Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4203/2020 11.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: pul tələbi Açar sözlər: kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1603/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhk əmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apelyasiya instansiyası məhkəmələrində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 85.000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş gəlinidir və sonuncu iddiaçının yaşadığı mənzilə gəlin köçmüşdür. Sonradan cavabdehə Milli Məclisin üzvü olduğu dövrdə order əsasında Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən XXX3 otaqlı mənzil verilmişdir. Cavabdehin həmin mənzili təmir etdirməyə maddi imkanı olmamış və bunun üçün iddiaçıya müraciət etmişdir. Tərəflər arasındakı şifahi razılaşmaya görə, mənzil təm ir olunduqdan sonra yüksək qiymətə kirayə verilərək həmin məbləğdən iddiaçının pulu qaytarılmalı idi. Smeta tərtib edilərək mənzilin tam istifadəyə yararlı hala gətirilməsi üçün 40000-50000 ABŞ dolları tələb olunduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən mənzilin təmiri üçün 30.000 ABŞ dolları, mənzili əşyalarla təchiz etmək üçün 20.000 ABŞ dolları vəsait ödənilmişdir. Bundan sonra cavabdeh iddiaçının oğlundan ayrılmışdır. İddiaçı oğlunun ailəsini bərpa etmək mümkün olmadığından, mənzilin təmiri ilə bağlı yaranan borclarının qaytarılmasını cavabdehdən tələb etmiş, o, isə iddiaçını hədələməklə pulu verməkdən imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh bütün vasitələrlə işə baxılmasına maneələr yaratmış, dəfələrlə əsassız vəsatət və şikayətlə r verməklə məhkəmə araşdırmasını süni şəkildə uzadaraq iddiaya baxılmasına və yekun məhkəmə aktının qəbul edilməsinə imkan verməmişdir. Ötən müddət ərzində Respublika ərazisində devalivasiyalar baş vermişdir. Cavabdeh ona məxsus pul vəsaitini vaxtında, məhkəmə prosesini ləngitmədən ödəməli olduğu halda, bunu etməmiş, bu hal isə iddiaçıya daha artıq maddi zərər vurmuşdur. İddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan etibarən manatın məzənnəsinin ABŞ dollarına nisbəti dəfələrlə dəyişmiş, bu müddət ərzində 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsi dəyişərək 0,78 manatdan 1,70 manatdək yüksəlmişdir. Həmin məzənnə nəzərə alınmaqla tələb edilən məbləğ 85000 manat təşkil edir. İddiaçı göstərilən pul vəsaitini həmin vaxt gəlini olmuş şəxsin və oğlunun birgə yaşayacaqları mənzilin təmirinə xərcləmişdir. Lakin iddiaçının oğlu və cavabdehin münasibətləri təmir başa çatdıqdan dərhal sonra pozulmuşdur, oğlu həmin mənzildə ümumiyyətlə yaşamamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2421/2019 nömrəli iş üzə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov) iddia təmin edilmiş, cavabdehdən 85.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 135, 152, 157-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 92a saylı evin 12 saylı üç otaqlı mənzilin təmiri, habelə ev avadanlıqları və əşyaların alınması üçün cavabdehə 50.000 ABŞ dolları məbləğində vəsait vermişdir. Tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzilin təmiri üçün ustaları iddiaçı tapmış, onlarla mənzilin təmir xərci ilə bağlı danışıqları iddiaçı aparmış, təmir üçün xərci iddiaçı çəkmiş, ustaların pulunu iddiaçı ödəmiş, mənzilin avadanlıqlarla təchiz edilməsi iddiaçının vəsaiti hesabına həyata keçirilmişdir. Cavabdeh mənzili öz vəsaiti hesabına təmir etdirdiyini, mənzilin təmiri üçün ustalarla danışdığını, ustalara pulu onun ödədiyini, mənzilin avadanlıq və digər əşyalarının onun vəsaiti hesabına alındığını bildirsə də, bununla bağlı sübutları təqdim edə bilməmişdir. Cavabdeh ustalara pulu özünün ödədiyini bildirsə də, polisə verdiyi şikayətdən sonra usta Bəxtiyarın «İddiaçı pulu ona tam vermədiyini, buna görə də verilmiş pul müqabilində işləyib getdiyini bildirdiy ini» qeyd etmişdir. İddiaçı tərəfin təqdim etdiyi şahid X5 mənzilin təmiri üçün aparılan danışıqlarda, mənzilin təmirində, bununla əlaqədar təmir üçün zəruri olan materialın alınmasında, təmir üçün razılaşdırılmış zəhmət haqqının ödənilməsində birbaşa iştirak edən şəxsdir. Onun verdiyi ifadə birbaşa gördüyü hallarla və iştirak etdiyi proseslərlə əlaqədardır. Cavabdeh tərəfin təqdim etdiyi şahidlər isə (X6, X4) mənzilin təmiri, təmir üçün xərclərin çəkilməsi və ödənişlərin edilməsi proseslərində birbaşa iştirak etməyən şəxslərdir, onların verdikləri ifadələr yalnız digər şəxslərdən eşitdikləri hallarla əlaqədardır, onlar digər şəxslərdən eşitdiklərinə istinad etmişlər. Ona görə də şahid X2 ifadəsi şahidlər X3 və X1 ifadələri ilə müqayisədə daha mötəbər sübut kimi qiymətləndirilir. Birinci i nstansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizə ilə əlaqədar qeyd etmişdir ki, qeyd olunan pul vəsaiti iddiaçıya məxsus olmaqla onun mülkiyyəti hesab edilir. Cavabdeh qeyd olunan məbləği qaytarmamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. İddia tələbi mülkiyyət hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlıdır. Ona görə də hazırki mübahisəyə iddia müddəti şamil edilmir. Cavabdeh həmin qətnamədən verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddianın rədd edilməsi ilə bağlı yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1603/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.C.Kazımov, T.S.Səmədov, İ.K.Şirinov) cavabdehin apelyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübutlarını təqdim etmişdir. Cavabdeh bu sübutları mötəbər hesab etməməklə iddia tələbinə etiraz etdiyi halda, etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, həmin halları sübut etmək yükü artıq onun üzərinə düşür. Lakin cavabdeh etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilm əmişdir. Tərəflər arasında əvvəllər qohumluq münasibətləri (keçmiş gəlin və qaynana)olmuş və bu münasibətlər pozulduqdan sonra onlar arasında mülki mübahisə yaranmış və bununla əlaqədar məhkəmə aktları qəbul edilmişdir. Bu halların özü də onlar arasındakı hazırki mübahisənin sırf mülki hüquqi münasibətlərlə bağlı olduğuna dəlalət edir və cavabdehin siyasi fəaliyyəti ilə bağlı olduğuna dair arqumentləri təkzib edir. Cavabdeh on illik iddia müddətinin də keçdiyini iddia etmişdir. Lakin iş materiallarından görünür ki, iddia tələbi 2003-cü ilin dekabr ayından 2004-cü ilin iyul ayına qədər olan dövrdə cavabdehə məxsus mənzilin təmiri, habelə ev avadanlıqları və əşyaların alınması ilə bağlıdır. İddia ərizəsi isə xx xxxx 2013-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, deməli on ill ik iddia müddəti keçməmişdir. Tərəflər arasındakı hazırki mübahisə borc münasibətləri ilə bağlı olmadığından, onlar arasındakı münasibətlərə üç illik iddia müddəti tətbiq oluna bilməzdi. Belə ki, iddiaçı cavabdehə məxsus mənzilin təmiri, habelə ev avadanlıqları və əşyaların alınması ilə bağlı sərf etdiyi vəsaiti, yəni mənzilin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh isə kifayət qədər böyük məbləğ olan bu məsrəflərin əvəzini ödəməyə borcludur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti ap elyasiya şikayətinə uyğun əsaslandırılmaqla, hazırki iddianın cavabdehin siyasi fəaliyyəti ilə bağlı olaraq sonuncuya təzyiq göstərmək məqsədi daşıdığı vurğulanmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.http://e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə n çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 373-cü maddəsinin tələblərinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Tələblərin ayrı-ayrı növləri üzrə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində irəli sürümüş dəlillərə gəldikdə isə, cavabdehin eyni məzmunlu dəlilləri apelyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Cavabdeh bir tərəfdən iddianı əsassız olduğundan qəbul etmədiyini göstərmiş, digər tərəfdən isə iddia müddətinin tətbiq edilməsini mübahisələndirmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı mübahisəyə tətbiq edilən ümumi iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə ala raq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Proessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4203/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4203/2020
11.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver