Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4178/2023 11.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi, ekspert rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlunun (məruzəçi), Əliyev Zaur Əli oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vicdanlı sahibin əmlaka çəkdiyi zəruri xərclərin və yaxşılaşdırmaların əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4363/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabde h kassasiya şikayətinə 11 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) X6 ilə xx.xx.1987-ci ildə ailə qurmuş, bundan sonra ünvan 1 mənzilə (bundan sonra “mübahisəli mənzil”) köçmüş və hal-hazıradək həmin mənzildə yaşamaqdadır.
2. Mübahisəli mənzil Nəsimi rayon X15 İcraiyyə Komitəsinin 49844 nömrəli, xx.xx.1966-cı il tarixli orderi əsasında iddiaçının qayınatası mərhum X1 istifadəsinə verilmiş və o, həmin mənzilin icarədarı olmuşdur. Mübahisəli mənzil xx.xx.2000-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il tarixində icarədarın oğlu X2 adına ilkin qeydiyyatdan keçmiş, Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-464 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində X2 qızı olan X7 (bundan sonra “cavabdeh”) adına qeydiyyatdan keçmişdir və hazırda cavabdehin mülkiyyətindədir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını 14 noyabr 2017-ci il tarixli qanuni qüvvədə olan qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı “ünvan 1 mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin olunmamışdır.
4. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdehin iddiaçıya və qeyrilərinə qarşı “mülkiyyətində olan mübahisəli mənzildən çıxarılmaqla, mənzilin boşaldılması” tələbinə dair iddiasının təmin olunması qət edilmişdir.
5. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-804/2021 saylı 16 mart 2021-c i il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilk iddiasının təmin edilməsi, mübahisəli mənzilindən iddiaçının istifadə hüququnun tanınması, cavabdehin iddiaçıya qarşı “dəymiş maddi zərərin ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5624/2021 saylı 23 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-804/2021 nömrəli işi üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilk iddia tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli 2(103)-5624/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat:
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan mübahisəli mənzilin təmirinə iddiaçı tərəfindən xərclənmiş 15000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia iddia tələbini belə əsaslandırılmışdır ki, məhkəmə aktları ilə iddiaçının mübahisəli mənzilə hüquqları tanınmamışdır. Belə olan halda isə cavabdehə qarşı mənzilin təmirinə xərclənmiş vəsaitin ondan tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir.
10. İddiaçı 1987-ci ildə X6 ilə ailə həyatı qurduqdan sonra gəlin gələrkən qayınatasının 22 il müddətində yaşadığı mübahisəli mənzilinə köçmüşdür. Cehiz əmlaklarını da bu ünvana gətirmişdir. Uzun illər keçsə də, cehiz əmlaklarının hamısı bu mənzildə yerləşir. İddiaçının oğlu xx.xx.1988-ci il təvəllüdlü X12 da bu evdə dünyaya göz açmışdır. İddiaçı hal-hazırda da bu mənzildə oğlunun həyat yoldaşı, nəvələri ilə birlikdə yaşayırlar.
11. İddiaçının əri X6 da onunla birlikdə 2018-ci ilə kimi bu mənzildə yaşamış, sonradan spirtli içki alüdəçisi olduğu üçün faktiki olaraq ondan ayrılaraq başqa ünvanda yaşayır. Qayınatası ilə münasib ətləri daima yaxşı olub, bir gəlini kimi həmişə ona hörmət bəsləyib, tibb elmləri namizədi idi, Texniki Universitetdə çalışıb. Sayılıb seçilən bir insan olub. 1988-ci ildə iddiaçı hazırda yaşadığı ünvana yaxın ərazidə yerləşən 21 saylı Uşaq Poliklinikasına tibb bacısı vəzifəsinə işə düzəldib. 1987-ci ildən bu günə kimi bu mənzildə yaşayır. Oğlu xxx 3 yaşından evin arxasındakı Uşaq Bağçasına, sonra yaxınlıqdakı 240 saylı orta məktəbə gedib. Daha sonra X8 Liseyi bitirib. Nəsimi rayonu, 12 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Hal-hazırda da hər ikisi Əcəmidəki 20 saylı böyüklərin poliklinikasında tibbi qeydiyyatdadırlar.
12. Qayınatası 2003-cü ildə rəhmətə gedəndən sonra, qaynı xxxiddiaçının ərini aparıb içirdir və ondan uzaqlaşdırmağa çalışırdılar. Qayınatasının ölümündən sonra da q aynı xxxonu aldadır və vədlər verir ki, oğlu xxxin 18 yaşı olandan sonra evi onun adına keçirəcəkdir. Lakin sonradan xəbər tutmuşdur ki, bu mənzili öz qızı olan cavabdehin adına keçirərək mənzilə onun adına çıxarış alınmışdır.
13. Cavabdehin 30 yaşı var, mənzil onun adına 9 ildir qeydiyyatda olsa da, bir gün də olsun bu mənzildə yaşamayıb və bu vaxtadək heç evin yerini bilmir. Mübahisəli mənzil 1987-ci ildən iddiaçının istifadəsindədir. Əri də evi tərk edəndən sonra bu mənzildə oğlu, gəlini, nəvəsi və iddiaçıdan başqa heç kim yaşamayıbdır. Bunu təkcə iddiaçı yox, bir çox şahidlər, sənədlər, sübutlar təsdiq edə bilər. Bu 35 ildə yaşadığı müddətdə heç bir kəs mənzillə maraqlanmamışdır. 1987-ci il tarixdən bu günədək mənzilin bütün kommunal xərclərini, telefon, qaz, işıq və s. ödənişlərini id diaçı ödəyir. Bu halı təsdiq edən kifayət qədər yazılı sübutlar mövcuddur. 2018-ci ilin iyul ayında isə iddiaçı mənzilə 15.000 manat civarında pul xərcləyərək evi kapital təmir etdirmişdir. Bütün təmir işləri oğlunun və iddiaçının vəsaiti hesabına olmuşdur.
14. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.5-157.7-ci maddələrinə istinad etmişdir.
15. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazda göstərilmişdir ki, ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. İddia ərizəsində faktlar kobud şəkildə təhrif olunmuşdur. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi "sübutlar" öz iddiasını təkzib edir və tamamilə kobud şəkildə təhrif olunmuş iddiadır. Çünki iddiaçı iddia edir ki, guya cavabdehin mülkiyyətində olan mənzili təmir etdirib. İddiaçının əlində o qədər vəsait olsaydı, o, həmin məbləğlə ilkin ödəniş edib özünə şəxsi mənzil ala bilər və belə olan halda cavabdehin mənzilinə "vicdanlı" sahib kəsilməyərək "saxta sübutlar" əsasında cavabdehdən pul tələb etməzdi.
16. Birinci instansiya məhkəməsində şahid X10 bildirmişdir ki, döşəmə vurmaqla, həmçinin mebel işləri ilə məşğul olur. 2018-ci il tarixində iddiaçının evində təmir işləri aparmış və bir aydan çox həmin evdə işləmişdir. Materialları iddiaçı almış, 1-2 dəfə isə özü gedib almışdır. İddiaçı ona 5000 manata yaxın əmək haqqı ödəmişdir. Təmir işləri zamanı evdə heç kim yaşamırdı. Ondan öncə mənzildə ustalar işləmiş, lakin mənzili pis vəziyyətə qoymuşdular. Mənzilə gələndə əvvəlki ustalar evin proyektin dəyişməmişdilər, evin proyektini o, d əyişdirmişdir. Yağışdan sonra evin təmiri pis vəziyyətə düşmüşdü, çünki əvvəlki ustalar evin damını yaxşı təmir etməmişdilər. Ümumi materiallara təxminən 10000 manatdan çox pul xərclənmişdir. Divar kağızları, döşəmə və elektrik işlərini yenidən təmir etmişdir. 2019-cu ildə orada işləməmişdir, 2018-ci ildəki qaimələri isə o, yazmışdır. Mənzili tam təmir etmişdir, lakin mebel məsələsi ilə bağlı və ya digər xırda məsələlər ilə bağlı təmir işləri qala bilərdi.
17. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, iddiaçı qonşusudur və 2000-ci il tarixdən orada yaşayır. İddiaçının əri və bir övladı var, ırinin adı Faiq, oğlunun adı isə xxxdir. Həmin evdə xxx, arvadı və 2 övladı yaşayır. Mənzil 5-ci mərtəbədə yerləşir. Cavabdehi tanımır. İddiaçının evdən çıxarılması barədə eşitmişdir. 20 18-ci il tarixdə yay ayında qeyd edilən mənzildə təmir-tikinti işləri gedirdi. Təmir olunan zaman iddiaçı həmin mənzildə qalmırdı. Təmir 2018-ci ilin iyul ayında oldu. Avqust ayında isə iddiaçının oğlu evləndi və orada yaşadı. İddiaçı ilk çağırdığı ustaları bəyənmədi, ikinci usta isə Lökbatan qəsəbəsindən gəldi. Payız aylarında iddiaçı mənzildəki nasazlıqlar ilə bağlı olaraq evin tavanını yenidən təmir etdirdi. İddiaçı həmin mənzildə yaşayır.
18. Birinci instansiya məhkəməsində mütəxəssis X13 bildirmişdir ki, 40 kv.metrlik evin divarları və tavan 200 kv metr olaraq hesablanır. 1 kisə üzlük 2 kv.metr və ya 3 kv.metr üçün tam istifadə edilir. 280 kisə üzlük bu ev üçün reallığa uyğun deyil, qeyd edilən ev üçün 100 kisə üzlük istifadə edilə bilər. 5 kisə gips reallığa uyğun deyil, bu ev üçün maksimum 2 kisə gips istifadə edilir. Hamam-tualet üçün santexnik usta pulu maksimum 150-200 manatdır, lakin buraya kafel və metlaxın vurulması aid deyil. Kafelin 1 kv.metri üçün usta haqqı 10-12 manatdır. Ümumi olaraq 480-500 manat məbləğində usta haqqıdır. Hamam və tualetin tavanı üçün usta haqqı 100 manatdır. Hamam və tualet üçün ümumi olaraq 800 manat pul xərclənməlidir. Rəngsaz-boyaçı üçün usta haqqı 1600 manatdır. Elektrik işi üçün 400 manat istifadə edilməlidir. Döşəmə üçün ümumi usta haqqı 350 manatdır. Qeyd edilən ev üçün maksimum usta haqqı 4000 manat məbləğində müəyyən olunur. 19. xx.xx.2018-ci il tarixli ******* saylı və 885276 saylı, xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı qaimə-fakturalardan və xx.xx.2019-cu il tarixli K102-1833 saylı satış qəbzindən görünür ki, iddiaçı ümumilikdə 10283,52 manat dəyərində tikinti materialları almışdır.
20. Birinci instansiya məhkəməsi 6 iyul 2022-ci il tarixli qərardadla məhkəmə tikititexniki ekspertizası təyin etmişdir. (hakim Anar İbadzadə)
21. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7202 saylı ekspert rəyinə əsasən mübahisəli mənzilin yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 2018-ci ilin mövcud olan bazar qiymətlərinə uyğun olaraq 10934,0 manatdır.
22. Bakı şəhəri Nəsimi Rayon məhkəməsi e-2(006)-104/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia qismən t əmin olunmuş, cavabdehin mülkiyyətində olan mübahisəli mənzilin təmirinə çəkilmiş xərcə görə 10934,0 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 100 manat məbləğində ekspertiza xərcinin 50 manat hissəsinin cavabdehdən, qalan 50 manat hissəsinin isə iddiaçıdan tutulması qət edilmişdir. (hakim Anar İbadzadə)
23. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı X6 ilə xx.xx.1987-ci ildə ailə quraraq, ünvan 1 mənzilə gəlin köçmüş və hazıradək həmin mənzildə ailəsi ilə birlikdə yaşamaqdadır. İddiaçı mübahisəli mənzilə gəlin köçərkən mənzil Nəsimi rayon X15 İcraiyyə Komitəsinin 49844 nömrəli, xx.xx.1966-cı il tarixli orderi əsasında iddiaçının qayınatası olmuş mərhum X 1 istifadəsinə verilmiş və o, həmin mənzilin icarədarı olmuşdur. Daha sonra mübahisəli mənzil xx.xx.2000-ci il tarixli Forma 2 arayışına və razılıq ərizəsinə əsasən xx.xx.2000-ci il tarixində icarədarın oğlu X2 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli, 4Ə-464 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən xx.xx.2011-ci il tarixində X2 qızı olan X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda iddiaçı tərəfindən mübahisə predmeti olan mənzildə aparılmış təmir işləri 2018-ci ildə aparılmışdır.
24. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı həmin mənzilə 1987-ci ildən gəlin köçmüş və həmin vaxtdan orada yaşayır. Yəni iddiaçı mənzilə münasibətdə vicdanlı sahi b olmuşdur. Cavabdehin iddiaçıya qarşı mənzildən çıxarılması barədə iddia qaldırması iddiaçıya mənzillə bağlı çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini mülkiyyətçidən tələb etmək hüququ vardır. Əks halda cavabdeh iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün cavabdehin razılığının olub-olmaması, cavabdehin mənzilin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. İddiaçının bu tələbinin əsası qanundan irəli gəlir. Buna görə də, iddiaçı təmirə görə çəkilmiş xərclərin ona ödənilməsini tələb etməkdə haqlıdır.
25. Birinci instansiyası məhkəməsi çəkilmiş xərcin məbləğini ekspert rəyinə əsasən müəyyən etmişdir.
26. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 157.2, 157.5, 157.6, 157.7, 1091.1, 1091.2, 1094-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
27. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin tam təmin edilməsi, cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
28. İddiaçı apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırılmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, qətnamənin yalnız ekspert rəyinə əsaslanaraq təmin edilməsi, mənzilin təmirinə görə tikinti-təmir materiallarına 12000 manatdan çox xərc çəkilməsini göstərmişdir.
29. Cavabdehin apellyasiya şikayətinə görə birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, sübutlara düzgün hüquqi qiymət verməyib. Ümumi sahəsi 38,63 m2 olan iki otaqlı mənzilə iddia olunan qədər təmir xərcinin çəkilməsi mümkün deyil, təmirlə bağlı iddiaçının təqdim etdiyi sənədlərin əsassızdır, ciddi hesabat blankı sayılmır, ekspertiza rəyi əsassız olub, şişirdilmiş xərc məbləğlərindən istifadə olunub.
30. Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2(103)-4363/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmişdir və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Günay Axundova, Fua d Babayev.)
31. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması (iddiaçı 1987-ci ildən, cavabdeh isə 2011-ci ildən yaşamasını bildirir) və keçən müddət ərzində orada təmir işlərini aparması işin mübahisə olunmayan hallarıdır. Eyni zamanda, işin hallarından iddiaçının mübahisəli mənzilə köçən zamanı oranı qanunsuz zəbt etməsi (delikt törətməsi və s.) halı da müəyyən olunmamışdır
32. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq, hesab etmişdir ki, mübahisəli mənzil hazırda Cavabdeh mülkiyyətində olduğundan, qanunvericiliyin tələblərinə əsasən həmin mənzilə görə iddiaçı tərəfindən çəkilmiş xərcin (yaxşılaşdırmaların) əvəzi ödənilməlidir. Çünki, qanunvericiliyə görə v icdanlı sahib əmlaka sərf etdiyi zəruri xərclərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Bundan əlavə, vicdanlı sahib əmlakdan istifadə müddəti ərzində ona əlavə etmiş olduğu yaxşılaşdırmaları əmlaka zərər vurmadan ayırmaq mümkün olmadıqda onlara sərf etdiyi məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Əks halda, mülkiyyətçi əsassız varlanmış hesab olunur ki, əsassız varlanmış şəxsin də heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması Mülki Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu səbəbdən də iddiaçının uzun müddət mənzildən əvəzsiz istifadə etməsi ilə bağlı cavabdehin dəlilləri vəziyyəti dəyişdirmir.
33. Apellyasiya instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəli lləri ilə bağlı həmçinin qeyd etmişdir ki, həmin dəlillərdən də iddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılması təkzib olunmur.
34. Apellyasiya instansiya məhkəməsi təmir xərci ilə bağlı ekspert rəyinin olmasına istinadən göstərmişdir ki, tərəflər ekspertiza rəyinin əsassızlığı və ya qanunsuzluğu ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, əsasən formal mülahizələdən çıxış etmişlər. Belə olan halda isə əlavə məhkəmə tikinti-texniki ekspertizanın təyin olunmasına zərurət yoxdur (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bu barədə sübutlar təqdim olunmalı və s.). Əksinə, bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələnə bilər.
35. Cavabdeh apellyasiya şikayətində həmçinin iddiaçının mübahisəli mənzilə köçən zamanı or anın tam təmirsiz olmamasını göstərsə də, həmin vaxt mənzilin təmir vəziyyəti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, etirazını əsaslandıra bilməmişdir.
36. Apellyasiya şikayətinin digər dəlilinə – iddiaçının 2018-ci ildə mənzilə evin damından yağış sularının axması nəticəsində müvafiq təmir işlərini görməsini bildirməsinə baxmayaraq, məhkəmənin əsassız olaraq susızma ilə bağlı olmayan təmir xərclərini də müəyyən etməsi – münasibətdə apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı iddia ərizəsində açıq-aydın 2018-ci ildə mənzilə 15000 manat civarında pul xərcləyərək onu kapital təmir etdirməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı, ümumiyyətlə, mənzili tam təmir etməsini bildirmişdir. Eyni zamanda, işdə olan sübutlardan (şahid ifadələri və s.) da görünür ki, mənzildə təmin işləri yalnız hər hansı susızma ilə bağlı olmamış, digər hissələri də əhatə etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi sonda onu da qeyd edib ki, iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (tələb 15000 manat olmuş, birinci instansiya məhkəməsi iddianı 10934 manat hissədə təmin etmiş, iddiaçının mübahisələndirdiyi hissə 4066 manat olmuşdur), sonuncu qətnamədən kassasiya şikayəti verə bilməz.
38. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.6, 157.7,1091.1, 1091.2, 1092, 1094-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
39. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şik ayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti belə əsaslandırılmışdır: - apellyasiya instansiyası məhkəməsi zəruri araşdırma aparmadan və iş üzrə toplanmış sübutlara düzgün qiymət vermədən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, cavabdeh onun mülkiyyətindən əvəzsiz istifadə edən iddiaçı və qeyrilərinin çıxmasını tələb etmiş və 3 instansiya məhkəmə çəkişməsi ilə hazırkı iş üzrə cavabdehin haqlı mövqeyi məhkəmə tərəfindən təmin olunmuşdur. Bunu belə görən iddiaçı mənzilə yağış nəticəsində ziyan dəydiyini və mənzili təmir etdirdiyini iddia edərək hazırkı iş üzrə iddia tələbi il ə yenidən məhkəməyə müraciət etmişdir. Tərəflər arasında mübahisəli mənzillə bağlı hər hansı mülki hüquqi müqavilənin olmamasına baxmayaraq, məhkəmə iddiaçının törətdiyi mülki hüquq pozuntusuna görə cavabdehi məsuliyyətə cəlb etməklə MM-in 157-ci, 1191.1 və 1091.2-ci maddələrinə səhv tətbiq etmiş, həmçinin MPM-in 14.2 və 77-ci maddəsinin tələblərini pozmuşdur; - iş materiallarında olan məhkəmə aktları ilə mülkiyyətçinin mənzilini özünə qaytarmalı şəxsi, yəni İddiaçı “vicdanlı” sahib kimi göstərməklə məhkəmə kobud səhvə yol verib. Beləliklə, özgə mənzilini əvəzsiz istifadə edən və məhkəmə aktı ilə oradan çıxarılmalı olan “vicdansız” sahibin uydurma iddiası əsasında qurulmuş iddia ədalətli, obyektiv araşdırmalı olduğundan işin apelyasiya baxışına qaytarılması vacibdir; - bundan əlavə, birinc i instansiya məhkəməsində iş üzrə iddiaçının nümayəndəsinin etibarnaməsi 2022-ci ildə bitməsinə baxmayaraq, 2023-cü il tarixində olan məhkəmə proseslərində (həm hazırlıq, həm də baxış iclasında) etibarnaməsi olmayan, yəni səlahiyyətsiz şəxsin məhkəmədə nümayəndə kimi izahatı alınmış və bu, məhkəmə iclas protokollarında və qətnamədə öz əksini tapmışdır. Cavabdeh tərəfindən bu məsələ apellyasiya instansiyasında məhkəməsində xüsusi vurğulansa da, araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. İddiaçı kassasiya şikayətinə yazılı etiraz vermişdir. Etirazda göstərilmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Buna görə də, apellyasiya instansiyası məh kəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əld ə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanı n tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərt ərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
44. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin bütün dəli llərinə tam qiymət verib.
47. İddia tələbi vicdanlı sahibin əmlaka zərər yetirmədən ondan ayrılması mümkün olmayan öz yaxşılaşdırmalarının əvəzinin ödənilməsi barədədir.
48. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı uzun müddət mübahisəli mənzildə yaşamış (iddiaçı 1987-ci ildən, cavabdeh isə 2011-ci ildən yaşamasını bildirir) və keçən müddət ərzində orada təmir işləri aparmışdır. Eyni zamanda, iddiaçının mübahisəli mənzilə köçən zamanı oranı qanunsuz zəbt etməsi (delikt törətməsi və s.) halı da müəyyən olunmamışdır.
49. Belə olan halda iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.7, 1091 və 1092-ci maddələri təşkil edir.
50. İşin müəyyən edilmiş hallarına əsasən iddianın yuxarıda qeyd edilən qaydada qismən təmin edilməsi tətbiq edilən qanunvericili k normalarına əsasən düzgün olmuşdur.
51. Məhkəmə kollegiyası iddia tələbi və cavabdehin apellyasiya şikayəti üzrə apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 31-36-ci bəndlərində əks edilən dəyərləndirməsi ilə razılaşır və əlavə şərhə zərurət görmür.
52. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
53. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, həmin dəlillər (iddiaçının vicdanlı sahib olmaması) iddiaya etirazın və apellyasiya şikayətinin əsasını təşkil edən edən dəlillərdir və apellyasiya instansiyası məhkəməsi d ə məhz həmin dəlillərə işdəki sübutlar əsasında qiymət verməklə onların əsassız olması nəticəsinə gəlmişdir.
55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4363/2023 saylı, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.