Məhkəmə qərarları › İş №2(102)-4199/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-4199/2020

27.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4199/2020 27.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətitərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10681/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 2(005)-823/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il qətnaməsi ilə iddia t ələbi qismən təmin edilmiş, Cavabdeh-dən İddiaçı xeyrinə ödəniş günü manata məzənnə ilə manatla 184,71 ABŞ dolları məbləğində pulun, 5,38 ABŞ dolları məbləğində faiz borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Müki kolegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) 2(103)-10681/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki kolegiyasının (hakimlər – İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Al lahverdiyev, Gündüz Quliyev) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının kasasiya şikayətinin icraata qəbul edilməməsi qərara alınmış və kassasiya şiakyətinin Mülki Prosessual Məcəllənin 404.1-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşad Şamayev) xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10681/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İşin halları: İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus pul vəsaitini qan unsuz saxlamaqla dəymiş olan 394 ABŞ dolları məbləğində pulun və ona dəymiş maddi və mənəvi ziyana görə 2000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahis etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu 2000 manatlıq tələbi mənəvi zərər tələbi kimi qəbul etsə də, iddia ərizəsindən və məhkəmə baxışı zamanı iddiaçının izahatından görünür ki, həmin tələb həmçinin digər məsələlərə görə (hüquqi xidmət xərci, əldən çıxmı ş fayda və s.) irəli sürülmüşdür. Ona görə də maddi ziyanla bağlı iddia tələbi əmlak xarakterli iddia tələblərinə aid olduğundan və iddiaçı 2000 manat maddi ziyanla bağlı irəli sürdüyündən MPM-in 404-1-ci maddəsinin burada tətbiq edilməsi əssassız olmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətitərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10681/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayət i Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə a idiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, Mülki Prosessual Məcəllədə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmuş məhkəmə qərardadları konkret olaraq göstərilmişdir. Hazırki işdə kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 404.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min m anatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Normanın məzmununa görə qiyməti 2000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi onun tərəfindən banka 394 ABŞ dolları məbləğində artıq ödəniş etməsi ilə bağlı olmuşdur. Hazırkı iş üzrə, əmlak xarakterli iddianın qiyməti cəmi 394 ABŞ dolları təşkil edir ki, bu da əmlak xarakterli iddialar üçün qanunda müəyyən olunmuş 2000 manatdan azdır. Kollegiya həmçinin qeyd edir ki, birinci isntansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən yəni, cavabdehdən iddiaçının x eyrinə ödəniş günü manata məzənnə ilə manatla 184,71 ABŞ dolları məbləğində pulun və 5,38 ABŞ dolları məbləğində faiz pulunun tutulması hissəsində təmin edilmişdir. Cavabdeh isə həmin qətnamənin iddia tələbinin təmin edilmiş hissəsindən apellyasiya şikayəti vermiş və apellyasiya instansiyası məhkəməsidə qətnamənin mübahisələndirilən hissəsi üzrə qanuniliyi və əsaslılığını yoxlayaraq qətnamə qəbul etmişdir. Hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, qiyməti 2000 manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən Mülki Prosessual Məcəllədə kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından həmin qərardaddan da kassasiya şikayəti verilə bilməz. Gös tərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Hazırki mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)10681/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4199/2020 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10681/2019 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar