Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4183/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)979/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbayca n Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh İddiaçı dəyərini hissə-hissə ödəmək şərti ilə qızıl-zinət və sair əşyalar almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərinin əvəzinin ödənilməsi məqsədi ilə 7800 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 3000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər 2015-ci ilin iyun ayının əvvəllərindən tanışdırlar. Cavabdeh özünün həkim-anestizioloq olması, ixtisası həkim olan əri Həmid Əmiraslanovla bir yerdə həkim işləməsi barədə yalan məlumat verərək, özünə və qayınanası Səidəyə qızıl-zinət əşyalarının və geyim əşyalarının lazım olduğunu bildirmiş və həmin əşyaları ona satmağı xahiş etmişdir. İddiaçı cavabdehin onun həyat yoldaşı ilə bir yerdə işlədiyinə və onun sözlərinin həqiqiliyinə inanaraq, 2015-ci ilin iyun ayında cavabdehə hər biri 750 əyarlı olan 19 qram çəkidə, 1000 manat dəyərində bir ədəd qızıl zəncir (kulonu ilə birlikdə), 18 qram çəkidə, 900 manat dəyərində bir cüt İtaliya istehsalı olan qızıl sırğa, 20 qram çəkidə, 1100 manat dəyərində bir ədəd İtaliya istehsalı olan qızıl qolbaq, 18 qram çəkidə, 940 manat dəyərində bir ədəd İtaliya istehsalı olan qızıl qolbaq, 13 qram çəkidə, 700 manat dəyərində bir ədəd qızıl qolbaq, 55 qram çəkidə, 3100 manat dəyərində ərəb istehsalı olan 1 ədəd q ızıl dəsti (qiymətli qara qaşlarla bəzədilmiş sırğaüzük, kulon, zəncir), 15 qram çəkidə, 700 manat dəyərində bir cüt “Baltik” qızıl sırğa, 20 qram çəkidə, 1000 manat dəyərində qızı Sevinc Şadlinskayaya məxsus bir ədəd qızıl sırğa-üzük dəsti, 40 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın şalvarı, 30 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd uşaq paltarı, 20 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın koftası, 70 manat dəyərində Türkiyə istehsalı olan iki ədəd kişi köynəyi vermişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh ondan götürdüyü qızıl-zinət və sair əşyaların dəyəri olan 9600 manat pulu hissə-hissə, lakin ayda 1000 manatdan az olmayaraq ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin cavabdeh 9600 manat puldan ona yalnız 2016-cı ilin yanvar ayında 5 00 manat, həmin ayın iyun ayında 400 manat, 2017-ci ilin mart ayında 300 manat, həmin ilin noyabr ayında 300 manat və 2018-ci ilin yanvar ayında 300 manat ödəməklə, ümumilikdə 1800 manat ödəmiş, 7800 manat borclu qalmışdır. Cavabdeh onun etibarından sui-istifadə edərək 9600 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq məqsədi ilə mənimsəməsi barədə Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət vermiş, təhqiqat zamanı ifadə verən cavabdeh ondan 9600 manat dəyərində qızıl-zinət əşyalarını almasını etiraf etmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X1 19 noyabr 2015-ci il tarixli qərarı ilə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, cavabdeh borcu vaxtında geri qaytarmamaqla iddiaçıya mənəvi zərər vurmuşdur. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və psixi cəhətdən rahatlığını itirərək iztirablar keçirir. Odur ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərər 3.000 manat pul ilə əvəz edilməklə iddiaçıya ödənilməlidir.
4. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(001)-876/2020 nömrəli qətnaməsi ilə (hakim F.V.Abdıyev) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında əşyanın nisyə satılması haqqında müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində id diaçı cavabdehə hissə-hissə ödəmə şərti ilə ümumi dəyəri 8600 manat olan əşyaları nisyə satmış və bu əşyaları cavabdehə təhvil vermişdir. İddiaçı bu əşyaların dəyərini manatla göstərmiş və ümumilikdə 9600 manat dəyərində olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilməmiş, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına etdiyi şikayətdə də əşyaların dəyərinin məhz 8600 manat olduğunu bildirmiş, cavabdeh də ümumi dəyərin 8600 manat olduğunu göstərmişdir. Bu səbəbdən məhkəmə əşyaların məhz 8600 manat olduğu qənaətinə gəlmişdir. Cavabdeh də bu əşyaları iddiaçıdan qəbul edərək, onların dəyərinin hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.
7. Birinci instansiya məhkəməsi iddia tələbinin “pulun tutulması” hissəsi (əşyaların tam dəyərinin ödənilməməsi) ilə bağlı qeyd etmişdir ki, ca vabdeh iddiaçıdan nisyə aldığı əşyaların dəyərini keçmiş qayınatası Maraqlı şəxs tərəfindən iddiaçının əri Həmid Əmiraslanova tam olaraq ödənildiyini bildirmiş və bunun sübutu olaraq ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftəri təqdim etmişdir. Həmin dəftərdə pulları qəbul edən şəxs qismində Maraqlı şəxs, pulları alan şəxs qismində isə Əmiraslanov Həmid (onun qızı) göstərilmiş və qeydlərin sonunda 8600 manat pulun verildiyi göstərilməklə “bağlandı” sözü qeyd edilmişdir. İddiaçı tərəf (nümayəndə və vəkilin şəxsində) bu dəftəri qəbul etməmiş, iddiaçının Həmid Əmiraslanov adlı ərinin olması ilə bağlı məhkəməyə dəqiq məlumat verməmiş (halbuki, iddiaçı iddia ərizəsinin məzmununda da həyat yoldaşının adının Həmid Əmiraslanov olduğunu qeyd etmişdir) və iddiaçının belə bir şəxsə cavabd ehdən pulları almaq barədə hər hansı tapşırıq vermədiyini vurğulamışdır. Lakin aparılmış araşdırma nəticəsində iddiaçının 28 sentyabr 1971-ci il tarixdən 01 aprel 1943-cü il təvəllüdlü X4 adlı şəxslə nikahda olduğu və cavabdehin iddiaçıya olan borcunun Maraqlı şəxs tərəfindən hər ay məhz bu şəxsə ödənildiyi müəyyən edilmişdir. Onların arasında bağlanmış nikahın pozulması, ayrı yaşamaları, habelə iddiaçının qızı ilə münasibətinin olmaması barədə hər hansı məlumat yoxdur. İddia ərizəsinin məzmununda da onların birgə təsərrüfat apardıqları öz təsdiqini tapır.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, öhdəliyin icrasını qəbul edən Əmiraslanov Həmid bu məsələdə ixtiyarsız şəxs olmamış və öhdəliyin icrasını məhz iddiaçının buna razılıq verməsi nəticəsində qəbul etmişdir.
9. Qeyd edilən dəftərdə borcun məbləğinin, borcu alan və ödəyən şəxsin adının, icranın vaxtının, habelə digər aidiyyəti məlumatların göstərildiyini nəzərə alıb, bu dəftəri tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icrasının iddiaçı tərəfindən hissəhissə qəbul edilməsini təsdiqləyən sənəd kimi (mötəbər sübut kimi) qəbul edən məhkəmə hesab etmişdir ki, iddiaçının bu müqavilədən irəli gələn tələb etmə hüququ cavabdeh tərəfindən tam olaraq qarşılanmışdır. X4 da iddiaçının buna razılığı əsasında bu öhdəliyin icrasını qəbul etmişdir. Başqa sözlə, cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyini onun xeyrinə lazımınca icra etmiş, iddiaçı da bu icranı qəbul etmişdir. Bununla da onların arasında yaranmış münasibətlərdən irəli gələn öhdəliyə onun tam icrası əsası ilə xitam ve rilmişdir.
10. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinin törəmə tələb olduğundan və bu hissənin təminolunub olunmamasının bilavasitə “pulun tutulması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğundan, iddia tələbi “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 5.3, 433.2, 528, 529.1, 529.2, 529.3, 529.7, 600.2, 600.4, 601.1, 601.2 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, B akı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(001)-876/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2(103)6859/2020 nömrəli qətnaməsi ilə (hakim M.A.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Ə.Məhərrəmovadan və R.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(001)-876/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, 6800 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
14. Birin ci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, təqdim edilən dəftər cavabdehin iddiaçıya borcunun olmaması nəticəsinə gəlməyə imkan vermir. Çünki bu dəftərdəki qeydlər qeyri-dəqiqdir və hansı əsasla tərtib olunduğu aydın deyil. Həmin qeydlərin cavabdehin iddiaçıya olan borcunun ödənildiyini təsdiq etməsi müəyyən olunmur. Qeyd dəftərindən görünür ki, müəyyən məbləğlərin Həmid adlı şəxsə verilməsi və Elxan adlı şəxsdən alınması qeyd edilmiş və hər birində imza var. Lakin həmin məbləğlərin cavabdehin aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyil.
15. Apellyasiya instansiyası hesab etmişdir ki, cavabdeh iddiaçıya olan borcunun ödənilməsini təsdiq edə bilmir, borcun ödənilməsi ilə bağlı mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 390.1, 405.1, 425.1, 567, 600.1, 600.4, 601.1-ci, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2002-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinad edərək göstərmişdir ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi var. İddiaçı cavabdehə 9600 manat dəyərində qızıl-zinət və geyim əşyaları satdığını bildirsə də, cavabdeh 8600 manat məbləğində qızıl-zinət əşyalarını aldığını etiraf edir, digər hissədə iddianı qəbul etmir. İddiaçı daha artıq məbləğdə əşyaların satılmasını sübut edə bilmir. Buna görə də məhkəmə hesab etmişdir ki, alğı-satqı müqaviləsi üzrə 8600 manat məbləğində əşyaların cavabdehə satılması müəyyən olunur. Həmçinin, iddiaçı iddia ərizəsində cavabdehin ümumi borcdan 1800 manat məbləğində pulu ödədiyini təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya 6800 manat borcu var. Lakin iddiaçı ona mənəvi ziyan vurulmasını sübut edə bilməmişdir. Belə olan halda, “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” tələb təmin edilməməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2(103)-6859/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2(102)4664/2021 nömrəli qərarı ilə (hakim Ə.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və İ.K.Xəlilovdan ibarət tərkibdə) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2020-ci il tarixli, 2(103)-6859/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
19. Kassasiya instansiyasının m övqeyinə görə apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
20. Belə ki, apellyasiya məhkəməsi qəbul etdiyi qətnamədən dəftərdəki qeydlərin qeyri-dəqiq olmasına görə həmin dəftəri sübut kimi qəbul etmədiyini göstərdiyi halda, bu qeyri-dəqiqliyin nədən ibarət olmasını göstərməmiş, dəftərin hansı əsasa görə tərtib edildiyi barədə izahatlar verilsə də, nəyə görə bu izahatları qəbul etmədiyini göstərmədiyi halda öz mülahizəsinə əsasən dəftərin hansı əsasla tərtib edildiyinin aydın olmadığını göstərmişdir.
21. Bundan başqa borc məbləğinin iddiaçının əri Həmid Əmiraslanova qaytarılması barədə borclunun və üçüncü şəxsin izahatlarını və iddiaçı tərəfind ən H.Əmiraslanovun şahid qismində məhkəmədə dindirilməsinin təmin edilməməsini nəzərə almadan apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qaytarılan borc məbləğinin cavabdehin aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyildir.
22. Belə olan halda apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və iddiaçıya əri Həmid Əmiraslanovun şahid qismində dəvət edilməsini təklif etməli, eyni zamanda iş materiallarında olan ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdəki imzaların iddiaçının əri Həmid Əmiraslanova məxsus olub-olmamasını araşdırmalı olduğu halda, qeyd edilən hallarla bağlı araşdırma aparmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun o lmayan qətnamə qəbul etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)979/2022 nömrəli qətnaməsi ilə (hakim Q.A.Əsgərovun (sədrliyi və məruzəsi ilə, hakimlər A.N.İmanovdan və F.Ş.Talışinskidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(001)-876/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin əsaslandırılması və gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində cavabdehin ona olan 7800 manat məbləğində borcunun nə onun özü, nədə ki, keçmiş qayınatası Maraqlı şəxs tərəfindən ödəmədiyini göstərsə d ə, həmin pulun cavabdeh tərəfindən ödənilmədiyini sübuta yetirə bilməmişdir. Həmçinin kassasiya instansiya məhkəməsinin qərarına əsasən məhkəmə tərəfindən İddiaçı onun əri X2 dindirilməsi üçün məhkəməyə dəvət edilməsi təklif edilsə də, iddiaçı ərinin xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu və məhkəmədə iştirakının mümkün olmayacağını bildirmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-979/2022 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci, Mülki Məcəlləsinin 21.1, 425.1, 1091, 1092, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 217.4, 218.1, 220.4-cü maddələrinin tələbləri pozulmuş, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda irəli sürülmüş hüquqi mövqelər nəzərə alınmamışdır. Belə ki, apellyasiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, cavabdehin istinad etdiyi dəftərdəki qeydlərin qeyri-dəqiq olmasını və hansı əsasla tərtib olunduğu aydın olmadığını, qeyd olunan məbləğlərin cavabdehin aldığı əşyaların dəyəri kimi ödənilməsinin məlum olmamasını, cavabdehin polisdə izahat verərkən 8600 manat məb ləğində qızıl-zinət əşyalarını iddiaçıdan aldığını etiraf etdiyini nəzərə almamışdır. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh borcunu vaxtında geri qaytarmamaqla iddiaçıya mənəvi zərər vurmuşdur.
27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
30. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425-ci maddəsinə əsasən öz hüquqlarını həy ata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsa sən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obye ktiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətn aməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçıya icra olunmamış öhdəliyinin olmaması nəticəsinə gəlmişdir.
36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən əsassız varlanma və ziyanla bağlı maddi hüquq normalarının pozulması qeyd olunsa da, işin müəyyən edilən halla rı ondan ibarətdir ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmış və mübahisə cavabdehin məhz həmin müqavilə üzrə iddia olunan öhdəliklərinin icra etməməsindən irəli gəlmişdir. Odur ki, kassatorun apellyasiya məhkəməsi tərəfindən 21.1, 425.1, 1091, 1092, 1096.1, 1097.1-ci maddələrinin pozulmasından ibarət dəlili əsassız olmuşdur.
37. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin icra etməməsinə dair şikayətin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi, o cümlədən Ali Məhkəmənin əvvəlki icraatda verdiyi göstərişləri icra edərək, cavabdeh tərəfin təqdim etdiyi dəftəri səlahiyyətləri çərçivəsində mötəbər sübut qismində qiymətləndirmiş, orada olan qeydləri öhdəliyin iddiaçının ərinə icra olunmasının təsdiqi kimi qəbul e tmişdir. Kassasiya şikayətinin əsaslandırılmasından da müəyyən olunur ki, iddiaçı dəftərdə olan imzaların ərinə məxsus olmasını inkar etmir. O, yalnız dəftərdəki qeydlərin qeyri-dəqiq olmasını, hansı əsasla tərtib olunduğunun aydın olmamasını, həmin qeydlərinə cavabdehin iddiaçıya olan borcunun ödənilməsini təsdiq etmədiyini, məbləğlərin cavabdehin aldığı əşyaların dəyəri kimi ödənilməsinin məlum olmadığını göstərmişdir. Lakin iddiaçı etirazın həmin dəlilləri ilə bağlı, o cümlədən cavabdehin iddiaçıya, ya da ki, cavabdehin qayınatası olan hazırki iş üzrə üçüncü şəxsin iddiaçının ərinə başqa əsaslardan irəli gələn pul öhdəliklərin olmasını təsdiq edən hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
38. Digər tərəfdən, apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, həmin məhkəmə tərəfindən iddiaçıya əri X2 dindirilməsi üçün məhkəməyə dəvət edilməsi təklif edilsə də, sonuncunun iştirakı təmin edilməmişdir.
39. Həmçinin cavabdehin iddiaçıya borcun olmasını istintaq orqanına etiraf etməsinə dair kassasiya şikayətinin dəlili üzrə qeyd olunmalıdır ki, istinad olunan Bakı şəhəri Səbail RPİ-nin 9-cü PB-nin qərarı 19 noyabr 2015-ci il tarixdə qəbul edilmişdir. Cavabdehin təqdim etdiyi dəftərdə isə qeydlər, həmin tarixdən sonrakı dövrə 2016-2018-ci illərə aiddir.
40. Mənəvi ziyanla bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci apellyasiya baxışı nəticəsində iddia həmin hissədə təmin olunmamış və iddiaçı apellyasiya məhkəməsinin həmin qətnaməsini kassasiya qaydasında mübahisələndirməmişdir. Odur ki, hazırda k assasiya şikayətinin qeyd olunan dəlillərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kol legiyasının 09 mart 2022-ci il tarixli, 2(103)-979/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.