Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-422/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı; İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı; İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3954/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Əzizbəyov rayon X 16 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı ilə X11 Əzizbəyov RİK-nin 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarına əsasən vahid mənzil uçotunda (yaşayış yeri üzrə) duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı), 39 saylı MHYH-də qaravul rəisi vəzifəsində işləyən, “Şimal” DRES, XX qurultay küçəsi ev 19 mənzil 25 ünvanında yaşayan vətəndaş X11 145-**0-129c nümunə layihəsi üzrə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində 45 №li 6** kv.m torpaq sahəsinin (ümumi sahə-118,3 kv.m, o cümlədən yaşayış sahəsi-66 kv.m) ayrılması qərara alınmışdır.
3. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamına əsasən, Əzizbəyov rayon X16 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli qərarı ilə X11 Mərdəkan qəsəbəsində 45 №li 6** kv.m torpaq sahəsində 145-**0-129 s tipli layihə əsasında fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Hal-hazırda o, evi tikib qurtarmış və həmin evin qeydiyyatdan keçirilməsini xahiş edir. Komissiya üzvləri tərəfindən yerində yoxlama zamanı məlum olmuşdur ki, vətəndaş X17 evi layihə əsasında tikməmiş və əlavə olaraq torpaq sahəsi zəbt etmişdir. Bununla əlaqədar o, komissiya tərəfindən 7**** manat məbləğində cərimə edilmişdir. Yuxarıda göstərilənləri və yeni tikilmiş fərdi yaşayış evlərin qəbulu üzrə komissiyanın aktını nəzərə alaraq: Mərdəkan qəsəbəsi, 45 saylı sahədə X17 tərəfindən tikilmiş bir mərtəbəli 2 yaşayış otağından sahəsi 49,0 kv.m, köməkçi sahəsi 35,5 kv.m olan 1231,9 kv.m torpaq sahəsi və yaşayış evinin qeydiyyata alınması, Bakı şəhəri Texniki inven tarlaşdırma və mülkiyyət hüquqlarına qeydiyyat idarəsindən Bakı şəhər XDS İK-nin xx.xx.1987-ci il tarixli 19/339 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib vətəndaş X8 adına qeydiyyat vəsiqəsi və texniki pasport verilməsi xahiş edilmişdir.
4. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X17 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
5. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətinə əsasən, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, 3 saylı ev xüsusi mülkiyyət hüququ üzrə X11 məxsusdur.
6. Xəzər rayon İHB-nın Mərdəkan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 10 №li məktubunda qeyd olunm uşdur ki, “Sizin 10 yanvar 2019-cu il tarixli, 01 saylı məktubunuzla əlaqədar olaraq bildiririk ki, ünvan 1 ünvan: ünvan 2a İddiaçı həqiqətən 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, Sahə ev 45 (yeni ünvan: ünvan 2a yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi (2**8- 2010-cu illərdə) tikinti altı sahəsi 117.5 kv.m. olan 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X9 və oğlu X12 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır. Sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir.” 7. 18.07.2018-ci il tarixli texniki pasportun surətinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanın hüquq subyekti X13r.
8. Cavabdeh4tariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 417 №-li məktubda qeyd olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X5 miras qalmış ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və mülkiyyətdə olan 0.12319 ha torpaq sahəsinə və 10KE447 d/n, VAZ21074 minik markalı nəqliyyat vasitəsinə dair vərəsələr arasında pay bölgüsünə dair mübahisə yarandığı üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək imkanımız xaricindədir. Yuxarıda yazılanları nəzərə alaraq, məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
9. Nikah haqqında şəhadətnamənin surətinə əsasən, X17 ilə X2 arasında nikah xx.xx.1972- ci ildə nikaha daxil olmuş, arvada Babayeva soyadı verilmişdir.
10. Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən, atası X17 və anası Cavabd eh1 olan Cavabdeh2 xx.xx.1972-ci ildə və qardaşı İddiaçı isə xx.xx.1976-cı ildə doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
11. Birinci iş üzrə: İddiaçı Cavabdeh1 (üçüncü şəxs Cavabdeh4tariat ofisinə qarşı) “torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsinin Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə mərhum X11 Dövlət tərəfindən pulsuz, havayı ayrılmasını nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, M ərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 7231,9 kv.m torpaq sahəsinin (mirasın) mərhum X8 və onun arvadı Cavabdeh1 yəni, ər-arvadın ümumi birgə mülkiyyəti olmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X17 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş və xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə X8 (mərhum) özünün ayrıca əmlakı olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsinin ər-arvadın ümumi birgə əmlakı olmaması faktının, yəni mərhum X8 və onun arvadı Cavabdeh1 ümumi birgə əmlakı olmaması faktının məhkəmə tərəfindən tanınması və DƏDRX-də qeydə alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə tərəfindən İddiaçı vəsatəti əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində işə cəlb olunmuşdur.
14. İkinci iş üzrə: iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülmə si” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335866, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə o, Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh3 arasında bölüşdürülməsi, Cavabdeh4tariat Ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ş əhəri Ərazi İdarəsi tərəfindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №1335868, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan, 0,12319 torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11 məxsus olmuşdur. Onun mərhum əri X17 vəfat etdikdən sonra miras əmlaka vərəsəlik hüququ haqqında qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün xx.xx.2021-ci il tarixdə Cavabdeh4tariat ofi sinə müraciət etmiş və ona burada vərəsəlik işi açdılar. Vərəsəlik işinin açılmasında heç bir qanun pozuntusuna yol verilməmiş və 6 aydan sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi nəzərdə tutulmuşdur. Vərəsələr dairəsi o, Cavabdeh1 mərhumun arvadı, Cavabdeh2 mərhumun oğlu, İddiaçı mərhumun oğlu, Cavabdeh3 mərhumun qızı olmaqla 4 nəfərdən ibarətdir. Hazırda miras əmlakla bağlı vərəsələr arasında mübahisə yaranmış, cavabdehlərdən Cavabdeh2 və İddiaçı müxtəlif iddialarla, “paylı əmlakın naturada bölünməsi”, “notariat tərəfindən qəbul edilmiş ərizə hesab edilməsi”, “notariatda mövcud olan vərəsəlik işinin ləğv edilməsi” tələblərinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmiş, ancaq məhkəmənin müvafiq işlər üzrə qəbul etdikləri qətnamələrə əsasən cavabdehlərin iddiaları rədd edilmişdir. Qanunvericiliyə əsasən hazırda onun payını və miras əmlakdan ona düşən payın kütləsi 62,5 %, digər vərəsələrin 3 nəfərin hər birinin mirasda payı 12,5% təşkil edir. Miras əmlakın hissələr üzrə bölünməsi üzrə isə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin miras şərikləri arasında 5/8 hissədə o, Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı, 1/8 hissədə Cavabdeh3 arasında bölüşdürülməlidir.
16. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələ r arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X17 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı ilə əldə edilmiş, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum atası X8 özünün ayrıca əmlakı olmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən mirasdan, yəni 1231,9 kv.m torpaq sahəsindən onun, birinci növbəli vərəsə İddiaçı payına düşən 474kv.m torpaq sahəsinə (ailəsi ilə ayrıca yaşadığı 2 mərtəbəli evi yerləşən, faktiki sahibliyində olan his sədə) Cavabdeh4tariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin, DƏDRX-in 1 saylı Bakı ərazi İdarəsi tərəfindən yeni ünvan adı verilməklə, çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
17. İddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi atası X17 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X7 İcrayyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li çıxarışa əsasən, tam mülkiyyət hüququ ilə mərhum atası X8 özü nün ayrıca əmlakı olmuşdur. (Əzizbəyov rayon XDSİK-nin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarının surəti, Xəzər RİHB-nın xx.xx.1998-ci il tarixli 243 №-li sərəncamın notarial qaydada təsdiq olunmuş surəti və RX seriyalı ******* №-li çıxarışın surəti iddia ərizəsinə əlavə olunur). İddia ərizəsinə əlavə olunmuş, Cavabdeh4tariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 417 №- li bildirişin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən mirasla (əmlakla) bağlı vərəsələr, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında pay bölgüsünə dair mübahisə yarandığı səbəbindən yuxarıda göstərilən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi Cavabdeh4tariat ofisinin imkanı xaricindədir, məsələnin hə lli üçün ərazi üzrə məhkəməyə müraciət edilməlidir. O, birinci dərəcəli vərəsə iddiaçı Babayev (cavabdeh) Cavabdeh2 ailələri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında 1231,9 kv.m torpaq sahəsinin üzərində yerləşən ayrı-ayrı tikililərdə hal-hazırda faktiki olaraq yaşayırlar. O, İddiaçı və Cavabdeh2 miras-əmlaka faktiki sahiblik edir və mirası faktiki tam qəbul etmişlər. Lakin, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən əmlaka-mirasa sahiblik etmirlər və mirası faktiki olaraq qəbul etməyiblər. Belə ki, Cavabdeh3 1997-ci ildən halhazıradək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi S.Vurğun küçəsi 36 №-li evdə qeydiyyatda olmaqla yaşayır. Digər Cavabdeh1 Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №-li evdə 2017-ci ilin oktyabr ayından hal-hazıradək faktiki olaraq yaşayır. Mülki Məcəllənin 1291-ci maddəsinə əsasən (adıçəkilən ünvanda 1991-ci ildən faktiki yaşamağı, həmin ünvandakı 1231,9 kv.m torpaq sahəsinin üzərində 2 mərtəbəli ev inşa etməyi və digər konkret hallar) miras-əmlakdan yəni, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü torpaq sahəsindən ona, yəni İddiaçı faktiki sahibliyində olan hissədə düşən pay 474 kv.m təşkil edir. Digər cavabdehlərin Cavabdeh3 və Cavabdeh1 miras-əmlaka sahiblik etməmələri, adıçəkilən ünvanda yaşamamlaları, mirası faktiki olaraq qəbul etməmələri səbəblərindən onların hər birinə torpaqdan düşən payın sahəsi qanunvericiliyə əsasən, ona düşən və faktiki sa hibliyində olan paydan xeyli az olmalıdır. Yəni, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 torpaqdan cüzi pay düşə bilər. Əmlakın bölüşdürülməsi zamanı, MM-nin 1291-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almaqla, işə baxmaq üçün məhkəmə tərəfindən əmlaka (mirasa) yerində baxış keçirməlidir.
18. İddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə da ir qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən miras qoyan X8 xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2, 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və Cavabdeh3 qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququnun tanınması, həmin miras əmlak üzərində vərəsələrin miras paylarının müəyyən edilməsi, vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Cavabdeh4tariat Ofisinə və yeni ünvan lar müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
19. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ilkin iddia tələbini qəbul etmir və miras payının ilkin iddia ərizəsində göstərilən formada müəyyən edilməsi üçün hər hansı hüquqi və faktiki əsas olmadığı qənaətindədir, bu səbəbdən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeyd iyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi atası X8 xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olmuşdur. İlkin iddiaçı həmin torpaq sahəsini ilkin iddiada birgə nikah dövründə əldə edilmiş əmlak qismində xarakterizə etsə də, atası Vəli Babayev həmin torpaq sahəsini əvəzsiz əqd üzrə əldə etdiyindən torpaq sahəsi onun və ilkin iddiaçı Cavabdeh1 ümumi birgə mülkiyyəti olmamışdır. Qardaşı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş və iş materiallarında mövcud olan Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli, 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində atası V.Babayevin adına qeydiyyata alınmış 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi atasına əmək fəaliyyəti ilə əlaqədar və fərdi yaşayış evinin tikintisi məqsədilə əvəzsiz qaydada ayrılmışdır. Yəni müvafiq torpaq sahəsi ümumi birgə mülkiyyətə daxil olmamışdır. Qanunvericiliyin qeyd olunan müddəalarından da göründüyü kimi, qanunvericilik birgə nikah dövründə ər və ya arvadın hər birinin ayrılıqda əvəzsiz əqd üzrə əldə etdiklərini onun ayrıca xüsusi mülkiyyəti kimi nəzərdə tutur. Hazırki iş üzrə də 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsi X11 əvəzsiz əqd üzrə verildiyindən həmin torpaq sahəsi üzərində ilkin iddia üzrə iddiaçı Cavabdeh1 mülkiyyət hüququ mövcud deyildir. Əlavə edir ki, o və qardaşı İddiaçı uzun müddətdir Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ayrı-ayrı hissələrində fərdi yaşayış evləri inşa etməklə yaşayırlar. Yaşadığı fərdi yaşayış evinin bütün kommunal xidmətləri onun adınadır. Qeyd olunanlara əsasən, o və qardaşı İddiaçı atalarından onlara qalan mirası faktiki qəbul etmişlər. Göstərilənlərə əsasən və qanunvericiliyin müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, mülki iş üzrə dörd vərəsənin hər birinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3 ünvanında yerləşən 1231,9 kv.m (0,12319 ha) torpaq sahəsinin ¼ hissəsinə qanun üzrə birinci dərəcəli vərəsə qismində vərəsəlik hüququ tanınmaqla hər birinin ¼ hissədə miras payı müəyyən olunmalı, müvafiq nisbətd ə vərəsəlik şəhadətnaməsi və çıxarış verilməlidir.
20. İddiaçı məhkəməyə Cavabdeh1 iddia tələbinə dair yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, hazırkı 2(**3)-4632/2021 saylı mülki iş üzrə mübahisə predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən 1231,9 kv.m torpaq sahəsi atası X17 (mərhum) tərəfindən nikah dövründə əvəzsiz əqdlər üzrə (Əzizbəyov rayon X7 İcraiyyə Komitəsinin 07 iyul 1989-cu il tarixli 11 saylı qərarı və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının 31 mart 1998-ci il tarixli 243 nömrəli sərəncamı) əldə edilmiş, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışa əsasən tam mülkiyyət hüququ ilə mərhum atası X8 özünü ayrıca əmlakı olmuşdur. O, iş üzrə cavabdeh İddiaçı Bakı şəhəri, ünvan 1 ünvan: ünvan 8 1991-ci il tarixindən 1999-cu ilin mart ayınadək qeydiyyatsız, 1999-cu ilin mart ayından qeydiyyatda olmaqla yanaşı, Mərdəkan qəsəbəsi, sahə ev 45 (yeni ünvan: ünvan 8 yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa etdiyi (2**8- 2010-cu illərdə) 2 mərtəbəli fərdi yaşayış evində ailəsi X9 və oğlu X12 ilə birlikdə yaşayır. Kommunal xidmətləri (su, qaz, elektrik enerjisi) ayrıdır, sayğaclar öz adınadır, ödənişləri ayrıca ödəyir. Bildirir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında iddiaçı Cavabdeh1 2017-ci ilin oktyabr ayından hal-hazıradək yaşamır. Belə ki, iddiaçı Cavabdeh1 mərhum atası X17 ilə nikahda olmuş olsa da, 2017-ci ilin oktyabr ayından qızı (hazırkı iş üzrə cavabdeh) Cavabdeh3 yaşadığ ı, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsində yerləşən 36 №li evə daimi yaşamağa köçmüşdür. İddiaçı Cavabdeh1 hal-hazırda da Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, S.Vurğun küçəsi 36 №li evdə yaşayır. İddiaçı Cavabdeh1 mərhum atası X1 qulluq etməyib, ünvan 9 ünvanında yerləşən bir mərtəbəli tikilinin yaşayış sahəsində atası X17 (mərhum) ilə birlikdə yaşamayıb. İşin faktiki hallarından bəlli olur ki, miras açılanadək iddiaçı Cavabdeh1 üç ildən artıq miras qoyanla birlikdə yaşamayıb. Xüsusi qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi 13-cü döngə ev 3 ünvanında yerləşən əmlakın dəyərinin artırılması üçün iddiaçı Cavabdeh1 tərəfindən hər hansı bir vəsait qoyulmayıb. Belə ki, etiraza əlavə edilmiş xx.xx.1999-cu il tarixli MH seriyalı 168519 №li qeydiyyat vəsiqəsinin 1998-ci il tarixli “Texniki pasport”u hazırkı işdəki 19 iyul 2018-ci il tarixli RX seriyalı ******* №li çıxarışın 18 iyul 2018-ci il tarixli “Texniki pasport”u ilə eynilik təşkil edir.
21. Xəzər Rayon Məhkəməsinin 2(**3)-303/2022 saylı, 03 fevral 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Cavabdeh4tariat ofisinə) qarşı “torpaq sahəsinin ərarvadın ümumi birgə mülkiyyəti olmaması” faktının tanınması və DƏDRX-də qeyd alınması tələbinə dair 2(**3)-303/2022 saylı mülki işlə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikas ı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi”, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və Cavabdeh2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, İddiaçı, Cavabdeh4tariat ofisinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payı nın müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə 2(**3)-310/2022 saylı mülki iş birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması və mülki işə 2(**3)-303/2022 nömrəsi verilməsi qərara alınmışdır.
22. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(**3)-303/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh1 və üçüncü şəxs Cavabdeh4tariat ofisinə qarşı “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması” faktının tanınması, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh4tariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” t ələbinə dair ilk, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4tariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və Cavabdeh2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, İddiaçı və Cavabdeh4tariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin “hüquqlarının DƏDRX-də qeydə alınması” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
23. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) 2(**3)-303/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 (üçüncü şəxs Cavabdeh4tariat ofisi) qarşı “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2, İddiaçı, Cavabdeh3 və Cavabdeh4tariat ofisinə qarşı “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə dair ilkin iddia tələbi təmin, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4tariat ofisinə qarşı “əvəzsiz əqdlər üzrə əldə edilmiş mirasın vərəsələr arasında bölüşdürülməsi” tələbinə dair və Cavabdeh2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, İddiaçı və Cavabdeh4tariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması, miras payının müəyyən edilməsi, vərəsəlik şəhadətnaməsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, ümumi sahəsi 84,5 kv.m. olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı və 1/8 hissədə Cavabdeh3 miras payları müəyyən edilsin, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh4tariat ofisinə həvalə edilməsi, qarşılıqlı iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə tərəfindən sübutların yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsində ayrı-ayrılıqda iki ev vardır. Qeyd olunan evlərdən biri mülkiyyət hüququ ilə qeyd alınsada digəri özbaşına tikilidir. Mülkiyyət hüququ ilə qeydə alınmış evdə Cav abdeh2 və mərhum atası Vəli Babayev və anası Cavabdeh1 yaşayıblar. Qeyd olunan evin ayrı-ayrı giriş çıxışları vardır. Digər evdə (özbaşına tikili) isə İddiaçı ailə üzvləri yaşayır.
25. Məhkəmə İddiaçı mərhum atasına ayrılmış torpaq sahəsinin onun atası ilə anasının ümumi birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunmaması faktının müəyyən edilməsi barədə tələbinə münasibətdə qeyd etmişdir ki, sözü gedən torpaq sahəsi Vəli Babayevə 1989-cu ildə ayrıldığından hazırki tələbə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
26. Məhkəmə İddiaçı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, mərhum X11 mübahisəli torpaq sahəsi ayrıldığı zaman o, iddiaçı Cavabdeh1 ilə 17 illik rəsmi nikah münasibətlərində olmuş, birgə təsərrüfat aparmışlar, torpaq ayrıldıqdan sonra da həmin müba hisəli torpaq sahəsində yaşayış evi tikmişlər və 3 uşaqları ilə birlikdə orda yaşamışlar. İş materiallarına əlavə edilmiş Əzizbəyov rayon X16 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli qərarından da görünür ki, X11 Əzizbəyov RİK-nin 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarına əsasən vahid mənzil uçotunda duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı) vətəndaş X11 layihə üzrə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində 45 №li 6** kv.m torpaq sahəsinin (ümumi sahə - 118,3 kv.m, o cümlədən yaşayış sahəsi -66 kv.m) ayrılması qərara alınmışdır. Bu qərardan da aydın olur ki, torpaq sahəsi Vəli Babayevə ailə üzvlərinin sayı nəzərə alınmaqla ayrılmışdır. Yəni torpaq sahəsinin ayrılması zamanı onun bütünlükdə ailə üzvləri nəzərə alınmaqla qeyd edilən ölçüdə verilmiş və birgə nikah dövründə orada birgə vəsait hesabına ev inşa etməklə uzun illər orada yaşamaqla təsərrüfat aparmışlar. Belə olan halda həmin torpaq sahəsinin ayrılıqda yalnız Vəli Babayevə aid olması barədə dəlillər əsassızdır. Bu səbəbdən mübahisəli torpaq sahəsi ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunmalıdır.
27. Məhkəmə Cavabdeh1 tələbi ilə bağlı qeyd etmişdir ki, miras mənzil və torpaq sahəsi üzərində mərhum X8 arvadı Cavabdeh1, eləcə də övladları Cavabdeh2, İddiaçı, Cavabdeh3 hər birinin ayrı-ayrılıqda miras əmlakda payları mövcuddur. Lakin, qeyd olunmalıdır ki, miras əmlaka daxil olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 84,5 kv.m olan yaşayış evinin ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunduğundan, iddi açı Cavabdeh1 həmin əmlakın 4/8 hissəsinə birgə nikah dövründə əldə edilmiş əmlak kimi pay hüququ qanunla müəyyən edildiyindən, Cavabdeh1, eləcə də övladları Cavabdeh2, İddiaçı, Cavabdeh3 həmin miras əmlakda (birgə nikah dövründə əldə olunmuş əmlak kimi Cavabdeh1 4/8 payı istisna olmaqla) digər 4/8 hissəsinə münasibətdə mirasqoyan Vəli Babayevin birinci dərəcəli vərəsələri kimi bərabər hissələrdə, yəni 1/8 hissədə miras əmlakda pay almaq hüquqlar vardır.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən əmlak mərhum X17 ilə Cavabdeh1 birgə nikahı dövründə əldə olunub və X17 ölməsi ilə ondan miras qalmış hissəyə vərəsəlik açılıb. Belə olan halda tərəflər mərhum X8 vərəsələri olmaqla mirasdan pay almalıdırlar.
29. Birinci instansiya məhkəməsi öz mövqeyin i Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1133.1, 1134.1, 1159.1.1, 1162, 1243.1, 1243.2, 1291, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
30. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməsini, onun “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması” faktının tanınması tələbinə dair iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakiml ər X15-məruzəçi və sədrlik edən, X6 və X3) 2(103)-3954/2022 nömrəli, 07 iyul 2022 tarixli qərardadına əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 2(**3)-303/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh1 “xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən X11 mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olmaması” faktının tanınmasına dair iddia tələbinə aid hissədə ləğv edilsin, həmin tələbə ayrıca icraatda məhkəmədə baxılmalı olmadığından, həmin iddia tələbinə aid hissədə iş üzrə icraata xitam verilmişdir.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X15-məruzəçi və sədrlik edən, X6 və X3) 2(103)-3954/2022 nömrəli, 07 iyul 2022- ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(**3)-303/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Əzizbəyov rayon X16 İcra Komitəsinin 07 iyul 1989-cu il tarixli qərarı ilə X11 mənzil uçotunda (yaşayış yeri üzrə) duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı) X11 fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində ayrılmış 45 №li 6** kv.m torpaq sahəsi əvəzsiz əqd ilə əldə edildiyindən, 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən tam m ülkiyyət hüququ ilə X11 məxsus olduğundan o ər-arvadın birgə mülkiyyəti hesab oluna bilməz.
34. Rayon məhkəməsi müəyyən etmişdir ki, miras mənzil və torpaq sahəsi üzərində mərhum X8 arvadı Cavabdeh1, eləcə də övladları Cavabdeh2, İddiaçı, Cavabdeh3 hər birinin ayrıayrılıqda miras payları mövcuddur.
35. Miras əmlaka daxil olan torpaq sahəsi və onun üzərində inşa olunmuş ümumi sahəsi 84,5 kv.m olan yaşayış evi ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunduğundan, iddiaçı Cavabdeh1 həmin əmlakın 4/8 hissəsinə birgə nikah dövründə əldə edilmiş əmlak kimi pay hüququ qanunla müəyyən edildiyindən, Cavabdeh1, eləcə də övladları Cavabdeh2, İddiaçı, Cavabdeh3 həmin miras əmlakda (birgə nikah dövründə əldə olunmuş əmlak kimi Cavabdeh1 4/8 payı istisna olmaqla) digər 4/8 hissəsinə mü nasibətdə mirasqoyan Vəli Babayevin birinci dərəcəli vərəsələri kimi bərabər hissələrdə, yəni 1/8 hissədə miras əmlakda pay almaq hüquqları vardır.
36. Məhkəmə mərhumun ölən günə qədər mülkiyyəti sayılan miras əmlakın 5/8 (4/8 (birgə nkah dövründə əldə edilmiş əmlak) +1/8 (mirasqoyanın birinci növbə vərəsəsi kimi)) hissəsinə Cavabdeh1, iddiaçı ilə mərhumun birgə nikahından doğulmuş övladları Cavabdeh2, İddiaçı və Cavabdeh3 hər birinin 1/8 miras payını müəyyən etmişdir.
37. Məhkəmə kollegiyası tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericilik normalarını rəhbər tutaraq İddiaçı və Cavabdeh2 qarşılıqlı iddia ərizələrinə münasibətdə belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iddiaçı Cavabdeh1 iddia tələbi təmin edildiyindən, İddiaçı və Cavabd eh2 qarşılıqlı iddia ərizələri qismən təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü döngə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evinin və 0,12319 torpaq sahəsinin 5/8 hissədə Cavabdeh1, 1/8 hissədə Cavabdeh2, 1/8 hissədə İddiaçı və 1/8 hissədə Cavabdeh3 miras payları müəyyən edilməlidir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin torpaq sahəsi X11 Əzizbəyov RİK-in 27 oktyabr 1988-ci il tarixli 15 saylı qərarına əsasən vahid mənzil uçotunda duran, ailə tərkibi 5 nəfərdən ibarət olan (özü, arvadı və 3 övladı) vətəndaş X11 layihə üzrə fərdi yaşayış evinin tikilməsi məqsədi ilə Mərdəkan qəsəbəsində 45 №li 6** kv.m onun ailə üzvlərinin sayı nəzərə alınmaqla ayrıldığından, həmin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, 13-cü dön gə, ev 3, 84,5 kv.m ümumi sahəsi olan yaşayış evi və 0,12319 torpaq sahəsi ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakı hesab olunduğundan, rayon məhkəməsi ikinci iş üzrə ilkin iddia tələbini təmin, qarşılıqlı iddia tələblərini qismən təmin etməkdə haqlı olmuşdur, İddiaçı apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
39. Apelyasiya İnstansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372.6, 372.7, 372.6, 384, 385.2, 372, 382, 384.0.1, 393 və 405.0.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1133.1, 1134.1, 1159.1.1, 1162, 1243.1, 1243.2, 1291-ci maddələrinə istinad etməklə əsaslanmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
40. Babayev X4 Məhkəməsi Mülki kollegiyasının 07 iyul 2022-ci il tarixli, 2(103)39 54/2022 saylı qərardadından kassasiya şikayəti vermişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5308/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3954/2022 nömrəli, 07 iyul 2022 tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
43. Kassator şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbi üzrə ilk öncə miras əmlakın ərlə arvadın birgə mülkiyyəti ol ub və ya olmaması müəyyənləşdirilməli, yəni iş üzrə Mülki Məcəllənin 225.1-ci maddəsi tətbiq edilməklə miras-əmlakın ər-arvadın birgə mülkiyyəti olması təsdiqləndikdən sonra Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə zidd olmadan Mülki Məcəllənin 1162-ci maddəsi tətbiq edilə bilərdi. Lakin aşağı instansiya məhkəmələri işə yuxarıda göstərilən qaydada baxmamış, maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuşlar. Apellyasiya instansiyası məhkəməsi qanunsuz çıxardığı 2(103)-3954/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardad ilə özü-öz hüquqlarını bilərəkdən qanunsuz məhdudlaşdırdığı üçün işin ikinci iddia tələbi hissəsini tam yoxlamamış, yəni MPM-nin 372.6-cı maddəsinin tələbini kobud pozaraq ikinci iddia tələbi hissəsində torpaq sahəsinin (mirasın) ərlə a rvadın birgə mülkiyyəti olub və ya olmaması üzrə yoxlama aparmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (sədrlik edən hakim İkram Şirinov) işin ikinci iddia tələbi üzrə hissəsini tam yoxlamamış MPM-nin 372.6-cı maddəsinin tələbini kobud pozaraq, MPM-nin 385.2-ci maddəsini əsassız və qanunsuz tətbiq etməklə 2(103)-3954/2022 saylı, xx.xx.2022-ci il tarixli düzgün olmayan qətnamə çıxarmışdır.
44. Kassator bildirmişdir ki, İddiaçı apellyasiya şikayəti üzrə 1(bir) mülki iş üzrə 2(iki) iddia tələbindən birincinin yəni, işin 1231,9 kv.m. torpaq sahəsinin “ər-arvadın ümumi birgə mülkiyyəti olmaması faktının məhkəmə tərəfindən tanınması” tələbinə aid hissəsinin icraatına qanunsuz xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası qanunsuz çıxardığı 2(103)-3954/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardad ilə özü-öz hüquqların bilərəkdən qanunsuz məhdudlaşdırdığı üçün ikinci iddia tələbinə aid hissəni yəni, “miras şərikləri arasında mirasın bölüşdürülməsi” tələbinə aid hissəni tam yoxlamamış, 1231,9 kv.m. torpaq sahəsinin ər-arvadın ümumi birgə mülkiyyəti olub və ya olmaması üzrə yoxlama aparmadan qəbul etdiyi 2(103)-3954/2022 saylı, xx.xx.2022-ci il tarixli düzgün olmayan qətnaməsi ilə MPM-nin 217.2-ci maddəsinin tələbi kobud pozulmaqla iş üzrə maddi hüquq norması (MM-nin 1162-ci maddəsi) düzgün tətbiq olunmadan çıxarılmış Xəzər Rayon Məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olan və mahiyyəti üzrə düzgün olmayan 24 fevral 2022-ci il tarixli, 2(**3)-303/2022 saylı qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamışdır. b) Kassasiya şikayət inə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
46. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
48. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
49. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürə nlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
50. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
51. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
52. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
53. Maddə 1291. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətin i və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırmas ı kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.
60. Kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməs inin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kassasiya şikayətində qeyd edilən xüsusat – “ər-arvadın ümumi birgə mülkiyyəti olmaması faktının məhkəmə tərəfindən tanınması” tələbinə xitam verilməsinə dair qərardaddan verilmiş şikayət təmin edilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Belə olan halda həmin halla bağlı dəlillər yenidən araşdırıla bilməz.
63. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
64. Kassasiya şikayətini n bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
65. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsin in Mülki kollegiyasının 2(103)-3954/2022 saylı mülki iş üzrə 07 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.