uşdur. Məhkəmə vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 300 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab etmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onun hüquq və mənafeyini pozmuş, onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüquq və azadlıqlarını həyata keçirməyinə şərait yaratmamışdır. Məhkəmədə müdafiə olunmaq hüququnu təmin etməmişdir. Belə ki, Şuşa rayonundan məcburi köçkündür və Bakı şəhəri Pirşağı qəsəbəsində məskunlaşıb. Ona məhkəmə bildirişi gəlib çatmamışdır. Avtoqəza törədən iddiaçı olmuşdur və o, onun yoluna çıxaraq onun avtomobilini vurmuşdur. Nəticədə o, ağır xəsarət almış və dərhal xəstəxanaya yerləşdirilmişdir. Uzun müdət xəstəxanada müalicə alıb. Buna görə də öz hüquqlarından istifadə edə bilməyib. X3 əməkdaşları onun iştirakı olmadan onun xəbəri olmadan yol hərəkəti haqqında qanunun tələblərinin pozulması haqqında inzibati təqsiri onun ayağıma yazmış və barəsində qanunsuz inzibati xəta haqında protokol tərtib etmişdir. İddiaçı da həmin protokolu əlində əsas götürərək məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə onun iştirakını təmin etmədən, işi araşdrmadan onun məhkəmə müdafiəsi hüququnu pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə iş üzrə yekun nəticəyə gələrkən, mülki işin faktiki hallarını yəni təqsirin kimdə olması, iddiaçının avtomobilinə həqiqətənmi o qədər zərər dəyməsini aydınlaşdırmamışdır. İddiaçının avtomobilinə 29641 manat zərər dəyməsi ilə bağlı qüsur aktı və onun əsasında hazırlanmış ekspert rəyi heç də həmin avtomobilə o qədər məbləğdə zərər vurulması anlamına gəlməməlidir.

13. Məhkəmə Ekspertiza Mərkəzinin 13 sentyabr 2024-cü il 3-16-xx/xx/3243/2024 saylı rəyinə əsasən avtomobilin hadisə baş verən tarixə və hazırkı dövrə olan təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilmişdir: dəyişilməli hissələrin qiyməti - 16069,00 manat, təmir-bərpa işlər inin qiyməti 2520,00 manat, cəmi 18589,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə onların qiyməti - 13799,00 manat, təmirbərpa işlərinin qiyməti 2520,00 manat, cəmi 16319,00 manat.

14. Apellyasiya baxışı zamanı təqdim olunmuş PXA121121 nömrəli sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişi edilmişdir və bu, işin mübahisəsiz halıdır.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Akif İsgəndərov sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Məhəmməd Rüstəmli) 2(103)-1934/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli qətnaməsi avtomobilə dəymiş ziyana görə Cavabdeh3 İddiaçı xeyrinə tutulan zərərin məbləği hissəsində dəyişdirilərək həmin məbləğ 11319 (on bir min üç yüz on doqquz) manat müəyyən edilmişdir.

16. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan zərərin məbləği hissəsində dəyişdirilməlidir.

17. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş üzrə təkrar məhkəmə-əmtəəşünasləq ekspertizası təyin olunması barədə vəsatət vermiş və məhkəmə işin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə bu vəsatəti təmin etmişdir.

18. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya baxışı zamanı əldə olunmuş 13 sentyabr 2024-cü il tarixli ekspert rəyində göstərilən məlumatlar əsas götürülməli və cavabdeh tərəfindən avtomobilə dəymiş ziyana görə iddiaçıy a ödənilməli olan pulun məbləği ödənilmiş sığorta məbləği çıxılmaqla (16319-5000) 11319 manat müəyyən edilməlidir.

19. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcllənin 21, 1096.1, 1096.2, 1097.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh3 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən iddiaçıya dəymiş zərər 5000 manat müəyyənləş dirilərək, bu ödəniş iddiaçıya tam şəkildə ödənilsə də qeyd edilənlər məhkəmə tərəfindən nəzərə alınmamış, cavabdehin üzərinə 11319 (16319-5000=11319) manat məbləğində zərərin ödənilməsi öhdəliyi qoyulmuşdur. Halbuki, iddiaçıya dəymiş zərərin məbləği sığorta şirkəti tərəfindən tam müəyyənləşdirilməklə ödənilmişdir. Belə ki, məhkəmə prosesləri zamanı dəymiş ziyanın müəyyən edilməsi üçün bir neçə dəfə ekspertiza təyin edilsə də həmin ekspertlər tərəfindən bir birindən fərqli rəylər verilməklə, dəymiş zərərin məbləğləri də bir-birindən əsaslı dərəcədə fərqli göstərilmişdir.Bundan əlavə, icbari sığorta şirkəti iddiaçıya dəymiş zərərin əvəzini tam həcmdə ödəmiş, bununla əlaqədar cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi olmamışdır. Həmçinin iddiaçı əsassız mülki iddia tələbi ilə məhkəməyə müraciət edərək, onun maddi vəziyyətini ağırlaşdıran müvafiq məhkəmə aktının qəbul olunmasına nail olmuşdur. Məhkəmə təqsirin kimdə olması məsələsini araşdırmağa ehtiyac görməmiş, onun ağır xəstə vəziyyətində olduğu zamanlarda, onun iştirakı olmadan tərtib edilmiş, sağlamlıq vəziyyətinin imkan verməməsi ilə əlaqədar mübahisələndirə bilmədiyi tam qanunsuz inzibati xəta haqqında protokola əsaslanaraq onun əleyhinə qətnamə qəbul etmişdir. Halbuki, mülki qanunvericilikdə delikt nəticəsində dəymiş zərərlə bağlı, həmin zərərin ödənilməsi ilə bağlı konkret şərtlər nəzərdə tutulmuşdur. Həmin şərtlər müvafiq qanunvericilik normalarının dispozisiyasını təşkil etməklə zərərin ödənilməsinin kimə aid edilməsi hissəsində mütləq məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

22. Kassasiya şikayəti Mülki Məcə lləsinin 1096.2-ci və 1097-ci maddələrinə, İcbari Sığorta haqqında AR Qanununun 4.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 9, 14,77, 88, 106 və 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına və “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt ) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusu ilə iddiaçının əmlakına maddi zərər vurmuşdur. Belə olan halda iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Qanuna əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran tə qsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 24-26).

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razıl aşır.

38. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1934/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar