Məhkəmə qərarları › İş №2(102)-4183/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4183/2023

14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4183/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4183/23 (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3949/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 14 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. İddiaçı Cavabdeh keçmiş qayınatasıdır, onun qızı Nigar Məmmədova (Abdullayeva) sonuncu ilə nikahda olmuş, nikah pozulmuşdur.

2. Nikah pozulduqdan sonra keçmiş ər-arvad (iddiaçının qızı və cavabdeh) arasında əmlak mübahisəsi yaranmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2862/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Məmmədova (Abdullayeva) Nigar İlqar qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qarşılıqlı iddia üzrə Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə X2 ½ hissədə, Cavabdeh ½ hissədə paylarının müəyyən edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 yanva r 2022-ci il tarixli, 2(103)-1251/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetsrindən çıxarışa əsasən, Bakı şəhəri Nərimanov rayonu 802- 803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1, 54 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X2 və ½ hissədə isə Cavabdeh adına qeydə alınmışdır.

5. İddiaçı və Cavabdeh arasındakı hazırkı mübahisə Bakı şəhəri Nərimanov rayonu, Kazım Kazımadə küçəsi, 802-803-cü məhəllə, ev № 30D-də yerləşən 54 №-li mənzillin təmirinə və kommunal ödənişlərinə çəkilən xərc barədədir.

6. X1 27 oktyabr 2022-ci il tarixli 220 nömrəli rəyinə əsasən, Məmmədova (Abdullayeva) Nigar İ lqar qızının mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 802803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1, 54 saylı mənzilin təmirinə çəkilmiş xərclərin 1 kv.m-nin hazırki bazar qiymətləri ilə təqribi dəyərinin 600 manat təşkil etdiyini nəzərə alaraq ümumilikdə mənzilin təmirinə sərf olunmuş vəsaitin təqribi dəyəri 123900 manat məbləğində müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh ) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 68.500 (altmış səkkiz min beş yüz) manat məbləğində pulun tutularaq iddiaçıya barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini be lə əsaslandırmışdır ki, cavabdeh qeyd edilən mənzilin ½ hissəsinə DƏDRX-dən müvafiq çıxarış almışdır. Bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilin tam təmiri iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Təmir xərcləri 123.000 manat məbləğində olmuşdur. Eyni zamanda, həmin mənzilə görə xx.xx.2017-ci il tarixdən hazıra qədər 14.000 manat məbləğində kommunal xərclər ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı hesab edir ki, onun tərəfindən çəkilmiş xərclərin ½ hissəsi cavabdehdən tutulmalıdır.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 54 mənzil iddiaçının vəsaiti hesabına təmir o lunmayıb, iddiaçının bu barədə arqumenti heç bir mötəbər sübutla təsdiq olunmur. Qeyd edilən mənzil həqiqətən təmir olunub. Mənzilin təmirinə çəkilən xərclər isə onun vəsaiti hesabına həyata keçirilib. Mənzilin təmirindən əlavə mənzildəki mebeli də o öz vəsaiti ilə əldə edib quraşdırmışdır. Kommunal xərclərə gəldikdə isə onun qeyd edilən mənzili ilə bağlı hansısa idarəedici təşkilatla kommunal xidmətlərin göstərilməsi barədə müqaviləsi olmayıb. İddiaçıya da hansısa kommunal xərclərin ödənilməsi ilə bağlı müraciət etməmişdir. İddiaçı ilə onun arasında onun kommunal xərclərinin məhz iddiaçı tərəfindən ödənilməsi barədə hər hansı əqd bağlanmadığı halda iddiaçının onun əvəzinə kiməsə, kimlərəsə pul ödəməsi heç bir sübutla təsdiqini tapmayan, həqiqətdən uzaq arqumentdir. O, iddiaçıdan əvəzinə k iməsə pul ödəməyi tapşırmamışdır, bu baş verdiyi halda da həmin pulu iddiaçıya qaytarmağı öhdəsinə götürməmişdir. İddiaçının ailəsi ilə onun ailəsi arasında ailə münaqişəsi zəminində məhkəmə mübahisələri mövcuddur, iddiaçı tərəfin iddia tələbləri əsasında müxtəlif məhkəmələrdə, və polis orqanlarında 30-a yaxın iş üzrə icraat olub və davam edir. İddiaçının növbəti iddia tələbi də həmin qərəzin davamıdır və formal xarakter daşıyır. Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54 onunla iddiaçının qızı Məmmədova Nigarın birgə nikahı dövründə əldə olunub və nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən aralarında 1/2 nisbətdə bölünüb. O həmin daşınmaz əmlakın hərraca çıxarılaraq satılması və əldə olunan vəsaitin onunla iddiaçının qızı arasında bölünməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iddia tələbi üzrə e-2(005)-811/2023 saylı iş hakim Solmaz Ədilovanın icraatındadır. İddiaçı da e-2(005)-811/2023 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmək niyyətilə belə bir iddia qaldırıb və müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54-ün özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə ərizə verib. Lakin həmin ərizə əsassız və qanunsuz olduğundan rədd edilib və bununla bağlı çıxarılmış qərardad Bakı Apellyasiya Məhkəməsinin 16(103)71/2023 saylı 23 fevral 2023-cü il tarixli qərardadı ilə qüvvəsində saxlanılıb. İddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 ci və 109 4-cü maddələrinə istinad edilərək göstərilib ki, guya o hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir və əldə etdiyi əşyaya çəkilən xərcləri qaytarmalıdır. Lakin o iddiaçının hesabına heç bir əmlak əldə etməmişdir. Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54 onunla iddiaçının birgə nikah dövründə əldə olunub, əvvəllər iddiaçının, nə də başqa şəxsin mülkiyyətində olmayıb. Bu fakt Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanun qüvvəsinə minib icraya yönəldiyi 2(004)-5055/2021 saylı 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə təsdiq olunur. Onun Bakı şəhəri Nərimanov rayonu 802-803-cü məhəllə, Kazımzadə küçəsi ev 30 D blok D1 mənzil 54-ü əldə etməyinin hüquq əsası həmin qətnamədir. Buna görə də iddiaçı ondan həmin mənzilə görə hər han sı məsrəf tələb edə bilməz.

10. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. İddiaçını 1996-cı ildən tanıyır. 54-cü mənzildə təmiri doqquz il əvvəl etmiş, divar kağızı vurmuş, alçipan vurmuş və pulu iddiaçıdan almışdır.

11. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Mənzili 2011-2012-ci illərdə təmir etmişdir. Cavabdehı bir dəfə görmüşdür.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 aprel 2023-cü il tarixli e-2(004)-912/2023 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Nərimanov r ayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilin 2017-ci il tarixdə təmir olunmasını bildirmişdir. Lakin şahid qismində dindirilmiş X7 və X6 izahatlarında həmin mənzilin 2011/2012-ci illərdə təmir etdiklərini bildirmişlər. Məhkəmə tərəfindən məlum olmuşdur ki, iddiaçının iddia tələbində göstərilən mənzilin 2017-ci il tarixdə təmir olunması ilə şahidlər X7 və X3 ifadələrində göstərilən 2011/2012-ci il tarixlərdə təmir olunması ilə, yəni göstərilən tarixlər üst-üstə düşmür.

14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzilin təmiri üçün çəkdiyi xərclərin ödənilməsi tələbi məhkəməyə sübut olunmadığından iddia tələbi əsassızdır və təmin olunmamalıdır.

15. Həmçinin iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kaz ımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzilə ödənilmiş kommunal xərclərin tələb edilməsi hissəsində isə iddiaçı ilə cavabdeh arasında kommunal xərclərin ödənilməsi barədə razılaşma olmamışdır, əvəzsiz olaraq öz qızına könüllü olaraq pulu ödəmişdir. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, 802- 803-cü məhəllə, Kazım Kazımzadə küçəsi, ev 30D blok D1, 54 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə X2 adına olduğundan kommunal xərclər iddiaçı tərəfindən bağışlama, yəni könüllü formada ödənilmişdir.

16. Məhkəmə hesab etmişdir ki, iddiaçının mənzilə ödədiyi kommunal xərcləri tələb etmək hüququ yoxdur.

17. Məhkəmə işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirərək, eyni zamanda məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara istinad edər ək hesab etmişdir ki, iddiaçı tərəfindən tələbdə göstərilən hallar məhkəmədə sübut olunmadığından iddia tələbi əsassız hesab edilməli və təmin olunmamalıdır.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 77.1, 80, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə heç bir maddi hüquq normasına istinad olunmamış, işin halları düzgün müəyyən edilməmiş, birinci instansiya məhkəməsi əsassız varlanma institutunun mahiyy ətinə varmadan səhv nəticəyə gəlmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3949/2023 nömrəli mülki iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təmir xərcinin kim tərəfindən çəkilməsi barədə mübahisə var. Hər tərəf bildirir ki, təmir xərcini özü çəkib. Təmirlə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməyib, iddiaçı isə sübut təqdim edib. Belə ki, iddiaçının təşəbbüsü ilə birinci instansiya məhkəməsində 2 şahid dindirilmişdir. Məhkəmə iclas protok olundan görünür ki, şahidlərdən biri bildirib ki, 9 il əvvəl mənzildə divar kağızı və alçipan vurub, pulu iddiaçıdan alıb. Digər şahid bildirib ki, 2011- 2012-ci illərdə mənzili təmir edib, cavabdehi 1 dəfə görüb. Şahidlərin ifadəsində başqa məlumat yoxdur. Bundan başqa, iddiaçının məhkəməyə təqdim etdiyi “X4” MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə görə, mənzilin təmirinə sərf olunmuş vəsaitin təqribi dəyəri 123.900 manat təşkil edir. Şahidlərin ifadəsi təmir xərcinin bütünlüklə iddiaçı tərəfindən çəkildiyini müəyyən etmək üçün kifayət deyil. Birinci, şahidlərin ifadəsindən aydın deyil ki, onların hər biri mənzildə hansı həcmdə təmir işləri görüb. Təmir zamanı mənzildə müxtəlif növ işlər görülür. Bütün növ təmir işlərinin məhz həmin 2 şahid tərəfindən həyata keçirildiyi müəyyən olunmur. İ kinci, mənzilin təmiri yalnız usta işindən ibarət deyil, təmir üçün zəruri olan materialların alınması və digər xərclər də təmir xərcinə daxilidir. Bu xərcin hamısının iddiaçı tərəfindən çəkildiyi müəyyən olunmur. Lakin təmir xərcinin kim tərəfindən ödənilməsinin mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur. Təmir işlərinin görülməsinə dair münasibət podrat münasibəti hesab olunur. Həmin münasibətin 2 tərəfi var: sifarişçi və podratçı. Əgər podrat münasibətinin tərəfi (sifarişçi) iddiaçı olubsa, bu halda təmir xərcini ödəmək onun vəzifəsi olub. Belə ki, podratçıya muzd ödəmək sifarişçinin öhdəliyidir (Mülki Məcəllə, maddə 752.1). Əgər podrat münasibətinin tərəfi (sifarişçi) iddiaçının qızı olubsa, lakin iddiaçı muzdu qızının əvəzinə podratçıya ödəyibsə, bu, öhdəliyin üçüncü şəxs tərəfin dən icrası hesab olunur (Mülki Məcəllə, maddə 431.1). Hər iki halda iddiaçı, qızı ilə cavabdehin nikahının pozulmasından sonra həmin xərcin yarısını cavabehdən tələb edə bilməz. Çünki iddiaçının özü bildirir ki, təmir xərcini qızının mənafeyi üçün və qızı tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən ödəyib. Belə halda təmir xərcinin maddiləşmiş nəticəsi (təmir) mənzilin tərkib hissəsinə çevrilir. Çünki Mülki Məcəllənin 135.10-cu maddəsinə görə, adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Mənzil isə bütün tərkib hissələri ilə birlikdə iddiaçının qızına məxsus olub. Daha sonra məhkəmə qaydasında müəyyən olunub ki, mənzil ər-arvadın (iddiaçının qızı ilə cavabdehin) ümumi əmlakıd ır və mənzildə onların payları bərabərdir. Əgər iddiaçı qızının mənafeyi üçün mənzilin təmirinə xərc çəkibsə və bu sübut olunubsa, belə halda iddiaçının qızı bu halın onun diqqətəlayiq mənafeyi kimi nəzərə alınmasını və mənzildə payların qeyri-bərabər müəyyən edilməsini (onun payının daha çox müəyyən edilməsini) tələb edə bilərdi (Ailə Məcəlləsi, maddə 37.2). Lakin məhkəmə qətnaməsi ilə mənzildə payların miqdarı bərabər müəyyən edilmişdir. Həmin qətnamədə “mənzil” deyildikdə təmir də nəzərdə tutulub, çünki yuxarıda qeyd olunduğu kimi təmir işlərinin maddiləşmiş nəticəsi mənzilin tərkib hissəsidir. Beləliklə, iddiaçı təmir xərci barədə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil.

23. İddiaçı iddia ərizəsində bildirmişdir ki, xx.xx.2017-ci ildən hazıra qədər mənzilin kommu nal xərcinə görə 14.000 manat ödəmişdir. Kommunal xərc barədə MTK-nın xx.xx.2022-ci il tarixli arayışı iş materiallarına əlavə edilmişdir. Həmin arayışda qeyd olunmuşdur ki, həmin mənzilə görə xx.xx.2017-ci ildən etibarən hər ay 200 manat kommunal xərc iddiaçı tərəfindən ödənilib. İddiaçı bildirir ki, kommunal xərci qızının mənafeyi üçün və qızı tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədən ödəyib. Sonradan məhkəmə qaydasında mənzil ər-arvadın (iddiaçının qızı ilə cavabdehin) ümumi əmlakı sayılıb və payların bərabər olması müəyyən edilib. Bundan sonra iddiaçı əsassız varlanma qaydalarına istinad edərək 14.000 manatın yarısını cavabdehdən tələb edib. Bu tələbə əsassız varlanmaya aid qaydalar tətbiq edilə bilməz. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin h esabına əmlak əldə edir (Mülki Məcəllə, maddə 1091.1). Lakin cavabdeh iddiaçının hesabına əmlak əldə etməyib. Bu hal öhdəliyin üçüncü şəxs tərəfindən icrası hesab olunur. Belə ki, kommunal xərcləri ödəmək öhdəliyi mənzilin məxsus olduğu şəxsə aiddir. Kommunal xərc barədə MTK-nın arayışında qeyd olunub ki, mənzil iddiaçının qızına məxsusdur. Ona görə də kommunal xərcin iddiaçı tərəfindən ödənilməsi öhdəliyin (iddiaçının qızına aid öhdəliyin) üçüncü şəxs tərəfindən icrası hesab olunur (Mülki Məcəllə, maddə 431.1). Öhdəlik üçüncü şəxs tərəfindən icra edildikdə əsassız varlanma baş vermir, kreditorun borcluya qarşı tələb hüququ üçüncü şəxsə keçir. İddiaçı tərəfindən kommunal xərc ödənilərkən mənzilə dair cavabdehin adına hüquqmüəyyənedici sənəd olmamış, MTK arayışında qeyd olunmuşdur ki, mənzi l iddiaçının qızına məxsusdur. Reyestr çıxarışından görünür ki, iddiaçının qızı ilə cavabdehin (keçmiş ər-arvadın) mənzil üzərində paylı mülkiyyət hüququ xx.xx.2022-ci ildə dövlət reyestrində qeydə alınıb. Odur ki, bu tarixədək iddiaçı tərəfindən ödənilmiş kommunal xərc cavabdehin öhdəliyinin üçüncü şəxs (iddiaçı) tərəfindən icrası hesab olunmur. İddiaçı həmin tarixdən sonra cavabdehin əvəzinə ödədiyi kommunal xərcə görə cavabdehə qarşı tələb irəli sürə bilər. xx.xx.2022-ci ildən sonra iddiaçının cavabdehin əvəzinə kommunal xərc ödəməsi müəyyən olunmur.

24. Kollegiya hesab etmişdir ki, iddiaçı kommunal xərc barədə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik deyil. Birinci instansiya məhkəməsi iddianı təmin etməsə də, işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və tətbiq e dilən maddi hüquq normasını göstərmədiyindən qətnamə ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının tətbiqi ilə bağlı məqamlarda apellyasiya instansyası məhkəməsinin qeyd etdikləri ilə razılaşmır. Belə ki, hesab edir ki, hazırkı iş üzrə hüquq münasibətlərində “əsassız varlanma” ilə bağlı hüquq normaları tətbiq olunmalıdır. Məsələ ilə bağlı ilk növbədə “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin35.1, 35.3 və 39. 1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 iyun 2021-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab etmişdir. Belə ki, həmin Qərarın 4-cü səhifə, 7-ci abzasında yazılır ki, “Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdir ilməklə paylı mülkiyyətə keçirilir.” Konstitusiya məhkəməsinin mövqeyinə görə ər-ərvadın ümumi əmlakının bölünməsi məsələsinə baxılması, onları həmin əmlaka mülkiyyət hüquqlarının tanınması kimi nəzərdən keçirilə bilməz və bunun səbəbi qeyd edilən əmlakın əldə edildiyi andan ər-arvadın ümumi mülkiyyəti olmasıdır. İddiaçının mövqeyi həmişə ondan ibarət olmuşdur ki, qeyd edilən mübahisəli mənzil onun özünə məxsusdur və onun vəsaiti hesabına əldə olunmuşdur. Lakin, onun fikrinə görə sonradan məhkəmələr əsassız olaraq həmin mənzili onun qızı ilə keçmiş kürəkəninin ümumi əmlakı hesab etmişlər. Belə vəziyyətdə, qeyd edilən mənzilə hüququn Konstitusiya Məhkəməsinin mövqeyinə görə əmlak bölgüsünə dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi gündən hesablanmamalıdır. Apellyasiya instansiyası məhkəməs i isə cavabdehin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı hesab edilmiş mənzilə hüququnun xx.xx.2022-ci il tarixdən yarandığı qənaətinə gəlmişdir. Lakin, nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsi bu hüququn yarandığı anı, ər-arvadın əmlakının bölünməsi məsələsinin həlli vaxtı ilə əlaqələndirməyərək, başqa sözlərlə əmlak bölgüsü məsələsinin ümumi əmlaka ərarvadın mülkiyyət hüquqlarının tanınması kimi nəzərdən keçirməyərək, bu hüququn artıq əldə edildiyi gündən başlayaraq mövcud olduğunu qeyd etmişdir. Belə vəziyyətdə, apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, iddiaçının təmir xərcləri və kommunal xərc barədə tələb irəli sürmək üçün müvafiq subyektiv hüququ mövcud olmuş və cavabdeh də məhz iddiaçının əvəzinə əsassız varlanmışdır. Hesab edir ki, a pellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin əsassız olaraq varlanması halını təsdiq edən kifayət qədər sübutlara, o cümlədən şahid ifadələrinə, ekspert rəyinə, MTK tərəfindən təqdim edilmiş məktuba və digər dəlillərə lazımi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

28. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

29. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər. Buna borclunun razılığı tələb edilmir.

30. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları süb ut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq ol unması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiy indən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 iyun 2023-cü il tarixli 2(103)- 3949/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar