Məhkəmə qərarları › İş №2(102)-4212/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4212/2021

13.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4212/2021 13.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “qorunan əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: əmanətə görə kompensasiyanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2543/2021 nömrəli iş üzrə 16 mart 2021-c i il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 19.02.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 34729.82 manat məbləğində 207 ay müddətinə kredit verir. Kredit borcalana Abşeron rayonu, Xırdalan qəsəbəsi, bina 01, blok 82, mənzil 18, ümumi sahəsi 67.85 kv.m olan, 2 otaqlı mənzildən ibarət yaşayış sahəsinin alınmasına verilmişdir. İddiaçı 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul "xxxx" ASC-nə depozit olaraq qoymuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu qalan 29371 manat qorunan əmanətə illik 5 faiz yəni illik 1468.55 manat qəpik faiz ödəməlidir. Cavabdehin 4 il müddətində borcunu qaytarmaması nəticəsində iddiaçıya 5.874,20 manat qəpik məbləğində zərər dəymişdir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul "xxxx" ASCnə depozit olaraq qoymuşdur. Qeyd etməyi hesab edirik ki, 29.01.2016-cı il tarixdə əmanəti həmin tarixdə və h al-hazırda qüvvədə olan Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanun və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq 30.000 manat məbləğində pul qorunan əmanət olaraq yerləşdirilmişdir. Əmanət müqaviləsinin bağlanmasından bir neçə gün sonra "xxxx" ASC-nin lisenziyası ləğv olunmuş və bununla da sığorta hadisəsi baş vermişdir. Sığorta hadisəsi baş verdikdən sonra əmanətçinin müraciətinə əsasən 16.03.2016-cı il tarixdə ona 629 manat kompensasiya ödənişi olmuş və qalan 29371 manat üçün isə öhdəliklərin reyestrindən çıxarış verilərək, həmin məbləğin növbəlik əsasında alınacağı bildirilmişdir. Əmanətlərin Sığortalanması haqqında Azərbaycan Respublikasının Qanun 26.1-ci maddəsinə əsasən fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Göründüyü kimi əmanət müqaviləsi ilə Banka qoyulmuş əmanət məbləği qanunla müəyyən olunmuş kompensasiya olunmalı məbləğdə olmuşdur. Bu səbəbdən də hazırkı halda hazırkı əmanət tam sığortalanmış əmanət hesab edilməli və tam olaraq da kompensasiya olunaraq qalıq 29371 manat iddiaçıya ödənilməlidir. Eyni zamanda nəzərinizə çatdırmaq istəyirik ki, 4 ildən artıq müddətdə Fond tərəfindən iddiaçının qorunan əmanətlərin qanunsuz olaraq saxlanması nəticəsində ona maddi ziyan dəymişdir. Belə ki, iddiaçının özünün kredit borcu olması və həmin bu dövrdə, cavabdehin ləğvedicisi olduğu Banka faiz ödəmişdir. Bununla da cavabdeh tərəfindən hüquqların pozulması nəticəsində iddiaçı 4 il ərzində əldə edəcəyi gəlirlərin məhr um olmuşdur. Bu səbəbdən bu günə qədər pul vəsaitini qaytarmaqdan boyun qaçıran cavabdehin həmin vəsaiti qanunsuz saxlaması nəticəsində iddiaçıya vurmuş olduğu zərərin əvəzinin ödənilməsinə cəlb edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) e-2(006)2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 29.01.2016-cı il tarixli 220LM**********3 əmanət müqaviləsinə əsasən 30.000 manat məbləğində pul "xxxx" ASCnə depozit olaraq qoymuşdur. Sonradan "xxxx" ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bankla əmanətçi arasında illik 10% dərəcəsi nəzərdə tutulan əmanətin tam sığortalanması ilə əlaqədar müqavilə bağlanmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının 2016-cı il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Bundan əlavə, məhkəmə iddia tələbinin “qorunan əmanətə hesablanmış illik 5% yəni 5874,20 manat dəymiş zərərə görə məbləğin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edilmişdir ki, həmin tələb əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz möv qeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.2, 385.1, 425.1, 448.1, 448.2, 449.1, 445.1, «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikasının Qanununun 2.1.9, 2.1.2, 2.1.2.6, 8.1.20, 26.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən apelyasiya şikayəti verilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmetı olan əmanət müqaviləsi üzrə “Texnikabank" ASC-yə 30.000 manat məbləğində əmanət 29.01.2016-cı il tarixində yerləşdirilmişdir. Sözügedən vaxtdan təqribi 10 gün sonra bankın müflis elan edilməsinə dair məhkəmə qəra rı elan edilmişdir. Bankın müflis elan edilməsinə dair məhkəmə qərarı elan edildiyi gün, yəni 10.02.2016-cı il tarixində İddiaçı "xxxx" ASC qarşısında 29 166.03 manat əsas, 204.97 manat faiz cəmi 29 371 manat borcu mövcud olmuşdur. Bu səbəbdən ləğvedici ‘Texnikabank” ASC-də sığorta hadisəsi baş vermiş olduğu dövrdə hazırki ış üzrə iddiaçının Bank qarşısında olan öhdəliyinə aid hissəsini bloklaşdıraraq qalıq hissəni iddiaçıya kompensasiya olaraq ödəmişdir. Belə ki, "Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.10-cu maddəsinə əsasən sığorta hadisəsinin baş verdiyi gün - bu qanuna müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən Fonda göndərilən bildirişdə sığorta hadisəsinin baş verməsi günü kimi qeyd olunan tarixdir. Həmin Qanunun 2-ci maddəsində q orunmayan əmanətlərə şamil edilən əmanətlər üzrə bölgü sırası tam olaraq qeyd edilmişdir. Qanunun 2.1.2.9-cu maddəsinə əsasən ödəniş müddətlərinin başa çatıbçatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunmayan əmanət hesab edilir. İş üzrə iddiaçının "xxxx" ASC ilə bağladığı əmanət müqaviləsi 29.01.2016-ci il tarixində bağlanmışdır. Tərəflər arasında bundan əvvəl 19.02.2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Bank 34 729,82 manat məbləğində 207 ay müddətinə kredit vəsaiti vermişdir. Tərəflər arasındakı son əqd bağlandığı zaman, yəni əmanət yerləşdirildiyi zaman "Əmanətlərin Sığortalanması Haqqında’ Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsi öz hüquqi qüvvəsində olmuşdur. Ləğvedici Qanunun bu mü ddəasını əsas götürərək Bank qarşısında olan öhdəliyi bloklaşdırmış və geridə qalan məbləği iddiaçıya kompensasiya olaraq ödəmişdir. Həmçinin Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və sair maddi xeyir əldə etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Elnur Həsənov) 2(103)-2543/21 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apell yasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-2871/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, bankla iddiaçı (əmanətçi) arasında illik 10 %-lə əmanət müqaviləsi bağlanmış, birinci instansiya məhkəməsi isə haqlı olaraq onun əmanətinin tam sığortalanmış əmanətlər kateqoriyasına aid olduğu və cavabdehin əmanət məbləğlərinin qaytarılmasından əsassız olaraq imtina etdiyi qənaətinə gəlməklə iddianı təmin etmişdir. Cavabdehin “iddiaçının banka kredit borcu olduğuna görə onun depozit hesabında məbləğin bloklaşdırıl dığı” dəlilini də kollegiya əsasız hesab edərək göstərmişdir ki, cavabdeh tərəf İddiaçı banka olan kredit borcunun onun depozit hesabındaki vəsaitlə əvəzləşdirildiyi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kollegiya cavabdehin apellyasiya baxışı zamanı iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü barədə irəli sürdüyü dəlilini də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, "Əmanətlərin Sığortalanması Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsi artıq 19 yanvar 2016-cı il tarixdən ləğv edilmişdir. Bundan əlavə, məhkəmə iddia tələbinin “qorunan əmanətə hesablanmış illik 5% yəni 5874,20 manat dəymiş zərərə görə məbləğin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin tələb əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya k obud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2543/21 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" ASC arasında 29 yanvar 2016-cı il tarixində bağlanmış əmanət müqaviləsinə əsasən əmanətçi 30000 manat məbləğində əmanət yerləşdirmişdir. Bundan əlavə tərəflər arasında 19 fevral 2013-cü il tarixində bağlanmış kredit müqaviləsinə əsasən 34729,82 manat məbləğində İddiaçı kredit verilmişdir. "xxxx" ASC-də sığorta hadisəsi baş verdikdən sonra əmanətçiyə kompensasiya ödənilmiş, qalan məbləğ “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən kreditor tələ bi kimi qeydə alınmışdır. İlk öncə bildiririk ki, qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə qorunan və tam qorunan əmanətlərin anlayışını verə bilməmiş, bu iki anlayışı fərqləndirə bilməmişdir. Halbuki "Əmanətlərin Sığortalanması haqqında” Qanunda da tam aydın və anlaşıqlı şəkildə göstərilmişdir ki, qorunan əmanət - sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. (2.1.2.) Kompensasiya - sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. (2.1.11) Ümumiyyətlə, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda “tam qorunan əmanət anlayışı” mövcud olmamış, bu yalnız “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Q anunun qəbul edilməsi ilə, yəni 02 mart 2016-cı il tarixindən hüquq lüğətinə daxil olmuşdur. Həmin Qanunun 4.1-ci maddəsində göstərilmişdir ki, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi İllik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Göründüyü kimi, hazırkı əmanətin 02 mart 2016-cı il tarixindən öncə yerləşdirildiyi və bu tarixə qədər sığorta hadisəsi baş verdiyi üçün ümumiyyətlə “tam sığorta lanma” anlayışından istifadə etmək əsassızdır. 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 2.1.2.1-ci, 2.1.2.9-cu və 2.1.2.10-cu maddələr ləğv edilmişdir. Bu qanun “Azərbaycan” qəzetində 4 mart 2016-cı il tarixində dərc edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi İddiaçı mövcud əmanətinə münasibətdə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.9-cu maddəsi tətbiq edilməlidir. Belə ki, həmin dövr üçün sözügedən müddəa qüvvədə olmuşdur. Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilmişdir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsində mübahisəli hüquq münasibə tinin yarandığı zaman qüvvədə olan maddi hüquq normasına istinad etməli idi. Həmin dövrdə Əmanətlərin Sığortalanması haqqında Qanunun 2.1.2.9-cu maddəsi qüvvədə olmuş və o dövrdə mövcud olan münasibətlərə də həmin Qanun tətbiq edilməlidir. Mübahisələndirilən əmanət və kredit müqavilələri sözügedən Qanunun müddəasının təsiri altına düşür. Lakin məhkəmə tərəfindən əsassız olaraq Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Digər tərəfdən məhkəmə qətnamə qəbul edərkən verilmiş iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə düzgün münasibət bildirməmişdir. Belə ki, bu zaman məhkəmə Mülki Məcəllənin 384.0.2-ci maddəsinə istinad etmiş, bu maddə göstərilmişdir ki, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir. Bu halda məhkəmə cavabdehin bank olmadığını ayırd edə bilməmiş, Fondla bankı eyniləşdirmişdir ki, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Halbuki, Əmanətlərin Sığortalanması Fondu bankla əmanətçi arasında bağlanmış müqavilənin tərəfi deyil, müqavilə üzrə hər hansı öhdəlik daşımır. Bankla əmanətçi arasında yaranmış münasibətlər Mülki Məcəllə ilə tənzimlənir. Sığorta hadisəsi baş verdikdən sonra əmanətçi ilə Fond arasında münasibətlər yalnız “Əmanətlərin Sığortalanması haqqında” Qanun və “Əmanətlərin tam sığortalanması haqqında” Qanunla tənzimlənir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1.4-cü maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunun aparılması və kompensasiya ödənilməsi Əmanətlərin Sığortalanması fondunun funksiyalar ından biridir. Qanunun istinad edilən normasının tələblərindən göründüyü kimi, sığortalanmış əmanət üzrə kompensasiya ödənişinin həyata keçirilməsi Fondun müqavilədən deyil, Qanundan irəli gələn öhdəliyidir. Odur ki, müqavilənin uzadılması, faizlərinin dəyişdirilməsi və ya müqavilə ilə bağlı digər münasibətlərin yaranması üçün Fond öhdəlik daşımır və öhdəlik yalnız “Əmanətlərin Tam Sığortalanması” haqqında Qanunda göstərilən şərtlər daxilində qorunan hesab edilən əmanətlərə kompensasiya ödənişi edilməsidir. Əmanətlərin Sığortalanması haqqında Qanunun 28-ci maddəsində göstərilmişdir ki, Fond sığorta hadisəsinin baş verməsi barədə maliyyə bazarlarına nəzarət orqandan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı h aqqında elan verir və bildiriş dərc etdirir. Fond həmin elanı və bildirişi bir həftə ara verməklə daha iki dəfə təkrar edir. Kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. Təqdim olunan sənədlərin yoxlanılması və ödənişə yönəldilməsi qaydası X2 tərəfindən müəyyən edilir. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Fond kompensasiyanı əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində ödəməlidir. Müstəsna hallarda X1 qərarı ilə Fond kompensasiyaların ödəniş müddətini 90 təqvim gününədək uzada bilər. Göründüyü kimi Bankda sığorta hadisəsi başlandıqdan sonra əmanətçilərə qorunan əmanətlər üzrə kompensasiya ödənişi haqqında bildiriş verilmiş və Qanunun tələbinə müvafiq olaraq sözüg edən ərizələrin qəbulu bir illik müddət bitdikdən sonra dayandırılmışdır. Göstərilən müddət ərzində iddiaçı tərəfindən əmanətin geri qaytarılması barədə müraciət daxil olmamışdır. Məhkəmə iddianın “qorunan əmanətə hesablanmış illik 5% yəni, 5874,20 manat dəymiş zərərə gör məbləğin cavabdendən tutulması" hissəsini təmin etməsi əsassızdır və maddi hüquq normalarının pozulmasıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29cu maddəsinin İ, İİ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfind ən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Digər tərəfdən məhkəmə dəymiş zərəri əsaslandırarkən Mülki Məcəllənin 445, 448 və 449-cu maddələrinə istinad etmişdir ki, bu da tamamilə əsassızdır. Belə ki, sözügedən maddələr kreditorla borclu arasında öhdəliklərin icrası zamanı yaranan münasibətləri tənzimləyir. Hazırkı halda əmanətçi ilə Fond arasında hər hansı “kreditor-borclu” münasibətləri yaranmamışdır ki, buna görə də həmin maddələrin sözügedən mübahisəyə tətbiq olunması maddi hüquq normasının pozuntusu anlamına gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarına əsasən yuxarıda göstərildiyi kimi, əmanətçi ilə Fond arasında münasibətlər müvafiq qanunla tənzimlənir. Bundan əlavə bildirmək istəyirik ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 26.2-ci maddəsində göstərilmişdir ki, sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasi ya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Hesab etsək ki, məhkəmə “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.9-cu maddəsini tətbiq etməkdən çəkinir, bu halda mütləq qaydada 26.2-ci maddəni tətbiq etməli idi. Lakin görünür ki, məhkəmə ümumiyyətlə iddianın təmin edilməsində israrlı olmuşdur ki, yuxarıda sadalanan normaları görməzdən gəlmişdir. İddiaçı kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək iş üzrə verilmiş kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini m üdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini apelyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi 16.03.2021-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1.2. Qorunan əmanət - sığor ta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Maddə 2.1.2.6. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Maddə 2.1.2.9.(04.03.2016-cı il tarixədək olan redaksiyada) ödəniş müddətlərinin başa çatıb-çatmamasından asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunan əmanətlərə aid edilmir. Maddə 2.1.9. Sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankı n əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Maddə 2.1.11. Kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Maddə 26.1.(04.03.2016-cı il tarixdən 27.12.2020-dək qüvvədə olan redaksiyada) Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Maddə 26.2. Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğində n çıxılmaqla qalıq hissəsi üzrə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübu t olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.3 Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 41 8.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti əsasında qətnamənin qanuniliyi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması düzgün tətbiq edilmədiyi üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, a pellyasiya məhkəməsi mübahisəyə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsini tətbiq etməyərək həmin maddənin 19 yanvar 2016-cı il tarixdən ləğv edildiyini qeyd etsə də, həmin tarixli qanunla Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş oxşar məsələni tənzimləyən 26.2-ci maddənin hansı səbəbdən tətbiq edilməməsini qətnaməsində əsaslandırmamışdır. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının bank qarşısında 19.02.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 34729.82 manat məbləğində 207 ay müddətinə icra edilməli olan kredit öhdəliyi mövcuddur. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu maddəsinə əsasən ödəniş müddətlərinin başa çatıb-çatmamasınd an asılı olmayaraq, əmanətçinin banka olan borcunun əsas məbləği və faizləri həcmində əmanəti qorunan əmanətlərə aid edilmir. 19 yanvar 2016-cı il tarixli 100-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 mart 2016-cı il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 394) ilə 2.1.2.9-cu maddə ləğv edilmiş və qanuna “Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir.” məzmunda 26.2-ci maddə əlavə edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanunun 85.1 -ci maddəsinə əsasən Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman, yəni 29.01.2016-cı il tarixdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.9-cu və 26.2-ci maddəsindən hansının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanunun 85.1-ci maddəsi nəzərə alınmaqla qüvvədə olmasına hüquqi qiymət verməmış, 2.1.2.9-cu maddənin qüvvədə olmamasına istinad etsə də, bu zaman eyni vaxtda Qanuna əlavə edilmiş 26.2-ci maddə baxımından iddiaya nəyə görə qiymət vermədiyini qətnaməd ə əsaslandırmamışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdehin “iddiaçının banka kredit borcu olduğuna görə onun depozit hesabında məbləğin bloklaşdırıldığı” dəlilin verdiyi cavabdeh tərəf İddiaçı banka olan kredit borcunun onun depozit hesabındaki vəsaitlə əvəzləşdirildiyi barədə məhkəməyə heç bir sübut təqdim etməməsi barədə mövqeyi ilə razılaşmayaraq, qeyd edir ki, iddianın düzgün həlli üçün əvəzləşdirmə haqqında deyil, iddiaçının kredit öhdəliyinin (vaxtı çatmış və ya çatmamış) həcmi barədə sübutların təqdim edilməsi iş üçün əhəmiyyətli olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü barədə irəli sürdüyü dəlilinə Mülki Məcəllənin 384.0.2-ci maddəsinə istinad etməklə verdiyi qiymət düzgün olmamışdır. Bel ə ki, hazırki iddia ilə iddiaçı Fonddan əmanətin qaytarılmasını deyil, əmanətçi kimi ona dəymiş maddi ziyanın kompensasiyasını tələb etmişdir. Bu halda “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 28-ci maddəsində əks olunmuş müddətlər tətbiq edilməli olduğu nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən əsaslıdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi hüquq normalarının tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin kassasiya şikayəti qismən təmin edi lməlidir. Çünki, yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Əmanətlə rin Sığortalanması Fondu kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2543/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar