Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-42/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X21) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdlərin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X21) “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3345/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 17 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh və X13 29 noyabr 2008-ci il tarixdə nikaha girmişlər. 2. “Elektron notariat” X2 Çıxarışlardan və AR-İ № 603185 saylı Etibarnamədən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh adına ona məxsus bütün əmlak hüquqlarının həyata keçirilməsi nə dair etibarnamə vermişdir. 3. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv.m olan qeyri-yaşayış sahəsinin icarə verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. 4. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. 5. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. 6. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 3i ünvanında yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 7. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 3i ünvanında yerləşən 138.1 kv.m olan mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 8. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 3i ünvanında yerləşən 115,3 kv.m olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 9. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv.m fərdi yaşayış evinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 10. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 11. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar rayon notariat ofisində Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, ö zgəninkiləşdirilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. 12. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermis və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi İddiaçı öz üzərinə götürür. 13. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 37a yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 14. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. 15. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Qusar şəhəri, Qusar çayın sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak kompleksi kimi müəssisə, 0,50 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 16. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 10i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. 17. 03.04.2021-ci il tarixli 774 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 11 ünvanladığı məktubd an görünür ki, xx.xx.2021-ci il tarixli 4Ə/36 reyestr saylı X23 arasında rəsmiləşən bağışlama müqaviləsi və xx.xx.2021-ci il tarixli 4Ə/46 reyestr saylı İddiaçı və X21 arasında rəsmiləşən alqı-satqı müqaviləsi üzrə notariat işlərinin təsdiq olunmuş surəti İddiaçı göndərilmişdir. 18. xx.xx.2021-ci il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi X15 100.000 manat qiymətinə satılmışdır. Qeyd olunan müqaviləni İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh imzalamışdır.
19. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, ünvan 13 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə ********** q eydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 20. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 14 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi 14 saylı notariat kontorunda Cavabdeh tərəfindən qardaşı X15 bağışlamışdır. 21. ünvan 15 ünvanladığı 06 aprel 2021-ci il tarixli 127 nömrəli məktubundan görünür ki, X16 adına 13 saylı notariat ofisində miras qalmış əmlaka dair heç bir vərəsəlik şəhadətnaməsi verilməmişdir. 22. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 3i ünvanında yerləşən 0.40 ha torpaq sahəsini 51 saylı notariat kontorunda qardaşı X15 bağışlamışdır.
23. Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən 0.40 ha torpaq sahəsi xx.xx.2013-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 24. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0,29 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlanmışdır.
25. Daşınmaz əmlakın Dövlət reyestridən Çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən 0.29 ha torpaq sahəsi xx.xx.2012-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 26. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 17 ünvanında yerləşən 59.90 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlan mışdır.
27. Daşınmaz əmlakın Dövlət reyestridən Çıxarışdan görünür ki, ünvan 17 ünvanında yerləşən 59.90 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 28. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 138.1 kv.m olan 3 otaqlı mənzil Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlanmışdır.
29. Daşınmaz əmlakın Dövlət reyestridən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 18 ünvanında yerləşən ümumi sahəsi 138.1 kv.m olan yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 30. xx.xx.2021-ci il t arixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak komleksi və 0.5 ha torpaq sahəsi paylı mülkiyyət üzrə Cavabdeh məxsus ½ hissəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlanmışdır.
31. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak komleksi və 0.50 ha torpaq sahəsi paylı mülkiyyət olaraq ½ hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 32. 12.04.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 5 ünva nında yerləşən ümumi sahəsi 106.90 kv.m mənzil Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlanmışdır.
33. Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 106.90kv.m mənzil xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 34. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 193.6 kv.m qeyri-yaşayış sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlanmışdır.
35. Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 193.6 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 36. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlanmışdır.
37. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. 38. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X15 bağışlamışdır.
39. Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
40. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı etibarından sui-isti fadə edilməklə sonuncunun adından: 1) Qusar rayon notariat ofisində X16 təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə razı olması barəsində 5 fevral 2021-ci il tarixli ərizə, 2) Bakı şəhər 9 saylı notariat ofisində X19 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 22 avqust 2021-ci il tarixli ərizə, 3) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 27ində yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanılmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 4) 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X19 məxsus ünvan 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmas ına etiraz etmədiyi haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 5) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 27ində yerləşən 138.1 kv metr sahəsi olan mənzilin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 6) Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyi barəsində 27 may 2019-cu il tarixli ərizə, 7) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 23 ünvanında yerləşən mənzilin bağışlanmasına heç bir etirazının olmaması haqqında 12 fevral 2021-ci il tarixli ərizə, 8) Bakı şəhəri 51 saylı notariat ofisində X19 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin ba ğışlanmasına heç bir etirazı olmadığı haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, 9) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 24 ünvanında yerləşən, ümumi sahəsi 59.90 kv metr fərdi yaşayış evinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 4 fevral 2021-ci il tarixli ərizə, 10) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus Qusar şəhəri Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv metr olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, 11) Bakı şəhər 9 saylı notariat ofisində X19 məxsus Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bunu nla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 13 avqust 2018-ci il tarixli ərizə, 12) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 27i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazın olmaması haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 13) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 27i ünvanında yerləşən 115.3 kv metr olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına razı olmağı barəsində 22 yanvar 2021-ci il tarixli ərizə, 14) Bakı şəhər 9 saylı notariat ofisində birgə nikah dövründə əldə edilmiş ünvan 28 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyi və həmin yaşayış sahəsini tərk etməyi barəsində 19 yanvar 2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çı xarılmasını xahiş etmişdir.
41. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində ilkin iddia ərizəsinin 4-cü bəndində göstərilən 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X19 məxsus ünvan 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyi haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 6-cı bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyi barəsində 27 may 2019-cu il tarixli ərizə, 11-ci bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində X19 məxsus Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sah əsinin icarəyə verilməsinə etiraz etmədiyi bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 13 avqust 2018-ci il tarixli ərizələrin nikahın pozulması ərəfəsindən əvvələ təsadüf etdiyi üçün hazırki iddia tələbinin predmetini təşkil etmədiyini göstərərək, qeyd olunan ərizələrin iddia tələbindən çıxarılmasını xahiş etmişdir.
42. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə o 29 noyabr 2008-ci ildə rəsmi nikaha girmişlər, birgə nikahdan iki uşaqları doğulmuşdur, lakin son vaxtlar onların bir ailə kimi mövcudluqlarına son qoyulmuş və iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh aralarındakı münasibətlərin pisləşməsindən istifadə edərək iddiaçının ona 10 may 2018-ci ildə verdiyi etibarnamə ilə birgə nikah dövründə əldə olunmuş əmla kların bölünməsinin qarşısını almaq üçün onun adından nümayəndəsi kimi müxtəlif notariat ofislərində müxtəlif ərizələr yazaraq onun etibarından sui-istifadə etmişdir. Cavabdehin məqsədi iddia ərizəsində adı sadalanan daşınmaz əmlakların bağışlanması və satılmasını həyata keçirərək nikahın pozulması ərəfəsində birgə mülkiyyət kimi hər hansı əmlakın olmadığını göstərməkdən ibarət olmuşdur. İddiaçı bundan xəbər tutduqda 20 fevral 2021-ci il tarixdə cavabdehə vermiş olduğu etibarnaməni ləğv etdirmiş və qeyd olunan razılıq ərizələrin etibarsız hesab edilməsini notariat ofisindən xahiş etmişdir, lakin notarius ona şifahi olaraq bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir.
43. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində adı çəkilə n 11 adda bağışlama ərizələrinin və ilkin iddia ərizəsində sadalanan razılıq ərizələrinin (4,6 və 11-ci bəndlər istisna olmaqla) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)2631/2021 nömrəli qətnaməsi ilə (hakim Anar İbadzadə) iddia təmin edilmişdir.
45. Belə ki, İddiaçı cavabdeh X23 ilə ailə münasibətləri pisləşdiyindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2280/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadın dan görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s. tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır.
47. Lakin İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(006)2945/2021 saylı xx.xx.2021-ci il tarixli (hakim Rəşid Səmədov) qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 30 oktyabr 2009-cu il təvəllüdlü X24 və 24 mart 2012-ci il təvəllüdlü X17 anaları İddiaçı yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
48. Yəni İddiaçı ai lə münasibətlərinin pisləşməsi səbəbindən hələ 2020-ci ilin dekabr ayında vəkil xidmətindən istifadə edərək onunla müqavilə bağlamış və nikahın pozulması tələbi ilə bağlı məhkəməyə ilkin olaraq 2021-ci ilin fevral ayında müraciət etmiş, sonradan həmin ərizəsini geri götürmüş, lakin dərhal sonra yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir.
49. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh 19 yanvar 2021-ci il tarixdən başlayaraq 12 fevral 2021-ci il tarixədək 10 adda daşınmaz əmlakı qardaşı X15 bağışlamış, Xətai prospekti 38 ünvanda yerləşən əmlakı isə qardaşı X3. Cavabdeh iddiaçının əvəzinə yazdığı razılıq ərizələri əsasında qeyd olunan notariat əməliyyatlarını həyata keçirərək nikahın pozulması ərəfəsində birgə nikah dövründə əldə olunmuş əmlakları öz qardaşına bağışlamış və satmı şdır. Məhkəmə cavabdehin hərəkətlərini iddiaçının iradə ifadəsinə zidd hesab etmiş, bunu gələcəkdə əmlak bölgüsünün baş verməməsinə yönəlmiş davranış kimi qiymətləndirmiş və iddianı təmin etmişdir.
50. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337.1, 337.2, 337.3, 337.4, 337.5 359.3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 53, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
51. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
52. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan əmlakların heç biri nikah dövründə əl də edilməmişdir və qanunvericiliyin tələblərinə əsasən bu əmlaklar ərarvadın birgə mülkiyyəti sayılmadığından mübahisə predmeti ola bilməz. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan əmlakların nikah dövründə əldə olunmasına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin bibisi X8 17 oktyabr 2007-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən binanın İİİ alaqapısında, üçüncü mərtəbəsində üç otaqlı ümumi sahəsi 114 kv.m olan 52 saylı mənzilə dair müqavilə imzalamışdır. Mənzilin ödənişinin tam şəkildə edilməsi və X6 məxsus olması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 noyabr 2007-ci il tarixli, №12/14 saylı maliyyə arayışı təqdim edilmişdir. X6 17 oktyabr 2007-ci il tarixli, MS seriyalı №000066 saylı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış mənzil sertifikatı verilmişdir. 05 mart 2008ci il tarixində Elmira Mustafayeva mənzil sertifikatı üzrə öz tələblərini Cavabdeh vermişdir. Həmçinin 2007-ci il tarixində cavabdehin atası tərəfindən "xxxx" QSC təşkil edilmişdir və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 16 dekabr 2017-ci il tarixində satışa çıxarılmışdır. Satışdan əldən olunmuş beh qiyməti ilə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsi – Tərcümə Mərkəzi, alqı-satqı məbləğinə isə ünvan 30 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi alınmışdır. İddiaçı ilə Cavabdeh isə 29 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Qusar rayonunda yerləşən bir sıra əmlaklar barəsində onu da qeyd etmək lazımdır ki, bu əmlaklar cavabdehin atasının ona bağışladığı pullar hesabına alınmışdır. Cavabdeh qardaşı ilə birlikdə bir sıra işlər görmüş və bu zaman maliyyə məbləğinin böyük hissəsi cavabdehin qardaşı tərəfindən təşkil edilmişdir. Bu səbəbdən də cavabdeh Qusar rayonunda yerləşən əmlakları həyat yoldaşının razılığı əsasında qardaşına bağışlamışdır.
53. Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadı ilə "xxxx" QSCnin təsis sənədləri (təsisçiləri) və səhmdarları barədə məlumatların təqdim edilməsi tələb olunmuşdur.
54. Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 16 iyun 2022-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2001-c i ildə "xxxx" ASC-nin bazasında təsis edilmiş, həmin müəssisənin təsisçisiləri xx.xx.2008-ci il tarixdən X21 və Cavabdeh olmuş, xx.xx.2017-ci ildə MMC təşkilati-hüquqi forması dəyişdirilərək QSC-yə çevrilmiş, xx.xx.2018-ci ildən isə müəssisənin təsisçisi dəyişərək X10 olmuşdur. 55. xx.xx.2017-ci il tarixli beh müqaviləsindən görünür ki, cavabdeh QSC-ni 5 milyon manata X7, bu müqavilə ilə alıcı satıcıya 750.000 manat vermiş, qalan 4.250.000 manat vəsaitin sonra ödəniləcəyinə dair razılığa gəlmişlər. 56. "xxxx" QSC ilə X27 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" QSC əmlak kompleksi kimi alıcı X25 tərəfindən 4.150.000 manata əldə edilmişdir. 57. xx.xx.2018-ci il tarixli səhmlərin alqı-satqı müqaviləsindən görünür ki, X21 və Cavab deh "xxxx" QSC-nin ümumi dəyəri 123.750,00 manat olan (X15 məxsus olan 61.875,00 manat və olan və Cavabdeh məxsus olan 61.875,00 manat) və hər birinin nominal dəyəri 1 manat olan 123.750 ədəd adi adlı səhmini X1. 58. xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X28 ünvan 37a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsini 167.500 manata Cavabdeh satmışdır. 59. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 ünvan 31 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan mənzili Cavabdeh 170.000 manata satmışdır. 60. "xxxx" MMC ilə X8 arasında bağlanmış 17 oktyabr 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Birinci tərəf Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 499 saylı sərəncamına əsasən, çoxmərtəbəli çoxmənzilli yaşayış evinin tikintisinə uyğun olan layihəyə əsasən ikinci tərəf ilə razılaşdırılmış müddət ərzində onun mülkiyyətinə ümumi sahəsi 114 kv.m olan 3 otaqlı mənzili təhvil verməklə ona özgəninkiləşdirilməsini və ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsini, ikinci tərəf isə alınmasına dair razılıq əldə edilmiş mənzilin dəyərini bu müqavilə şərtləşdirilmiş müddət və məbləğlərdə tam ödəməyi öz öhdələrinə götürürlər. Bu müqaviləyə əsasən, barəsində gələcəkdə alqı-satqı müqaviləsi sayılan əsas müqavilənin bağlanması Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 1934 -cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 114 kv.m-dən ibarət olan binanın 3-cü alaqapısında olmaqla, 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 52 saylı mənzil barəsində həyata keçirilməlidir.
61. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə tam əməl olunacağı halında yaşayış sahəsini 01 yanvar 2008-ci ilədək olan müddət ərzində ikinci tərəfin adına rəsmiləşdirilməsi üçün təklif vermək və binanın qüvvədə olna qanunvericiliklə müəyyən olunmuş qaydada qəbulundan sonra əsas müqaviləni bağlamaq birinci tərəfin vəzifəsidir.
62. Müqaviləyə əlavədən görünür ki, yaşayış mənzilinin ümumi satış qiyməti 43.000 ABŞ dolları müəyyən edilmiş, 01 noyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, X8 mənzilin dəyərini tam ödəmişdir.
63. X6 17 o ktyabr 2007-ci il tarixli, MS seriyalı №000066 saylı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış mənzil sertifikatı verilmişdir.
64. MS seriyalı 000066 №-li mənzil sertifikatının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, emitent "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən yaşayış evindəki ümumi sahəsi 114 kv.m-dən ibarət olan, binanın 3-cü alaqapı, 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 52 saylı mənzilə xüsusi mülkiyyət hüququnu 01 yanvar 2008-ci il tarixdən gec olmayaraq sertifikat sahibi X5 adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Həmin mənzil sertfikatı 17 oktyabr 2007-ci ildə ödənilmiş, mənzil sertifikatı 28 i yul 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 17 oktyabr 2007-ci ildə isə mənzil sertifikatının sahibinə verilmişdir.
65. Mənzil sertifikatında aparılmış və notarial qaydada təsdiq edilmiş indossamentdən görünür ki, 05 mart 2008-ci il tarixində Elmira Mustafayeva mənzil sertifikatı üzrə öz tələblərini Cavabdeh ötürmüşdür.
66. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-3345/21 nömrəli iş üzrə 08 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Şeyda Məhərrəmova) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, İddiaçı ünvan 32 ünva nında yerləşən sahəsi 78.1 kv.m yaşayış sahəsinin, ünvan 33 ünvanda yerləşən sahəsi 106.90 kv.m yaşayış sahəsinin, ünvan 37a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsinin bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
67. Məhkəmə iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında araşdıraraq birinci instansiya məhkəməsinin ünvan 34 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi, ünvan 33 ünvanda yerləşən 106.90 kv.m yaşayış sahəsi və ünvan 37a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi istisna olmaqla, digər 8 adda daşınmaz əmlak barədə gəldiyi nəticəni əsaslı hesab etmişdir.
68. Məhkəmə ünvan 35 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsinin, ünvan 33 ünvanda yerləşən 106.90 kv.m yaşayış sahəsinin və ünvan 3 7a yerləşən 193.6 kv.m qeyriyaşayış sahəsinin bağışlanmasına dair müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, tərəflər nikaha daxil olmazdan əvvəl cavabdeh özünün həmtəsisçisi olduğu "xxxx" MMC-yə sahib olmuş, həmin müəssisənin əmlakının satılmasına dair xx.xx.2017-ci il tarixli beh müqaviləsi bağlanmış və 750.000 manat beh alınmış, bundan 10 gün sonra, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 19 ünvanda yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi alınmışdır.
69. Habelə, işdən və təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, "xxxx" QSC-nin satışı ilə bağlı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlandıqdan qısa müddət (müvafiq olaraq 1 ay 15 gün və 1 gün) sonra, yəni xx.xx.2018- ci il tarixdə "xxxx" ASC-də Cavabdeh adına 300.000 manat pul vəsaiti depozitə qoyulmuş, xx.xx.2019-cu il tarixdə həmin vəsait bütünlüklə hesabdan çıxarılmış və növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə ünvan 31 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan mənzil alınmışdır.
70. Məhkəmənin ünvan 33 ünvanda yerləşən sahəsi 106.9 kv.m mənzil ilə bağlı mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzillə bağlı "xxxx" MMC ilə X8 arasında 17 oktyabr 2007-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilədən mənzilin dəyərinin X8 tərəfindən MMC-yə ödənilməsi tam aydın olmasa da, sonradan "xxxx" MMC tərəfindən emissiya edilmiş qiymətli kağız olan MS seriyalı 000066 №-li mənzil sertifikatından görünür ki, həmin sertifikata görə məbləğ tam ödənilmiş, məhz buna görə MMC həmin mənzilin qe yd şərtsiz olaraq mənzil sertifikatının sahibinin adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi öhdəliyini üzərinə götürmüşdür. Göründüyü kimi, X8 həmin mənzillə bağlı razılaşdırılmış pul məbləğini tam ödəmiş və mənzil sertifikatından irəli gələn hüquqlar əldə etmişdir.
71. Bundan sonra X8 mənzil sertifikatı üzrə həmin mənzilə dair hüquqları 05 mart 2008ci il tarixdə indossament yolu ilə hazırkı iş üzrə Cavabdeh ötürmüşdür. Nəticədə mənzil sertifikatı üzrə mübahisəli mənzilə dair bütün hüquqlar həmin tarixdən etibarən Cavabdeh keçmişdir.
72. Beləliklə, mübahisəli mənzillə bağlı hüquqlar mənzil sertifikatı əsasında X4 Cavabdeh hazırkı mübahisə üzrə tərəflərin nikaha daxil olmasından əvvəl keçmişdir və mənzil onların birgə vəsaiti hesabına əldə edilməmişdir.
73. İddiaçı mübahisəli mənz illərin və qeyri-yaşayış sahəsinin (ünvan 36 ünvanında yerləşən 78.1 kv.m mənzil, ünvan 33 ünvanda yerləşən 106.90 kv.m mənzil, ünvan 37a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi) cavabdehlə birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak hesabına alındığını iddia edir.
74. İşin hallarına görə isə müəyyən edilmişdir ki, mübahisəli ünvan 33 ünvanda yerləşən 106.9 kv.m mənzil üzərində hüquqlar cavabdehə iddiaçı ilə nikaha daxil olmazdan əvvəl 05 mart 2008-ci il tarixində indossament yolu ilə ötürülmüş, digər iki əmlak (ünvan 36 ünvanında yerləşən 78.1 kv.m mənzil, ünvan 37a yerləşən 193.6 kv.m qeyriyaşayış sahəsi) isə iddiaçının nikahdan əvvəl təsisçisi olduğu hüquqi şəxsin təsisçi payının və əmlakının satışından əldə edilmiş vəsait hesabına əldə edilmişdir.
75. Bu baxımdan məhkəmə qeyd et mişdir ki, həmin mübahisəli əmlakların yalnız tərəflərin birgə nikahları dövründə əldə edilməsi faktı bu əmlakları tərəflərin ümumi birgə mülkiyyəti kimi qiymətləndirməyə əsas vermir.
76. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 1391.1.3, 139-1.1.6, 225.1, 225.4, 324.5, 337.1, 359.1, 362.1, 404, 993.1, 993.6, 1078-1.1, 1078-1.2, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-34, 36.1, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
77. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
78. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbindən kənara çıxıb tərəflər arasında birgə nikah dövründə əldə olunan əmlakların olub-olmadığı kimi qiymət verərək müəyyənləşdirmişdir. Məhkəmə digər məhkəmədə baxılan əmlak bölgüsü üzrə iddia tələbi üzrə artıq qabaqcadan müəyyən edilmiş hal yaratmışdır.
79. Məhkəmə X16 Cəmiyyətin müəyyən dövründə təsisçisi olmasına istinad edərək Cəmiyyətin əmlakın satılmasından əldə edilmiş Cəmiyyətin vəsaitini təsisçınin vəsaiti kimi qəbul etmişdir və bununla da maddi hüquq normasının pozulmasına yol vermişdir.
80. Məhkəmə cavabdeh tərəfindən guya xx.xx.2017-ci il tarixdə 750000 manat məbləğinə bağlanılan beh müqaviləsinə qiymət verərkən həmin beh müqaviləsinin niyə məhz apellyasiya instansiyasında təqdim olunmasını, kifayət qədər böyük məbləğin notariatdan kənar sadə əl yazma ilə bağlanmasını, həmin vəsaitinin həqiqətən mövcüd olaraq ödənilməsi hallarını araşdırmamışdır. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübutları hər hansı əsas və səbəb olmadan qəbul etmişdir.
81. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3.7, 106-3, 13.2.15, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 372.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
82. Cavabdeh X23 (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin rədd edilmiş hissəsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
83. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iradəsi ilə həyat yoldaşı cavabdeh xx.xx.2018-ci il tarixdə notariat ofisində bütün əmlak və hüquqlarını həyat keçirilməsinə dair etibarnamə vermişdir. Cavabdeh tərəfindən iddiaçı heç bir hədə-qorxu və təzyiqə məruz qalmamışdır. Lakin iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə vermiş olduğu etibarnamə vasitəsi ilə onun etibarından sui-istifadə etdiyini və bir sıra əmlaklar barəsində əməliyyatlar aparıldığını qeyd etmişdir. İddiaçı qeyd etdiyi kimi, cavabdeh tərəfindən iddiaçının etibarında sui-istifadə olunmasına dair məhkəmə prosesinin zamanı heç bir sübut təqdim edilməmişdir.Cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibi olmaması və buna dair sübut mövcüd olmaması hal ında məhkəmənin iddiaçının xeyrinə qərar qəbul etməsi əsassız və qanunsuzdur.
84. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218, 418.3-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
85. Cavabdeh X23 (Vəkil3) kassasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək, iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
86. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüquq u, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
87. Maddə 139-1.1.3. Mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
88. Maddə 139-1.1.6. Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
89. Maddə 225.1. Azərbaycan Respu blikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir
90. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin.
91. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkc ə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
92. Maddə 337.1. Bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
93. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
94. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağl adığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
95. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
96. Maddə
404. Müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
97. Maddə 993.1. Hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən (2015-ci ildə qüvvədən düşmüşdür), qiymətli kağıza mülkiyyət hü ququ qiymətli kağıza sahiblik hüququnun verilməsi yolu ilə verilir.
98. Maddə 993.6. Hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyasında (2015-ci ildə qüvvədən düşmüşdür) göstərilirdi ki, qiymətli kağız başqasına verildikdə və bu Məcəllənin 993-cü maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağıza bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun.
99. Maddə 1078-1.1. (2015-ci ildə qüvvədən düşmüşdür) Mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına ma liyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir.
100. Maddə 1078-1.2. (2015-ci ildə qüvvədən düşmüşdür) Mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsi
101. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
102. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” A zərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarı
103. Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması; əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
104. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
105. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
106. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
108. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
109. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol v erilmir.
110. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
111. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
112. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
113. Qanunun tə ləbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
114. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
115. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
116. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılm ış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
117. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
118. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3345/2022 nömrəli mü lki iş üzrə 8 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.