Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4252/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi X6, vəkili X3, cavabdehin nümayəndəsi X1, vəkili X7 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(051)-261/2019, hakim Ə.M.Hüseyno v) İddiaçı Cavabdeh qarşı iddiası təmin edilmiş, iddiaçı və cavabdehə məxsus həyətyanı torpaq sahələri arasında sərhəddin naturada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 31481 saylı rəydə göstərildiyi qaydada müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2033/2019, hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov, A.A.Mahmudov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə (iş № 2(102)-7332/2019, hakimlər Ə.G.Nurməmmədov, M.T.Əhmədova, Ə.M.Rüstəmov) Cavabdeh kassasiya şikayəti qismən təmin ed ilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(107)-570/2020, hakimlər İ.H.Şükürov, A.M.Eyvazov, R.Ə.Əliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin qardaşı X2 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0,035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,0 35 ha ölçüdə Cavabdeh naturada bölünməsi tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Mingəçevir şəhəri Boz dağ küçəsi 52 ünvanında yerləşən 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı, 1/2 hissədə X4 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. xx xxxxxxx 2018-ci il tarixdə İddiaçı hazırki iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ünvan 2 ünvanında yerləşən ½ hissə paylı mülkiyyət hüququ ilə onun və Cavabdeh xüsusi mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin qardaşı X2 vəsaiti hesabına onun tərəfindən tikilən və hazırda hörgüsü pəncərə başınadək hörülmüş yarımçıq ev tikilisi yerləşən hissəsinin 0, 035 ha ölçüdə ona, ev tikintisi üçün onun vəsaiti ilə bünövrə qoyulmuş hissəsinin 0,035 ha ölçüdə Cavabdeh naturada bölünməsi hаqqındа qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara və təqdim edilmiş sübutlara, o cümlədən qeyd edilən tikilinin Ruslan Əşrəfovun vəsaiti hesabına inşa edilməsini təsdiq edən akta tam, obyektiv və hərtərəfli hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafi ə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini əsassız hesab edəərk qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istina d etməklə paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünərək torpaq sahəsinin üzərində yarımçıq tikili yerləşən hissəsinin ona, tikili üçün bünövrə qoyulmuş hissəsinin isə cavabdehə ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsi ilə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiy a ödənilməsi vəzifəsini qoya bilər. Hazırki mübahisə paylı mülkiyyətdə olan torpağın naturada ayrılması yox, yaşayış üçün uyğunlaşdırılmış yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə iddiaçıya verilməsi ilə bağlıdır. Bu halda, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsini tətbiq edilməklə torpaq sahəsinin üzərində yarımçıq tikili yerləşən hissəsinin iddiaçıya, tikili üçün bünövrə qoyulmuş hissəsinin isə cavabdehə ayrılması barədə iddianın təmin edilməsi istisna edilir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulduqdan sonra üç azyaşlı uşaq ananın himayəsində saxlanılmış və cavabdeh hazırda uşaqları ilə birlikdə faktiki olaraq mübahisə predmeti olan tikilidə yaşayır. Məhkəmə kollegiyası h esab edir ki, iddiaçının tələbi torpaq sahəsinin payına uyğun naturada bölünməsi deyil, konkret olaraq tikili yerləşən hissəsinin ona verilməsi bağlı olduğundan və dolayısı ilə cavabdehin uşaqları ilə birlikdə yaşadıqları həmin tikilidən çıxarılmaları məqsədi daşıdığından, apellyasiya instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi barədə iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı m ünasibətinə uyğun əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4252/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4252/2020
12.08.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver