Məhkəmə qərarları › İş №2(102)-4229/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4229/2023

20.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4229/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4229/2023 (Açar sözlər: torpaq üzərində miras payın müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X25 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq üzərində miras payın müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələb inə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1009/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. “Torpağa mülkiyyət hüququna dair” JN-0044 Kod 30401004 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı qərarına əsasən X6, X3, X1, X4, Cavabdeh, X2 mülkiyyətinə Dəvəçi rayonu cizgidə göstərilən sərhədlər daxilində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 2,49 ha pay torpaq sahəsi verilmişdir.

2. X13 13 fevral 2020-ci il tarixdə, X15 isə 27 oktyabr 2019-cu i l tarixdə ölmüşlər.

3. Cavabdeh müraciəti əsasında Şabran rayon notariat ofisində vərəsəlik işi açılaraq, xx.xx.2020-ci il tarixdə miras əmlakdan 1/1 hissədə paya dair sonuncuya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

4. Şabran şəhəri ərazisində yerləşən 2,0773 ha pay torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarış) qeydə alınmışdır. 5. 19 aprel 2022-ci il tarixli, reyestrdə 4Ə-174 № ilə qeydə alınmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan 2,0773 ha torpaq sahəsini Maraqlı şəxs2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 C avabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şabran rayon Notariat Ofisinə, Maraqlı şəxs2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq üzərində miras payın müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, onun qanun üzrə vərəsə kimi tanınması, mirasın qəbul edilməsi üçün müddətin uzadılması, “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilmələri, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alğı-satqısı barəsində xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkməyə müraciət edərək, iddia ərizəsində tələblərin 5-ci bəndini “Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış 2,0773 ha torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv ol unması” kimi qəbul olunmasını xahiş etmişdir.

8. İddia ərizəsi onun dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı Qərarına əsasən iddiaçının ailə üzvlərinə, anası X16, atası X13, bacıları X9, Cavabdeh və X10, qardaşı X5 adına kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün 2,49 ha torpaq sahəsi verilmişdir. Ayrılmış torpaq sahəsi Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Ölkə ərazisində torpaq islahatları keçirilən müddətdə iddiaçı müvəqqəti xaricdə olduğu üçün Dövlət Aktında onun adı qeyd olunmamışdır. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Qanunvericilik mirasın qəbuluna dair hərəkətlərin iki formasını tanıyır: 1) mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək; 2) əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Ölkəyə qayıtdıqdan sonra iddiaçının ailəsinin şəxsi mülkiyyətində olan və istifadəsiz qalmış kənd təsərrüfatı məqsədli torpaq sahəsindən təyinatı üzrə iddiaçı istifadə etməyə başlamışdır. Həmin torpaq sahəsi uzun illər iddiaçının istifadəsində olmuşdur. Anası, X16 xx.xx.2019-cu ildə, atası X13 isə xx.xx.2020-ci ildə dünyalarını dəyişmişlər. Mərhum valideynləri daşınmaz əmlakları ilə bağlı vəsiyyətnamə yazmamışlar. Onun torpaqdan istifadə etməyi sonrakı illərdə də qanun üzrə vərəsələr arasında mübahisə yaratmamışdır. 2022-ci ilin yay aylarında həmin torpaq sahəsindən biçdiyi otu sahədən aparmaq istədikdə ona bildirilmişdir ki, onların ailə sinə məxsus torpaq sahəsi başqa bir şəxsin mülkiyyətindədir. Bu səbəbdən miras payı kimi istifadə etdiyi torpaq sahəsindən tədarük etdiyi otu aparmağına imkan verilməmişdir. Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əm lakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Onların xəbərləri olmadan qanuni vərəsələrə miras qalmış torpaq sahəsinin özgəninkiləşdirilməsini qanunsuz hesab etdiyi üçün hüquq mühafizə orqanlarına çoxsaylı müraciətləri olmuşdur. İddiaçının müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Sumqayıt şəhərində yaşayan bacısı Cavabdeh xəbərləri olmadan, Şabran rayon Notariat ofisinin sabiq xüsusi notariusu X17 ilə sövdələşməyə getmiş və qanun üzrə yeganə vərəsə kimi tanınmışdır. Miras əmlakı qanunsuz əldə etdikdən sonra, həmin torpaq sahəsini DƏDRX 5 saylı Ərazi İdarəsinin Şabran şöbəsinin əməkdaşı Maraqlı şəxs2 satmışdır. Bütün bu qanunsuz əməl lərdə, Şabran RİHB-nın Şabran şəhər İƏV üzrə nümayəndəsinin saxta ayarışları da əhəmiyyətli rol oynamışdır. Alıcı Maraqlı şəxs2 isə torpaq sahəsinin qanunsuz sənədləşdirilməsində bilavasitə iştirakçı olmuş və həmin torpaq sahəsi üzərində bilə-bilə qanunsuz yollarla, öz qulluq mövqeyindən suiistifadə etməklə hüquqlar əldə etmişdir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya dövlət rüsumunun ödənilməsi haqqında məlumat bilməli ol duğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

9. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Maraqlı şəxs2 izahat verərək göstərmişdir ki, Cavabdeh ona 14 min manata qədər borcu olmuş, bildirmişdir ki, torpaqları vardır, satıb borcunu verəcəkdir. O, da Cavabdeh bildirmişdir ki, borcun yerinə torpaq sahəsini versin ona. Aralarında razılaşma olmuş, Cəmilə sənəndləri düzəldib və notariat qaydasında alğı-satqı aparmışlar. Torpaq sahəsinin pulunu verməklə almışdır, sənədləşmənin düzgün aparılmamsından xəbəri olmamışdır. Xahiş edir iddia ona dair hissədə təmin edilməsin.

10. Şabran Rayon Məhkəməsinin e-2(031)-81/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia təmin edilərək, İddiaçı qanun üzrə vərəsə kimi tanınması və mirasın qəbul edilməsi üçün müddətin uzadılması, “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi, Şabran rayon not ariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış 2,0773 ha torpaq sahəsinin alğı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş, digər vərəsələr nəzərə alınmamış, yalnız Cavabdeh ərizəsinə əsasən yeganə varisin onun olması müəyyən edilmək lə, ona vərəsəlik şəhadətnaməsi verilmişdir ki, bununla da digər vərəsələrin hüquqları da pozulmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 139, 152, 178, 337, 339, 1146, 1151.1, 1159.1.1, 1194, 1196, 1243, 1243.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, həmçinin üçüncü şəxs Maraqlı şəxs2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasın ı xahiş etmişlər.

14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. İddiaçı tərəfindən Dəvəçi (indiki Şabran) rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli 06 saylı Qərarına əsasən onların ailə üzvlərinə verilmiş 2,49 ha torpaq sahəsinə dair “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktı mübahisələndirilməmiş, hal-hazırda qüvvədədir. Qeyd edilən rayon aqrar islahat komissiyasının qərarının və dövlət aktının qanuniliyini şübhə altına almaq əsassızdır. İddiaçı adı dövlət aktında olmadığı üçün o, belə bir addım atır. Həmçinin qətnamədə maraqlı şəxs deyil, 3-cü şəxs qeyd edilməli idi. Belə ki, yalnız xüsusi icraat işləri ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Cavabdeh bildirir ki, aralarında yaranmış mübahisə zamanı 2016-cı ildə mərhum atası Habili həmin torpaq sahəsindən çıxarmış, həmçinin mərhum anası Habili 2016-cı ildə evdən də çıxarmışdır. Valideynlərinin yanında Cəmilə qalmış, valideynləri vəfat edəndən sonra miras əmlakı faktiki olaraq o, qəbul etmişdir. Vərəsəliklə əlaqədar Şabran rayon İHB-nın Şabran şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən Cavabdeh 27 avqust 2020-ci il tarixli 3655 və 3656 saylı arayışlar verilmiş, həmin arayışlarda qeyd edilmişdir ki, mərhum atası X14 xx.xx.2020-ci il tarixdə, mərhum anası X15 xx.xx.2019-cu ildə vəfat etmişlər, vəfat edən günə kimi ünvan 1 ünvanında qeydiyyatda olmuşlar və yaşamışlar, ölümlərindən sonra onların təsərrüfatına qızı Cavabdeh baxmış və ida rə etmişdir. İlk növbədə yaddan çıxarılmamalıdır ki, 2,49 ha kənd təsərrüfatı təyinatlı qeyd olunan torpaq sahəsi Cavabdeh və digər mülkiyyətçilərin ümumi birgə mülkiyyətində olmuşdur. Belə olan halda valideynləri vəfat edəndən sonra həmin torpaq sahəsinə qızı Cavabdeh baxması və idarə etməsi daha real görünməlidir, nəinki, JN0044 saylı 30401004 kodlu Dövlət Aktında adı mülkiyyətçilərdən biri olaraq belə qeyd olunmayan İddiaçı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Cavabdeh miras əmlaka da ir vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə Şabran rayon notariat ofisinə ərizə müraciət etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 28 avqust 2020-ci il tarixli, 2V-307 və 2V308 nömrəli şəhadətnamələrlə seriya nömrəsi JN-0044, kod 30401004 olan dövlət aktına əsasən 2,49 ha torpaq sahəsinin mərhum X7 düşən hissəsindən və X11 düşən hissəsindən Cəmilə 1/1 hissədə pay almışdır. Cəmilə qardaşı Fizulinin payını ayırıb ona verdiyindən 2,07773 ha torpaq sahəsi qalmışdır ki, həmin torpaq sahəsinə dair Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi Şabran rayon notariat ofisində araşdır ılmaqla notarius tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrin qanuniliyini şübhə altına almaq əsassızdır. Belə ki, İddiaçı Baş Prokurorluğa ünvanladığı müraciəti əsasında aparılmış araşdırmanın nəticəsi olaraq tərtib edilmiş “cinayət işinin başlanmsının rədd edilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli qərarda qeyd olunur ki, 28 avqust 2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi və 2,0773 ha torpaq sahəsinin Maraqlı şəxs2 satılması faktlarında cinayət məcəlləsində ictimai təhlükəli əməl kimi nəzərdə tutulmuş hər hansı bir cinayətin əlamətlərini özündə əks etdirən cinayət hadisəsinin olmadığı, vərəsəlik işi materialllarına əlavə edilmiş sənədlərin qanuna müvafiq şəkildə verildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı vərəsəlik hüququnun tanınması üçün Şabran rayon notariat ofisinə müraciət etmədən birbaşa məhkəmədə iddia qaldırmışdır. İddiaçı tərəfindən mahiyyəti üzrə ayrı-ayrı tələblər bir iddiada birləşdirilmişdir. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarii çıxarış mübahisələndirilmədən həmin çıxarış əsasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinin qoyulması və məhkəmənin həmin tələbi də təmin etməsi növbəti hüquq pozuntusudur. Qeyd olunanlardan əlavə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, alğı-satqı müqaviləsinin qismən etibarsız hesab olunması be lə əsassız olduğu halda, məhkəmə həmin sənədləri tam şəkildə etibarsız hesab etmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

15. Üçüncü şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 2,07773 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli müqavilə əsasında ona satmışdır. Həmçinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan 29 oktyabr 2020-ci il tarixli çıxarış mübahisələndirilmədən həmin çıxarış əsasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız sayılması tələbinin qoyulması və məhkəmənin həmin tələbi də təmin etməsi hüquq pozuntusudur. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə etməmişdir. Məhkəmə heç bir araşdırma aparmadan mövcud olmayan əmlak hüquqların dövlət qeydiyyatının ləğvi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1009/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (X24 (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Lalə Rəhimli) cavabdehin və maraqlarına toxunan şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestrdə 2V-307 və 2V-308 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, notariat qaydasında vərəsəlik şəhadətnaməsi mülki qanunvericiliyin tələbləri pozulmaqla verilmiş, miras qoyanın varislərinin əhatəsi tam dəqiqləşdirilməmiş, digər vərəsələr nəzərə alınmamış, yalnız Cavabdeh ərizəsinə əsasən yeganə varisin onun olması müəyyən edilməklə, ona vərəsəlik şəhadətnaməsi verilmişdir ki, bununla da digər vərəsələrin hüquqları da pozulmuşdur. Lakin, mirasın qəbul edilməsi üçün müddətin hansı səbəblərə görə uzadılması, miras əmlakın mübahisəli torpaq sahəsinin nə qədər hissəsini təşkil etməsi qətnamədə göstərilməmiş, iddiaçının miras əmlakdakı payını ümumiyyətlə müəyyən etməmiş, bu tələbə münasibətdə isə qətnamənin nəticə hissəsində “Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras payları müəyyən edilməli” göstərmişdir. Göründüyü kimi, iddia tələbləri tam təmin edilmiş, lakin qətnamədən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıldığı, i ş üçün əhəmiyyəti olan halların sübut edilməsi görünmür.

18. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı onu da qeyd etmişdir ki, iddia bir neçə tələbdən ibarətdir: 1) iddiaçının qanun üzrə vərəsə kimi tanınması; 2) mirasın qəbul edilməsi üçün müddətin uzadılması; 3) “Torpağa mülkiyyət hüququna dair” JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi; 4) Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi; 5) Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alğı-satqısı barəsində xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması.

19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının qanun üzrə vərəsə olmaq hüququ onun miras qoyanların ailə üzvü (övladı) olması ilə yaranmışdır və bu fakt işin mübahisəsiz halıdır. Mülki qanunvericilik miras qoyanın övladını qanun üzrə vərəsə sayılan şəxslərin dairəsinə aid etdiyindən, iddiaçının məhkəmə qətnaməsi ilə qanun üzrə vərəsə kimi tanınmasına lüzum yoxdur.

20. İddia tələbinin miras əmlakın qəbul edilməsi üçün müddətin uzadılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat ofisinə mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq valideynlərindən miras qalmış evdə yaşayır. Bundan başqa o, mübahisəli torpaq sahəsindən istifadə etmiş və su pulunu ödəmişdir. Həmin torpaq sahəsindən biçdiyi otu aparmaq istədikdə ona bildirilmişdir ki, torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir.

21. Məhkəmə kollegiyası iddia tələbinin Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində əsaslı sayaraq qeyd etmişdir ki, iddiaçının valideynləri vəfat etdikdən sonra pay torpaq sahəsi onun tərəfindən faktiki sahib lik həyata keçirilməklə qəbul edilmişdir. Lakin Şabran rayon notariat ofisində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında X3 və X8 vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir.

22. Notariat işindən isə notariat orqanının digər vərəsələrin vərəsəliyə çağırılması və ya onların lazımi qaydada məlumatlandırılması üçün heç bir zəruri tədbirlərin görülmədiyi müəyyən olunmuşdur. Belə olan halda isə mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi əsaslı olar. Bundan başqa, cavabdeh tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizələrdə qeyd olunmuşdur ki, mərhum anasının və atasının ondan başqa vərəsəsi yoxdur. Bununla da, cavabdeh notariat orqanına mi ras əmlakı faktiki qəbul etmiş vərəsə haqqında məlumat verməməklə, miras əmlaka dair şəhadətnamələr almışdır. Mülki Məcəllənin 1300-cü maddəsinə əsasən, əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. Vərəsə olan cavabdeh isə qeyd olunan normanın əksinə digər vərəsənin olduğu yeri bildiyi halda onun vərəsəliyə çağrılması üçün hər hansı tədbir görməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında hər iki şəhadətnamədə göstərilmişdir ki, miras əmlak Şabran şəhərində yerləşən ümumi sahəsi 2,49 ha olan torpaq sahəsinin mərhum X11 və mərhum X12 düşən hissəsindən ibarətdir. Göründüyü kimi şəhadətnamələrdə miras əmlakın konkret olaraq torpaq sahəsinin hansı hissəsindən ibarət olması, torpaq sahəsinin dəqiq ölçüsü göstərilməmiş və bununla da miras əmlakın həcminə dair qeyri-müəyyənliyə yol verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şabran rayon notariat ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-307 və 2V-308 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir.

23. İddia tələbinin Cavabdeh ilə Maraqlı şəxs2 arasında imzalanmış, 2,0773 ha torpaq sahəsinin alğı-satqısı barəsində xx.xx.2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, mülki hüquq münasibətlərində vicdanlılıq prezumpsiyası (quivis bonus praesumitur) qaydası tətbiq olunur. Yəni əşyanı əldə edəni n vicdanlı olduğu ehtimal edilir. Bu prezumpsiyanın əksini iddia edən onu sübuta yetirməlidir. Bu baxımdan hazırkı işdə Maraqlı şəxs2 vicdanlı olmadığını sübuta yetirmək yükü iddia tərəfinin üzərinə düşür. İşdən görünür ki, Cavabdeh mülkiyyətində olan 2,0773 ha torpaq sahəsini 19 aprel 2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında Maraqlı şəxs2 satmışdır. Beləliklə, müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyətçi (cavabdeh) notarial qaydada təsdiqlənmiş müqavilə əsasında əşyaya sərəncam verməklə onun hüquqi müqəddəratını həll etmişdir. Bu sərəncamın da əvəzli olması iş materiallarından müəyyən edilmişdir.

24. Mübahisəli əşyanı alan şəxsin-satıcının (cavabdehin) mülkiyyət hüquqlarına dair dövlət reyestrindəki qeydinin əsassız olmasını bilməsi, yaxud həmi n qeydlərə dair etirazın reyestrə daxil edildiyi mötəbər sübutlarla təsdiqlənmir. Belə olan halda, Maraqlı şəxs2 vicdanlı əldə edən şəxs olduğundan satıcının vərəsəlik şəhadətnaməsi etibarsız olsa belə əşyanı vicdanlı əldə edənin bağladığı müqavilə etibarsız sayıla bilməz.

25. İddia tələbinin alğı-satqı müqaviləsi əsasında mübahisəli əmlakla bağlı aparılmış hüquqların dövlət qeydiyyatının ləğv olunması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxsin apellyasiya şikayətindən müəyyən olunur ki, torpaq sahəsi üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, həmin qeydin ləğvinin mübahisələndirilməsi əsassızdır.

26. Mübahisəli torpaq sahəsini alğı-satqı müqaviləsi əsasında vicdanlı alıcı olaraq Maraqlı şəxs2 aldığında n həmin torpaq sahəsi üzərində vərəsələrin paylarının müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən, iddia tələbi “Torpağa mülkiyyət hüququna dair” JN0044 saylı 30401040 kodlu Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras paylarının müəyyən edilməsi hissəsində də təmin edilməməlidir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı miras əmlakdan ona çatmalı olan pay həcmində onun satılması nəticəsində əldə edilmiş pul vəsaitinə tələb irəli sürə bilər.

28. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248, 1255, 1300cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasınını Qanununun 55, 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 7 7.1, 88, 89.1, 217, 372, 384, 385, 402-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

29. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin edilməyən hissəsində ləğv olunmasını, işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mülki iş üzrə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsini ləğv edərkən apelyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən mirasın qəbul edilməsi üçün müddətin hansı səbəblərə görə uzadılması, miras əmlakı n mübahisəli torpaq sahəsinin nə qədər hissəsini təşkil etməsi qətnamədə göstərilməmiş, iddiaçının miras əmlakdakı payını ümumiyyətlə müəyyən etməmişdir. İlk əvvəl müddətin bərpa edilməsi ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi işin hallarını və təqdim olunan preyudisial sübutları araşdıraraq mirasın qəbul edilməsi müddətini bərpa etmişdir. Buna əsaslar Şabran rayon prokurorluğunda aparılan və məhkəməyə təqdim olunan təhqiqat materialından yaranmışdır. Miras əmlakda payın müəyyən edilməsi ilə bağlı hissəsini isə birinci instansiya məhkəməsi qanunun tələbinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi humanist addım ataraq, Mülki Məcəllənin 1137-ci maddəsini əsas götürərək ləyaqətsiz vərəsəni miras payından məhrum etməmişdir. Qanunun tələbinə görə qanun üzrə vərəsələr bə rabər pay hüquqlu vərəsələr sayılırlar (Mülki Məcəllə, maddə 1159). Birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq qanun üzrə vərəsələrin qanunla bərabər pay hüququnun olduğuna görə miras əmlakın bölgüsünü aparmamışdır. Digər tərəfdən iddiaçı miras əmlakdan daha çox pay istəməsi tələbi irəli sürməmişdir. Pay bölgüsünü isə artıq mübahisə olmadığına görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq ərazi aidiyyəti üzrə xidməti aparmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın tə sviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1009/2023 nömrəli mülki iş üzrə təyin edilmiş Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qətnamədə göstərmişdir ki, İddiaçı miras qoyanın ailə üzvü olduğuna görə birinci instansiya məhkəməsinin onu vərəsə kimi tanımasına zərurət olmamışdır. Halbuki, istər üçüncü şəxs Maraqlı şəxs2 qeyri-qanuni yolla əldə etdiyi ailə tərkibi haqqında arayışda və həmçinin Torpağa mülkiyyət hüququna dair JN-0044 saylı 30401040 kodlu Dövlət Aktında İddiaçı adı yoxdur. Belə olduğu halda, müvafiq məhkəmə qətnaməsi olmadan İddiaçı vərəsə kimi hüququnu kim tanıyacaqdır. İddiaçının vərəsə kimi tanınmasından imtina edildiyi üçün məhkəməyə qədər müxtəlif dövlət hakimiy yəti və hüquq mühafizə orqanlarına çoxsaylı müraciətləri olmuş və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Göründüyü kimi bu hissədə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1009/2023 nömrəli mülki iş üzrə təyin edilmiş Mülki Kollegiyası tamamilə absurd bir mövqe nümayiş etdirmişdir. Bundan başqa, Maraqlı şəxs2 ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məsul işçisidir, xidməti vəzifəsinə görə ona təqdim olunan mübahisəli torpaq sənədlərinin daha düzgün təhlilini apara bilir, həmin ailənin üzvləri haqqında məlumatlı olmuşdur. Buna baxmayaraq, o, öz qulluq mövqeyindən sui-istifadə etməklə Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər İƏD üzrə Nümayəndəliyindən miras qoyanın ailə tərkibi haqqında saxta arayış əldə etmiş, notariat ofisində öz nüf uzundan istifadə etməklə qeyri-qanuni Vərəsəlik şəhadətnaməsi açılmasına nail olmuş və sonda həmin əmlakı qanunsuz olaraq özününküləşdirmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətiə qarşı üçüncü şəxs Maraqlı şəxs2 tərəfindən yazılı etiraz verilərək, kassasiya şikayətinin dəlillərinin əsassız olması qeyd edilməklə, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

32. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

33. Maddə 152.5. Mülki yyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

35. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

36. M addə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

37. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil e dilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

40. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

41. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

42. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ ol muş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

43. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

44. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

45. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

46. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

47. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

48. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

49. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

50. Maddə 1248.2. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər və rəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir.

51. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

52. Maddə 1300. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu.

53. Maddə

55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqan ı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

54. Maddə

60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi mə lumatlar sübutlar hesab olunur.

57. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

64. Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qət namə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

65. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

66. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin edilməməsi hissəsində tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirililən hissədə bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

69. Notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin satıcının iradəsinə uyğun olmaması barədə iddiaçı tərəfindən məhkəməyə tutarlı sübutlar təqdim edilməlidir. Lakin iddiaçı hər hansı sübutu birinci və apellyasiya məhkəmələrinə təqdim etməmişdir.

70. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 20-23-cü paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, ha nsının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır.

72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

73. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

74. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. 75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisən in həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

77. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1009/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar