Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4212/2020 02.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X6 və X3 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(103)-12844/2019 saylı qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-3121/2019) İddiaçı qızının cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə qarşı iddiası təmin edilərək “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X7 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyəti iclasının xx xxxxxxx 2015-ci il tarixli 86 saylı qərarı İddiaçı qızına münasibətdə ləğv edilmiş, onun mənzil növbəsi bərpa olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: İ.Ə.Kərimli, İ.K.Xəlilov və X.A.Cəmilova) cavabdehin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və İddiaçı qızının “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin qərarının ləğv edilməsi və mənzil növbəsinin bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İşin halları: İddiaçı qızının həyat yoldaşı C.C.Cəlilov Bakı Baş Tikinti İdarəsi “Tamamlamatikinti” Trestinin 20 №-li X2 müdiriyyətinin və Həmkarlar İttifaqı Komitəsinin birgə yığıncağının xx xxxxx 1991-ci il tarixli 4 №-li protokoluna əsasən mənzil uçotuna qəbul olunmuş, 1996-cı ildə təqaüdə çıxdıqdan sonra C.C.Cəlilov 20 №-li X1 mənzil uçotundan çıxarılaraq onun mənzil uçotu sənədləri arvadı İddiaçı işlədiyi X4 göndərilmiş və onun uçot tarixi xx xxxxx 1991-ci ildən hesab edilməklə güzəştli mənzil almalı olan işçilərin siyahısına daxil edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC sədrinin xx xxxx 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bununla əlaqədar xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 35-ci maddəsinin 3-cü bəndinə əsasən o, X9 Komitəsinin Rəyasət Heyətinin iclasının xx xxxxxxx 2015-ci il tarixli 86 saylı protokolundan çıxarışa əsasən depo işçilərinin mənzil şəraitini yaxşılaşdırmaq üçün mənzil növbəsinə dayananların siyahısından çıxarılmışdır. 2019-cu ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil növbəsindən çıxarılmasını “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin ona göndərilmiş xx xxxxxx 2018-ci il tarixli məktubundan sonra bilməsini, uçotdan çıxarılarkən düzgün olmayaraq xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəasının qüvvəsinin tətbiq olunmasını, mübahisənin əslində hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən həll edilməli olmasını, həmin maddənin isə onun mənzil uçotundan çıxarılması üçün əsas verməməsini və s. əsas göstərməklə onun mənzil uçotundan çıxarılmasına dair X7 Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx xxxxxxx 2015-ci il tarixli 86 saylı qərarının ona aid hissədə ləğv edil məsi və onun mənzil növbəsinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kasasiya şikayəti verərək iddia tələbinin rədd olunmasına dair qətnamənin maddi hüquq normasının tətbiqində səhvə yol verilməsi ilə çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya kollegiyasının iclasında iddiaçının vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kasasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə e dib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını rədd edərkən xx xxxxxxx 2009cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35-ci maddəsinin 3-cü bəndinin qüvvəsini tətbiq etmiş və həmin nəticəsini əsaslandırarkən İddiaçı 1997-ci ildə mənzil növbəsinə götürülməsini və hazırkı mübahisə ilə bağlı hüquq mü nasibətinin də həmin vaxtdan yaranmasını əsas göstərmişdir. Kollegiya hesab edir ki, qətnamə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı sayıla bilməz. İş materiallarından görünür ki, iddiaçı mənzil növbəsinə apelyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi kimi 1997-ci ildən deyil, xx xxxxx 1991-ci il tarixindən götürülmüşdür. Belə ki, Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxxxx 1997-ci il tarixli sərəncamı ilə C.C.Cəlilovun mənzil uçot sənədləri onun arvadı İddiaçı adına köçürülərkən uçot tarixi xx xxxxx 1991-ci ildən hesab edilməklə güzəştli mənzil alanların siyahısına daxil edilmişdir. Beləliklə, İddiaçı xx xxxxx 1991-ci ildən mənzil uçotuna götürülməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi xx xxxx 2015-ci il tarixə kimi mənzil uçotunda olması iş materialları ilə təsdiq olunmaqla mübahisə doğurmur. İş üzrə mübahisə doğuran məsələ iddiaçının mənzil növbəsindən çıxarılması ilə bağlıdır. İşdən görünür ki, iddiaçı Depo HİK-nin Rəyasət Heyətinin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə mənzil növbəsindən çıxarılmış və bu zaman xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 35-ci maddəsinin 3-cü bəndi əsas götürülmüşdür. Qanunun həmin normasına görə iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarılırlar. Müəyyən olunduğu kimi xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsi vətəndaşların mənzil uçotundan çıxarılmalarının yeni əsaslarını müəyyən etmişdir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyac olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hak imiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Göründüyü kimi yeni qanunda iş yerlərində uçotda olan vətəndaşların işlədiyi müəssisə, idarə, təşkilatla əmək müqaviləsini pozması onun mənzil uçotundan çıxarılması üçün əsas kimi müəyyən olunmamışdır. İşdən göründüyü kimi, iddiaçı ilə əmək müqaviləsi xx xxxxxxx 2009-cu ildən sonra qəbul edilmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mənzil uçotundan çıxarılma ilə əlaqədar mübahisə iddiaçı ilə əmək müqaviləsinə xitam verildikdən sonra yarandığından qanunun yuxarıda göstərilən normasının tələbinə müvafiq olaraq mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməli idi. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı mənzil uçotuna götürülərkən tərəflər arasında heç bir mübahisə olmadığından, eləcə də mənzil növbəsi davam edən münasibət olduğundan, xx xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 35.3-cü maddəsinin qüvvəsinin tətbiqi üçün əsaslar olmamışdır. Beləliklə, işin məhkəmə instansiyaları tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı qanunda müəyyən olunmamış əsasla mənzil növbəsi ndən çıxarılmışdır. İddiaçının mənzil uçotunda olduğu müəssisə ilə əmək münasibətini pozması onun mənzil uçotundan çıxarılması üçün əsas verməmişdir. İddiaçının mənzil uçotundan çıxarılması üçün əsas verən hal qanunda müəyyən olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi işin həmin hallarını nəzərə almadan qanunun tətbiqində səhvə yol verdiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İş üzrə müəyyən edilmiş yuxarıda göstərilən hallar və sübutlar yeni qərar qəbul edilməsi üçün əsas verdiyindən, kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPMnin 4 17.1.4-cü maddəsinə əsasən iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin X7 Həmkarlar İttifaqı Komitəsinin X5 Şəlalə Ənvər qızının mənzil uçotundan çıxarılmasına dair xx xxxxxxx 2015-ci il tarixli 86 saylı iclas qərarı ona münasibətdə ləğv edilsin və İddiaçı qızının mənzil növbəsi bərpa edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4212/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4212/2020
02.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver