Məhkəmə qərarları › İş №2(102)-4253/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4253/2019

04.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4253/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(024)608/2018 hakim M.İ.Qarayev) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əm lak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh1na və üçüncü şəxs X2 qarşı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış” və 02 dekabr 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik Hüququ haqqında şəhadətnamə”nin etibarsız sayılması barədə iddiаsı rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-210/2019 hakimlər İ.F.Quliyev, A.A.Mahmudov, M.A.Əsədli) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş,iş üzrə Qax Rayon Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli qətnaməsi İddiaçı münаsibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən b axılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Qax rayonu İlisu kəndində 0,03 ha torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli, 2 otaqlı, fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 15 sentyabr 2002-ci il tarixdə notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə əsasında X8 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən Qax rayonu İlisu kəndində 0,03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini arvadı Kərimova Firəngiz İbrahim qızına vəsiyyət etmişdir. X8 13 aprel 2008-ci il tarixdə vəfat etmiş, miras əmlak olan Qax rayonu İlisu kəndində 0,03 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 95.6 kv.m olan fərdi yaşayış evi İddiaçı ad ına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda X6, X7 və X9 notariat orqanına təqdim etdikləri ərizələrində ataları X3 miras qalan əmlakdan özlərinə düşən paydan anaları Firəngiz Kərimovanın xeyrinə imtina etmişlər. 23 iyul 2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi və Cavabdeh1na və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, o cümlədən, 02 dekabr 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlnin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallar düzgün araşdırılmamışdır. Belə ki, 02 dekabr 2009-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi miras əmlak 1/5 hissəsi açıq saxlanılmışdır. Eyni zamanda təqdim edilmiş Qax Rayon Məhkəməsinin 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı mərhum anası X1 vərəsəsi kimi tanınmışdır və ona çatacaq pay da X2 verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. M əhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, X6, X7 və X9 notari at orqanına ərizə təqdim edərək ataları X3 miras qalan əmlakdan özlərinə düşən paydan Firəngiz Kərimovanın xeyrinə imtina etmişlər. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilən açıq qalmış 1/5 payla bağlı isə məhkəmə qeyd etmisdir ki, payı açıq qalmis vərəsə miras qoyanlar öldükdən sonra müəyyən edilmiş müddətlər daxilində miras əmlakdan özünə düşən məcburi payı qəbul etməmişdir. Bununla bağli iddiaçı notariat kontoruna ərizə ilə müraciət etməmiş və mirası faktiki qəbul etməmisdir. Apellyasiya məhkəməsi bu halı vərəsənin susması kimi qiymətləndirmişdir. Mülki qanunvericiliyin tələblərinə görə vərəsənin susması mirasdan imtinaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər da xilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə i ş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaqla qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar