Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4202/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARDADİ Açar sözlər: digər şəxslərin kassasiya şikayəti ilə bağlı mülki işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçıların vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-464/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən Azərbaycan Respublikası Vergilər nazirinə ünvanlan 21.11.2018-ci il ci il tarixli müraciətdə Azərbaycan Respublikası Konstitusiyasmm 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına müdaxilə edilərək onlar barəsində həqiqətə uyğun olmayan, şərəflərini, ləyaqətilərini və işgüzar nüfuzlarını ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh üzərinə Azərbaycan Respublikası Vergilər nazirinə ünvanladığı həmin tarixli müraciətdə göstərilən xüsusatların həmin orqana müraciət yazaraq təkzib edilməsi, həmçinin onun üzərinə vergi orqanına yazdığı müraciətdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, təqsirsizlik prezumsiyasına müdaxilə edərək onların şərəfilərinə, ləyaqətilərinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 50000 manat maddi, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100030 manat pul vəsaitinin Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh qarşılıqlı iddia verərək onun barəsində Azərbaycan Respublikası Tibb Universitetinin rektoru Gəray Gərabəyliyə ünvanlanmış həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli ərizə yazaraq şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə, ona mənəvi və mad di ziyan vurduqlarına görə İddiaçı1 və İddiaçı2 üzərinə onun barəsində ərizədə göstərilən xüsusatları həmin orqanlara yazaraq təkzib etmələri və yazdıqları ərizədə ondan üzr istəmək vəzifəsinin qoyulması, bundan başqa onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirdiklərinə görə 50000 manat maddi ziyanın, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100030 manat pul vəsaitinin İddiaçı1 və İddiaçı2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Solmaz Mustafayeva) 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Hər iki tərəf qətnamədən apellyasiya şikayəti vermişlər Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ziya Şirinov - sədrli k edən və məruzəçi, Fuad Talışsinki, Rafael Eyvazov) 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh (Vəkil1) kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Ali Məhkəmənin 10 iyun 2021-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 iyul 2021-ci il tarixli məktubu ilə ayrıca Ali Məhkəməyə göndərilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıların vəkili izahat verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçılar tərəfindən də kassasiya şikayəti verildiyini bildirdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmas ına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabedehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, iddiaçıların vəkilinin izahatını dinləyib, daxil olmuş kassasiya şikayətini nəzərdən keçirib hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-464/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 10.06.2021-ci il tarixli qərardadı ləğv edilməli, qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası M ülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinin yerinə yetirilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, bu səbəbdən də mülki iş kasasiya baxışından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə görə, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsini rəhbər tutaraq, Məhkəmə Kollegiyas ı Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-464/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 10 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin. 2(102)-4202/2021 saylı mülki iş kasasiya baxışından çıxarılsın. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-464/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdiyi kasasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4202/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-4202/2021
26.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver