Məhkəmə qərarları › İş №2(102)-4187/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4187/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4187/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadından “xxxx” ASC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-1274/2020, hakim R.A.Xəlilov) İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddiası təmin edilmiş, ünvan 1 ünvanına iddiaçının adına yeni elektrik sayğacı ilə təchiz olunmaqla yeni abunə kodunun açılması vəzifəsinin cavabdeh «xxxx» ASC-nin üzərinə qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı ilə (iş № 2(103)-4753/2020, hakimlər R.Ə.Qurbanov, M.A.Məmmədov, A.Ə.Hüseyn) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehin nümayəndəsi verdiyi kassasiya şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatl arı: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh ASC tərəfindən Aysel Süleymanovaya verilmiş etibarnamə və müvafiq olaraq əmək müqaviləsinin qeydə alınmasına dair bildirişin surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarından həmin sənədlərin olması səbəbindən apellyasiya şikayətinə təkrarən etibarnamə əlavə etmək zərurəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsi ilə apellyasiya şikayətinin məzmunu müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təs diq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin apellyasiya şikayətinin qaytarılması əsaslarını müəyyən edən 363-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa geri qaytarılır. Cavabdehin apellyasiya şikayətini Aysel Süleymanova imzalamış, lakin sonuncuya cavabdeh tərəfindən verilmiş etbarnamə şikayətə əlavə edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, mülki işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla, iş ma terialları ilə təkzib edilir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qərardad prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri formal mülahizələr olmaqla qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar