Məhkəmə qərarları › İş №2(102)-4232/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4232/2024

26.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4232/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu, X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1447/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli, 269 nömrəli bağçılıq kitabçasının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair verilmiş 20 oktyabr 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası Tahirov İmran Sarı oğlu "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuşdur. 1988-ci ildə iddiaçının atasına "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən Sumqayıt şəhəri, Yaşma bağları ərazisi, "Çinar" B/Y, 269 ünvanında yerləşən 0,06 ha bağ tor paq sahəsi verilmişdir. Atası xx.xx.2005-ci ildə ölmüşdür. İddiaçı atasının qanun üzrə vərəsəsidir və ona görə də məhkəməyə müraciət edir. Atasının ölümündən sonra iddiaçı həmin torpaq sahəsinin adına sənədləşdirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona məlum olmuşdur ki, həmin torpaq sahəsinə dair Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. Çıxarışın verilməsinə əsas olan sənəd isə cavabdeh "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli, 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti İdarə heyətinin xx.xx.1989-cu il tarixli, 3 saylı protokoldan çıxarış o lmuşdur. Hesab edir ki, bu qanunsuzdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi 1988-ci ildə həmin torpaq sahəsi iddiaçının atasına verilmişdir. Ona görə də hesab edir ki, Cavabdeh1 adına verilmiş "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti idarə heyətinin xx.xx.1989-cu il tarixli, 3 saylı protokoldan çıxarışı etibarsız hesab olunmalı və Cavabdeh1 adına verilmiş çıxarış ləğv olunmalıdır. İşin hallarından da göründüyü kimi, mübahisəli bağ torpaq sahəsi 1988-ci ildə "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən iddiaçının atasının adına ayrılmışdır. İddiaçının atasına verilmiş bağçının üzvlük kitabçası indiyə qədər ləğv edilməmiş, qüvvədədir. Buna görə də həmin kitabça ilə ona verilmiş torpaq sahəsi başqa şəxs lərin istifadəsinə verilə bilməz. Torpaq sahəsi ilk iddiaçının atasının istifadəsinə verildiyinə, onun adına verilmiş bağçının üzvlük kitabçası qüvvədə olduğuna görə sonradan başqa şəxsin adına həmin torpaq sahəsi ilə bağlı verilmiş üzvlük kitabçası etibarsız hesab edilməlidir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli, 2(060)-845/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh1 adına “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş 1989-cu il tarixli, 269 saylı torpaq sahəsinə dair bağçılıq kitabçasının etibarsız hesab edilməsi və həmin torpaq sahəsinə dair verilmiş xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* №-li çıxarışın ləğv edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə doğru sənədlərə istinad etməmişdir. Ümumiyyətlə, məhkəmənin nəyə və hansı qanuna istinad etdiyi məlum deyil. Qətnamənin əsaslandırıcı hissəsində heç bir tutarlı qanuna və sənədə istinad edilməmiş, onun təqdim etdiyi sübutlara əhəmiyyət verməmişdir.

6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1447/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakimlər Almaz Süleymanova - sədrlik edən və məruzəçi, Lalə Rəhimli, Fuad Məmmədov) şikayət qismən təmin edilmiş, Sumqayıt Şəhəri Məhkəməsinin 4 iyun 2024-cü il tarixli, 2(060)-845/2024 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 Saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağçılıq kitabçasının etibarsız hesab edilməsi və torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv olunması” barədə iddia ərizəsinə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir.

7. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, hazırkı halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, iddiaya mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur.

8. Qanunvericiiyin tələbin ə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 9. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyət i məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və idd ianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilm əsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

10. İddiaçı dövlət reyestrindəki qeydin ləğv edilməsini, həmin qeydin aparılmasına əsas olan sənədin - bağçılıq kitabçasının etibarsız hesab edilməsini xahiş etmişdir. Etibarsızlığın dəlilini həmin sənədin qanunsuzluğu təşkil etmişdir.

11. Şərh olunanlar belə deməyə əsas verir ki, Reyestrdəki qeydiyyat hər hansı mülkihüquqi əqdə və ya inzibati akta əsaslanmasada müvafiq qurumun ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.

12. Qanunvericiliyin tələbindən göründüyü ki mi bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

13. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun mövqeyinə görə reyestrdəki qeydiyyat ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsində qəbul edilmiş akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə həmin qeydiyyatın mübahisələndirilməsi inzibati məhkəmə icraatı qaydasında olmalıdır.

14. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaya mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

15. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməli, iddiaçıya həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 365, 391, 402, 405-ci madd ələrini və digər maddi, prosessual hüquq normalarının tələblərinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, iş üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mübahisələndirilən qərardadı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına, o cümlədən adı çəkilən Qanunun 2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, həmin Qanunun 2.0.1-ci maddəsində inzibati orqanların tərifi verilmişdir ki, həmin maddəyə əsasən inzibati orqan dedikdə - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Adı çəkilən Qanunun 2.0.2-ci maddəsində isə inzibati aktın anlayışı verilmişdir ki, hüquq normalarına əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İş materillarından da görünür ki, məhkəmə mübahisələndirilən reyestr çıxarışının verilməsinə əsas olmuş sənəd kimi cavabdehin adına verilmiş "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli 269 nömrəli bağçılıq kitabçasını və kitabçanın verilməsinin əsası olan "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti İdarə Heyətinin xx.xx.1989-cu il tarixli 3 saylı protokoldan çıxarışını inzibati akt hesab edərək işə mülki icraat qaydasında baxılmalı olmaması qənaətinə gəlmişdir. Halbuki sadalanan sənədlər qeyd edilən maddi hüquq normalarına əsasən inzibati akt hesab edilmədiyi kimi, bu sənədləri qəbul etmiş qurumlar da inzibati orqan sayıla bilməzlər. Bu hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, «İnzibati orqanların Təsnifatı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarı ilə də öz təsdiqini tapmışdır. Belə ki, adı çəkilən Qərarda inzibati orqanların təsnifatı əks etdirilmişdir k i, həmin təsnifatda hər hansı bağlçılıq cəmiyyətinin (yoldaşlığının) inzibati orqan kimi qeydiyyatı aparılmamışdır. Bütün bu hallar işə baxan məhkəmənin işin məhkəmə aidiyyəti ilə bağlı yanlış nəticəyə gəldiyini bariz şəkildə sübuta yetirir.

19. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmırlar, ona görə ki, məhkəmə hüquq normasını düzgün tətbiq və təfsir etməmişdir. İşin hallarından görünür ki, iddiaçının atası Tahirov İmran Sarı oğlu "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin üzvü olmuşdur. Məhkəmənin gəldiyi nəticədən belə aydın olur ki, Çıxarışın verilməsinə əsas olan sənəd cavabdeh "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli, 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti İdarə heyətinin xx.xx.1989-cu il tarixli,3 saylı protokoldan çıxarışı inzibati aktdır. Məhkəmənin bu mövqeyi ilə razı olmadıqlarını göstərmişlər, çünki Çıxarışın verilməsinə əsas olan sənəd cavabdeh "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyətinin 1989-cu il tarixli, 269 nömrəli bağçılıq kitabçası, "Çinar" Bağçılıq Yoldaşlıq Cəmiyyəti İdarə heyətinin xx.xx.1989-cu il tarixli, 3 saylı protokoldan çıxarışdır və həmin sənədlər inzibati akt hesab oluna bilməz. Çünki “Çinar” Bağçılıq Yoldaşlıq Cəmiyyəti inzibati orqan deyil. Məhkəmə qanun normasını düzgün tətbiq və təfsir etməmişdir. 20. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li Qərarının 6.2-ci bəndinə görə eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır. Bundan fərqli olaraq, torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr icraatlarında olan işlərə baxarkən inzibati aktın və onunla əlaqəli olan müqavilənin birlikdə və ya ayrılıqda mübahisələndirilməsi məsələsini irəli sürülən dəlilləri nəzərə almaqla tərəflərlə müzakirə etməli və prosessual qənaətə nail olmaq üçün müvafiq hüquqi yardım göstərməlidirlər. Həmin qanunun 6.3-cü bəndinə görə Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı ira də azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözü gedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin, 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

22. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndir ilməməlidir.

25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 27. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarına əsasən, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın f aktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

28. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, “iddiaçı dövlət reyestrindəki qeydin ləğv edilməsini, həmin qeydin aparılmasına əsas olan sənədin - bağçılıq kitabçasının etibarsız hesab edilməsini xahiş etmişdir. Etibarsızlığın dəlilini həmin sənədin qanunsuzluğu təşkil etmişdir....Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmasa da müvafiq qurumun ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir.... bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır”.

29. Qanuna əsasən, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (§ 22).

30. Beləliklə, apellyasiya məhkəməsinin mövqeyi əsaslı olmaqla prosessual hüquq normalarına uyğundur. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətində göstərilənlər qərardadın dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir.

31. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1447/2024 nömrəli, 31 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar