Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-425/2024 29.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, (üçüncü şəxslər Maraqlı şəxs2 və AƏrazi idarəsi) qarşı iş üzrə QƏRARİ İş № 2(102)-425/2024 (Açar sözlər: Mülkiyyət hüququnun müdafiəsi, əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, (üçüncü şəxslər Maraqlı şəxs2nə və Ərazi idarəsi cəlb edilməklə) qarşı “Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolunun və 02 saylı qərarının, 0 9 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında 28 mart 2007-ci ildə X6 verilmiş MH seriyalı, 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1133/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli 12 saylı protokoluna əsasən, Astara rayon Vaqo bələdiyyəsinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,04 hektar (ha) torpaq sahəsi ticarət məqsədi ilə İddiaçı verilmişdir. Həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəli və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planı ilə rəsmiləşmişdir
2. Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokoluna və 02 saylı qərarına əsasən, Astara rayonu, Siyakü kənd sakini X6 0,03 hektar (ha) torpaq sahəsi alqı-satqı yolu ilə verilmişdir.
3. Torpaqların alqı-satqısına dair 9 fevral 2007-ci il tarixli akta əsasən Astara rayonu Vaqo bələdiyyəsi ilə X8 arasında 0,03 hektar torpaq sahəsi ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı bağlanmışdır. Həmin torpaq sahəsi X4 adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
4. Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamı ilə Astara rayonu Vaqo kənd sakini İddiaçı Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli 12 saylı qərarı ilə aldığı torpaq sahəsində təsdiq olunmuş layihə sənədlərinə uyğun ticarət obyektinin tikintisinə icazə verilmişdir. 5. 21 dekabr 2016-cı il tarixli AN-İN ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X2 rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini 5000 manat müqa bilində Cavabdeh2 satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Astara rayon Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 saylı iclas protokolunun və 02 saylı qərarının, Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında xx.xx.2007-ci ildə X6 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016cı il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir.
7. İddia işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, torpaq sahəsi onların istifadəsində olmasına baxmayaraq, cav abdeh Astara rayonu Vaqo Bələdiyyəsi ilə Astara rayon Siyakü kənd sakini X8 arasında onlara məxsus torpaq sahəsinin 0,03 ha hissəsinə 09 fevral 2007-ci ildə alqı-satqı müqaviləsi bağlanılmış və bundan sonra həmin torpaq sahəsinə Mais Əliyev tərəfindən qanunsuz alqı-satqı müqaviləsi əsasında 28 mart 2007-ci ildə MH seriyalı ******* nömrəli çıxarış alınmışdır. X8 haqsız olduğunu, torpaq sahəsinin onlara məxsus olduğunu bildiyindən, həmin torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə onun əmisi oğlu və yeznəsi Cavabdeh2 satmışdır ki, bu məsələlər yoluna düşsün. Alqı-satqının 2016-cı ildə aparılmasına baxmayaraq, onun xəbəri olmaması üçün Cavabdeh2 hal-hazırkı vaxta kimi özünə çıxarış almamışdır. Hal-hazırda Cavabdeh2 ilə münasibətləri pozulduğundan həmin torpaq sahəsinin ona məxsus olmasını id dia edərək orada tikilmiş mağazanın sökülməsini tələb edir.
8. İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, iddiasının “Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 3 saylı iclas protokolunun və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” hissəsinə Astara Rayon Məhkəməsində baxılmasını, digər tələbləri, yəni “X6 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması” hissəsində tələbinin həcminin azaldılmasını xahiş etmişdir.
9. Cavabdeh2 iddia tələbinə etir az edərək bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, sözügedən torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almışdır. Həmin ərazidə İddiaçı heç bir torpaq sahəsi yoxdur. Buna baxmayaraq, İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz tikili inşa etmiş və onun sahibkarlıq fəaliyyətinə maneə törədir.
10. Cavabdeh1 iddia tələbinə etiraz olaraq bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsini 2007-ci ildə İddiaçı almışdır. 2014-cü ildə həmin torpaq sahəsini Cavabdeh2 Muradov Rizmanın iştirakı ilə satmışdır. Onunla Astara rayon Vaqo Bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı heç bir alqı-satqı müqaviləsi olmamış, ona torpaq sahəsi ayrılması üçün bələdiyyəyə müraciət etməmişdir. Həmin torpaq sahəsini İddiaçı almış və sonra həmin torpaq sahəsinin belə mübahisəli olduğunu gördükdən sonra Cavabdeh2 satmışdır.
11. Cavabdeh Astara rayon Siyaku Bələdiyyəsinin sədri X9 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Astara rayonu Vaqo bələdiyyəsi 27 yanvar 2010-cu il tarixində ləğv edilərək, Astara rayon Siyaku bələdiyyəsinə birləşdirilmişdir. Astara rayonu Vaqo kənd sakini İddiaçı Astara rayon Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokoluna əsasən 0,04 ha sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsini alqısatqı yolu ilə almış və həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi, ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sah əsində Astara rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamı ilə 150 kvadratmetr kommersiya mağazasının tikintisinə icazə verilmiş və hal-hazırda həmin torpaq sahəsində adı çəkilən kommersiya mağazası vardır. 09 fevral 2007-ci ildə Astara rayonu Vaqo bələdiyyəsi sözügedən torpaq sahəsinin 0,03 ha hissəsini Astara rayonu, Siyakü kənd sakini Cavabdeh1 alqı-satqı yolu ilə yenidən satmışdır. Eyni torpaq sahəsi üzrə müxtəlif tarixlərdə, müxtəlif vətəndaşlarla Astara rayonu keçmiş Vaqo bələdiyyəsinin apardığı alqı-satqının nə səbəbdən baş verməsi ona məlum deyildir.
12. Şahid qismində iştirak edən X10 izahatında bildirmişdir ki, Cavabdeh1 onun qardaşıdır. Qardaşı xəstə olduğu üçün torpağın alqı-satqı işlərində onunla bərabər olmuşdur. Bütün idarə və təşkilatlar a onunla birlikdə getmişdir. Qardaşı sözügedən torpaq sahəsini 2007-ci ildə İddiaçı almışdır. 2014-cü ildə həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Qardaşı ilə Astara rayon Vaqo Bələdiyyəsi arasında bu işlə bağlı heç bir alqısatqı olmamış və belə bir alqı-satqıda qardaşı iştirak etməmişdir.
13. Maraqlı şəxs2 tərəfindən verilmiş 09 mart 2023- cü il tarixli, 125 saylı arayışdan görünür ki, Maraqlı şəxs2ndə Cavabdeh1 ilə İddiaçı arasında hər hansı müqavilə bağlanmamışdır.
14. Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia təmin edilərək X6 0,03 hektar torpaq sahəsinin verilməsinə dair Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 3 saylı iclas protokolu və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiy yəsi ilə X8 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Astara rayon Siyaku Bələdiyyəsindən müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh3 (Vaqo Bələdiyyəsi 27 yanvar 2010-cu il tarixdə həmin Bələdiyyəyə birləşdirilmişdir) Astara rayonu Vaqo kənd sakini İddiaçı Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixdə, 12 saylı iclas protokolu və qərarı ilə 0,04 ha sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsini satmasını təsdiq etmişdir. Cavabdeh3 məhz həmin torpaq sahəsinin 0,03 hektar hissəsinin yenidən başqa bir vətəndaşa, yəni X5 09 fevral 2007-ci ildə satılmasını təsdiq edərək, ey ni torpaq sahəsini müxtəlif tarixlərdə, müxtəlif vətəndaşlara satmasını da təsdiq etmişdir. İş üzrə Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini 2007-ci ildə İddiaçı aldığını, onunla Astara rayon Vaqo Bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı heç-bir alqı-satqı müqaviləsinin bağlanmadığını təsdiq etmişdir.
16. Qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, iddia təmin olunmalı, X6 0,03 hektar torpaq sahəsinin verilməsinə dair Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 3 saylı iclas protokolu və 02 saylı qərarı və Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır.
17. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsini n 6-cı hissəsinə, 47-ci maddəsinin 7-ci hissəsinə, 55-ci maddəsinə, 56-cı maddəsinin 2-ci hissəsinə, 68-ci maddəsinə, 84-cü maddəsinin 3-cü hissəsinə, 103-cü maddəsinin 2-ci və 3-cü hissələrinə, 109-cu maddəsinə, “Torpaq bazarı” haqqında Azərbaycan Respublikasının Qanununun 9, 21, 22-ci maddələrinə, “X3 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 9.6-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.
19. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin fakti ki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli araşdırılmadan, sübutlarla təsdiq edilmədən, hüquqi əsas olmadan qətnamə qəbul edilib. Məhkəmənin müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, o, 9 fevral 2007ci il tarixdə Astara rayon Vaqo bələdiyyəsi ilə alqı-satqı yolu ilə Astara rayonu Vaqo kənd ərazisində 0,03 hektar torpaq sahəsi alıb, mülkiyyət hüququnu çıxarışla adına rəsmiləşdirmişdir. Daha sonra, yəni 21 dekabr 2016-cı il tarixdə Astara rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2 satmışdır. Bu halı məhkəmə nəzərə almayıb. İşin faktiki hallarından görünür ki, onun xüsusi mülkiyyətində olan torpaq sahəsini digər şəxsə alqısatqı yolu ilə satılm ışdır. Bununla da mülkiyyət hüququ iddiaçı tərəfindən kobud şəkildə pozulmuşdur. Halbuki iddiaçının mübahisələndirdiyi torpaq sahəsinə dair çıxarış da yoxdur. Qeyd edilən halların iddiaçının onunla qərəzli şəkildə olması açıq-aşkar görünür. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olmasını təsdiq edən sübutlar əlavə edilmişdir. Lakin məhkəmə bunu sübut kimi qəbul etməmiş, Cavabdeh3 tərəfindən verilmiş arayışı mötəbər sübut kimi qəbul etmişdir. Astara rayon Vaqo bələdiyyəsi ilə aralarında 0,03 hektar torpaq sahəsinin alınması ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı əsasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarə sinə müraciət olunmuş adı çəkilən 0,03 hektar torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün MU seriyalı, ******* saylı çıxarışla adına rəsmləşdirilməsindən sonra həmin torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2 satmağını bildirsə də, məhkəmə heç bir dəlil olmadan iddianı təmin etmişdir.
20. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki halları ilə iddia tələbi ziddiyyət təşkil edir. Məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərfli araşdırılmadan, hüquqi əsası olmadan qətnamə qəbul edilib. Məhkəmənin qətnamədə qeyd etdiyi müəyyən etdiyi hallar işin həqiqi halını təsdiq etmir. Belə ki, o, Astara rayonu Vaqo kənd ərazisində 0,03 hektar torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 5000 manat müqab ilində satın almışdır. Həmin ərazidə İddiaçı heç bir torpaq sahəsi yoxdur. Buna baxmayaraq, İddiaçı ona məxsus olan torpaq sahəsində qanunsuz tikili inşa etmiş və sahibkarlıq fəaliyyətinə maneə törədir. Onun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ vardır. Lakin məhkəmə iş üzrə əhəmiyyətli hesab edilən bu halı araşdırmamışdır. Astara rayonu Siyakü Bələdiyyəsi tərəfindən verilmiş arayışı mötəbər sübut kimi qəbul etmişdir. Astara rayon Vaqo bələdiyyəsi ilə Cavabdeh1 0,03 hektar torpaq sahəsinin alınması ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı əsasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə müraciət o lunmuş adı çəkilən 0,03 hektar torpaq sahəsini sahibkarlıq fəaliyyəti üçün MH seriyalı, ******* saylı çıxarış da verilmişdir, sonra həmin torpaq sahəsini o, 5000 manat müqabilində Cavabdeh1 almışdır.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi “Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir.
22. Məhk əmə mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi inzibati orqanın qərarlarının etibarsızlığı ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasınnı nəzərə almamış və Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız hesab edilməsi tələbinə dair iddianı icraata götürmüşdür. Halbuki sözügedən iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildi.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1133/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi) Cahid İmanov və Tale Kərimov) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi mübahisələndirilən - Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız hesab edilməsi tələbi üzrə icraata xitam verilmişdir. Həmin qərarın hal-hazırda qüvvədə olması Astara rayon Vaqo bələdiyyəsi və Cavabdeh1 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin əsassızlığını tamamilə istisna edir. Beləcə, şikayətdə sadalanan dəlillər formal mülahizə xarakterl idir və hazırkı mülki iş üzrə hər hansı hüquqi əhəmiyyət kəsb etmir.
25. Məhkəmə kollegiyası gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 71-ci maddələrinə, Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı və 7-ci hissələri, 55-ci maddəsi, 56-cı maddəsinin 2-ci hissəsi, 68-ci maddəsi, 103-cü maddəsinin 2-ci hissəsi, 109-cu maddəsi, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 21 və 22-ci maddələri, “X3 edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 9.6-cı maddələrinə, Mülki Məcəllənin 140, 146, 146.2 və Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamən in ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsi ona satıldıqdan və onun müvafiq dövlət qurumundan qanunvericiliyin tələbinə uyğun olaraq qeydiyyatdan keçməsinə baxmayaraq, Astara rayon Vaqo Bələdiyyəsi tərəfindən qanunvericiliyin tələbi pozulmaqla ona məxsus olmaqla gözlənilən mülkiyyətində olan torpaq sahəsini onun məlumatı olmadan təkrar olaraq X1 faktını işin faktiki halları ilə müəyyən etsə də, heç bir mötəbər sübuta əsaslanmadan qanunvericiliyin müvafiq normalarını kobud surətdə pozmaqla artıq bağlandığı andan etibarsız olan əqdləri etibarsız hesab etməmiş, qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin qətnaməsini q anunsuz və əsassız olaraq ləğv etmişdir. Məhkəmə qanunvericiliyin birbaşa olaraq etibarsız hesab etdiyi əqdi hansı əsaslarla etibarlı əqd hedab etməklə iddia tələbinin rədd edilməsi qənaətinə gəlməsini də qətnamədə əsaslandırmamış, və həmin əsaslandırmaya hansı səbəbdən zərurətin yaranmamasına dair qətnamədə heç bir qeyd aparmamışdır. Baxmayaraq ki, qətnamənin təsviri hissəsində həmin əqdin etibarsız əqdlər kateqoriyasına aid olması qənaətinə gəlmişdir. Qətnamənin əsaslandırıcı hissəsində həmin hala məhkəmə tərəfindən qiymət verilməmişdir. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində əvvəllər başqa şəxsə satılmış torpaq sahəsinin olması və həmin alqı- satqı müqaviləsinin qüvvədə olması bələdiyyəyə, yəni satıcıya birbaşa aydın və aşkar olmasına baxmayaraq, qanunvericiliyin normala rını kobud surətdə pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qətnamənin sübutların siyahısı hissəsində Siyaku bələdiyyəsi tərəfindən məhkəməyə verilmiş arayış qeyd edilmiş, həmin arayışda da Vaqo bələdiyyəsi tərəfindən bələdiyyələr birləşləməsindən əvvəl eyni torpaq sahəsinin bir bələdiyyə tərəfindən iki ayrı-ayrı şəxsə satılması və bunun hansı səbəbdən edildiyinin məlum olmamasını məhkəmə öz qətnaməsində göstərmişdir. Lakin yenə də məhkəmə işin araşdırılması zamanı iş üzrə həmin zəruri halı araşdırmamış və ya araşdırmaq istəməmişdir. Həmin torpaq sahəsinin onun tərəfindən istifadə edilməsi məhkəmə baxışında müəyyən edilsə də, həmin hallara dair heç bir araşdırma aparılmamışdır. İstifadəsində olan torpaq sahəsini özbaşına deyil, torpağın müilkiyyətçisi olan kənd bələdiyyəsi tərə findən ona təqdim edilməsi halına hüquqi qiymət verilməmişdir.
28. Kassasiya şikayətinin dəlilləri əsaslandırılarkən Mülki Məcəllənin 19, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1-339.6-cı maddələri, Torpaq Məcəlləsinin 47.6, 47.7, 55, 56.2, 68, 84.3, 103.2, 103.3 və 109-cu maddələri, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 21, 22-ci maddələri, “X3 edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 6.1, 6.2, 9.6-cı maddələri, MPM-nin 9.1, 9.2, 9.3, 14.1, 88, 217.1, 217.3, 218.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı Cavabdeh2 etirazı daxil olmuşdur.
30. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticədə haqlıdır. Belə ki, o, Astara rayonu Vaqo kənd əra zisində 0,03 hektar torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 5000 manat müqabilində satın almışdır. Həmin ərazidə İddiaçı heç bir torpaq sahəsi yoxdur. Buna baxmayaraq, İddiaçı ona məxsus olan torpaq sahəsində qanunsuz tikili inşa etmiş və onun sahibkarlıq fəaliyyətinə maneə törədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
32. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə mün asibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
33. Maddə. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
34. Maddə. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
35. Maddə. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
36. Maddə
567. Alğı-satqı müqaviləsi. Alğı-sat qı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Torpaq bazarı” haqqında Azərbaycan Respublikasının Qanunu
37. Maddə
6. Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bələdiyyənin ehtiyat fondunun bazar obyektinə aid olan torpaqları barədə alqısatqı əqdləri yerli normativlər nəzərə alınmaqla və aşkarlıq şəraitində bağlanılır.
38. Maddə
21. Torpaq bazarı haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bü tün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəmə sinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya instansiyası məhkəməsinin Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasına əsas olan Bələdiyyə qərarı və iclas protokolunun eti barsız hesab edilməsi tələbi üzrə icraata xitam verilməsi barədə qərardadı mübahisələndirməmiş, həmin qərardad qüvvəyə minmişdir.
52. Belə olan halda, Bələdiyyənin torpağın cavabdehə satılması barədə qərarının qanuniliyi inzibati məhkəmə icraatı qaydasında yoxlanılmadan həmin qərar əsasında Cavabdeh1lə Bələdiyyə arasında bağlanmış alqı-satqı müqaviləsinin iddiada göstərilən əsasla, yəni iddiaçıya Bələdiyyə tərəfindən əvvəllər satılmış torpaq sahəsinin təkrarən cavabdehə satılması əsası ilə etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1133/2023 nömrəli mülki iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.