Məhkəmə qərarları › İş №2(102)-4218/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4218/2022

20.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4218/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: fərdi əmək mübahisəsi, müəssisə rəhbərinin vurduğu maddi zərər, iş ümumi məhkəməyə aiddir Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2469/2022 nömrəli iş üzrə 31 ma y 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə 20 iyul 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı dəymiş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin (bundan sonra Cəmiyyət) təsisçilərindən biri kimi 73.77% paya malikdir. Cavabdeh isə 2008-2020-ci illərdə Cəmiyyətin ali icra orqanı olan baş direktor vəzifəsində çalışmış və işində yol verdiyi ciddi pozuntulara görə Cəmiyyətin təsisçiləri tərəfindən tutduğu vəzifədən azad edilmişdir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, cavabdeh iddiaçı ilə əmək münasibətlərind ə olduğu dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Cəmiyyət tərəfindən ona ayrılan və işgüzar fəaliyyəti məqsədilə istifadə edilməli olan korporativ plastik kartlardan şəxsi məqsədlər üçün istifadə etməklə Cəmiyyətə 354,657.31 manat maddi zərər vurmuşdur.

3. Cavabdeh yazılı vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və vəsatətini belə əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsinə istinad etməklə dəymiş ziyanın təsisçi ilə Cəmiyyətin rəhbəri arasında olan əmək münasibətlərindən deyil, mübahisənin mülki hüquq münasibətlərindən irəli gəldiyini qeyd etmişdir.

4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci in stansiya məhkəməsi) e-2(010)-2469/2022 nömrəli iş üzrə 31 may 2022-ci il tarixli qərardadı ilə (hakim Təranə Mahmudova) mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət rədd olunmuşdur.

5. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.2, 24.3, 25.1, 32.1-32.4-cü maddələrinə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh direktor vəzifəsində çalışdığına və hüquqi şəxsin iştirakçısı sayılmadığına görə, onlar arasında yaranan münasibətlər kommersiya xarakterli hesab olunmur. Həmçinin, mülki iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, iddiaçı şirkət tərəfindən cavabdehə ayrılmış pulların olduğu plastik kart birbaşa cavabdehin istifadəsinə verildiyi üçün, tərəflər arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər deyil, əmək müqaviləsinə əsasən əmək münasibətləri mövcud olmuşdur.

6. Həmin qərardaddan cavabdeh (Vəkil2) tərəfindən verilmiş şikayət birinci instansiya məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə təmin olunmamış və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, təsisçi ilə direktor arasındakı hazırkı məhkəmə mübahisəsi mülki-hüquqi olmaqla, əmək münasib ətləri kimi qiymətləndirilə bilməz. Çünki direktora münasibətdə işəgötürən təsisçi deyil, Cəmiyyət hesab olunmalıdır. Məhkəmə isə bu hala qiymət vermədən, iddia tələbini korporativ deyil, məhz əmək münasibətlərindən irəli gələn kimi qiymətləndirmiş, bu qənaəti isə özü-özlüyündə ziddiyyətli olmuşdur. Belə ki, mübahisə əmək münasibətlərindən irəli gəldiyi halda, “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalı idi. Lakin iddiaçı tərəfindən bu qaydaya əməl olunmamış, məhkəmə isə iddianı icraata götürmüşdür. Əsaslandırıcı hissə

8. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisə nin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 11. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xü susiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailənikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir (bənd 18).

12. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) kommersiya məhkəmələri baxır (bənd 19 və 20).

13. Baxılan işdən görünür ki, cavabdeh 2008-2020-ci illərdə əmək müqaviləsi əsasında Cəmiyyətin ali icra orqanı olan baş direktor vəzifəsində çalı şmışdır. İddiaçı isə cavabdehin direktoru olduğu həmin Cəmiyyətin 73,77% payla təsisçilərindən biri olmaqla, hazırda cavabdeh tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək işlədiyi dövrdə Cəmiyyətə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir.

14. Kollegiya, tərəflər arasındakı münasibətin xarakterini nəzərə alaraq əmək qanunvericiliyinin aşağıdakı normalara əsasən hesab edir ki, hazırkı mübahisə onlar arasında hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə aid olmamaqla, əmək münasibətlərindən irəli gəlir.

15. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 3-cü maddəsinə əsasən, işəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik m ülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Qanunun mənasına görə mülkiyyətçinin (təsisçilərin) təyin etdiyi müəssisənin rəhbəri digər işçilərə münasibətdə işəgötürən kimi çıxış etsə də, onun özünün işçi kimi işəgötürəni qismində mülkiyyətçi (təsisçilər) çıxış edir.

16. Bu baxımdan mülkiyyətçi ilə bağlanmış əmək müqaviləsi əsasında çalışan müəssisə rəhbəri ilə mülkiyyətçi arasında da əmək münasibətləri yaranır və Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən, əmək funksiyalarının icrası ilə bağlı onlar arasında yaranmış mübahisələr fərdi əmək mübahisəsi hesab edilir. Məcəllənin 188-ci maddəsinin “ğ)” bəndinə əsasən isə işçinin işəgötürənə vurduğu maddi və mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi fərdi əmək mün asibətlərinin predmetinə daxildir.

17. Əmək Məcəlləsinin 193.1-ci maddəsi müəssisənin rəhbəri (işəgötürən) tərəfindən mülkiyyətçiyə vurulan ziyana görə həm bu Məcəllə, həm də digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət müəyyən edir. Göründüyü kimi müəssisə rəhbərinin mülkiyyətçiyə (təsisçilərə) vurduğu ziyana görə məsuliyyətin əmək qanunvericiliyində və ya digər normativ hüquqi aktlarda, o cümlədən Mülki Məcəllədə müəyyən edilməsindən asılı olmayaraq, bu, fərdi əmək mübahisəsi olmaqla əmək hüquq münasibətləri qaydasında tənzimlənir.

18. Qeyd olunanlara əsasən hazırkı iddia tələbi tərəflər arasında mövcud olmuş əmək münasibətlərindən irəli gəldiyi üçün mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Tərəflər arasında yaranmış hazırkı mübahisə əmək mübahi səsi olmaqla, hüquqi şəxsin fəaliyyətindən irəli gəlmədiyi üçün hüquqi şəxsin təsisçiləri ilə onun rəhbəri arasında korporativ tələblərdən irəli gələn mübahisələrə aid edilə bilməz. Bu baxımdan, birinci instansiya məhkəməsi işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd etməklə düzgün nəticəyə gəlmişdir.

19. Baxılan iş üzrə tərəflərin mediasiyaya müraciət etməmələri ilə bağlı dəlil hazırkı icraatın predmetinə aid deyil və həmin məsələyə işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymət verilməlidir.

20. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (403-1.8.1).

21. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-2469/2022 nömrəli i ş üzrə 31 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar