Məhkəmə qərarları › İş №2(102)-4183/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4183/2024

27.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4183/2024 27.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin naturada ölçülüb mülkiyyətçilərə təhvil verilməsi, iş üzrə icraata xitam verilməsi (iş mülki məhkəmə icraat qaydasında baxılmalı deyilsə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şö bəsinə qarşı pay torpaq sahəsinin naturada ölçülüb təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1950/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Torpağa mülkiyyət hüququna dair JN 470 saylı Dövlət aktı ilə İddiaçı1 və ailə üzvlərinə 0,71 ha, JN 471 saylı Dövlət Aktına əsasən İddiaçı2 0,32 ha, JN 478 saylı Dövlət Aktına əsasən İddiaçı3 və ailə üzvlərinə 0,35 ha torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin naturada ölçülüb onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının 24 sentyabr 1998-ci il tarixli qərarı ilə Tovuz rayonu Aşağı Öysüzlü kəndi ərazisində ayrı-ayrılıqda hər birinə pay torpaq sahələri verilmiş və həmin pay torpaq sahələrinə dair JN 470, 471 və 478 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməklə torpaq sahələri üzərində mülkiyət hüquqları tanınmışdır. Torpaq islahatından sonra onlara verilmiş torpaq sahəsi naturada ölçülüb onlara təhvil verilmişdir və bu günə kimi onlar həmin torpaq sahəsindən istifadə edirlər. Buna baxmayaraq, yenidən həmin torpaq sahələrinə dair xəritə işlənmiş və həmin xəritədə onlara göstərilmiş torpaq sahəsi faktiki olaraq onlara verilmiş dövlət aktında göstərilən torpaq sahəsi ilə ayrı-ayrı ərazilərdə yerləşir.

4. Tovuz Rayon Məhkəməsinin 18 fevral 2010-cu il tarixli 2(062)-111/2010 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia tələbi təmin edilərək, JN 470 saylı, JN 471 və JN 478 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına əsasən Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən İddiaçı1, İddiaçı2 və İddiaçı3 verilmiş pay torpaq sahələrinin onlara verilmiş aktlarda göstərilən sərhədləri daxilində yerində (naturada) dəqiq ölçülərək iddiaçılara verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tovuz rayon söbəsinə həvalə edilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş və icra olunmuşdur.

5. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahələrinə dair iddiaçıların adlarına torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. İddiaçılara məxsus pay torpaq sahələrinin sərhədləri cavabdeh təşkilat tərəfindən yerində dəqiq ölçülüb təhvil verilməmişdir və onlar pay torpaq sahələrinin sərhədlərini dəqiq bilmirlər, bununla əlaqədar iddiaçılar özlərinin qanuni mülkiyyətində olan pay torpaq sahələrinə sahiblik və istifadə hüquqları məhdudlaşır.

6. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. Maraqlı şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, özünə məxsus torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmaq məqsədilə müvafiq orqana müraciət etdikdə ona bildirmişlər ki, torpağa dair başqa şəxsin adına məhkəmə qətnaməsi əsasında çıxarış verilmişdir. Maraqlı şəxs bildirmişdir ki, JN 348 seriyalı torpaq sahəsi ona məxsusdur. Lakin ona 359 nömrəli ilə Dövlət aktı verilmişdir.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1950/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakimlər - İsla m Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Şamil Rzaquliyev) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmış, iddiaçılara izah olunmuşdur ki, torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin naturada ölçülüb təhvil verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq Ərazi İdarəsinə müraciət etmək, həmin orqan bundan imtina etdikdə isə aidiyyəti üzrə orqanın hərəkətindən (qərarından) yerləşdiyi ərazi üzrə müvafiq İnzibati məhkəməyə müraciət etmək hüquqları vardır.

10. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabd ehə qarşı olan hazırkı iddia dövlət aktında göstərilən torpaq sahəsinin naturada ölçülüb təhvil verilməsindən ibarət olduğundan məsələnin həlli inzibati orqanın səlahiyyətinə aiddir. Bu səbəbdən iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir.

11. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1, 3.1-ci və Azərbaycan Respublikasının İPM-in 2.2.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.3-cü bəndinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı 1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıların mübahisəli torpaq sahəsi üzrə hüquqları qanunla müəyyən olunmuş qaydada, yəni Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən qeydiyyata alınmış, lakin vahid kadastr məlumat bazasına daxil edilməmişdir. Bu barədə iddiaçıların Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə etdikləri rəsmi müraciətlarınə cavab olaraq 30 avqust 2018-ci il tarixli məktubda bildirilmişdir ki, ərazidə aparılmış yerquruluşu işlərinə dair kam eral işlər başa çatdıqdan və məlumatlar sistemləşdirildikdən sonra vahid kadastr məlumat bazasına daxil ediləcək. 14. 14 il öncə qanunla müəyyən olunmuş qaydada iş üzrə iddiaçıların mübahisəli torpaq sahələri koordinat nöqtələrinə uyğun naturada dəqiq ölçülərək təhvil verilmiş və torpaq üzərində hüquqları dövlət reyestrində qeydiyyata alınaraq 2010-cu il tarixdə çıxarış verilmişdir. Lakin apellyasiya məhkəməsi vətəndaş olaraq iddiaçıların konstitutsion hüquqlarını və mülkiyyət hüquqlarını pozaraq qərar qəbul etmişdir. b)

15. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

16. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmi ş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddialara) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.

18. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanla rın Təsnifatı”

19. Bənd 31.1.3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı

20. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəməd ə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 261.0.1. Hakim iş üzrə icraata iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə xitam verir.

22. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

23. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

26. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

27. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

28. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, hazırkı iddianın predmetini təşkil edən mübahisə inzibati mübahisədir və həmin mübahisəyə hal-hazırda mülki qaydada baxılması üçün qanuni əsaslar mövcud deyildir.

33. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 3.1-ci maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.

34. Hal-hazırda iddianın predmetini təşkil edən mübahisə inzibati mübahisə olduğundan və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin normalarına əsasən inzibati icraat qaydasında baxılmalı olduğundan, işə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılması mümkün deyildir.

35. Buna görə də, apellyasiya məhkəməsi haqlı olaraq, mülki icraat qaydasında baxılmalı olmayam iş üzrə icraata xitam vermişdir.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 2(104)-1950/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar