Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4176/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ilk və Cavabdeh İbragim Srapylova qarşı «kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏRAR iş № 2(102)-4176/22 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prossesual müddətin bərpası 25 iyul 2022-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 19 may 2022-ci i l tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. Şəki Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(075)-1066/2021 saylı (bundan sonra – birinci instansiya məhkəməsinin) qətnaməsi ilə ( hakim P.Hacıyev) ilk iddia təmin edilmiş, Cavabdeh 110000 (bir yüz on min) ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi, Cavabdeh «İddiaçıla arasında bağlanmış olan 16 may 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməsi qət edilmişdir.
4. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermişdir. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)224/2022 nömrəli qətnaməsi ilə (hakimlər M.A.Əsədlinın sədriliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibarət tərkibdə) C avabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 may 2017-ci il tarixli, 3M-304 reyestr nömrəli kredit müqaviləsinin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi qət edilmişdir.
6. Həmin qətnamədən İddiaçı xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti vermişdir.
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2022-ci il tarixli, 2(107)224/2022 saylı qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)-224/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Q ərardad onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti, Mülki Prossesual Məcəllənin 408.1.7-ci maddəsinin tələblərinə uyğun olmadığından, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır.
8. Sonradan iddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə təkrar kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası edilməsinə dair ərizə ilə müraciət etmişdir.xx.xx.2022-ci il tarixdə isə həmin kassasiya şikayətinin elektron kabinet vasitəsilə elektron imza ilə təsdiq edilmiş qaydada kabinetə yükləmişdir.
9. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının(hakimlər M.A.Əsədlinın sədriliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovdan və A.A.Mahmudovdan ibar ət tərkibdə) 2(107)-224/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qərardadı ilə iddiaçının müddətin bərpası edilməsinə dair ərizəsi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)-224/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Qərardad onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2022-ci il tarixli, 2(107)-224/2022 saylı qətnaməsinin surəti İddiaçı tərəfindən 09 fevral 2022-ci il tarixdə alınmışdır. Kassator tərəfindən kassasiya şikayəti ilk dəfə xx.xx.2022-ci il tarixdə verilmiş, lakin şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Şikayət qaytarıldıqdan sonra kassator ikinci dəfə 29 aprel 2022-ci il tarixdə kass asiya şikayəti vermiş, lakin bu dəfə də şikayət (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) verilməmişdir. Kassator 3-cü dəfə 04 may 2022-ci il tarixdə kassasiya şikayəti vermiş və bu dəfə kassasiya şikayəti (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) verilmişdir. Lakin kassator tərəfindən hazırki müddətin bərpa edilməsinə dair heç bir üzürlü səbəb təqdim edilmədiyindən təmin edilməməlidir.
11. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərə k, apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edilməsi və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prossesual müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti vaxtında elektron kabinet vasitəsi ilə verilib, yalnız anlaşılmazlıq olduğuna görə elektron qaydada düzgün verilməyib ona görə də üzürlü səbəbdən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan prossesual müddət şikayətçidən asılı olmayan səbəbə görə ötürülmüşdür.
14. Kassator kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə və Mülki Prossesual Məcəllənin 4.2, 133.1, 402-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tar ixli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
17. Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətind ə verilə bilər.
18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
20. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
21. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.
22. Maddə 408.5. Bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. K assasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və iddiaçının kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və müddət bərpa ərizəsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.
26. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsini iddiaçı xx.xx.2022-ci il tarixdə almış və ilk dəfə xx.xx.2022-ci il tarixdə (iş v.43, poçt zərfinin üzərində xx.xx.2022 ştampı vurulsa da, dövlət rüsumuna dair qəbz xx.xx.2022-ci il, vəkil orderi xx.xx.2022-ci il tarixli olduğundan ştampda texniki səhvə yol verilib) kassasiya şikayəti vermiş, eyni zamanda, xx.xx.2022-ci il tarixdə elektron kabinetə kassasiya şikay ətinin PDF variantı yükləməklə, qətnaməni aldıqdan 1 ay 20 gün sonra kassasiya şikayəti vermişdir. Bu zaman kassasiya şikayətinin verilməsi müddətinin bitməsinə 10 gün qalmışdır.
27. Apellyasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin elektron kabinet vasitəsilə verilməməsinə görə xx.xx.2022-ci il tarixdə geri qaytarmış, bu qərardadı iddiaçı və vəkili xx.xx.2022-ci il tarixdə almış və dərhal həmin günü elektron kabinetə kassasiya şikayətinin PDF variantı yüklənmiş və müddət bərpa barədə ərizə verilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə, yəni nöqsanları 5 gün müddətində aradan qaldırılmaqla, kassasiya şikayəti elektron qaydada kabinetə yüklənmişdir.
28. Bu dəfə apellyasiya məhkəməsi qətnamədən kassasiya şikayəti verilməsi müddətinin xx.xx.2022-ci il tarixdə bitməsini göstərərək, xx.xx.20 22-ci il tarixdə verilmiş kassasiya şikayətinin müddət buraxılmaqla verildiyi, həmçinin müddətin üzürlü səbəbdən buraxılması barədə sübut təqdim edilmədiyinə istinad edərək müddətin bərpası barədə ərizəni təmin etməmişdir.
29. Lakin kassasiya məhkəməsi hesab edir ki, bu zaman apellyasiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 408.5-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1—408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxsin yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət etmək hüququnun olmasını, iddiaçının bu hüquqdan istifadə edərək qısa müddət ərzində, yəni 5 gün müddətində bu nöqsanı aradan qaldırmasını nəzərə almamış, onun müddətin bərpa edilməsi barədə ərizəsini təmin etməmişdir.
30. Məhkəmə kollegi yası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qanunvericiliyin prosessual tələblərinə formal yanaşılmış, müvafiq normalar ciddi şəkildə tətbiq edilmiş və nəticədə iddiaçının məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.
31. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
32. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).
33. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorum aq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).
35. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr t ərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin olunmalı, iddiaçının kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və müddət bərpa ərizəsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 414.1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya ş ikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-224/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçının kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402-407-ci maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və müddət bərpa ərizəsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.