Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4188/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mkr., Tbilisi prospekti, 74 saylı evin 8 saylı qızının Cavabdeh-nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin dəyişdirilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı1 qızının, vəkili Vəkil3, Cavabdeh-nin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli İddiaçı1 qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkə mə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanda yerləşən ümumi yataqxana binasında istifadədə olan 0,0752 ha torpaq sahəsində yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 36,0 kv. metr olan 59 saylı mənzil, 07.01.2009-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı1 adına qeydə alınmışdır. Mənzilin faktiki sahəsi 62,08 kv. metr olmuşdur.
2. İş üzrə tərəflər arasında bağlanmış 08.05.2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski 8/9 ünvanda yerləşən binada İddiaçı1 məxsus mənzilin sökülməsi nəticəsində, 74 kv. metrlik yaşayış sahəsini mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilə ilə yeni binanın tikintisi başa çatanadək, hər iki mənzil təhvil verildiyi günədək mülkiyyətçinin aylıq 500 manat kirayə haqqını almaq hüququ müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1 qızı və İddiaçı2 Cavabdeh-nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh "xxxx" MMC ilə İddiaçı1 qızı arasında bağlanmış 08.05.2019-cu il tarixli K037 saylı müqavilənin etibarsız hesab edilməsi; Cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı1 qızının qanuni istifadəsində olan Bakı şəhəri. Nərimanov rayonu, Mayakovski 8/9 saylı binanın tinində yerləşən 4,5 kv. sahəsi olan köşk üzərində istifadə hüququna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 07.01.2009-cu i l tarixli MH seriyalı. ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 qızının mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 saylı binada yerləşən 59 saylı mənzil üzərində İddiaçı1 mülkiyyət hüququna qəsdə son qoyulması; Azərbaycan SSR X3 Təchizat Komitəsi tərəfindən verilmiş 12.08.1991 -ci il tarixli 14 saylı orderə əsasən, İddiaçı2 qanuni istifadəsində olan, ümumi sahəsi 232 kv. metr qeyri-yaşayış sahəsinə istifadə hüququna və Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 11.05.2002-ci il tarixli seriya OM İ 14223 saylı qeydiyyat vəsiqəsinə əsasən İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu. Mayakovski küçəsi 8/9 ün vandakı çoxmənzilli yaşayış binasında yerləşən 1 saylı mənzil üzərində qəsdə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 4. 02.10.2019-cu il tarixli məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. 5. 20.10.2020-ci il tarixdə İddiaçı1 qızı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə onun arasında bağlanmış 08.05.2019-cu il tarixli K 037 saylı müqavilənin dəyişdirilməsi, mülkiyyətində olan 62,08 kv metr üç otaqlı mənzilinin sökülərək əvəzində həmin şirkət tərəfindən ona həmin binanın 4-6-cı mərtəbələrindən birində tam təmirli 3 (üç) otaqlı mənzilin verilməsi, tikilən binanın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikil miş qeyri yaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri yaşayış sahəsindən birinin verilməsinin təmin edilməsi və bina tikilib istismara verilənə qədər ona verilən kirayə haqqının 500 manatdan 600 manata artırılması tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə baxılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, X ünvanda yerləşən ümumi yataqxana binasında istifadədə olan 0,0752 ha torpaq sahəsində yerləşən çoxmənzilli yaşayış binasında ümumi sahəsi 36,0 kv. metr olan 59 saylı mənzil, 07.01.2009-cu il tarixli MH seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətindədir. Eyvanların yaşayış sahəsi vəziyyətinə gətirilməsi nəticəsində, mənzilin faktiki sahəsi 62,08 kv. metr olmuşdur. Cavabdeh ilə onun a rasında 08.05.2019-cu il tarixli K037 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski 8/9 ünvanda yerləşən binada ona məxsus mənzilin sökülməsi nəticəsində, 74 kv. metrlik yaşayış sahəsini mülkiyyətinə vermək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilə bağlanarkən, qanuni istifadədə olmuş, ünvan 3 ünvanda yerləşmiş binanın tinində yerləşən ticarət köşkündən məhrum olmağı, mülkiyyətində olan mənzilin iki əks istiqamətə pəncərəsinin olmağı və 5-ci mərtəbədə yerləşməsi nəzərə alınmamışdır. İş materiallarında olan, Nərimanov Rayon İcra Hakimiyyətinin ona ünvanlanmış 29.06.2005-ci il tarixli, 42 saylı və 06.06.2011-ci il tarixli 25 saylı məktubları ilə köşkün həmin ünvanda fəaliyyət göstərməsinə icazə verilmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti, ona ünvanlanmış 29.06.2005-ci il tarixli 42 saylı və 06.06.2011-ci il tarixli 25 saylı məktubları ilə, köşkün həmin ünvanda fəaliyyət göstərməsinə dair iradəsini ifadə etmişdir. Beləliklə, ona məxsus köşk, ünvan 3 ünvanda yerləşən binanın tinində qanuni əsaslarla fəaliyyət göstərmişdir. Hazırda həmin köşk cavabdeh tərəfindən naməlum istiqamətdə daşınmış və yerləşdiyi torpaq sahəsi zəbt edilmiş və həmin torpaq sahəsində 3-4 mərtəbəli qeyri-yaşayış sahəsi tiklilir. Cavabdeh ilə onun arasında bağlanmış 08.05.2019-cu il tarixli K037 saylı müqavilə, onun hüquqlarının əhəmiyyətli dərəcədə pozulması ilə bağlanmışdır. Bu səbəbdən, həmin müqavilənin şərtləri dəyişdirilməli, sökülmüş mənzilin əvəzində ona iki ədəd tam təmirli bir otaqlı mənzil deyil, tikiləcək binanın 4-6-cı mərtəbələr ində yerləşən və iki istiqamətə pəncərəsi olan bir ədəd tam təmirli üç otaqlı mənzilin verilməsi, qanunsuz məhrum olduğu yeganə gəlir mənbəyinin - ticarət köşkünün əvəzində, tikiləcək binanın tinində şirkət tərəfindən dağıdılmış iş yerinin torpağında tikilən çoxmərtəbəli çoxsaylı qeyri yaşayış sahəsinin birinci mərtəbəsində ona qeyri yaşayış sahəsinin verilməsi, bina tikilib istismara qəbul olunanadək yaşayış sahəsindən istifadə üçün ona veriləcək kirayə haqqının məbləğinin 500 manatdan 600 manatadək artırılması, bina tikilib istismara qəbul olunanadək ticarət köşkündən istifadə imkanından məhrum olmağının müqabilində ona hər ay 300 manat pul ödənilməsi müqavilənin şərtlərində nəzərdə tutulmalıdır. Şərh olunanlardan görünür ki, 08.05.2019-cu il tarixli K 037 saylı müqavilə bağlanarkən, idd iaçı ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə ki, sökülmüş binada yerləşmiş, onun mülkiyyətində olan 59 saylı mənzil 3 otaqdan ibarət idi. Həmçinin, mənzilin ibarət olduğu 62,08 kv. metr sahə hamısı yaşayış otaqları idi. Ümumi istifadədə olan hamam, dəhliz və ayaqyolu həmin sahəyə daxil deyil. Binanın koridorunda yerləşən həmin yardımçı sahələr ümumi istifadədə olmaqla, onun ailəsi tərəfindən də istifadə olunurdu. Həmçinin, binanın küncündə yerləşən ticarət köşkü onun sabit və yeganə gəlir mənbəyi idi. Hal-hazırda, həmin bina cavabdeh tərəfindən, qanunsuz olaraq bütövlükdə sökülmüşdür. İddiaçı 3 yaşayış otağından, mətbəx və sanitar qovşaqdan məhrum olmuşdur. Eyni zamanda binanın tinində ticarətlə məşğul olaraq gündəlik çörək pulu qazandığı iş yerindən də məhrum ed ilmiş və o vaxtdan sosial fonda da ödənişləri dayandırmış bu da onun gələcəkdə pensiya təyinatına əngəl olacaq. Söküntü işləri, iddiaçı həmin binada yaşamağına baxmayaraq zor gücünə həyata keçirilmişdir. Otaqlar sənədlərə əsasən həmin yataqxanada 11 kv.m təşkil edir. İddiaçıda isə 36 kv metr olduğu halda ona qarşı qərəzli mövqe tutulur. İddiaçı 500 manat kompensasiya alır. İddiaçıdan daha az sahəsi olan mənzildə yaşayanlar 700 manat kompensasiya alır. Və ona 2 ədəd 1 otaqlı, onlara isə 2 ədəd 2 otaqlı verilir. İddiaçı və ailə üzvləri dəfələrlə şirkətə müraciət etsə də, bu məsələyə cavab verilməmişdir. İddiaçı müqaviləni pozmağa çalışırdı ki, uşaqları ondan paylarını geri istədilər. Ayrı ailə kimi çıxmaq üçün ondan paylarını istədilər. Şirkətə ərizə yazsa da, heç cavab verilmədi.
7. Cavabd ehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, iddiaçıya 28 kv.metr sahəsi olan mənzilin təqdim edilməsi ilə bağlı razılığa gəlmişlər. Lakin sonradan iddiaçı, cavabdehin humanizmliyindən sui-istifadə edərək ona 2 mənzilin təqdim edilməsini tələb etməyə başlamışdır. Hətta iddiaçı ilə müqavilə bağlanarkən ona məxsus mənzilin faktiki sahəsi nəzərə alınmışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim S.Ədilova) 13 noyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
9. Məhkəmə Mülki Məcəllənin 421.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərin i əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir. Hazırki iş üzrə Cavabdeh ilə İddiaçı1 qızı arasında bağlanmış 08.05.2019-cu il tarixli K037 saylı müqavilənin dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı müqavilənin bütün bəndləri ilə razılaşdığını yazılı surətdə öz imzası ilə təsdiq etmişdir, habelə iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tərəfin istinad etdiyi hallarla təkzib olunmuşdur. Məhkəmə iddia tələbində göstərilən tikilən binanın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikilmiş qeyri yaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri-yaşayış sahəsindən birinin verilməsinin təmin edilməsi bağlı qeyd etmişdir ki, iddiaçını n vergi orqanında qeydiyyatda olması, Nərimanov Rayon İcra Hakimiyyətinin buna etiraz etməməsi, iddiaçıya yeni tikiləcək binada qeyri-yaşayış verilməsi üçün əsas ola bilməz. Çünki belə bir tələb yalnız mülkiyyət hüquqlarından irəli gələ bilər. Həmçinin qeyd edilmişdir ki, 28.10.2020-ci il tarixdə ünvan 3 ünvandakı tikiliyə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi köşk binanın tinində hündür ağacın yanında yerləşirdi. Hazırda ağacın yanındakı sahə boşdur. Onun yerində hər hansı qeyri yaşayış sahəsinin tikilməsi halı müəyyən edilmir. Mübahisəli köşk əvvəllər yerləşdiyi yerdən götürülüb yaxınlıqda olan digər küçədə, işlək yol kənarında yerləşdirilib. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Mə mmədova (sədrlik edən və məruzəçi), E.Mehdiyev və X.Sarıyev) 11 mart 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli X nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. İddiaçı1 kassasiya şikayəti və ona əlavə verərək qətnamənin tamamilə və ya qismən ləğv edib işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilə rək onunla əsaslandırılmışdır ki, əslində Nərimanov rayon İcra Hakimiyyəti onunla sosial kirayə müqaviləsi bağlamalı idi. Yaşayış otaqlarının ölçülərinə uyğun və qeydiyyatda olan ailə üzvlərinin sayına görə o, yaşayış sahəsi ilə təmin edilməli idi. İddiaçı müqaviləni imzalayarkən müqavilənin şərtləri ilə diqqətlə tanış olmamış, müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamış, sonradan ona məlum oldu ki, o, razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamışdır. Beləliklə, müqavilənin şərtləri ədalətsizdir və o, şirkət tərəfindən aldadılaraq ümid etməyə haqqını çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Belə ki, müqavilənin 1.1-ci bəndinin şərtinə görə cavabdeh iddiaçının mülkiyyətində olan 2 otaqlı, 62.08 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 1 5-25 % əlavə etməklə biri 44 kv.m. və 30 kv.m, olmaqla 2 ədəd tam təmirli mənzili "Mülkiyyətçi"nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Sual olunur niyə müqavilənin yuxarıda qeyd edilən şərti ədalətsizdir? Reyestr nömrəsi **********66-05101-093011 olan yaşayış otaqlarının texniki pasportunda böyük xüsusi balkonu da olduğu aydın görünür. Sonralar iddiaçının ailə üzvləri çoxaldığına görə həmin balkonu böyük pəncərələr qoyaraq bağladılar, təmir edərək yaşayış otağı vəziyyətinə gətirdilər. Otağın ümumi sahəsi böyüdü və 62.08 kv.m oldu. Həmin 62.08 kv.m olan yaşayış sahəsi K 037 saylı müqavilədə də öz əksinin tapıb. Müqavilənin şərtlərinə görə 15-25% əlavə etməklə 74 kv.m otaq sahəsini şirkət 44 kv.m və 30 kv.m olmaqla iki yerə bölməsi səhvdir. Yataqxanada bir otağın sahəsi 18 kv.metr-dən böy ük deyil. Belə olanda 74/18=4 otaq daha düzgün olardı. Ona görə də şirkət müqavilə bağlayarkən mənzilin dövlət reyestrindən çıxarışı əsas kimi deyil mənzilin ümumi yaşayış sahəsi əsas şərt kimi götürülməli idi. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 06.12.2019-cu il tarixli, 73-071 saylı və 04.06.2019-cu il tarixli R- 1/4-152 saylı cavab məktublarında da həmin şərt öz əksini tapmışdır. Məhkəmələr müqavilənin 1-ci bəndinə də qeyd edilmiş "mülkiyyətimdə olan 2 otaqlı, 62.08 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə cümləsinə istinad etməklə qətnamələr qəbul edib. Məhkəmə Kollegiyası qətnamə qəbul edərkən aydınlaşdırmayıb ki, yaşayış otaqlarının dövlət reyestrindən çıxarışda yaşayış sahəsi 36.0 kv.metrdir, faktiki olaraq və texniki pasp ortda qeyd edildiyi kimi yaşayış sahəsi isə 60.08 kv.metrdir. Deməli şirkət iddiaçıya 36.0 kv.tn yaşayış sahəsinə 15-25 % əlavə etməklə cəmi yaşayış sahəsi 62.08 olan mənzil verməli idi. Lakin şirkət iddiaçıya mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş yaşayış sahəsinə (36.0 kv.m.). 15-25 % əlavə etməməklə cəmi 36.0 kv.m yaşayış sahəsi təklif edir. İddiaçının mənzilini yataqxana olub. Dəhliz, mətbəx, sanuzel ümumi olub texniki pasportda qeyd edilən 62.08 kv.m mənzilin taktiki yaşayış sahəsi olub. Müqavilənin 1.1-ci bəndində qeyd edilən və iddiaçıya təklif edilən biri 44 kv.m. və 30 kv.m. olmaqla 2 ədəd tam təmirli mənzillərin ümumi sahəsi dəhliz, mətbəx, sanuzel daxil olmaqla cəmi 74 kv.m təşkil edir. Şirkətin iddiaçıya təklif etdiyi biri 44 kv.m. və 30 kv.m. olmaqla 2 ədəd tam t əmirli mənzillərin yaşayış sahəsinin cəmi 36.0 kv.m təşkil edir. Digər 38 kv.m olan sahə (74-36=38) dəhliz, mətbəx, sanuzeldən ibarətdir. Həmin mənzillər sahəsinə görə bir otaqlı mənzildir, iki otaqlı mənzillərin yaşayış sahəsi isə cəmi 62.08 kv.m edir. Deməli şirkət tərəfindən iddiaçıya təklif edilən, müqavilənin 1.1-ci bəndinin şərtinə görə onun mülkiyyətində olan mənzilin texniki pasportundakı cizgilərə əsasən 2 otaqlı, 62.08 kv.m göstərilmiş faktiki ümumi sahəsinə (ümumi sahə yaşayış sahəsindən ibarətdir) 15-25 % əlavə etməklə biri 44 kv.m. və 30 kv.m. olmaqla 2 ədəd tam təmirli mənzilin yaşayış sahəsinin cəmi 62.08 kv.m olmalı idi. Beləliklə, şirkət tərəfindən iddiaçıya iki ədəd bir otaqlı deyil iki ədəd iki otaqlı və ya bir ədəd üç otaqlı mənzil verməli idi. Müqavilənin 1.1-ci bəndin in şərtində də qeyd edildiyi kimi iddiaçının mülkiyyətində olan 2 otaqlı, 62.08 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 1525 % əlavə etməklə ona cəmi yaşayış sahəsi 74 kv. m. olan (dəhliz, mətbəx, sanuzel daxil edilmədən) iki ədəd iki otaqlı və ya bir ədəd üç otaqlı mənzil verilməli idi. Mənzilin dövlət reyestrindən çıxarışda ümumi sahəsi 36.0 kv.m. göstərilsə də, mənzilin texniki pasportunda və faktiki yaşayış sahəsi 62.08 kv. m. təşkil edir. Mübahisənin predmeti ondan ibarətdir ki, iddiaçının mülkiyyətində olan yaşayış otaqlarının yaşayış sahəsi 62.08 kv.m olub. Şirkət tərəfindən iddiaçıya təklif edilən mənzillərin yaşayış sahəsi isə cəmi 36.0 kv.m təşkil edir. Beləliklə, şirkət müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçıya yaşayış otaqların ın yaşayış sahəsinə bərabər olmayan mənzil təklif etmişdir. Şirkət iddiaçıya mənzillər təklif edərkən yaşayış sahəsi vəziyyətinə gətirilmiş sahəsi 27 kv.m. olan balkonu nəzərə almamışdır. Şirkət köçürülən sakinlərə kirayə haqqı verərkən mənzillərin yaşayış otaqlarının sayına uyğun kirayə haqqı verib. İddiaçıya və onun ailə üzvlərinə isə əsassız olaraq yaşayış sahəsi 36.0 kv.m olan mənzil verildiyinə görə kirayə haqqını da ona uyğun olaraq 500 manat təklif edib. Əgər şirkət iddiaçıya 2 ədəd iki otaqlı, və ya bir ədəd üç otaqlı, yaşayış sahəsi 62.08 kv.m. olan mənzil versəydi onda kirayə haqqını da 700 manat və ya daha çox təklif edərdi. Nəticədə iddiaçı mənzilində qeydiyyatda olan ailə üzvləri ilə birlikdə daha geniş mənzil kirayələyə bilərdi. 500 manata kirayələdiyi mənzilin rahatlığı iddi açının mülkiyyətində olan mənzilin rahatlığını vermir. Qətnamələrin əsaslandırma hissəsində ümumiyyətlə kirayə haqqının artırılması tələbinə münasibət bildirilməyib. İddiaçı, şirkətin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmasını onunla əsaslandırmışdır ki, şirkət ona mənzilinin yaşayış sahəsinə bərabər olmayan mənzil təklif etmiş, təklif etdiyi mənzillərdə, sahəsi 27 kv.m olan, yaşayış sahəsi vəziyyətinə gətirilmiş balkonu nəzərə almamışdır. Qətnamədə qeyd edilənlərin əksinə olaraq əgər mübahisələndirilən müqavilə icra edilərsə, müqavilə dəyişdirilməzsə, şirkət tərəfindən iddiaçıya yaşayış sahəsi 74 kv.m olan iki ədəd iki otaqlı və ya bir ədəd üç otaqlı mənzil deyil, yaşayış sahəsi 36.0 kv.m olan iki ədəd bir otaqlı mənzil verilərsə və buna uyğun kirayə haqqı verilərsə bu iddiaçın ın əmlak mənafelərinin ciddi şəkildə pozulmasına səbəb olar və o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olar. İddiaçı1 kassasiya şikayətinə əlavə göndərərək həmçinin qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri hissəsində "deməli şirkət mənə 36,0 kv.m yaşayış sahəsinə 15-25 % əlavə etməklə cəmi yaşayış sahəsi 62.08 olan mənzil verməli idi", cümləsi texniki cəhətdən səhv yazılıb. Cümlə aşağıdakı kimi oxunmalıdır. Mənzilimin texniki pasportda qeyd edildiyi kimi 62.08 kv.ın taktiki yaşayış sahəsi olub. Deməli şirkət İddiaçı1 62.08 kv.m yaşayış sahəsinə 15-25 % əlavə etməklə cəmi yaşayış sahəsi 74 kv.m olan mənzil verməli idi. İddiaçı1 uzun müddət 1992-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Səhmdar Cəmiyyətini n nəznində olan "Azərmetal" idarəsində, müxtəlif vəzifələrdə, mühəndis, təsərrüfat şöbəsində aparıcı mütəxəssis və s. işləmişdir. "Azərkontrakt" Səhmdar Cəmiyyətinin 10.12.2004-cü il tarixli, 01 saylı orderinə əsasən Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 03.12.2008-ci il tarixli. 226/1 sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu Mayakovski küçəsi 8/9 Limanında yerləşən binanın (yataqxananın) 59 saylı mənzilinə dair 3 nəfər ailə üzvü ilə bilikdə İddiaçı1 ilə kirayə (icarə) müqaviləsi bağlanmış və sonuncu həmin mənzilin kirayəçisi hesab olunmuşdur. İddia tələbi üç hissədən ibarətdir. İddia tələbinin birinci hissəsi müqavilənin dəyişdirilməsidir. Müqavilənin dəyişdirilməsinə ona görə əsas var ki. müqavilənin 1.1-ci bəndində qeyd edilmiş “mülkiyyətimdə olan 2 otaqlı, 62.08 k v.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15-25 % əlavə etməklə biri 44 kv.m və 30 kv.m. olmaqla 2 ədəd tam təmirli mənzili “mülkiyyətçi”nin mülkiyyətinə verməyi öhdəsinə götürür" cümləsinin aydın olmamasıdır. Aydın deyil ki, şirkət iddiaçıya neçə otaqlı mənzillər verəcək və mənzillərin yaşayış sahəsi neçə kv.m-dir?. Müqavilənin 1.1-ci bəndinə aydınlıq gətirilməsi üçün Cavabdeh-yə və tikintinin aparılmasına nəzarət edən Nərimanov rayon İcra Hakimiyyətinə vəkil sorğuları verilmiş, lakin hər iki tərəf cavab verməkdən yayınmışlar. Cavabdeh vəkil sorğusuna cavabda bildirir ki, "İddiaçı1 qızı ilə müqavilə bağlanmış və faktiki 62.08 kv.m sahənin üzərinə 20 % gəlməklə ümumi sahəsi 74 kv.m olan 2 ədəd mənzil verməyi öz öhdəmizə götürmüşük". Cavabdeh "R.R. Constructions” MMC vəkil sorğularına cavabda iddiaçının keçmiş mənzilinin yaşayış sahəsinin 62.08 kv.m olmasını təsdiq edir. Lakin məlum deyildir ki, iddiaçıya verilən yeni mənzillərin yaşayış sahəsi neçə kv.m-dır və neçə otaqlıdır. İddiaçının əvvəlki mənzili yataqxanada yerləşirdi. 2 otaqlı mənzilin ümumi sahəsi yalnız yaşayış sahəsindən ibarət olub və 62.08 kv.m. təşkil edib. Sanuzel və digər yardımçı sahələr ümumi olub. Şirkətin iddiaçıya təklif etdikləri mənzillərin yaşayış sahələri cəmi 36.kv.m.dir. Şirkət iddiaçıya sanuzel və digər yardımçı sahələrlə birlikdə üzərinə 20 % gəlməklə ümumi sahəsi 74 kv.m olan 2 ədəd mənzil vermək istəyir. Şirkət keçmiş mənzilin yaşayış sahəsinin 62.08 kv.m olmasını müqavilə bağlayarkən gizlədib və iddiaçıya əvvəlki mənzilin yaşayış sahəsinə uyğun olmayan mənzillər ve rmək istəyir. Müqavilənin 1.1-ci bəndi aydın olmadığına görə, iddiaçı müqavilənin dəyişdirilməsi tələbini irəli sürmüşdur. Yataqxanada olan əvvəlki mənzilin texniki pasportuna baxış keçirərkən məlum olur ki, mənzilin 62.08 kv.m yaşayış sahəsinin içərisində heç bir sanuzel, mətbəx və karidor yoxdur. Bunlar iddiaçının mənzilindən kənarda ümumi istifadədə olub. Hazırda isə həmin yardımçı sahələr şirkətin iddiaçıya təklif etdiyi cəmi 74 kv.m mənzilin içərisindədir və mənzillərin yaşayış sahəsi cəmi 36 k.m-dir. Yataqxanada ümumi istifadədə olan digər yardımçı sahələrdən iddiaçıya niyə pay düşməmişdir? Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 30.05.2019-cu il tarixli, 140 saylı sərəncamı ilə V.Mayakovski küçəsi 80 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binasının cav abdeh "xxxx"' MMC tərəfindən sökülməsinə icazə verilmişdir. Sərəncamın 4-cü bəndinə əsasən sərəncamın icrasına nəzarət İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinə həvalə edilmişdir. Cavabdeh şirkətinin fəaliyyətinə (sərəncamın icrasına) nəzarət etməli olan Nərimanov rayon İcra Hakimiyyəti isə vəkil sorğularına cavab verməkdən tamamilə yayınmış, sorğuya aid olmayan cavab vermişdir. Bütün bunlar müqavilənin dəyişdirilməsi üçün əsasdır. İddiaçı məlum iddia tələbini irəli sürərkən iddianın təmini tədbiri barədə ərizə vermiş və Bakı Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli, 2(103)-10121/2019 saylı qərardadı ilə şikayət təmin edilmiş, mübahisə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 3 saylı binanın tinində yerləşən 4.5 kv.m. sahəsi olan köşkə, Bakı şəhəri Nərimanov rayonu Mayakovski 8/9 saylı binada yerləşən 59 saylı mənzilə cavabdeh və digər şəxslər tərəfindən hər hansı formada müdaxilə edilməsi, həmçinin mübahisəli əraziyə daxil olmaq, iddiaçıya və onun ailə üzvlərinə qeyri-prosessual vasitələrlə təsir etmək, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi Xçoxmənzilli yaşayış binasının hər hansı hissəsini sökmək, həmçinin saylı binanın tinində yerləşən köşkü daşımaq cavabdehə və digər şəxslərə qadağan edilib. Qərardadı icra etmək istəyən Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmurunun 12.01.2021-ci il tarixli qərarında qeyd edilir ki, aparılan icra tədbirləri nəticəsində icra sənədində qeyd olunan ünvana baxış keçirilən zaman həmin ünvanın Cavabdeh tərəfindən söküldüyü və köşkün orada yerləşmədiyi tərəfimizdən aşkar olunmuşdur. Bu barədə müvafiq akt tərt ib edilmişdir. İddianın təmini tədbiri barədə məhkəmə qərardadı ola-ola Cavabdeh tərəfindən mənzilin sökülmüş, qanuni fəaliyyət göstərdiyi köşkü naməlum istiqamətə atılmışdır. Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi işi araşdırarkən və qətnamə qəbul edərkən bütün bu hallara göz yummuşdur. İddia tələbinin ikinci hissəsi barədə isə iddiaçı qeyd etmişdir ki, qanuni fəaliyyət göstərdiyi köşk onun yeganə iş yeri (ailənin gəlir yeri) olub. Cavabdeh "R.R. Constructions” MMC iddiaçı ilə razılaşdırılmadan, onunla heç bir danışıq aparılmadan, köşkün əvəzində iddiaçıya heçnə təklif edilmədən, iddiaçıya heç bir kompensasiya ödənilmədən köşkü başqa küçəyə daşımışdır. Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya məhkəməsi iddianın təmini tədbiri barədə qərardad və Bakı şəhər İcra Hakimi yyəti Başçısının müvafiq sərəncamı ola-ola qanuni fəaliyyət göstərdiyi mübahisəli köşkün dağıdılmasına, iddiaçının yeganə gəlir yerinin qapadılmasına, əvvəllər yerləşdiyi yerdən götürülüb digər küçədə yerləşdiriliməsinə, yerində qeyri-yaşayış sahəsinin tikilməsinə haqq qazandırıb, iddia tələbini bu hissədə də əsassız hesab edib. Bakı şəhər İcra Hakimiyyəti Başçısı mübahisəli mənzilin yerləşdiyi yataqxana barədə "Qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sökülüb yenidən lahiyələndirilməsi və tikinti üçün torpaq sahəsinin istifadəyə verilməsi haqqında" 05.08.2019-cu il tarixdə 250 saylı sərəncam imzalayıb. Həmin Sərəncamın 2-ci bəndində qeyd edilir ki, "ərazidə yerləşən yaşayış və qeyri yaşayış sahələrinin sökülməsi, həmin tikililərin mülkiyyətçiləri və mülki münasibətlərin qarşılıqlı r azılaşma əsasında mövcud qanunvericiliyə uyğun olaraq tənzimlənməsi Cavabdeh tərəfindən təmin edilsin". Cavabdeh yuxarıda qeyd edilən sərəncamın tələbini pozmuş. Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi bu qanunsuzluğa göz yummuşdur. İddia tələbinin üçüncü hissəsinə, kirayə haqqının artırılması tələbi ilə əlaqədar olaraq iddiaçı bildirir ki, Nərimanov Rayon Məhkəməsi qətnamənin əsaslandırma hissəsində bu tələbə aydınlıq gətirmədən, tələbin əsaslı və ya əsassız olmasını araşdırmadan, ümumiyyətlə bu tələblə əlaqədar bir cümlədə olsun yazmadan, tələbin təmin edilməməsi barədə qətnamə qəbul edib və apellyasiya məhkəməsi də həmin qətnamənin surətini çıxardaraq eyni məzmunlu qətnamə qəbul edib. Bu isə məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının kobud şəkildə pozul ması halıdır və qətnamənin ləğvi üçün əsasdır. Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qətnamələri eyni məzmundadır). İddia tələbinin üçüncü hissəsinə, kirayə haqqının artırılması tələbi ilə əlaqədar olaraq məhkəmə əsassız olaraq iddiaçıya veriləcək aylıq 500 manat kirayə pulunu iddianın təmini tədbiri barədə qərardad qəbul etməklə dayandırıb. Müqavilənin 2.2.4-cü bəndinə əsasən cavabdeh öhdəlik götürüb ki, yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi”yə mənzili təmir edib təhvil verməlidir. Həmin müddət 2020-ci ilin noyabr ayında tamam olub, lakin hələ də binanın tikintisi başa çatmayıb. Cavabdeh tərəfindən müqavilənin 2.2.4-cü bəndinin tələblərinin pozulması halı da müqavilə nin ləğv olunması üçün əsasdır. Cavabdeh tərəfindən kirayə haqqının kəsilməsi və mənzilin vaxtında tikilib təhvil verilməməsi iddiaçının ailə vəziyyətini kəskinləşdirib və demək olar ki, o, ailə üzvləri ilə birlikdə çöldə qalmaq təhlükəsindədir. Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi işi mahiyyəti üzrə araşdırmamış, qətnamə qəbul edərkən bütün bu hallara göz yummuş, birtərəfli olaraq Cavabdeh şirkətinin mənafeyini müdafiə etmiş və cavabdehin xeyrinə qətnamə qəbul etmişlər. Ona görə də mübahisə yenidən apellyasiya məhkəməsində araşdırılmalı, Nərimanov rayon İcra Hakimiyyəti üçüncü şəxs kimi işə cəlb edilməli, Cavabdeh şirkəti tərəfindən iddiaçıya qarşı edilmiş haqsızlıqlara aydınlıq gətirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tu tulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
19. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
20. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
21. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəf lərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
22. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 23. 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mə hrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 30. 08.05.2019-cu il tarixli, K 037 saylı müqavilədən görünür ki, R.R Constructions MMC və digər tərəfdən mülkiyyətçi” adlanacaq ünvan 6 ünvanında yaşayan İddiaçı1 qızı aşağıdakı şərtlər ilə müqaviləni bağladılar. 31. 1.1-ci maddəsinə əsasən "xxxx" MMC adlanacaq ünvan 7 ünvanda yerləşən, yaşayış üçün qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binada mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 2 otaqlı, 62.08 kv.m mənzilin dövlət reyestrindən çıxarışd a göstərilmiş ümumi sahəsinə 15-25% əlavə etməklə biri 44 kv.m və 30 kv.m olmaqla 2 ədəd tam təmirli mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. 32. 1.2-ci maddəsinə əsasən mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün "xxxx" MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. 33. 2.1.2-ci maddəsinə əsasən yeni binanın tikintisi başa çatanadək, hər iki mənzil təhvil verildiyi günədək aylıq 500 manat kirayə haqqını almaq mülkiyyətçinin hüququdur. 34. 2.2.3-cü maddəsinə əsasən müqavilənin 2.1.2-ci bəndində nəzərdə tutulmuş ödənişin ayda 1 (bir) dəfə hər ayının 1-dək mülkiyyətçiyə ödənilməsini təmin etmək "xxxx" MMC-nin vəzifəsidir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlə t Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, ha torpaq sahəsində yerləşən 8/9 nömrəli, 5 mərtəbəli binanın 1ci girişində, 5-ci mərtəbəsində 36.0 kv.m ümumi, 36.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 59 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 qızının adına daşınmaz əmlakın dövlət reyestrində 890 nömrəli reyestr kitabının 82732 nömrəli vərəqində 07.01.2009-cu ildə qeydiyyata alınmışdır.
35. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********7 saylı arayışa əsasən Nəbiyeva X2 (VÖEN **********) Bakı şəhəri, Mayakovski küçəsi, ev 8/9 saylı yaşayış binasının tinində yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin) adı Çörək köşkü. 36. 06.06.2011-ci il tarixli 25 №-li Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin İddiaçı1 ünvanlamış məktubundan görünür ki, ailə vəziyyəti nəzərə alınaraq, evin yaxınlığında, uzun müddətdir istifadədə olan köşkdə fəaliyyəti davam etdirməyə icra hakimiyyəti etiraz etmir.
37. İşə mahiyyəti üzrə baxan məhkəmə tərəflər arasında bağlanmış 08.05.2019-cu il tarixli, K 037 saylı müqavilənin şərtlərinin dəyişdirilməsinə əsasların olub-olmaması ilə bağlı qeyd etmişdir ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mül ki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
39. Mülki Məcəllənin Müqavilə hüququ adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir.
40. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənziml əyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.
41. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur.
42. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir.Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir.Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzin də dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
43. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
44. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə.
45. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər.
46. Mülki Məcəllənin 422.1-ci maddəsinin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan gö rə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin, tərəflər şəraitin dəyişməsinın qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır.
47. Qanunvericilikdə şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ya ləğvinin iki mərhələli qaydası nəzərdə tutulmuşdur.
48. Tərəflər, ilk növbədə, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin yeni şərtlərinə və ya ləğvinin mümkünlüyünə dair razılığa gəlməyə çalışırlar. Tərəflər razılığa gəlmədiyi halda isə müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə və ya dəyişdirilə bilər. Lakin müqavilənin bu əsas üzrə məhkəmə tərəfindən ləğv edilməsi üçün əlavə tə ləblər nəzərdə tutulmuşdur: 1) müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 2) şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 3) müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; 4) işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (Mülki Məcəllənin 422.2-ci maddəsi). Qanunvericiliyin tələbindən göründüyü ki mi, müqavilənin ləğv edilməsi, bir qayda olaraq, tərəflərin razılaşması ilə mümkündür. Belə bir razılaşma olmadıqda, müqavilə adətən kontragentlərdən birinin müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən məhkəmə qaydasında ləğv edilir. Hazırki işdə isə belə bir hal müəyyən edilməmişdir.
49. İşə baxan məhkəmələr hesab etmişlər ki, iş üzrə cavabdeh "xxxx" MMC ilə İddiaçı1 qızı arasında bağlanmış 08.05.2019-cu il tarixli K037 saylı müqavilənin dəyişdirilməsi üçün qanuni əsaslar müəyyən edilməmiş, iddiaçı müqavilənin bütün bəndləri ilə razılaşdığını yazılı surətdə öz imzası ilə təsdiq etmişdir, habelə iddiaçının tələbini əsaslandırdığı hallar cavabdeh tərəfin istinad etdiyi hallarla təkzib olunmuşdur.
50. Bundan başqa məhkəmə kollegiyası iddia tələbində göstərilən tikilən bina nın tinində şirkət tərəfindən dağıdılmış ona məxsus iş yerinin (yeganə gəlir yerinin) yerində tikilmiş qeyri yaşayış sahəsindən ona iş yerini bərpa etmək üçün qeyri yaşayış sahəsindən birinin verilməsinin təmin edilməsi bağlı qeyd etmişdir ki, iddiaçının vergi orqanında qeydiyyatda olması, Nərimanov Rayon İcra Hakimiyyətinin buna etiraz etməməsi, iddiaçıya yeni tikiləcək binada qeyri-yaşayış verilməsi üçün əsas ola bilməz. Çünki belə bir tələb yalnız mülkiyyət hüquqlarından irəli gələ bilər. Həmçinin iş vərəqi 280-də olan 28.10.2020-ci il tarixli Yerli baxış protokolundan görünür ki, 28.10.2020-ci il tarixdə 1-ci instansiya məhkəməsi tərəfindən ünvan 3 ünvandakı tikiliyə baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi köşk binanın tinində hündür ağacın yanında yerləşird i. Hazırda ağacın yanındakı sahə boşdur. Onun yerində hər hansı qeyri yaşayış sahəsinin tikilməsi halı müəyyən edilmir. Mübahisəli köşk əvvəllər yerləşdiyi yerdən götürülüb yaxınlıqda olan digər küçədə, işlək yol kənarında yerləşdirilib. Göründüyü kimi iddiaçının tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, müqavilənin dəyişdirilməsi (bu hissə kirayə haqqı ilə bağlı tələbi də əhatə edir) və qeyri yaşayış sahəsinin verilməsi tələblərinə maddi və prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmələrin gəldiyi nəticə əsaslandırılmışdır.
52. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktik i halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 qızının kassasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.