Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4245/2023 20.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4144/2023 nömrəli iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. 2 saylı B akı “Asan xidmət” mərkəzində notariat Bakı şəhəri 23 saylı Notariat Ofisində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) 55000 (əlli beş min) manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.
2. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi 50000 manat pulun ödənilməsi hissəsi xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən icra qeydi verilərək icraya yönəldilmişdir. 3. 09.09.2022-ci il tarixli qərara görə cavabdehdən 50000 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumunun iddiaçıya ödə nilməsinə dair verilmiş icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-170/2023 saylı, 31 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia tələbinin cavabdehdən 50000 manat pulun iddiaçıya ödənilməsi hissədə iş üzrə icraata xitam verilmişdir. Qərardadla 240 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
5. İddiaçı caavbdehə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona İddiaçı Cavabdeh tərəfindən ödənilməli olan 55000 manat məbləğində pul vəsaiti və eyni zamanda həmin vəsaitin gecikdirilmiş 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 55000 x5=2750, 4 il üçün 2750x4=11000) 11000 manat olmaqla, ümumilikdə 66000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslanmışdır ki, iddiaçı və cavabdeh arasında xx.xx.2018-ci il tarixində borc müqaviləsi bağlanmışdır və həmin müqavilə 12 noyabr 2018-ci il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzində notariat kontorunun xüsusi notariusu H. H. Məmmədov tərəfindən təsdiq edilmişdir. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 55000 manat 00 qəpik məbləğində pul borc vermişdir. Müqavilədə həmin borcun cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixinə qədər ödənilməsi öhdəliyi müddəalarda öz əksini tapmışdır. Qeyd edir ki, həmin müqavilə cavabdehin iddiaçıya “onu işlə təmin edəcəyi” vədi ilə bağlanmışdır. Lakin müqavilə bağland ıqdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh verdiyi vədə əməl etməmiş, iddiaçını işlə təmin etməmişdir. Daha sonra cavabdeh müqaviləyə əsasən borc aldığı məbləği geri qaytaracağını bildirmişdir, lakin uzun müddət keçməsinə baxmayaraq, həmin məbləği geri qaytarmamışdır.
7. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, 2019-cu ilin dekabr ayında cavabdeh borcundan 5000 manat qaytarmış, qalan borcu isə hələ də qaytarmamışdır.
8. Cavabdehin nümayəndəsi Vəkil2 iddiaya etiraz etmiş, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli borc müqaviləsi 50000 manat pulun ödənilməsi hissəsi üzrə xx.xx.2022-ci il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən icra qeydi verilərək icraya yönəldilməsini, icra qeydi üzrə icraata başlamaq haqqında qərar qəbul edilməsini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir.
9. İş materiallarına əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən ona qaytarılmalı olan qalıq qalmış 55000 (əlli beş min) manat pulun 01 gün müddətində qaytarılması xahiş olunmuş, əks təqdirdə aidiyyəti məhkəməyə müraciət olunacağı bildirilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(009)170/2023 nömrəli (hakim R. N. Qafarova) qətnaməsi ilə, iddia qismən təmin edilmişdir və 6666,6 (altı min altı yüz altmış altı manat altmış qəpik) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdehdən tutularaq İddiaçıya ödənilməsi qət edilm işdir. İddia qalan hissədə rədd edilmişdir.
11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki,. iddiaçının iddia tələbinin 55000 manat borcun ödənilməsi hissəsinin 50000 manatına aid hissədə icraata xitam verilmişdir. İddia tələbinin qalan 5000 manat borcun qaytarılması ilə bağlı məhkəmə qeyd edib ki, iddiaçı öz izahatında cavabdehin borcundan 2019-cu ildə 5000 manat qaytarmasını etiraf etmişdir. Belə olan halda məhkəmə iddianı həmin hissədə əsasız hesab edərək rədd edilməsi nəticəsinə gəlir.Məhkəmə iddianın 4 illik müddət üçün 5 (beş) faiz (1 il üçün beş faiz olmaqla 55000x5=2750, 4 il üçün 2750x4=11000) 11000 manat tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında borc müqaviləsi xx.xx.2018-ci il tarixində bağlanmış, iddiaçı cavabd ehə 55000 (əlli beş min) manat məbləğində borc pul vermiş, cavabdeh isə həmin borcu xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüş, 2019-cu ilin dekabr ayında isə cavabdeh iddiaçıya 5000 manat məbləğində pul qaytarmış, qalan məbləği qaytarmamış və borc müqaviləsinə əsasən 50000 manat pulun ödənilməsi hissəsi üzrə xx.xx.2022-ci il tarixində icra qeydi verilərək icraya yönəldilmişdir. Qeyd edilənləri, o cümlədən borc müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixində bitdiyini, 2019-cu ilin dekabr ayında 5000 manat ödənilməsini, bundan sonra heç bir ödəniş edilməməsini, qalan 50000 manat borc ödənilmədiyindən həmin hissə üzrə xx.xx.2022-ci il tarixində icra qeydi verilməsini nəzərə alaraq məhkəmə hesab edib ki, öhdəliyin icrasının gecikdirilməsinə görə 2020, 2021-ci illər və 2022-c i ilin sentyabr ayınadək olan müddət üçün 50000 manatın 5 faizi həcmində faiz hesablana bilər. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, gecikdirilmiş vaxt üçün, yəni 2020-ci ilin yanvar ayından 2022-ci ilin sentyabr ayınadək, cəmi 32 ay üçün illik 5 faizlə hesablanmaqla (5 faiz/2500manat:12ayx32ay) 6666,6 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1 və 449.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88, 119.1-cü maddələrinə istinad edərək əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat
13. İş üzrə cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, e-2(009)-170/2023 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər G.T. Axundova (sədrlik edən və məruzəçi),C.C. Musayeva, F.F. Babayev) xx.xx.2023-ci il tarixli, 2(103)-4144/2023 nömrəli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qe yd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətlərinin olması işin mübahisəsiz halıdır, bu münasibətlər tərəflər arasında olan 55000 manat məbləğində borcun verilməsi ilə bağlı bağlanmış və 2 saylı Bakı “Asan xidmət” mərkəzində rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsi ilə təsdiqini tapır. Cavabdeh tərəfindən öhdəliyin icra edilməli olduğu xx.xx.2019-cu il tarixdən iddia ərizəsi verilən xx.xx.2022-ci il tarixə kimi 5000 manat ödənişdən başqa ödənişin edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi haqlı olaraq 50000 manat borcun ödənilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli icra qeydinin verilməsini nəzərə alaraq öhdəliyin icrasının gecikdirilməsinə görə 2020, 2021 və 2022-ci ilin sentyabr ayınad ək borcun 5 faizi həcmində pulun tutulmalı olması qənaətinə gəlmişdir.
16. Apellyasiya instasiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.2, 442, 445.7., 448.1 və 449.1-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllə 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
20. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2023-cü il tarixli, 2(103)-4144/2023 saylı qətnaməsinin iddianın təmin ed ilən hissəsində ləğv olunması və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmənin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. İddiaçının əslində həmin müqavilə üzrə pul vəsaitini X2 verilmişdir, bu səbəbdən də sonuncu pulu qaytarmadığı üçün həmin müqavilə üzrə öhdəlik gecikdirilmişdir. İddiaçı özü də bu hallardan xəbərdardır, heç o özü də məndən təqsirim olmadığı halda bu qədər əlavə pulun tutulmasını istəməz, ona görə də məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmayaraq əlavə pul vəsaitinin tutulması əsassız və qanunsuzdur. Hazırkı müqavilə üzrə borcun gecikdirilməsi cavabdehin təqsirii deyildir və bu səbəbdən də istinad edilən maddi hüquq norması düzgün tətbiq olunmamışd ır. İddiaçı ilə Atlas Quliyeva arasında bununla bağlı müqavilə də bağlanmışdır və həmin hal da yuxarıda qeyd edildiyi kimi aradan qalxmışdır. Tərəflər arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndi ilə müəyyən edilmiş müddət (həmin bənddə borcun qaytarılma müddə xx.xx.2019cu il tarixədək müəyyən edilmişdir) eyni tərəflər arasında 2 saylı Bakı “Asan xidmət” mərkəzində bağlanmış xx.xx.2019-cu il tarixli «borc müqaviləsinin müddətinin uzadılması barədə saziş»lə xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Lakin məhkəmələr tərəfindən işin həmin halı nəzərə alınmadan bütün müddət üçün əlavə faizlər hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianın “Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış faizlərin cavabdehdən tutul ması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin hazırda iddiaçı və cavabdeh arasında faizlər tutulması barədə razılaşma əks etdirən yazılı müqavilə yoxdur. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış faizləri tələb etməkdə haqlı deyildir. Bundan başqa iddia tələbindən göründüyü kimi tələb ümümi qaydada natamam yazılmışıdır. Tələb olunan faiz dərəcəsi hesablanmamışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməzdi. Lakin apellyasiya məhkəməsi işə baxarkən bu halı da nəzərə almamışdır.
21. Kassasiya şikayyətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə və MPM-nin 77.1, 88 və 217.3-ci maddələrnə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlillə ri
22. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi büt ün hallar üçün cavabdehdir.
27. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-c ü il tarixli Qərarı “...Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borcl u pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 40 7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətində n irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
38. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdi rilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4144/2023 nömrəli iş üzrə 03 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.