Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4190/2021 06.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh və vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh 24.09.2019-c u il tarixdə “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi avtomobillə hazırkı iş üzrə iddiaçının oğlu X1 ağır zərər vurmuşdur.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli X nömrəli qətnaməsi ilə 15.01.1990-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, atası İddiaçı onun üzərində qəyyum təyin edilmişdir.
3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən dəymiş maddi zərərə görə "xxxx"da çəkilən xərc 17.854,27 manat, "xxxx"da çəkilən xərc 8.257 manat, "xxxx"da çəkilən xərc 7.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat pulun, həmçinin mənəvi ziyanın əvəzi olaraq 10.000 manat olmaqla, ümumilikdə 43.141,27 manat pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, oğlu xin müalicəsı və əməliyyatı üçün "xxxx"ya 17.854,27 manat, "xxxx"a 8.257 manat, “Medistyle Hospitala 7.000 manat ödəmiş, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat pul xərcləmişdir. Həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulmuşdur, mənəvi zərərin əvəzini 10.000 manat qiymətləndirir. Cavabdeh vurulmuş maddi zərərin əvəzini ödəməmişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hadisədən sonra onun valideynləri zərərçəkmiş X4 müalicəsi üçün 7.000-8.000 manat xərc çəkmişlər, cinayət işinə baxılan zaman isə 4.000 manat ödəmək istəmişlər. Lakin iddiaçı pulu qəbul etməkdən imtina etmiş, X4 gözünün əməliyyatı üçün 8.000 manat lazım olduğunu bildirmişdir. Hazırda onun iddiaçıya ödəməyə pulu yoxdur. Həmçinin iddiaçının tələb etdiyi məbləğ həddindən artıq şişirdilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim V.Hacıyev) 28 oktyabr 2020-ci il tarixli, 2(004)-4015/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh onun 24.09.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X2 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) İddiaçı çəkdiyi maddi zərərin əvəzi, yəni X4 müalicəsı və əməliyyatı üçün "xxxx"ya ödədiyi 17.854,27 manat, Medera Hospitala ödədiyi 8.257 manat, Medistyle Hospitala ödədiyi 7.000 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 33.141,27 manat, həmçinin vurulmuş mənəvi zərərin əvəzi kimi 300 manat olmaqla, cəmi 33.441,27 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 1108.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh 24.09.2019-cu il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı X2 vurulmuş zərərin aradan qaldırılması üçün qəyyumu (atası) İddiaçı Medical Plazaya 17.854,27 manat, Medera Hospitala 8.257 manat, Medistyle Hospitala 7.000 manat olmaqla, ümumilikdə 33.111,27 manat pul xərcləmişdir. Bu hal X18, "xxxx" MMC, "xxxx" MMC tərəfindən verilmiş arayışlar və ödəmə qəbzləri ilə öz təsdiqini tapır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində iddiaçı oğlunun müalicəsini vaxtında tam şəkildə etdirə bilməmiş, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) 24 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə Cavabdeh apellyas iya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X saylı iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun 24 sentyabr 2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı X8 ağır dərəcəli bədən xəsarətləri almış və törətmiş olduğu əmələ görə Yasamal Rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli, X saylı qanuni qüvvəyə minmiş hökmü ilə Azər baycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hadisə baş verən gün onun qohumları iddiaçının müalicə və müayinə olunduğu xəstəxanada olmuş və bütün zəruri xərcləri ödəmişlər. X4 ilkin olaraq yerləşdiyi 1 saylı X9 zaman cavabdehin qohumu X11 tərəfindən 1.500 manat, 26.09.2019-cu il tarixində yenidən Azər Səfərov tərəfindən 2.500 manat, 28-29 sentyabr 2019cu il tarixlərində cavabdehin qohumu Babək Hüseynov tərəfindən 1.300 manat, 4-5 oktyabr 2019-cu il tarixlərində cavabdehin qohumu X7 tərəfindən 1.250 manat, cavabdehin atası Allahverdiyev Çərkəz Yusif oğlu tə rəfindən isə 2.000 manat pul iddiaçının müalicə və müayinəsi üçün atası İddiaçı və İkramın böyük qardaşına ödənilmişdir. Qeyd olunan pul vəsaitləri müxtəlif vaxtlarda, yəni İddiaçı zəng edərək oğlunun müalicəsi üçün pul lazım olduğunu bildirdiyi zamanlarda ödənilmişdir. Sonuncu dəfə İddiaçı oğlu xin gözünün əməliyyat etdirilməsi üçün pul lazım olduğunu bildirdikdə isə, cavabdehin həmin pulu tapıb ödəməyə imkanı olmamışdır. Göründüyü kimi 8.550 manat pul cavabdehin qohumları tərəfindən x müalicə və müayinəsi üçün ödənilmiş və bu barədə məhkəmədə cavabdehin izahatı zamanı məlumat verilsə də, hətta İddiaçı izahatında qeyd olunan xüsusatı etiraf etsə də məhkəmə iclas protokolunda bu barədə qeyd olunmamış və hakim qətnamədə bu hissəyə qiymət verməmişdir. İddiaçı ona ödənilmiş pul vəsaitini etir af etdiyi üçün şahidlərin məhkəmə iclas zalına dəvət edilib ifadələrinin alınması barədə cavabdeh vəsatət verməmişdir. Bundan əlavə "xxxx" və "xxxx" MMC-dən verilən arayışlar, "xxxx" MMC tərəfindən isə verilmiş faktura qaimə əsasında yekun nəticəyə gəlinmişdir. Cavabdeh hesab edir ki, məhkəmə kollegiyasının faktura və qaimə əsasında gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, arayış və fakturalar ödənişi təsdiq edən sənəd sayıla bilməz. Yalnız ödənişi təsdiq edən kassa mədaxil qəbzlərin əsli sübut kimi qəbul edilə bilərdi. Qeyd olunan sübutun əldə olunması üçün yuxarıda qeyd olunan MMC-ə vəkil sorğusu verilmişdir. Arayış və fakturalarda qeyd olunan məbləğ həqiqəti əks etdirmir. Belə ki, X4 maddi vəziyyəti 33.141.27 manatı ödəməyə imkan vermir və xin müalicə və müayinəsinə nə zaman pul lazım olmuşsa, atası İddiaçı cavabdehə məlumat vermiş və həmin məbləğ onlara ödənilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini qismən (mənəvi ziyan hissəsində) təmin etsə də, Bakı Apellyasiya Məhkəməsi iş üçün əhəmiyyətli olan faktiki halları tam araşdırmadan, işin hallarına düzgün hüquqi qiymət vermədən, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyərək tamamilə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Cavabdeh, məhkəmənin işi təxirə salmadan bir iclas da işi yekunlaşdırmağını ona qarşı qərəzli hesab edir. Məhkəmə kollegiyası qanunla işi baxılma müddətlərini və cavabdehin teleqram vurduğunu nəzərə almadan, tələsik olaraq qətnamə elan etməklə müdafiə hüququnun pozulması ilə onun ziyanına qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxa ran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
18. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyy ətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
19. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əml akı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. Cavabdeh 24.09.2019-cu il tarixdə, saat 17:38-də “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinin tələblərini pozaraq sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə etdiyi X10 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prado” minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi ilə Əsəd Əhmədov küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hərəkət üçün təhlükəli şərait yaratmış və həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək, avtomobili əks hərəkət zolağına çıxarıb sola istiqamətlənərək avtomobilin ön hissəsi ilə ünvan 1 ünvanda yerləşən təkər təmiri sexinin qarşısında ünvan 2ndə dayanmış “Opel Astra” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qanadını vurmuş, nəticədə “Opel Astra” minik markalı avtomobil onun yanında dayanmış X6 dəyərək ehtiyatsızlıqdan sonuncunun baş beyin toxumasının ağır dərəcəli əzilməsi ilə və sol təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı ilə müşayiət olunan sol təpə gicgah nahiyəsinin hematoması (yumşaq toxuma arasına qan yığılması), hər iki ağciyərlərin sıxılması ilə və sağ V, Vİ qabırğaların sınıqları ilə müşayiət olunan döş qəfəsinin küt travması (sıxılması) ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, eləcə də “Toyota Prado” minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X 580 manat, “Opel Astra” minik markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi xə isə 320 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.09.2020-ci il tarixli hökmü ilə Cavabdeh Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
27. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ərizəsi təmin edilərək, oğlu 15.01.1990-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. İddiaçı onun üzərində qəyyum təyin edilmişdir. Hazırda İddiaçı, cavabdehin hüquqazidd əməli nəticəsində ona dəymiş maddi ziyanın (yol nəqliyyat hadisəsi nəticəsində oğlu xin sağlamlığına dəymiş zərərlə bağlı onun müayinə və müalicəsinə çəkdiyi xərclərin) və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur və bu işin mübahisəsiz halıdır. Mübahisəli hal isə ondan ibarətdir ki, cavabdeh, törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlunun sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün bütün xərclərin onun tərəfindən qarşılandığını, hazı rda iddiaçı tərəfindən tələb olunan məbləğin şişirdildiyini bildirərək, qətnaməni mübahisələndirir.
29. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 24.09.2020-ci il tarixli 704 nömrəli arayışa əsasən, İlham Abdullayev avtomobillə vurulması nəticəsində xəsarət aldığından 25.09.2019-cu il tarixdə onun müalicəsi üçün müraciət etmiş qohumu X3 8.257 manat vəsait ödənmişdir. "xxxx" MMC tərəfindən verilmiş RS-1071 nömrəli arayışa əsasən, X8 09.11.2019-cu il tarixdə “Medistyle” hospitalına müraciət etmiş, müayinələrdən keçmiş, invaziv radioloqun qəbulunda olmuşdur. Aparılan ilkin müayinələrdən sonra xəstəyə “Sağ və sol İCA hövzələrində karotid-kavernoz fistul(KKF). İkitərəfli ekzoftalm. Xemoz. Sol tərəfli oftalmoptoz” diaqnozu qoyulmuş və əməliyyat edilmişdir. Xəstə tərəfindən klinika özəl olduğu üçü n xəzinəyə 7.000 manat ödənilmişdir. X18 tərəfindən verilmiş 19.10.2019-cu il tarixli fakturaya əsasən isə, İddiaçı tərəfindən oğlu xin 28.09.2019-19.10.2019-cu ilə kimi olan müddət ərzində müalicəsi və müayinəsi üçün klinikaya ümumilikdə 17.857,27 manat vəsait ödənilmişdir.
30. Göründüyü kimi, işdə olan müxtəlif klinikalar tərəfindən verilmiş arayışlara əsasən iddiaçı tərəfindən baş vermiş vermiş yol nəqliyyat hadisəsi nəticəsində oğlu xin sağlamlığına dəymiş zəzərin aradan qaldırılması üçün iddia tələbində qeyd olunan həcmdə xərc çəkilməsi sübut olunur.
31. Cavabdeh həmin arayışların mötəbərliyini mübahisələndirərək, hadisə nəticəsində zərərçəkmişin sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün bütün xərcləri qarşıladığını bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdi m etməmişdir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
33. Apellyasiya məhkəməsi mənəvi zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı qeyd etmişdir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəli llərlə sübuta ehtiyacı olmur.
34. Hazırkı mənəvi zərərin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq, apellyasiya kollegiyası hesab etmişdir ki, cavabdehin törətdiyi hüquqa zidd əməl nəticəsində iddiaçının oğlunun sağlamlığının pozulması və bunun nəticəsində fəaliyyət qabiliyyətsiz hesab olunması faktı özüözlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur, ona görə də, birinci instansiya məhkəməsinin cavabdehdən iddiaçının xeyrinə onu keçirdiyi mənəvi iztirab və sarsıntılar, maddi zərər dəyməsi, zərərin əvəzinin könüllü deyil, məhkəməyə müraciət edilməklə ödənilməsi və iddiaçının qətnaməni bu hissədə mübahisələndirmədiyi nəzərə alındıqda mənəvi zərərin əvəzi kimi 300 manat tutulması barədə gəldiyi qənaət əsaslıdır.
35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
36. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, k assasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
37. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 24 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.