Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4226/2021 26.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Cavabdeh3 ASC-ni və Binəqədi rayon İcra Şöbəsini qeyd etməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, likvid qiymət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili xxxnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kolleg iyasının 2(103)-358/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 26 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 01 mart 2013-cü il tarixli hesabata əsasən Binəqədi rayon İcra şöbəsinin 3306 saylı, 14.03.2012-ci il tarixli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini keçirən "xxxx" MMC tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 23A saylı evin 85 saylı mənzilinin qiymətləndirilməsi keçirilmiş və həmin mənzilin həmin tarixə qiymətinin 85000 manat təşkil etməsi müəyyən edilmişdir. "xxxx" MMC-nin 12 avqust 2016-cı il tarixli, 33 23 nömrəli bildirişində qeyd edilmişdir ki, Binəqədi rayon icra şöbəsinin 05.04.2014-cü il tarixli sifariş məktubuna əsasən ünvan 1 açıq hərraca çıxarılmış; əmlakın ilkin satış qiyməti 85000 manat, hərracın keçirilmə tarixi isə 15 sentyabr 2016-cı il müəyyən edilmiş; əmlak haqqında məlumat “Birja” qəzetinin 12.08.16-cı il tarixli nömrəsində dərc edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Cavabdeh3 ASC-ni və Binəqədi rayon İcra Şöbəsini qeyd etməklə, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab olunması və təkrar qiymətləndirmə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məh kəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC-nin ona qarşı kredit borcu tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5557/2011 saylı qətnaməsi ilə iddia təmin olunmuş, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmaq üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. İcra Şöbəsi iddiaçının Cavabdeh3 ASC-yə olan kredit borcunun ödənilməsinin təmin edilməsi üçün borcu iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi üçün əmlakın hərracda satılmasına dair "xxxx" MMC-yə və "xxxx" MMC-yə sifariş məktubu göndərmişdir. Həmin sifariş məktubu əsasında "xxxx" MMC-nin əmlak qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən daşınmaz əmlakın dəyəri 85000 manat dəyərində qiymətləndirilmişdir. "Əmlak İxtisaslaşdırıl mış Hərrac Mərkəzi” MMC-yə hərracın keçirilməsi barədə bildiriş göndərilmiş və hərrac keçirilmişdir. Lakin əmlak hərracda satılmamışdır. 2-ci hərracın keçirilməsi barədə bildiriş göndərilmiş və hərracın keçirilməsi 15 sentyabr 2016-cı il tarixə saat 11:00-a təyin edilmişdir. İddiaçıya məxsus əmlak dəyərləndirilərkən əmlakın dəyəri bazar qiymətindən çox az məbləğlə 85000 manata qiymətləndirilmişdir. Burdan belə qənaətə gəlmək olar ki, tələbkar Cavabdeh3 ASC ilə Binəqədi rayon İcra Şöbəsi arasında razılaşma olmuş və iddiaçıya məxsus əmlakın dəyər-dəyməzinə satılaraq borcun ödənilməsi üçün "xxxx" MMC-yə və "xxxx" MMC-yə tapşırıq verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı hesab etmişdir ki, "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat etibarsız hesab olunmalı və tə krar qiymətləndirilmə keçirilməlidir. İddiaçı məhkəməyə iddianın təmin tədbiri barədə ərizə ilə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli, 2(001)-11708/2016 saylı qərardadı ilə ərizə təmin edilmiş və İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilə dair hərracın keçirilməsi qadağan olunmuşdur. 19 oktyabr 2016-cı il tarixdə İddiaçı əmlakın bazar qiymətinə uyğun olaraq düzgün qiymətləndirilməsi üçün ekspertiza keçirilməsi barədə vəsatət vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(001)-11708/2016 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 03 fevral 2017-ci il tarixli, 87 nömrəli hesabatına əsasən həmin hesabatla iddiaçıya məxsus mənzilin bazar qiymətinin 105000 manat təşkil etməsi müəyyən edilmişdir. 14 mart 2017-ci il tarixdə iddiaçı məhkəməyə yenidən vəsatətlə müraciət edərək təkrar ekspertizanın keçirilməsini xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2017-ci il tarixli, 2(001)-1766/2017 saylı qərardadı ilə vəsatət təmin edilmiş, iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 11 aprel 2017-ci il tarixli, 61 nömrəli məktubu ilə qiymətləndirilməli olan mənzil artıq 03.02.2017-ci il tarixdə qiymətləndirildiyindən sənədlər icra edilmədən məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli, 2(001)1766/2017 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və eks pertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. MMC-nin 17 oktyabr 2017-ci il tarixli, 18 nömrəli hesabatına əsasən mənzilin bazar qiymətinin 110000 manat təşkil etməsi müəyyən edilmişdir. 21 dekabr 2012-ci il tarixdə iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017-ci il tarixli, 2(001)1766/2017 saylı qərardadı ilə vəsatət təmin edilməmiş, həmin qərardaddan iddiaçı şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2018-ci il tarixli, 2(001)86/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 avqu st 2018-ci il tarixli, 2(103)9760/2018 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2017ci il tarixli, 2(001)-1766/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)86/2018 saylı qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(001)-86/2018 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 yanvar 2019-cu il tarixli, 2(103)1982/2019 saylı qərardadı ilə iş materiallarında bildirişin tərəflərə çatdırılmasını təsd iq edən hər hansı sənəd olmadığından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)-86/2018 saylı qərardadı ləğv olunmuş və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya məhkəməsinin 01 avqust 2019-cu il tarixli, 2(103)- 10162/2019 saylı qərardadı ilə iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. MMC-nin 18 fevral 2019-cu il tarixli, Ç-089 nömrəli hesabatına əsasən iddiaçıya məxsus mənzilin bazar qiymətinin 112000 manat, likvid qiymətinin 104000 manat təşkil etməsi müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Nigar Nəbizadə) 14 may 2019-cu il tarixli 2(001)-3405/2019 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək məhkəmənin hüququdur, vəzifəsi deyil. Yəni məhkəmə mövcud olan hesabatla razılaşaraq, obyekti yenidən qiymətləndirməyə də bilər. Eyni zamanda iddia ərizəsindən Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın hansı əsaslara görə etibarsız hesab edilməli olması anlaşılmır, iddiaçı hazırkı iş üzrə sübutetmə yükü onun üzərinə düşsə də, mövqeyini əsaslandırmamış, məhkəmə tərəfindən iki dəfə qiymətləndirmə aparılsa da, işin mahiyyəti üzrə baxılmasında maraqlı olmadığını öz prosessual hərəkətləri ilə nümayiş etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegi yasının (hakimlər – Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 13 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin İddiaçı məxsus Bakı şəhəri, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, ev 23A-da yerləşən 85 saylı mənzilinin qiymətləndirilməsinə dair hesabatları etibarsız hesab edilmiş, iddiaçıya məxsus mənzilin ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə, yəni 104000 manat müəyyən edilmiş, iddia qalan hissədə rədd olunmuşdur. Məhkəmə mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təkrar qiymətləndirmə keçirilməsi tələbi baxımında n bir neçə dəfə yenidən qiymətləndirmə keçirildiyindən, mənzilin dəyəri məhkəmənin özü tərəfindən, həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə, yəni 104000 manat müəyyən edilməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırılması zamanı bir neçə dəfə məhkəmə ekspertizası keçirilmiş, "xxxx" MMC- nin 03 fevral 2017-ci il tarixli, 87 nömrəli hesabatına əsasən, ona məxsus mənzilin bazar qiymətinin 105000 manat, "xxxx" MMC-nin 17 oktyabr 2017-ci il tarixli, 18 nömrəli hesabatına əsasən, mənzilin bazar qiymətinin 110000 manat, "xxxx" MMC-nin 18 fevral 2019-cu il tarixli hesabatına əsasən, mənzilin bazar qiymətinin 112000 manat, likvid qiymətinin 104000 manat təşkil etməsi müəyyən edilmişdir. Lakin bu qeyd olunanlara baxmayaraq məhkəmə tərəfındən mübahisələndirilən mənzilin ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə minimum həddə, yəni 104000 manat müəyyən edilmişdir. Halbuki digər hesabatlarda həmin əmlakın qiymətləndirilmə dəyəri 105000 manat və 110000 məbləğində müəyyən olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC hassasiy a şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti əsassızdır, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən maddi və ya prosessual hüquq normalarının tələbləri pozulmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər və üçüncü şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə ko llegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi q iymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni yalnız əmlakın açıq hərracdan ilkin satış qiymətinin müəyyən edilməsi hissədə mübahisələndirdiyindən, cavabdehlər qətnamədən kassasiya şikayəti vermədiyindən qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
7. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə
8. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 39.3, 39.3.3 Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərardad ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məh kəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında “Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə i poteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə hüququn tətbiqi ilə bağlı vahid məhkəmə təcrübəsinə dair qeyd edilən qərardada istinad edərək mübahisəli mənzilin ilkin satış qiymətini likvid qiyməti ilə müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-358/2020 nömrəli iş üzrə 13 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.