Məhkəmə qərarları › İş №2(102)-4226/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4226/2022

24.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4226/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 qarşı iddia tələbinə, Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönədilməsi, ipoteka predmetinin ilkin satış qiyməti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı borcun tutulması, tələbin ipot eka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması barədə ilk iddia tələbinə, Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı «faizlərin dayandırılması barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-40/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsindən cavabdehlər "xxxx" MMC və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə 24 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi; İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən "xxxx" MMC-yə 60 ay müddətinə illik 18 faizlə 373 000 manat məbləğində kredit vəsaiti verilmişdir.

2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli zaminlik müqaviləsinə görə Cavabdeh2 borclu "xxxx" MMC-nin qeyd olunan kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşdur.

3. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 noyabr 2015-ci il tarixli saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsini və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahəsini İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmiş, ipotekanın yüklülüyü daşınmaz əmlakın dövlət reyestrind ə qeydiyyata alınmışdır.

4. İddiaçı ASC ilə borclu "xxxx" MMC və zamin Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit və zaminlik müqavilələrinə bağlanmış əlavə sazişlərə əsasən, nzaz11020_RES kredit müqaviləsi üzrə ilkin olaraq 6000 manat ödənildikdən sonra hesablanmış və hesablanacaq faizlər müddətin sonuna keçirilməklə 12 ay müddətinə aylıq ödəniş 6000 manat olmaqla güzəşt müddəti verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı ASCnin xeyrinə xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə 324208,61 manat əsas, 86596, 23 manat faiz, 74600 manat cərimə, cəmi 485404,84 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, cəmi 61 manat rüsumun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyənləşdirilməsi, bu əmlakların hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə cəmi 485404,84 manat borcun və bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın, cəmi 61 manat rüsumun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahəsinə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində həmin əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, kredit müqaviləsinin şərtlərinə görə "xxxx" MMC kredit üzrə hesablanmış əsas borc məbləğini, faizləri, dəbbə pulunu t am və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq onlar öhdəliklərin icra edilməsindən yayınmışlar.

7. Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddia tələbinin rədd edilməsi və 10 fevral 2017-ci il tarixli əlavə sazişlə müəyyənləşdirilmiş 04 noyabr 2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə hesablanmış və hesablanacaq faizlərin müddətin sonuna keçirilməsi vəzifəsinin İddiaçı ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit borcu üzrə əvvəllər vaxtlıvaxtında ödənişlər e tmiş, lakin son vaxtlar inflyasiya ilə bağlı maddi vəziyyətində yaranmış çətinliklərlə əlaqədar ödəmələrində gecikmələr yaranmışdır. O, borcunu ödəməkdən imtina etmir, lakin bank tərəfindən hesablanmış faiz və cərimə borcu ilə razı deyildir. Odur ki, məhkəmədən ilk iddia ərizəsinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İddiaçının təqdim etdiyi 07 noyabr 2018-ci il tarixli, RB-02/PK saylı maliyyə arayışına əsasən cavabdeh "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 noyabr 2018-ci il tarixə 324208,61 manat əsas, 86596,23 manat faiz, 74600 manat cərimə, cəmi 485404,84 manat qəpik kredit borcu yaranmışdır.

10. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 27 iyul 20 18-ci il tarixli, 0615/18/RB saylı hesabata əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 310000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahəsinin bazar dəyəri 140000 manat təşkil edir.

11. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2018-ci il tarixli, 12639 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə 16 iyun 2017-ci il tarixə 324208,61 manat əsas, 63740,13 manat məbləğində kredit borcu olduğu müəyyən edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-291/2018 nömrəli iş üzrə 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə 324208,61 manat əsas, 86596,23 manat faiz, 1000 manat cərimə, cəmi 411804,84 manat kredit borcu, həmçinin 30 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında ye rləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 310000 manat məbləğində, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin isə 140000 manat məbləğində müəyyən edilməsi, həmin əmlakların açıq hərracda satılması, qeyd edilən daşınmaz əmlakların satışından əldə olunmuş vəsait hesabına həmin kredit borcunun ödənilməsi, qeyd edilən qeyri-yaşayış sahələrinin tutma yönəldildikdən və onlar satıldıqdan bir ay sonra boşaldılması, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərinə götürdükləri öhdəlikləri icra etmədiklərindən onların iddiaçı banka borcu yaranmışdır.

14. Məhkəmə əsas və faiz borcunun iddiaçının tələb etdiyi həcmdə tutmuş, tələb edilən dəbbə pulunu əsas borca tənasübsüz yüksək hesab edərək dəbbə pulunu 1000 manata azaltmışdır.

15. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi, əmlakların açıq hərracdan satılması hissələrdə də təlbi əsaslı hesab etmiş, ipoteka predmetlərinin ilkin satış qiymətlərini məhkəmyə təqdim edilmiş rəyə uyğun olaraq müəyyən etmişdir.

16. Məhkəmə qarşılıqlı iddia ərizəsinə qiymət verərək hesab etmişdir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz.

17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 269.1, 2 69.4, 319.1, 319.6, 385.1, 386, 442, 448.1, 463.1, 467, 470.1, 471, 472.1 və 472.2-ci maddələrinə, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 və 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qətnamədən ayrı-ayrılıda apellyasiya şikayətləri vermişlər

19. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə zaminliyə xitam verməli olduğu halda bu məsələyə qiymət verməmişdir.

20. Cavabdeh "xxxx" MMC apellyasiya şikayətini borcun düzgün hesablanmaması, təkrar ekspertiza keçirilməsi barədə vəsatətin əsassız olaraq təmin edilməməsi, ipoteka predmetinin ilkin satış qiym ətlərinin düzgün müəyyən edilməməsi ilə əsaslandırmışdır.

21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək qeyd etmişdir ki, ekspert rəyindən narazıdır, belə ki, ona həmin pul bank tərəfindən verilməyib. O, bankdan 2000-ci ildən fiziki şəxs kimi kredit götürmüş, ödənişlər etmişdir, sonradan banka qalan borcu "xxxx" MMC-yə aid edildi. Bankla "xxxx" MMC arasında bağlanmış xx.xx.2014, xx.xx.2015 və sonuncu xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə ona heç bir pul verilməmişdir. Bunu MMC-nin cari hesabına 373000 manat pul vəsaitinin daxil olmaması da təsdiq edir. Bu müqavilələrin bağlanmasında məqsəd onun əvvəlki borclarını yuvarlaqlaşdırmaq olub ki, bank əməkdaşları əvvəlki borclarını yuvarlaqlaşdıraraq saxtakarlıqlara yol verib, borcu şişirdiblər. Həmçinin, Bank əvvəlki kredit müqavilələrinə əsasən qalıq borcun məbləği ilə bağlı hər hansı sənəd təqim etmir. Onun tərəfindən 256825 manat məbləğində ödəniş edilsə də, bu günə borc 411804,84 manat göstərilir, onun hesabına görə banka 40-50 min manat borc qalıb. Həmçinin onun faktiki olaraq istifadə etmədiyi kreditə görə ondan faiz borcu tutulması əsassızdır.

22. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bank ilkin olaraq iddia verərkən həmin vəsaitin əvvəlki kreditlərə silinməsini bildirməmiş, bu faktı gizlətmiş, appellyasiya araşdırmaları zamanı məcburiyyətdən həmin kreditin əvvəlki borclara silindiyini etiraf etmiş, lakin bununla belə həmin silinən məbləğin, yəni 277814 manatın hansı kredit üzrə hansı məbləğdə və hansı əsasla s ilinməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, həmin kreditdən o məbləğin silnməsinin özü də cavabdehlərin müvafiq sərəncamı olmadan Mərkəzi Bankın müəyyən etiyi qaydalara zidd olaraq həyata keçirilmişdir. Hazırkı halda iddiaçı faktiki olaraq cavabdehlərə vermədiyi pul vəsaitini və ona hesablanmış faizləri tələb edir ki, bu da tamamilə əsassız və qanunuzdur.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.Osmanov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, Eyni zamanda, bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid qiymətinin 430000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50,7 kv metr olan qeyri-yaşayış sahə sinin likvid qiymətinin isə 140000 manat qiymətləndirilməsinə etiraz etmir.

24. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkəti tərəfindən verilən 12 sentyabr 2019-cu il tarixli MB 12/795 nömrəli rəyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv m olan qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 430000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv m olan qeyri-yaşayış sahəsinin hesablanmış bazar dəyəri 136000 manat təşkil edir.

25. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 17 oktyabr 2019-cu il tarixli ekspert rəyində 04 noyabr 2015-ci il tarixli, n zaz11020_RES saylı Baş kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 1 nömrəli “Əlavə saziş” in şərtləri əsas götürülməklə "xxxx" MMC-nin 06 noyabr 2018-ci il tarixə banka olan borcu 410804,84 manat müəyyən olunur, o cümlədən: əsas borc üzrə 324208,61 manat, faiz borcu üzrə 86596,23 manatdır.

26. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 27 aprel 2020-ci il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış, maliyyə arayışı məlumatları, 04 noyabr 2015-ci il tarixli nzaz11020_RES saylı kredit müaviləsinin, 10 fevral 2017-ci il tarixli 1 saylı “Əlavə saziş”in şərtləri nəzərə alınmaqla "xxxx" MMC tərəfindən xx.xx.2017ci il tarixədək ümumilikdə İddiaçı ASC-yə 85377,00 manat məbləğində ödəniş a parılmışdır. Ödənilmiş 85377.00 manat məbləğində pulun 48791,39 manatı əsas borca, 36145,78 manatı faiz borcuna və 439,83 manatı isə cərimə borcunun ödənilməsinə silinmişdir.

27. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 04 noyabr 2020-ci il tarixli, 9/3594 saylı ekspert rəyinə əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə təqdim edilmiş xx.xx.2015-ci il tarixli RB 74953 saylı çek vərəqəsinin surətinə əsasən "xxxx" MMC-nin RBTA******************** saylı cari hesabından Cavabdeh2 373000.00 manatı məxaric etmişdir. Lakin məxaric edilmiş məbləğin 277814,00 manatı kreditin təyinatı üzrə istifadə edilmədən eyni tarixdə ödənildiyi məhkəmə tərəf indən nəzərə alınarsa, "xxxx" MMC-yə faktiki olaraq 95186,00 (3730xx.xx-277814,00) manat məbləğində pul vəsaiti verilib. İş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışına əsasən, xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə banka 08 fevral 2017-ci il tarixədək 85377,00 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə 85377,00 manat məbləğində ödəniş aparmışdır ki, ödənilmiş 85377.00 manat məbləğində pulun 48791,39 manatı əsas borca, 36145,78 manatı faiz borcuna və 439,83 manatı isə cərimə borcunun ödənilməsinə silinmişdir.

28. Apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş X1 xx.xx.2019-cu il tarixli, 92 saylı mütəxəssis arayışına əsasən, təqdim olunmuş sənədlərlə 21 fevral 2014-cü ildən 25 oktyabr 2016-cı ilədək müştəri tərəfindən banka 256825,00 manat məbləğ ödənilmişdir. Arayışın tədqiqat hissəsində göstərilənlərə əsasən, qeyd edilən dövrdə müştəri "xxxx" MMC tərəfindən bankdan sənədlərə əsasən pul alınmadığı halda İddiaçı ASC-yə 256825.00 manat ödənildiyi müəyyən edilir. Tədqiqat hissəsində göstərilən dövr ərzində banka ödənilmiş 256825.00 manat məbləğində pul vəsaitinin əmələ gəlmə səbəbləri müvafiq orqanlar tərəfindən araşdırılmalıdır.

29. İddiaçı ASC tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli raporta əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 140000 manat, likvid dəyəri 130000 manat tə şkil edir.

30. İddiaçı ASC tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli raporta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 410000 manat, likvid dəyəri 380000 manat təşkil edir.

31. X1 xx.xx.2021-ci il tarixli, 20 saylı mütəxəssis rəyinə əsasən, Cavabdeh2 kredit müqavilələrində əks olunan məbləğlər deyil, nəğd olaraq bank tərəfindən müvafiq 30000,00, 50000,00, 40000,00, 50000,00, 200000,00 və 90000,00, cəmi 460000,00 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə ödənişə dair ekspertizaya təqdim edilmiş kassa mədaxil orderləri əsasında aparılan tədqiqatla nağd ödənilən cəmi 460000,00 manat məbləğində kreditə görə ödən ilməli faiz məbləği 127873,47 manat müəyyən edilir. xx.xx.2012-ci ildən xx.xx.2017-ci il tarixə qədər İddiaçı ASC-yə ödənilən məbləğlərə dair kassa mədaxil orderləri (qəbzlər) nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə fiziki şəxs və "xxxx" MMC-nin direktoru Cavabdeh2 banka borc qalığı cəmi 188464,47 manat müəyyən edilir. O cümlədən: əsas məbləğ üzrə - 187090,75 (460000,00 - 272909,25) manat faiz məbləği üzrə - 1373,72 (127873,47-126499,75) manat Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2021-ci il tarixli, 9/2260 saylı ekspert rəyinə əsasən, birinci sual üzrə, İddiaçı ASC və "xxxx" MMC arasında 04 noyabr 2015-ci il tarixli nzaz11020_RES saylı kredit müaviləsi bağlanmış, borcalana 373000 manat kredit verilmişdir. Hesabdan çıxarışdan görünür ki, həmin 373000 manat kredit məbləğinin 277814,00 ma natı **********944-06208 saylı əks hesaba silinmişdir. İkinci sual üzrə, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli “nzaz11020” nömrəli kredit müqaviləsi üzrə 271873,35 manat əsas, 5940,34 manat faiz borcu mövcud olmuş və 11.2015-ci il tarixli, nzazl 1020_RES saylı Baş kredit müqaviləsi üzrə ayrılmış 373000 manat məbləğinin 277814,00 manatı həmin kreditin ödənilməsinə yönəldilmişdir. Bundan başqa qeyd olunur ki, təqdim edilmiş materiallarında "xxxx" ASC ilə Cavabdeh2 və "xxxx" MMC arasında aşağıda göstərilən kredit müqavilələri bağlanmışdır: Cavabdeh2 ilə 1) xx.xx.2012-ci il tarixli, RB/MF 2641 saylı müqavilə 30000 manat məbləğində; 2) xx.xx.2012-ci il tarixli, RB/MF-2673 saylı müqavilə, 80000 manat məbləğində (kredit müqaviləsi əqdim olunmayıb) 3) xx.xx.2013-cü il ta rixli, NZAZ8385 saylı müqavilə, 70000 manat məbləğində; "xxxx" MMC ilə 1) xx.xx.2014-cü il tarixli, NZAZ11020 saylı müqavilə, 350000 manat məbləğində 2) xx.xx.2015-ci il tarixli, NZAZ11020-RES saylı müqavilə, 373000 manat məbləğində. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 21.01,2014cü il tarixli, NZAZ11020 saylı və xx.xx.2015-ci il tarixli, NZAZ11020-RES saylı kredit müqavilələri və İddiaçı ASC ilə Cavabdeh2 ilə bağlanmış xx.xx.2012-ci il tarixli RB/MF2641 saylı, xx.xx.2012-ci il tarixli RB/MF-2673 saylı, xx.xx.2013-cü il tarixli NZAZ8385 saylı kredit müqavilələri üzrə kreditor tərəfindən 950751.00 manat məbləğində pul vəsaiti ayrılmış və borcalan tərəfindən banka cəmi 710233.00 manat ödəniş aparılmışdır. Qeyd: "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, NZ AZ11020 saylı müqavilə üzrə xx.xx.2014-cü il tarixdə ayrılmış 150000 manat məbləğində pul vəsaitindən 50851,00 manat Cavabdeh2 ilə bağlanmış xx.xx.2012-ci il tarixli, RB/MF-2641 saylı müqaviləsinə, 44897,00 manat isə xx.xx.2013- cü il tarixli, NZAZ8385 saylı müqaviləsinə silinmişdir. Lakin bu əməliyyatları özündə əks etdirən xəzinə mədaxil qəbzləri və tərəflərin razılıq ərizələri (ödəniş tapşırıqları) təqdim edilməmişdir.

32. Təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, MB 14/0556 saylı mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 56 ünvanında yerləşən qeyri yaşayış sahəsinin likvid dəyəri 450000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 151, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin likvid dəyəri 122400 manat təşkil edir.

33. Bak ı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-40/2022 nömrəli iş üzrə 17 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Anar Tanrıverdiyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehlər "xxxx" MMC və Cavabdeh2 xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsi üzrə müştərək qaydada 56607,73 manat faiz borcunun İddiaçı ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84.8 kv m olan qeyri-yaşayış sahəsinin (ilkin satış) likvid qiyməti 430000 manat müəyyən edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

34. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borclu "xxxx" MMC və zamin Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixdə xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit və zaminlik müqavilələrinə əlavə sazişlər bağlamışlar ki, sazişlərə əsasən, nzaz11020_RES kredit müqaviləsi üzrə ilkin olaraq 6000 manat ödənildikdən sonra hesablanmış və hesablanacaq faizlər müddətin sonuna keçirilməklə 12 ay müddətinə aylıq ödəniş 6000 manat olmaqla güzəşt müddəti verilmişdir. Həmin kredit müqaviləsinin göstərilir ki, tərəflər xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli Baş kredit müqaviləsində də kredit verənin birtərəfli qaydada müqaviləyə xitam vermək hüququnu təsbit etmişlər. Göründüyü kimi, kreditin (borc verilmiş pulun) borcludan tələb edilməsi üçün ya müqavilə müddətinin başa çatm ası və yaxud da ona vaxtından əvvəl xitam verilməsi ilə bağlı qanundan və kredit müqaviləsinin mahiyyətindən irəli gələn tələb, həm də tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsində də təsbit olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin borclu "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubunda bildirmişdir ki, xx.xx.2017-ci il tarixə olan əsas borc 324208,61 manat, faiz borcu 56607,73 manat, 27196,29 manat cərimə borcu 59 gün gecikməkdədir. Həmin borcun 3 iş günü müddətində qaytarılması tələb edilmişdir. Bununla da məlum olur ki, iddiaçı bank tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndində nəzərdə tutulmuş hüququndan istifadə edərək müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam vermiş və müvafiq olara q da krediti (borc verdiyi pulu) borcludan tələb etmişdir. İddiaçının bu tələbi qanunidir və müqavilə şərtlərinə uyğun olmuşdur. Demək ki, xx.xx.2017-ci il tarixdə tərəflər arasındakı kredit müqaviləsinə xitam verilmişdir. Belə olan halda isə aydın olur ki, müqaviləyə xitam verildikdən sonrakı müddət üçün müqavilə faizi hesablana və tələb oluna bilməz, çünki tərəflər arasında müqavilə münasibəti artıq başa çatmışdır və həmin müddətdən sonra krediti qaytarmayan borcludan yalnız özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla bağlı münasibətləri tənzimləyən MM-nin 449-cu maddəsinə əsasən tələb irəli sürülə bilər.

35. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəflər arasındakı kredit müqaviləsinə əsasən yalnız xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubu nda göstərilən həcmdə - 56607,73 manat faiz borcu tələb edə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, analoji mövqe Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsində də əks olunmuş, həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin 2(102)-713/2020 saylı, xx.xx.2020 qərarı ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən, yuxarıda qeyd edilən ekspert rəyləri ilə müəyyən edilmiş faiz borclarına qiymət verilməsinə məhkəmə lüzum görməmişdir.

36. Məhkəmə ipoteka predmetlərini ilkin satış qiyməti ilə bağlı qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 56 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv metr olan qeyri-yaşayış sahəsinin likvid qiyməti ilə bağlı rəylər arasında fərqlər vardır.

37. Məhkəmə hesab et mişdir ki, həmin qeyri-yaşayış sahəsinin likvid qiymətinin 430000 manat müəyyən edilməsi əsaslı və ağlabatandır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının nümayəndəsinin qeyd edilən ipoteka predmetinin likvid qiymətinin 430000 manat müəyyən edilməsi ilə razı olmasını da nəzərə almışdır.

38. Digər ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv m olan qeyri-yaşayış sahəsinin satış qiyməti 140000 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı keçirilmiş ekspertizalar nəticəsində həmin ipoteka predmetinin likvid dəyəri (136000, 122400 manat) bu da rayon məhkəməsində müəyyən ediləndən daha aşağı olmuşdur. Rayon məhkəməsi həmin qeyri-yaşayış sahəsinin satış qiymətini 140000 manat müəyyən etmişdir. İddiaçı həmin qiymətlə razılaşmış və onu mübahisələndirməmiş, apellyasiya icraatı zamanı da həmin qiymətin likvid qiymət kmi qəbul edilməsinə etiraz etməmişdir. Apellyasiya instansiya məhkəməsi qətnamənin yalnız cavabdehlər tərəfindən mübahisələndirildiyini nəzərə alaraq qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 151, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 50.7 kv m olan qeyriyaşayış sahəsinin satış qiyməti kimi müəyyən edilmiş 140000 manat likvid qiymət hesab edilməlidir.

39. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739-cu maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 (vəkil Nümayəndə) birgə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və i şin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qətnamədə işdə olan sənəd kimi istinad edilmiş və İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə ilə tərəflər xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtlərini dəyişmiş və müəyyən etmişlər ki, qalıq borc 324208,61 manat təşkil edir və həmin borcun ödənilməsi xx.xx.2020-ci il tarixdə başa çatacaq. xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə bağlandıqdan sonra cavabdeh iddiaçıya 6000 manat vəsait ödəmişdir ki, ödəniş cədvəlinə əsasən qalıq borc xx.xx.2020-ci il tarixə kimi ödənilir. Əgər məhkəmə hesab edirsə ki, İddiaçı ASC-nin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2017-ci il tarixli xəbərd arlıq məktubu tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitamdır, onda mübahisəyə müqavilənin dəyişdirilmiş formasında baxılmalı və xx.xx.2017-ci il tarixli əlavəyə əsasən xx.xx.2017-ci il tarixə olan borc tapılmalı idi. Həmin borc isə xx.xx.2017-ci il tarixə 320208,61 manat göstərilib. Yəni, məhkəmə ən pis halda müqavilənin dəyişdirilmiş şərtlərinə uyğun cavabdehdən iddiaçının xeyrinə 320208,61 manat borc tuta bilərdi ki, hətta bunu da etməmişdir.

42. İddiaçı ASC xx.xx.2015-ci il tarixli baş kredit müqaviləsinə əsasən verilməli 373000 manat vəsaiti eyni tarixli çek kitabçası ilə sübut etməyə çalışır. İş üzrə xx.xx.2021-ci il tarixli ekspert rəyində isə düzgün olaraq göstərilir ki, ayrılmış kreditin 277814,0 manat hissəsi ba nk tərəfindən başqa hesaba silinib. Həmin gün bank tərəfindən ona 1 manat da olsun kredit verilməmişdir. Göstərilən 277814,0 manat vəsaitin başqa hesaba silinməsi ilə bağlı isə onun tərəfindən hər hansı razılıq, ödəniş tapşırığı və s. olmamışdır. Bank bu hərəkətini özbaşına etmişdir. Hətta qalıq vəsait də bank tərəfindən ona verilməmişdir. Eyni zamanda vəsait nağdılaşdırılmamış və banka nağd şəkildə də verilməmişdir. Verilibsə bank ödəniş tapşırığını və kassa mədaxil qəbzini məhkəməyə təqdim etməlidir. Cavabdehə 373000 manat krediti çek kitabçasına əsasən verildiyi ilə bağlı qeyd edilməlidir ki, çek kitabçasının müəyyən vərəqləri doldurulsa da, hər hansı icra, vəsaitin nağdılaşdırılması aparılmamışdır. Aparılıbsa, bu haqda kassa məxaric qəbzləri məhkəməyə təqdim edilməlidir.

43. Məhkəmə Ek spertiza Mərkəzi tərəfindən verilmiş 21 dekabr 2021-ci il tarixli ekspert rəyində göstərilir ki, "xxxx" MMC-nin xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli “nzaz11020” nömrəli kredit müqaviləsi üzrə 271.873,35 manat əsas, 5.940,34 manat faiz borcu mövcud olmuş və 11.2015-ci il tarixli, nzazl 1020_RES saylıBaş kredit müqaviləsi üzrə ayrılmış 373000 manat məbləğinin 277814,00 manatı həmin kreditin ödənilməsinə yönəldilmişdir. Mərkəzin 04 noyabr 2020-ci il tarixli ekspert rəyində göstərilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə 373000.00 manatı Cavabdeh2 məxaric etmişdir. Lakin məxaric edilmiş məbləğin 277814,00 manatı kreditin təyinatı üzrə istifadə edilmədən eyni tarixdə ödənildiyi məhkəmə tərəfindən nəz ərə alınarsa, "xxxx" MMC-yə faktiki olaraq 95186,00 (3730xx.xx-277814,00) manat məbləğində pul vəsaiti verilib. İş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışına əsasən, xx.xx.2015-ci il tarixli, nzaz11020_RES nömrəli kredit müqaviləsi üzrə banka 08 fevral 2017-ci il tarixədək 85377,00 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi ekspertin 2 rəyi ilə müəyyən edilir ki, verilməli 373000 manat əslində verilməmiş, bu vəsaitin 277814,0 manat hissəsi isə müqavilə şərtlərinə zidd olaraq əks hesaba silinmiş, qalıq 95186,0 manat vəsaitin isə aqibəti bəlli deyildir. Hələ xx.xx.2015-ci il tarixli müqavilədən sonra isə əlavə olaraq banka 85377,0 manat ödəniş də etmişdir. Göründüyü kimi bank onu aldadıb, guya ki, köhnə müqavilə üzrə 373000 manat borcumun olduğunu bilmirmiş və onunl a xx.xx.2015-ci il tarixli müqavilə bağlamış, bu müqavilə üzrə köhnə borc üçün cəmi 277814,0 manat silmiş, qalan 95186 manat vəsaiti isə əməkdaşlarımənimsəmişlər. Qeyd edilənlər ekspert rəyi ilə təsdiq edilsə də, məhkəmə rəyə qiymət verməmiş, ekspertin rəyi ilə razılaşmamasını qətnamədə əsaslandırılmamışdır.

44. Məhkəmə Ekspertiza Məlkəzi tərəyindən verilmiş xx.xx.2021-ci il tarixli rəydə borcun konkret nə qədər təşkil etməsi barədə məhkəmənin suallarına cavab verilməmişdir. Rəydə məhkəmənin başqa sualına cavab verilməmişdir ki, 277814,0 manat vəsaitin başqa hesaba köçürülməsi barədə cavabdehin sərəncamı olub ya yox. Rəydə məhkəmənin sualına cavab verilməmişdir ki, 2777814,0 manatdan başqa qalan vəsaitin iddiaçı tərəfindən kassadan çıxarılması barədə hər sənəd var ya yox. Ekspertin cavabın da yalnız göstəriir ki, filən məbləğdə pul ayrılıb, lakin sualların qalan hissəsinə ekspert münasibət bildirmir. Bu hallar eksper tərəfindən müəyyən edilməmişdir. Ona görə də məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə kompleks məhkəmə ekspertizası keçirilməsini xahiş etdik. Təssüflər olsun ki, məhkəbu istiqamətdə təhqiqat aparmadı və vəsatəti əsassız olaraq rədd etdi. Halbuki araşdırılması vacibdir və elə bu səbəbdən də məhkəmə həmin sualları vaxtilə ekspert qarşısında qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

46. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdə sinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

47. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

48. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

50. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

51. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

52. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

53. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

54. Maddə

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

55. Maddə

317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın sa tılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir

56. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

57. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından alma q hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

58. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

59. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ə rzində tərk etməlidirlər, bu şərtlə ki:

60. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun;

61. Maddə 59.3.2. İpoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

62. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdə n (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayəti n hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən iddia tələbinin təmin olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən iddia tələbinin təmin olunan hissələrində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə - maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə - düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Kassasiya şikayətlərinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

78. Cavabdehlər ona kreditin ümumiyyətlə verilmədiyini göstərsə də, iş üzrə keçirilmiş ekspertiza tətqiqarə nəticəsində verilmiş rəylərlə kassasiya şikayətinin bu dəlili öz təsdiqini tapmamışdır.

79. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərin ə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

80. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

81. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə g əlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər "xxxx" Məhdud Məsüliyyətli Cəmiyyətinin və Cavabdeh2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-40/2022 nömrəli, 17 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar