Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1133/2023 10.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X3, cavabdehlər Cavabdeh2 nümayəndəsi Nümayəndə, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi vəkil X7 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Astara rayon Siyaku Bələdiyyəsinə, üçüncü şəxslər Maraqlı şəxs2nə və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi idarəsinə qarşı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 3 saylı iclas protokolunun və 09 fevral 2007-ci il tarixli 02 saylı qərarının alqı-satqı müqaviləsinin və onun əsasında 28 mart 2007-ci ildə X4 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, Astara rayon Vaqo bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 3 saylı iclas protokolunun və 02 saylı qərarının, Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqısatqı müqaviləsinin və onun əsasında xx.xx.2007-ci ildə X4 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Astara rayon Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu və qərarı əsasında 0,04 ha sahiblik fəaliyyəti üçün torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli katastr planı ilə rəsmiləşmişdir. Həmin torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli 30 saylı sərəncamla 150 kv.m komersiya mağazasının tikintisinə icazə verilmiş və əlaqədar qurumlarla razılaşdırılaraq həmin torpaq sahəsində mağaza tikmişdir. Oğluna verilmiş torpaq sahəsi onların istifadəsində olmasına baxmayaraq, cavabdeh Astara rayonu Vaqo Bələdiyyəsi ilə Astara rayon Siyakü kənd sakini X8 arasında onlara məxsus torpaq sahəsinin 0,03 ha hissəsinə 09 fevral 2007-ci ildə alqı-satqı müqaviləsi bağlanılmış və bundan sonra həmin torpaq sahəsinə Mais Əliyev tərəfindən qanunsuz alqı-satqı müqaviləsi əsasında 28 mart 2007-ci ildə MH seriyalı ******* nömrəli çıxarış alınmışdır. X8 haqsız olduğunu, torpaq sahəsinin onlara məxsus olduğunu bildiyindən, həmin torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə onun əmisi oğlu və yeznəsi Cavabdeh2 satmışdır ki, bu məsələlər yoluna düşsün. Alqı-satqı 2016-cı ildə aparılmasına baxmayaraq, onun xəbəri olmaması üçün Cavabdeh2 hal-hazırkı vaxta kimi özünə çıxarış almamışdır. Halhazırda Cavabdeh2 ilə münasibətləri pozulduğundan həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edərək orada tikilmiş mağazanın sökülməsini tələb edir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, iddiasının “Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 3 saylı iclas protokolunun və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması” hissəsinə Astara Rayon Məhkəməsində baxılmasını, digər tələbləri, yəni “X4 verilmiş MH seriyalı 000519 nömrəli çıxarışın etibarsız sayılması və həmin çıxarışın əsasında Cavabdeh2 ilə aparılmış 21 dekabr 2016-cı il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız sayılması” hissəsində tələbinin həcminin azaldılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi ilə (hakim Zamin İbrahimov) iddia təmin edilərək X4 0,03 hektar torpaq sahəsinin verilməsinə dair Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 3 saylı iclas protokolu və 02 saylı qərarının və Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında bağlanılmış 09 fevral 2007-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Astara rayon Siyaku Bələdiyyəsindən müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Cavabdehlərin nümayəndəsi - vəkil X11 izahat verərək bildirmişdir ki, Cavabdeh1 09 fevral 2007-ci il tarixdə Astara rayon Vaqo bələdiyyəsi ilə alqı-satqı yolu ilə Astara rayonu Vaqo kənd ərazisində 0,03 hektar torpaq sahəsi almışdır. Bununla əlaqədar Astara rayon Vaqo bələdiyyəsi ilə aralarında 0,03 hektar torpaq sahəsinin alınması ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı mövcuddur. Bundan sonra Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsinə müraciət olunmuş və adıçəkilən 0,03 hektar torpaq sahəsini MH seriyalı ******* savlı çıxarışla adına rəsmləşdirmişdir. 21 dekabr 2016-cı il tarixdə Astara rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2 satmışdır. Həmin ərazidə İddiaçı heç bir torpaq sahəsi olmamışdır. Buna baxmayaraq, İddiaçı Cavabdeh2 məxsus olan torpaq sahəsində qanunsuz tikili inşa etmiş və Elvinin sahibkarlıq fəaliyyətinə maneə törədir. Bu halın məhkəmə tərəfindən araşdırılmalı olması məhkəmənin diqqətinə çatdırılmasına baxmayaraq, məhkəmə nəzərə almamışdır. Məhkəmə isə heç bir araşdırma aparmadan iddia tələbini təmin etmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə izahat verərək vəkil X7 izahatı ilə razı olduğunu, onun izahatına heç bir əlavəsi olmadığını bildirmişdir. İddiaçı nümayəndəsi X9 izahat verərək göstərmişdir ki, İddiaçı onun oğludur. Astara rayon Vaqo kəndində yaşayır. İddiaçı Astara rayon Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu və qərarı əsasında 0,04 ha sahiblik fəaliyyəti üçün torpaq sahəsini alqı-satqı yolu ilə almışdır. Həmin torpaq sahəsi oğlu İddiaçı adına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli katastr planı ilə rəsmiləşmişdir. Həmin torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamla 150 kv.m komersiya mağazasının tikintisinə icazə verilmiş və əlaqədar qurumlarla razılaşdırılaraq həmin torpaq sahəsində mağaza tikmişdir. Oğluna verilmiş torpaq sahəsi onların istifadəsində olmasına baxmayaraq, cavabdeh Astara rayonu Vaqo Bələdiyyəsi ilə Astara rayon Siyakü kənd sakini X8 arasında onlara məxsus torpaq sahəsinin 0,03 ha hissəsinə 09 fevral 2007-ci ildə alqı-satqı müqaviləsi bağlanılmış və bundan sonra həmin torpaq sahəsinə Mais Əliyev tərəfindən qanunsuz alqı-satqı müqaviləsi əsasında 28 mart 2007-ci ildə MH seriyalı ******* nömrəli çıxarış alınmışdır. X8 özünün haqsız olduğunu və torpaq sahəsinin onlara məxsus olduğunu bildiyindən, həmin torpaq sahəsini 21 dekabr 2016-cı il tarixdə Cavabdeh2 satmışdır. Məhkəmə kollegiyası izahatları dinləyərək iş materiallarını tədqiq edərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi “Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli 3 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız hesab olunması” tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli 12 saylı protokolundan görünür ki, Astara rayon Vaqo bələdiyyəsinin yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid 0,04 hektar (ha) torpaq sahəsi ticarət məqsədi ilə İddiaçı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəli və ******* seriya nömrəli 19 yanvar 2007-ci il tarixli kadastr planından görünür ki, Astara rayon Vaqo bələdiyyəsinin 27 noyabr 2006-cı il tarixli 12 saylı iclas protokoluna əsasən 0,04 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün İddiaçı verilmişdir. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərəncamından görünür ki, Astara rayonu Vaqo kənd sakini İddiaçı Astara rayonu Vaqo bələdiyyəsinin 27 noyabr 2006-ci il tarixli 12 saylı qərarı ilə aldığı torpaq sahəsində təstiq olunmuş layihə sənədlərinə uyğun ticarət obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolundan və 02 saylı qərarından görünür ki, Astara rayonu Siyakü kənd sakini X4 0,03 hektar (ha) torpaq sahəsi alqı-satqı yolu ilə verilmişdir. İş materiallarına əlavə olunmuş torpaqların alqı-satqısına dair 09 fevral 2007-ci il tarixli aktdan görünür ki, Astara rayon Vaqo bələdiyyəsi ilə X8 arasında 0,03 hektar torpaq sahəsi ilə bağlı Astara rayon Vaqo bələdiyyəsinin 09 fevral 2007-ci il tarixli, 03 saylı protokolu və 02 saylı qərarına əsasən alqı-satqı aktı bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Astara rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün X4 verilmişdir. İş materiallarına əlavə edilmiş 21 dekabr 2016-cı il tarixli AN-İN ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu Vaqo kəndində yerləşən ümumi sahəsi 0,03 hektar olan torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh2 satmışdır. İş materiallarında olan Cavabdeh3 tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 05 saylı arayışdan görünür ki, Astara rayonu Vaqo bələdiyyəsi 27 yanvar 2010-cu il tarixində ləğv edilərək, Astara rayon Siyaku bələdiyyəsinə birləşdirilmişdir. Astara rayonu Vaqo kənd sakini İddiaçı Astara rayon Vaqo bələdiyyəsinin 27-noyabr 2006-cı il 12-saylı iclas Protokoluna əsasən 0,04 ha sahibkarlıq fəaliyəti üçün torpaq sahəsini alqı-satqı yolu ilə almış və həmin torpaq sahəsi İddiaçı adına Azərbaycan Respublikası Dövt Torpaq və Xəritəçəkmə komitəsinin **********3 reyestr nömrəsi ******* seriya nömrəli xx.xx.2007-ci il tarixli kadastr planı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2013-cü il tarixli, 30 saylı sərancamı ilə 150 kv.m kommersiya mağazasının tikintisinə icazə verilmiş və hal-hazırda həmin torpaq sahəsində adıçəkilən kommersiya mağazası vardır. 09 fevral 2007-ci ildə Astara rayonu Vaqo bələdiyyəsi sözügedən torpaq sahəsinin 0,03 ha hissəsini Astara rayonu Siyakü kənd sakini Cavabdeh1 alqı-satqı yolu ilə yenidən satmışdır. Eyni torpaq sahəsini müxtəlif tarixlərdə, müxtəlif vətəndaşlara Astara rayonu keçmiş Vaqo bələdiyyəsinin apardığı alqısatqının nə səbəbdən baş verməsi onlara məlum deyildir. İş materiallarında olan Cavabdeh1 tərəfindən Astara Rayon Məhkəməsinə ünvanlanmış ərizənin məzmunundan görünür ki, Cavabdeh1 mübahisə predmeti olan torpaq sahəsini 2007-ci ildə İddiaçı almışdır. 2014-cü ildə həmin torpaq sahəsini Cavabdeh2 Muradov Rizmanın iştirakı ilə satmışdır. Onunla Astara rayon Vaqo Bələdiyyəsi arasında həmin torpaq sahəsi ilə bağlı heç-bir alqı-satqı müqaviləsi olmamışdır. İş materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 09 mart 2023- cü il tarixli, 125 saylı arayışdan görünür ki, Maraqlı şəxs2ndə Cavabdeh1 ilə İddiaçı arasında hərhansı bir müqavilə bağlanmamışdır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd edilməlidir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin bir hissəsi - “Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız etibarsız hesab edilməsi” olmuşdur. Həmin qərarlarla iddiaçı öz hüquqlarının pozulduğunu hesab edirsə, həmin qərarları inzibati icraat qaydasında iddia qaldıraraq mübahisələndirə bilərlər. Birinci instansiya məhkəməsi inzibati orqanın qərarlarını etibarsızlığı ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasına düzgün qiymət verməmiş və Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız etibarsız hesab edilməsi tələbinə dair iddianı icraata götürmüşdür. Halbuki, sözügedən iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İV hissəsinə görə Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə görə işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Mülki işlərin məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi MPM-in 31-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 387.2-ci maddəsinə tələbinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılması, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin şərtsiz ləğvinə səbəb olur. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya baxarkən maddi və prosessual hüquq normalarını pozmuşdur. Beləliklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Astara Rayon Məhkəməsinin 11 aprel 2023cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi “Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi hissədə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən hakim iş məhkəmədə baxılmalı deyildirsə, iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və MPM-in 261.0.1-ci, 263-264-cü, 365-ci, 384-cü, 391-ci və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(018)-139/2023 saylı qətnaməsi “Astara Rayon Vaqo Bələdiyyəsinin 09 fevral 2007-ci il 03 saylı iclas protokolunun və 02 saylı qərarının etibarsız etibarsız hesab edilməsi” tələbinin təmin edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1133/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1133/2023
10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver