Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4220/2021 20.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan torpaq sahəsindən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: payın naturada ayrılması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin vəkili xxx oğlunun, Üçüncü şəxslər xxxoğlunun, X2, X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci i l tarixli, 2(105)498/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ərazisində ümumilikdə 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X3, X1, xxxoğlunun, X2 və Cavabdeh ümumi birgə mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, 08 oktyabr 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı, 317718 qeydiyyat nömrəli, 08 oktyabr 2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsünə dair sənədlərdə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir (xəritə 1). Qeyd olunanlar nəzərə alınmaqla göstərilən torpaq sahəsinin sənəd üzrə göstəriciləri konfiqurasiyasına uyğun konturlar faktiki elektron xəritə üzərində otuzdurulmuşdur. Torpaq sahəsindən iddiaçının payının ayrılması mümkündür, ölçü və cizgiləri xəritə 1-də göstərilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 iyul 2020-ci il tarixli, 10/1246 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin 12 mart 2020-ci il tarixli, 01/232 nömrəli mütəxəs sis rəyinə əsasən, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, 08 oktyabr 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1ndə yerləşən ümumi birgə mülkiyyətdə olan cəmi 2,31 ha torpaq sahəsindən İddiaçı payına düşən 0,385 ha hissədə torpaq sahəsinin ayrılmasının mümkün olduğu müəyyən olunur. Torpaq sahəsinin bölgü variantı mütəxəssis rəyinə əlavə edilmiş cizgidə göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndə yerləşən paylı mülkiyyət kimi onun, atası İddiaçı xxx oğlunun, anası X2, bacısı xxx qızının, qardaşı X3 və cavabdeh olan bacısı xxxqızının adı na ********** qeydiyyat nömrəsi, **********58 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində 08 oktyabr 2018-ci il tarixdə qeydiyyata alınaraq RX seriyalı, ******* nömrəli çıxarışla verilmiş 2,31 ha pay torpaq sahəsinin cənub tərəfdən birinci yerləşən, fındıq bağı əkdiyi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsində 29 oktyabr 2018-ci il tarixdə hazırlanmış bölgü planında sarı rənglə rənglənmiş 0,385 hektar hissəsinin naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini 2005-ci ilə kimi onlar birgə becərmiş, torpaq sahəsində bostan əkmiş və otlaq sahəsi kimi istifadə etmişlər. 2005-ci ildə ata ları xxxun rəhbərliyi və məsləhəti ilə o və qardaşı xxx torpaq sahəsində meyvə ağacları, yəni fındıq, gilas, şaftalı, alma qələmləri əkmişlər. Bağa qardaşı xxx və o, qulluq etmiş, bağı bütövlükdə onlar becərmişlər. Həmin vaxt Cavabdeh ailəli olmuş və Sumqayıt şəhərində yaşamış, bağın əkilməsində və becərilməsində iştirak etməmişdir. Əvvəldən ümumi birgə mülkiyyətin digər payçıları ilə aralarında qarşılıqlı razılıq olmuşdur ki, ümumi torpaq sahəsinin fındıq ağacları əkdiyi hissə- cənub tərəfdən birinci 0,385 ha torpaq sahəsi iddiaçının olacaqdır. 2009-cu ildə bağ bəhərə düşdükdən sonra ailə üzvləri torpaq sahəsində yenidən bölgü işləri aparmış, iddiaçının əkdiyi və becərdiyi, fındıq ağacları olan cənub tərəfdəki birinci 0,385 ha torpaq sahəsini cavabdehə vermişlər. Ona isə ümumi 2,31 ha bağ sahəsinin başqa hissəsindən yer vermişlər. Həmin bölgü ilə o, razı olmamış və bağ sahəsindən uzaqlaşmışdır. Həmin vaxt iddiaçının maddi durumu yaxşı olduğu, cavabdeh olan bacısının maddi durumu yaxşı olmadığı üçün bağ sahəsində əkdiyi fındıq ağaclarının məhsulunun cavabdehin yığıb satmasına etiraz etməmişdir. 2018-ci ildə iddiaçı cavabdeh olan bacısına demişdir ki, bundan sonra onun əkdiyi və əvvəldən ona ayrılmış torpaq sahəsindəki fındıq məhsulunu özü yığacaqdır və bağa da özü baxacaqdır. Cavabdeh ona demişdir ki, fındıq bağı onlarındır və ona verməyəcəkdir. 2018-ci ildə o, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək ümumi birgə mülkiyyətdən özünün payına düşən 0,385 ha torpaq sahəsinin naturada ayrılmasını və həmin hissəyə dair a dına mülkiyyət sənədinin verilməsini xahiş etmişdir. Həmin İdarə tərəfindən torpaq sahəsindən payının naturada ayrılması ilə bağlı bölgü planı tərtib olunmuşdur. Lakin cavabdeh olan bacısı bölgü planını imzalamaqdan imtina etdiyi və onun əkdiyi fındıq ağacları yerləşən ərazinin ona məxsus olmasını bildirdiyi üçün torpaq sahəsinin naturada ayrılması mümkün olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(067)-188/2020 nömrəli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddia tələbi təmin edilmiş, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli, 08 oktyabr 2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və 08 oktyabr 2018-ci il tarixli, A seriyalı, 317718 nömrəli torpaq sahəsinin planı v ə ölçüsü sənədində göstərilən, ünvan 1 ərazisində yerləşən ümumi paylı mülkiyyət olan cəmi 2,31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 0,385 ha torpaq sahəsinin cənub tərəfdən iddia tələbində göstərilən qaydada 1-2 nöqtələrdə 7,5 metr, 2-3 nöqtələrdə 465,16 metr, 3-4 nöqtələrdə 37,8 metr, 1-4 nöqtələrdə 492,65 metr ölçülər daxilində (bir tərəfdən eni 7,5, digər tərəfdən isə eni 37,8 metr, bir tərəfdən uzunu 456,16 metr, digər tərəfdən uzunu 492,65 metr olmaqla) natura şəklində ayrılaraq iddiaçıya təhkim edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29cü, Mülki Məcəllənin 152.1, 152.5, 213.1, 213.2, 213.3, 213.5, 214.1, 215.1, 220.1, 220.2ci maddələrinə istinad edərək hesab etmişdir ki, torpaq payının ayrı lıb verilməsi ilə bağlı tərəflər arasında ümumi razılıq əldə olunmadığından, iddiaçının özünə məxsus əmlaka öz mülahizəsinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüquqları pozulduğundan, hazırki vəziyyətdə paylı mülkiyyət olan ünvan 1 ərazisində yerləşən 2,31 ha torpaq sahəsində bütün mülkiyyətçilərin payları bərabər hesab edilməli olduğundan, torpaq sahəsindən iddiaçının payına düşən hissə payçılar arasında bərabər hesablanmaqla müəyyən edilməli olduğundan və iddiaçının payına pay torpaq sahəsindən düşən hissənin həcmi 0,385 ha təşkil etdiyindən iddia təmin olunmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2020ci il tarixli, 2(067)-188/2020 nömrəli qətnaməsinin ləğ v olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-498/2021 nömrəli qətnaməsi ilə (hakim L.M.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər T.O.Quliyevdən və G.F.Tağızadədən ibarət tərkibdə) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(067)-188/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətindədir, digər pa yçılar kimi iddiaçının da həmin bağ sahəsində payı mövcuddur. Lakin həmin torpaq sahəsində əkilmiş bağ sahəsinin, yəni iddiaçının tələb etdiyi hissənin ona məxsus olması, bağ sahəsinin həmin hissəsinin ona ayrılması barədə hər hansı razılığın olması iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı izahatında həmin torpaq sahəsində olan ağacları özü əkib becərdiyini, ağaclara qulluq etməsini, lakin 2009-cu ildən bağ sahəsinin məhsulunun bacısı tərəfindən satılaraq gəlir götürməsini bildirsə də, həmin bağ sahəsinin ayrılması üçün məhkəməyə 2020-ci ildə müraciət etmişdir. Belə olan halda bağ sahəsinin mübahisələndirilən hissəsinin özünə məxsus olmasını bildirməklə 11 il sonra cavabdehdən tələb etməsi ağlabatan deyildir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ümumi mülk iyyətdə olan 2,31 ha bağ sahəsinin ona düşən 0,385 ha hissəsinin məhz iddia tələbində göstərdiyi, fındıq, gilas, şaftalı, alma ağaclarının əkildiyi hissəsinin ona məxsus olmasını təsdiq edəcək hər hansı sübut, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən təsdiq edilmiş bölgü sxemi mövcud deyildir. Həmçinin bağ sahəsinin mübahisələndirilən hissəsinin öz aralarında razılıq əsasında cavabdehə verilməsini məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər, ümumi birgə mülkiyyətdə olan bağ sahəsinin digər payçıları olan iddiaçı və cavabdehin ailə üzvləri də təsdiq etmişlər. Göründüyü kimi, iddiaçı bağ sahəsinin mübahisələndirdiyi hissəsinin ona aid olmasını sübuta yetirə bilməmişdir. Qanunvericiliyin tələblərinə görə iddiaçı öz payının ayrılmasını tələb edə bilər. Lakin məhz mübahi səli sahənin ayrılıb ona verilməsinə dair iddiası digər mülkiyyətçilərin hüquqların və mənafeyinə toxunur. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi sübuta yetirilmədiyi halda ümumi mülkiyyətdə olan bağ sahəsinin mübahisələndirilən hissəsinin ayrılaraq iddiaçıya təhkim edilməsini müəyyən etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-498/2021 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə y eni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə mübahisənin 2009-cu ildən yaranması əsası ilə iddia müddətinə istinad etməkdə haqlı olmamış, çünki torpaq sahəsinə tərəflərin mülkiyyət hüququ 08 oktyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və yalnız ondan sonra tərəflər arasında mübahisə yaranmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyası ndan xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər xxxoğlu, X4 və X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onların izahatları alınmadan baxılmışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tan ınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və mad di sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında izah edilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi m üəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsind ən asılıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində işdə mövcud olan sübutları qiymətləndirərək iddianı rədd etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq edərək müəyyən etmişdir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçının və ailə üzvlərinin birgə mülkiyyətindədir və onun həmin bağ sahəsində payı mövcuddur. Lakin iddiaçı torpaq sahəsinin məhz iddiada qeyd olunan hissəsinə (sahənin cənub tərəfində olan meyvə ağacları əkilmiş 0,385 ha hissəsinə) onun digər birgə mülkiyyətçilərə, o cümlədən cavabdehə münasibətdə üstün hüquqlarının olmasını və məhz həmin hissənin ona ayrılaraq verilməsinin əsaslarını sübut edə bilməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa i mkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində iddiaçının bağ sahəsinin mübahisələndirilən hissəsinin 11 il sonra tələb etməsinin ağlabatan olmamasını sübutların qiymətləndirilməsi aspektindən qeyd etmiş və qətnamədən görünür ki, məhkəmə tərəfindən mülki qanunvericiliyində nəzərdə tutulmuş iddia müddəti institutu tətbiq olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2021-ci il tarixli, 2(105)-498/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4220/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4220/2021
20.09.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver