Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4213/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4213/22 Açar sözlər: birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs tərəfindən verilmiş şikayətdə qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğunun əsaslandırılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3200/2022 nömrəli iş üz rə 12 may 2022-ci il tarixli qərardadından işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı – cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat X1 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına müdaxilə edilərək onların barəsində həqiqətə uyğun olmayan, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələrdən istifadə edilərək onlar a maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının İqtisadiyyat X1 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli şikayətdə göstərilən xüsusatların həmin orqanlara müraciət yazaraq təkzib edilməsi, həmçinin cavabdehin üzərinə yazdığı təkzibdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, Cavabdeh1 təqsirsizlik prezumpsiyasına müdaxilə edərək onların şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 50000 manat maddi ziyanın, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 100030 manat pul vəsaitinin cavabdehdən alınaraq onlara verilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Rəhimli) xx.xx.2020-ci il tarixli, 2(011)-1286/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı şikayətində yazdığı “Azərbaycan Respublikasının iqtisadiyyatının inzibati strukturunda, o cümlədən vergi sistemində ciddi islahatların aparıldığı bir dövrdə vergi auditi sahəsində təəssüflə olsa belə qeyd etməyə məcbur oluruq ki, hələ də bəzi məqamlarda məhz gizli qüvvələrin təsiri, müdaxiləsi və təzyiqləri hesabına ləngimələr müşahidə edilməkdədir. Artıq uzun müddətdir ki, hamıya gün kimi aydın və məluma səbəb – MMC-nin həmtəsisçisi olan İddiaçı1 nümayəndəsinin tamamilə qanunsuz müdaxilələri, saxta sənədlər təqdim etmələri, iftira dolu məzmunda çoxsaylı şikayətləri ilə bu yoxlama 650 gündür ki, uzadılmaqdadır. Bundan əlavə, MMC-nin digər təsisçisi İddiaçı1 adından və onun nümayəndəsi İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının demək olar ki, bütün hüquq-mühafizə səlahiyyətli dövlət orqanlarına və onların tabeli mərkəzi və yerli strukturlarına müxtəlif iqtisadi-maliyyə mövzularında qanun pozuntusu halları ilə bağlı şərböhtan xarakterli çoxlu sayda şikayət formalı müraciətlər edilmiş... Möhtərəm cənab Nazir, Sadalanan faktları bu müddət ərzində yoxlama ilə bağlı hər bir görüşdüyümüz vergi orqanının strukturunun rəhbəri ilə müzakirədə söyləmişik. Təəssüflü olsa da, bu görüşlərin hər dəfəsində “kənar qüvvələrin müdaxiləsinin, təzyiqinin və təhdidinin təsir xəttini, çirkin əlləri n mövcudluğunu” tərtib edilmiş aktların məzmununda görmüşük. Güman edirik və inanırıq ki, bu dəfə “həmin qara qüvvələr” yeni İqtisadiyyat Nazirliyinə, onun qanuni siyasətinə heç bir təsir göstərə bilməyəcəkdir” cümlələrində İddiaçı1 və İddiaçı2 barəsində yazılan məlumatlar əsassız, İddiaçı1 və İddiaçı2 işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə minərək icraya yönəldiyi tarixdən sonrakı gün Cavabdeh1 və "xxxx" MMC tərəfindən eyni qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət məktubu ünvanlanaraq həmin məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsi vəzifəsinin («Təkzib» başlığı altında, başlığı və mətni təkzib edilən məlumatın çap edildiyi ş riftlə) Cavabdeh1 və "xxxx" MMCnin üzərinə qoyulması, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı1 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat, cəmi 5015 (beş min on beş) manat məbləğində pulun tutulması, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı2 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat, cəmi 5015 (beş min on beş) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
3. Qətna mədən narazı qalan işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1286/2020 saylı qətnaməsinin qismən- iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 dövlət qurumlarına ünvanladığı şikayət ərizələrində onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi toxunulmazlığını pozan və birbaşa Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına zidd olan, həmçinin həqiqətə uyğun olmayan məlumatların yayılması davam etdirilir və onun növbəti əsassız şikayəti xx.xx.2019-cu il tarixdə Azərb aycan Respublikasının İqtisadiyyat X1 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmışdır. Belə ki, Cavabdeh1 "xxxx" MMCdə aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair “sonuncu aktda qeyd edilənlərdən şikayət”inin məzmununda onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi toxunulmazlığını pozan və həmçinin həqiqətə uyğun olmayan aşağıdakı məlumatlar qeyd olunmuşdur: “Azərbaycan Respublikasının iqtisadiyyatının inzibati strukturunda, o cümlədən vergi sistemində ciddi islahatların aparıldığı bir dövrdə vergi auditi sahəsində təəssüflə olsa belə qeyd etməyə məcbur oluruq ki, hələ də bəzi məqamlarda məhz gizli qüvvələrin təsiri, müdaxiləsi və təzyiqləri hesabına ləngimələr müşahidə edilməkdədir. Artıq uzun müddətdir ki, hamıya gün kimi aydın və m əluma səbəb - MMC-nin həmtəsisçisi olan İddiaçı1 nümayəndəsinin tamamilə qanunsuz müdaxilələri, saxta sənədlər təqdim etmələri, iftira dolu məzmunda çoxsaylı şikayətləri ilə bu yoxlama 650 gündür ki, uzadılmaqdadır. Bundan əlavə, MMC-nin digər təsisçisi İ.Əlivevin adından və onun nümayəndəsi İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının demək olar ki, bütün hüquq-mühafizə səlahiyyətli dövlət orqanlarına və onların tabeli mərkəzi və yerli strukturlarına müxtəlif iqtisadi-maliyyə mövzularında qanun pozuntusu halları ilə bağlı şərböhtan xarakterli çoxlu sayda şikayət formalı müraciətlər edilmiş” Möhtərəm cənab Nazir, Sadalanan faktları bu müddət ərzində yoxlama ilə bağlı hər bir görüşdüyümüz vergi orqanının strukturunun rəhbəri ilə müzakirədə söyləmişik. Təssüfflü olsa da, bu görüşlərin hər dəfəsində “kənar qüvvələrin müdaxiləsinin, təzyiqinin və təhdidinin təsir xəttini, çirkin əllərin mövcudluğunu” tərtib edilmiş aktların məzmununda görmüşlər. Güman edirik və inanırıq ki, bu dəfə “həmin qara qüvvələr” yeni İqtisadiyyat Nazirliyinə, onun qanuni siyasətinə heç bir təsir göstərə bilməyəcəklər.” Göründüyü kimi, Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat X1 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli şikayətində onların təqsirsizlik prezumpsiyası hüquqlarına müdaxilə edərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan bizi respublikada nüfuzlu sahibkarlar olmağımıza baxmayaraq saxta sənəddən istifadə etmədə, yəni Azərbaycan Respublikası CM-nin 320-ci maddəsində, böhtanda yəni CM-nin 147-ci maddəsində, vəzifəli şəxslərin qərarına qanu nsuz təsir etmədə, yəni CM-nin 312-1-ci maddəsində təqsirləndirərək barələrində həqiqətə uyğun olmayan, həmçinin heç bir hüquqi əsası olmayan şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələrdən istifadə etmiş və bu cür qanunsuz hərəkətlərlə onlara mənəvi sarsıntı yaşatmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: R.M.Həsənov - sədrlik edən və məruzəçi, M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiyanın mümkünlüyü barədə 12 may 2022-ci il tarixli, 2(103)-3200/2022 saylı qərardadı Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin apellyasiya şikayətini n geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınsa da, onun hansı hüquq və maraqlarına toxunduğu əsaslandırılmamışdır. Belə ki, rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə Cavabdeh1 və "xxxx" MMC-nin üzərinə yayılmış məlumatın təkzib edilməsi vəzifəsi qoyulmuş, habelə onların hər birindən iddiaçıların xeyrinə mənəvi ziyanın tutulması qət edilmişdir. Qətnamə ilə təmin edilmiş bu tələblərin apellyasiya şikayəti vermiş Maraqlı şəxs maraqlarına hansı şəkildə toxunması aydın deyildir. Maraqlı şəxs "xxxx" MMC-nin həmtəsisçisi kimi hazırkı q ətnamə ilə həll edilmiş məsələnin və təmin edilmiş iddianın gələcəkdə icra edilməsinin onun təsisçi kimi hansı hüquq və maraqlarına toxunmasını əsaslandırmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
8. İşdə iştirak etməyə cəlb edilməyən şəxs (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, işdə iştirak etməyə cəlb edilməyən şəxsin müdafiəçisi Vəkil3 məhkəməyə verdiyi ərizə əsasında məhkəmə iclasının təxirə salmalı olduğu halda qanunsuz olaraq MPM-nin 376.2-ci maddəsinin tələblərini kobud surətdə pozaraq məhkəmə iclasını təxirə salmamış və hansı səbəbdən məhkəmə prosesini təxirə salınmasını əsaslandırmadan qanunsuz olar çəkişmə prinsipini pozaraq qərardad qəbul etmişdir. Belə ki, məhkəməyə ünvanladığı ərizədə xidmət işi ilə bağlı Quba rayon məhkəməsinə getdiyi üçün məhkəmə iclası təxirə salınması üçün üzrlü səbəb olmuşdur. Lakin məhkəmə onun verdiyi ərizəyə düzgün qiymət verməmiş, məhkəmə prosesini təxirə salınmamasının səbəbini izah etməmişdir.
10. Kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 9.3, 357.2 və 376.2-ci maddələr göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
12. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
13. Hazırkı kassasiya şikayətində işdə iştirak etməyə cəlb edilməyən şəxs apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
14. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər.
15. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
16. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə o nların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
17. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını yoxlayır.
18. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instan siyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün hesab edərkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterlidir, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan məsələnin həll olunması müəyyən edilmir.
23. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq be lə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
24. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İşdə iştirak etməyə cəlb edilməyən şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3200/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.