Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4255/2019 25.06.2019 ALİ MƏHKƏMƏ İş 2(102)-4255/2019 Azərbaycan Respublikası adından QƏRAR 25 iyun 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X6, “xxxx” MMC və Göyüşova Firuzə Göyüş qızının vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X2 (bundan sonra iddiaçı) cavabdeh “xxxx” MMC-yə (hazırkı “xxxx” MMC, bundan sonra cavabdeh) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi, cavabdehin iddiaçılara qarşı müqavilənin 4.3-cü bəndi tətbiq olunaraq öhdəliyə xitam verilməsi bar ədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2(103)-2715/2019 saylı, 21 yanvar 2019-cu il tarixli qərardadından cavabdehin, 25 fevral 2019-cu il tarixli qərardadından Göyüşova Firuzə Göyüş qızının verdiyi kassasiya şikayətlərinə baxaraq müəyyən etdi: işin halları: İddiaçılar cavabdeh “xxxx” MMC-yə (hazırkı “xxxx” MMC) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair, “xxxx” MMC İddiaçı1 və X3 qarşı isə müqavilənin 4.3-cü bəndi tətbiq olunaraq öhdəliyə xitam verilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli, 2(006)3493/2012 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilərək, iddiaçılarla cavabdeh arasında bağlanmış 21 sentyabr 2 005-ci il tarixli müqavilə ləğv edilmiş, iddiaçıların xeyrinə cavabdehdən cavabdeh müqavilə öhdəliyini yerinə yetirmədiyinə görə hesablanmış 560.000 ABŞ dolları cərimə, 14.000 ABŞ dolları dəbbə pulu, cəmi 674.000 ABŞ dolları məbləğində pulun 5 il 7 ay 9 gün ərzində banka illik 10,4% depozit qoyacağı təqdirdə əldə edəcəyi 426.000 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması, ilkin iddia tələbinin qalan hissədə əsassız olduğundan rədd edilməsi, iddiaçılarla cavabdeh arasında bağlanmış 21 sentyabr 2005-ci il tarixli müqavilədə göstərilən 100 kv.m qeyri-yaşayış sahəsinin cavabdehə təhvil verə bilmədiyinə görə həmin müqavilənin 4.3-cü bəndini tə tbiq edərək aralarında olan öhdəliyə xitam verilməsinə dair qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müddət buraxılmaqla verildiyindən geri qaytarılmış, prosessual müddətin bərpasına dair ərizə Bakı şəhər Nəsimi rayon Məhkəməsi tərəfindən təmin edilməmişdir. “xxxx” MMC-nin direktoru Cavabdeh2 Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ilə müraciət edərək, sözügedən qətnaməyə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasını xahiş etmişdir. Cavabdeh2 ərizəsini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı1 arasında 6 oktyabr 2005-ci il tarixində bağlanmış depozit müqaviləsini əldə etmiş və həmin müqaviləyə əsasən, iddiaçıların cavabdehdən aldıqları pul vəsaitini illik 3 faizlə depozitə qoymaları ona məlum olmuşdur. Ərizəçi hesab etmişdir ki, həmin müqavilə məhkəməyə məlum olsaydı 574.000 ABŞ dolları məbləğində pula görə cavabdehdən illik 10,4 faiz deyil, 3 faiz pul tutulmalı idi. Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı ilə həmin ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından imtina edilmişdir. Məhkəmə tərkibi öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən illik 10,4 faizlə pul tutulmasının müəyyən edilməsi işə baxan məhkəmə tərəfindən sübutlara verilən qiymətlə bağlı olduğundan və hesablanmış pulun illik 3 faizlə depo zitə qoyulması barədə 6 oktyabr 2005-ci il tarixli müqavilədən asılı olmadığından ərizəçinin təqdim etdiyi hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 432.2.1-ci maddəsinə əsasən, işə əvvəllər baxılarkən məlum olmayan həlledici material hesab edilə bilməz. Cavabdehin direktoru Cavabdeh2 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verərək həmin qərardadın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 21 iyul 2016-cı il tarixli Qərarı ilə məhkəmə tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı Konstitusiya və qanunlara uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına müvafiq olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Ali Məhkəmənin Plenumunda işə baxılaraq 16 sentyabr 2016-cı il tarixli qərarla məhkəmə tərkibinin 9 fevral 2016-cı il tarixli qərardadı ləğv edilmiş və ərizə yenidən baxılması üçün məhkəmə tərkibinə göndərilmişdir. Ali Məhkəmənin yeni açılmış hallar üzrə məhkəmə tərkibi ərizəyə baxaraq 20 oktyabr 2016-cı il tarixli qərardadı ilə ərizənin Ali Məhkəmənin Plenumuna çıxarılmasından bir daha imtina etmişdir. Cavabdehin direktoru Cavabdeh2 yenidən Konstitusiya Məhkəməsinə şikayət verərək məhkəmə tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadının Mülki Prosessual Məcəllənin 431-1, 432-438-ci maddələrinə və Konstitusiyanın 60, 125, 127, 129-cu maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 fevral 2017-ci il tarixli Qərarı ilə Ali Məhkəmənin yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadı Konstitusiya və qanunlara uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 aprel 2017-ci il tarixli, 13(102)-5(k)2017 saylı qərarı ilə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 20 oktyabr 2016-cı il tarixli qərardadı ləğv edilmiş, işin “xxxx” MMC-nin direktoru Cavabdeh2 ərizəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması məsələsinə münasibət bildirilməsi üçün yeni məhkəmə tərkibinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin yeni açılmış hallar üzrə məhkəmə tərkibinin 31 iyul 2017-ci il tarixli qərardadı ilə Cavabdeh2 Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli, 2(006)3493/2012 saylı qətnaməsinə yeni açılmış hal üzrə yenidən baxılmasına dair ərizəsi rədd edilmişdir. Həmin qətnamədən 23.08.2017-ci il tarixdə işdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamənin maraqlarına toxunduğunu bildirən Göyüşova Firuzə Göyüş qızı apellyasiya şikayəti vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/12 saylı, 14 dekabr 2012-ci il tarixli qətnaməsinin qismən, 574.000 ABŞ dolları məbləğində pulun 5 il 7 ay 9 gün ərzində banka illik 10,4% depozit qoyacağı təqdirdə əldə edəcəyi 426.000 ABŞ məbləğində pulun tutulduğu anda Mərkəzi Bakı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaq la manat hesabı ilə tutulması hissəsində ləğv edilərək, iddia ərizəsinin həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi qətnamə onun hüquq və vəzifələrinə toxunur. Belə ki, cavabdehin təsisçisi və direktoru Cavabdeh2 ilə 01.04.1976-cı ildən rəsmi nikahdadır, həyat yoldaşı MMC-nin bütün əmlaklarının 100% sahibidir. Məhkəmə qətnamədə depozit üzrə illik 10,4 faiz müəyyən edərkən faizin hansı meyarlar əsasında müəyyən edilməsini göstərməmiş və qətnaməni bu hissədə əsaslandırmayaraq cavabdehdən qanunsuz olaraq 426.000 ABŞ dolları məbləğində pul tutmaqla eyni zamanda, ona zərər vuraraq hüquq və vəzifələrinə toxunmuşdur. Nəsimi rayon Məhkəməsinin (hakim X13, 2(006)-3493/2012 saylı iş) 2 5 avqust 2017ci il tarixli qərardadı ilə qətnamənin F.Göyüşovanın hüquq və vəzifələrinə toxunmadığı müəyyən edilərək apellyasiya şikayəti geri qaytarılmışdır. F.Göyüşovanın həmin qərardaddan verdiyi şikayət məhkəmə tərəfindən təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X21, X22, X9, 2(103)11039/2017 saylı iş) 13 oktyabr 2017-ci il tarixli qərardadı ilə Göyüşova Firuzə Göyüş qızının şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qərardadı ləğv edilmiş və Göyüşova Firuzə Göyüş qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli, 2(006)-3493/2012 saylı qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınmış və onun tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Həmin qərardaddan İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X14, X4 və X10, 2(102)92/18 saylı iş) 22 yanvar 2018-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 oktyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Həsənov Vüqar Təvəkkül oğlu məruzəçi, X8 və X23, 2(103)-5850/2018 saylı iş) 8 may 2018-ci il tarixli qərardadı ilə Göyüşova Firuzə Göyüş qızının şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qərardadı ləğv edilmiş və Göyüşova Firuzə Gö yüş qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli, 2(006)-3493/2012 saylı qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınmış və onun tərəfindən qətnamədən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Həsənov Vüqar Təvəkkül oğlu məruzəçi, X8 və X23, 2(103)-7053/2018 saylı iş) 1 may 2018-ci il tarixli qərardadı ilə İddiaçı2 kassasiya şikayəti geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Həsənov Vüqar Təvəkkül oğlu-məruzəçi, X8 və X23, 2(103)-7053/2018 saylı iş) 29 iyun 2018-ci il tarixli qətnaməsi ilə 3-cü şəxs Göyüşova Firuzə Göyüş qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/12 saylı, 14 dekabr 2012- ci saylı qətnaməsi 3-cü şəxsə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin direktoru Cavabdeh2 və 3-cü şəxs Göyüşova Firuzə Göyüş qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29.06.2018-ci il tarixli 2(103)-7053/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X15məruzəçi, X26 və X16, 2(102)-7325/2018 saylı iş) 26 noyabr 2018-ci il tarixli qərarı ilə mülki iş üzrə 3-cü şəxs Göyüşova Firuzə Göyüş qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2018-ci il tarixli 2(103)-7053/2018 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Mülki kollegiyasının 26 noyabr 2018-ci il tarixli qərardadı ilə Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-7325/2018 saylı, 24 sentyabr 2018-ci il tarixli işin icraata qəbul edilməsinə dair qərardad cavabdehin direktoru Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilərək, kassasiya şikayəti həmin hissədə baxışdan çıxarılmış, kassasiya şikayəti həmin hissədə baxışdan çıxarılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdehin direktoru Cavabdeh2 Nəsimi Rayon Məhkəməsinin 14.12.2012-ci il tarixli, 2(006)-3493/2012 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti Nəsimi Rayon Məhkəməsinin 09.09.2013-cü il tarixli qərardadı ilə müddət buraxıldığına görə geri qaytarılmış, prosessual müddətin bər pasına dair ərizə isə təmin edilməmişdir. Həmin qərardaddan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə yoxlanılmamışdır. Belə olan halda “xxxx” (keçmiş “xxxx”) MMCnin direktoru Cavabdeh2 3-cü şəxs Göyüşova Firuzə Göyüş qızının apellyasiya şikayətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X7-məruzəçi, X24 və X33, 2(103)-2715/2019 saylı iş) 21 yanvar 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7053/2018 nömrəli mülki işi üzrə 29.06.2018-ci il tarixli qətnaməsindən cavabdehin direkt oru Cavabdeh2 və Göyüşova Firuzə Göyüş qızı (vəkil X5) tərəfindən verilmiş birgə kassasiya şikayəti “xxxx” MMC-nin direktoru Cavabdeh2 aid hissədə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab etmişdir ki, cavabdehin direktoru Cavabdeh2 kassasiya şikayəti ilə müraciət etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 tələblərinə aid apellyasiya icraatı ümumiyyətlə mövcud olmamışdır. B akı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X7-məruzəçi, X24 və X33, 2(103)-2715/2019 saylı iş) 25 fevral 2019 il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı 14.12.2012-ci il tarixli qətnaməsindən Göyüşova Firuzə Göyüş qızı tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilərək mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/2012 saylı 14.12.2012-ci il tarixli qətnaməsindən Göyüşova Firuzə Göyüş qızı tərəfindən apellyasiya şikayəti verilmiş, lakin onun proses iştirakçısı kimi iştirak etməsi, (yaxud qətnamə ilə onun hansısa hüquq və vəzifələrinə toxunması halı) iş materiallarında müəyyən edilmir, habelə kassasiya instansiyası məhkəməsinin qərarında əks edilmiş mövqelərin əksi və ya yeni hallar sübuta yetirilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21 yanvar 2019-cu il tarixli qərardadından cavabdeh, 25 fevral 2019 il tarixli qərardadından Göyüşova Firuzə Göyüş qızı kassasiya şikayətləri vermişlər. kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 iyun 2018-ci il tarixli qətnaməsindən verilən kassasiya şikayətini, iş üzrə 1-ci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə yollanılmamışdır göstərərək Cavabdeh2 qaytarmaqda Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasında göstərilir k i, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 3.1, 47.2, 403.1, 408.1.1, 408.5, 409, 417.1.3-cü maddələrinə istinad edilmişdir. Göyüşova Firuzə Göyüş qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası Ali Məhkəmənin Mülki kollegiyasının 22 yanvar 2018-ci il tarixli qərarına istinad etsə də, orada göstərilənləri tam olaraq qeyd etməmişdir. Məhkəmə kollegiyası istinad etdiyi 22 yanvar 2018-ci il tarixli qərarında göstərilmişdir ki, MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiya məhkəməsi işin yuxarıda şərh olunan hallarına qiymət vermədən və qeyd olunan qətnamənin icrası üzrə icra işini tələb edib araşdırmadan və lazım gəlsə, icra məmurunu dindirmədən öz qərardadını yalnız F.Göyüşovun ərizəsində göstərilənlərə istinad etməklə əsaslandırmış, nəticədə də sadalanan normaların tələbləri pozulmuşdur. 1-ci instansiya məhkəməsinin qanunsuz qətnaməsinə yuxarı instansiya məhkəməsində baxılmasının qarşısı alınandan sonra qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Nəsimi rayon İcra Şöbəsi qətnamənin icra edilməsi üçün lazımi sorğular vermiş, “xxxx” MMC-nin heç bir vəsaiti olmadığı üçün onun Bank hesablarına 03.03.2015ci il və 31.03.2015-ci il tarixli sərəncamlar qoymuş, eyni zamanda qətnamənin əsaslandırılmayan faiz hissəsi olan 400.000 ABŞ dollarını ödəyə bilmədiyinə görə Cavabdeh2 cərimə edilməsinə dair təqdimat vermişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-237/2016 saylı, 13 aprel 2016-cı il tarixli qərarı ilə Cavabdeh2 inzibati qaydada cərimə edilmişdir. F.Göyüşova ali təhsilli ziyalı xanımdır və həyat yoldaşı ilə 43 ildir bir yerdə yaşayırlar. İcra məmuru İddiaçı1la birləşib həyat yoldaşının qətnaməni tam icra etmədiyinə görə həbs etdirəcəyini bildirdiyi üçün əlləri hər yerdən üzülmüşdür, fikirləşiblər ki, yaşadıqları mülki satıb pulun qalan hissəsini də ödəsinlər. Ali Məhkəmə Plenumunun qərarında göstərilmişdir ki, qətnamənin faiz hissəsini hakim qanunsuz hesablayaraq əsaslandırmamışdır. F.Göyüşova “xxxx” MMC-nin təsisçisi və direktoru Cavabdeh2 həyat yoldaşıdır. Həmin qanunsuz v ə əsaslandırılmamış qətnamənin icra edilməsi ilə əlaqədar “xxxx” MMCdən tutulan vəsaitin bir hissəsi ona məxsus olduğundan hüquq və vəzifələrinə toxunur. Birinci instansiya məhkəməsi faizin hansı meyarlar əsasında müəyyən edilməsini göstərmədiyinə görə və qətnaməni bu hissədə əsaslandırmadığına görə həmin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verilməsi vaxtın uzadılması kimi qiymətləndirilməsi qeyri-ciddi arqumentdir və məhkəmə bunları nəzərə almalıdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qəbul etdiyi qərardad hazırkı vəziyyətdə qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasında göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Şikayətin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 3.1, 4.2, 15.4, 47.2, 88, 216.2, 217.1, 403.1, 409, 416, 417.1.3-cü maddələrinə istinad edilmişdir. tərəflərin izahatları: Cavabdehin nümayəndəsi, F.Göyüşovanın vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətlərinə uyğun izahat verərək şikayətlərin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında təmsil olunmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 415.3-cü maddəsinə əsasən hazırkı vəziyyətdə işə baxılması mümkün sayılmışdır. hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya instansiyası məhkəməsinin hər iki qərardad üzrə gəldiyi nəticəni əsaslı sayır. Göyüşova Firuzə Göy üş qızı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3493/12 saylı, 14 dekabr 2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin 574.000 ABŞ dolları məbləğində pulun 5 il 7 ay 9 gün ərzində banka illik 10,4% depozit qoyacağı təqdirdə əldə edəcəyi 426.000 ABŞ məbləğində pulun tutulduğu anda Mərkəzi Bakı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması hissəsində ləğv edərək, iddia ərizəsinin həmin hissədə rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən və məruzəçi V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov) 29.06.2018-ci il tarixli 2(103)-7053/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3493/12 sa ylı, 14 dekabr 2012-ci saylı qətnaməsi Göyüşova Firuzə Göyüş qızına münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 və Göyüşova Firuzə Göyüş qızı və vəkili X5 həmin qətnamədən birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26.11.2018-ci il tarixli qərarı ilə Ali Məhkəmənin hakiminin 24.09.2018-ci il tarixli 2(102)-7325/2018 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 kassasiya şikayətinin icraata qəbul edilməsi hissəsində ləğv edilərək, kassasiya şikayətinin həmin hissədə məhkəmə baxışından çıxarılması, kassasiya şikayətinin həmin hissədə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya M əhkəməsinə qaytarılması qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.09.2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmiş kassasiya şikayəti cavabdehə münasibətdə MPM-in tələblərinə zidd olaraq icraata qəbul edilmiş, “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 Nəsimi Rayon Məhkəməsinin 14.12.2012-ci il tarixli, 2(006)-3493/2012 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti Nəsimi Rayon Məhkəməsinin 09.09.2013-cü il tarixli qərardadı ilə (müddət buraxıldığına görə) geri qaytarılmış, prosessual müddətin bərpasına dair ərizə isə təmin edilməmişdir. Həmin qərardaddan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə yoxlanılmamış, ona münasibətdə apellyasiya icraatının predmeti olmamışdır. Belə olan halda “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 3-cü şəxs Göyüşova Firuzə Göyüş qızının apellyasiya şikayətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 29.06.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq haqlı olaraq hesab etmişdir ki, “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti ilə müraciət etmək hüququ olmamışdır. MPM-in 403.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlər i üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Yuxarıda qeyd edildiyi kimi, cavabdeh “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 tələblərinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsi üzrə apellyasiya icraatı ümumiyyətlə mövcud olmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh “xxxx” (keçmiş “xxxx”) MMCnin direktoru Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmadığından, onun kassasiya şikayətinin qaytarılması hissəsində məhkəmənin gəldiyi nəticə əsaslı olmuşdur. Bəhs edilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsinin “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin 21 yan var 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Firuzə Göyüşovanın kassasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. Yuxarıda vurğulandığı kimi Göyüşova Firuzə Göyüş qızının apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29.06.2018-ci il tarixli 2(103)7053/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)3493/12 saylı, 14 dekabr 2012-ci saylı qətnaməsi onun şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” (keçmiş “xxxx”) MMC-nin direktoru Cavabdeh2 ilə yanaşı Göyüşova Firuzə Göyüş qızı da apellyasiya instansiyası məhkəməsinin 29 iyun 2018-ci il tarixli qətnaməsindən birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyasının 26 noyabr 2018-ci il tarixli qərarı ilə Göyüşova Firuzə Göyüş qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, 29 iyun 2018-ci il tarixli 2(103)-7053/2018 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. 26 noyabr 2018-ci il tarixli qərarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1, 15, 357, 416-cı maddələrinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 06.06.2014-cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üz rə 24 iyul 2003-cü il tarixli Qərarına; Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Göyüşova Firuzə Göyüş qızının apellyasiya mümkünlüyü məsələsi kassasiya baxışının predmeti olmuş və bu barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2017ci il tarixli qərardadını İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında yoxlayan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (22.01,2018-ci il tarixli 1(102)-92/2018 saylı qərarı ilə qətnamənin cavabdeh hüquqi şəxsin təsisçisinin həyat yoldaşı olan F.Göyüşovanın hüquq və vəzifələrinə aid olmadığı, onun maraqlarına toxunmadığı müəyyən olunmuşdur. Həmin qərarda müəyyən edilmişdir ki, Nəsimi rayon Məhkəməsinin 14 dekabr 2012-ci il tarixli qətnaməsi ilə id diaçılar İddiaçı1 və İddiaçı2 qət edilmiş pul məbləğlərinin cavabdeh “xxxx” MMC-in (hazırda “xxxx” MMC) nizamnamə kapitalından və ya onun təsisçisi və direktoru Cavabdeh2 yox, cavabdeh “xxxx” MMC-dən tutulması qət edilmişdir. İş materiallarında “xxxx” MMC-nin 10 manat nizamnamə kapitalından başqa əmlakı olmaması və iddiaçılara ödənilmiş 600.000 ABŞ dollarını şəxsi gəlirlərindən ödəməsi barədə məlumat yoxdur. Həmçinin iş materiallarında apellyasiya instansiyası məhkəməsi tərəfindən maraqlarına toxunan şəxs kimi tanınan F.Göyüşova ilə “xxxx” MMC-nin təsisçisi Cavabdeh2 arasında nikahın pozulması, əmlak tələbi, birgə nikah dövründə əldə edilmiş gəlirlərin, əmlakların, payların, depozitlərin və s. bölünməsi ilə bağlı məhkəmə mübahisəsi olması barədə qətnamənin Firuzə Göyüşovanın marağına, hüqu q və vəzifələrinə toxunması, onun hər hansı bir əmlak hüququnun pozulması görünmür. F.Göyüşovanın əri Cavabdeh2 “xxxx” MMC-nin öhdəliklərinə görə yalnız onların birgə mülkiyyəti olan 10 manat məbləğində nizamnamə kapitalı həcmində məsuliyyət daşıyır. MMC-nin qalan əmlakı onun fəaliyyəti nəticəsində, bağladığı müqavilələr üzrə əldə edilmişdir və MMC öz öhdəliklərinə görə bu vəsaitlə məsuliyyət daşıyır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi təkrarən apellyasiyanı mümkün sayaraq, MMC-nin öhdəliyi üçün təsisçinin məsuliyyət daşımadığını, lakin MMC-nin fəaliyyəti ilə bağlı əldə edilən gəlirin (divident, xalis mənfəət, sair gəlir) eyni zamanda təsisçinin mülkiyyətinə daxil olmasını və təsisçinin mülkiyyətinə daxil olduğu andan onun həyat yoldaşı ilə onun birgə mülkiyyəti hesab olunm asını, MMC-nin borclarına görə tələbin ödənilməsinin isə təsisçinin həyat yoldaşı olan maraqlı şəxsi əmlak üzərində mülkiyyətçi olmaq hüququndan məhrum etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki işlər üzrə qəbul edilmiş qətnamədən Göyüşova Firuzə Göyüş qızının apellyasiya şikayəti vermək hüququnun olmamasına dair kassasiya instansiya məhkəməsinin qərarında verilən göstərişlərə əməl etməyərək və bu məsələyə artıq hüquqi qiymət verilməsini nəzərə almayaraq, Göyüşova Firuzə Göyüş qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə düzgün hüquqi qiymət verməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qanuniliyini buna hüquq olmayan şəxsin verdiyi apellyasiya şikayəti əsasında yoxlamışdır. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən görünür ki, hər bir şəxs yalnız öz hüququnun və ya qanunla qorunan mənafeyinin qorunması üçün məhkəməyə müraciət edə bilər, qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız işdə iştirak etməyən maraqlı şəxslərin mənafelərinə toxunduğu halda onlar tərəfindən mübahisələndirilə bilər. Əks yanaşma, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipinin pozulmasına şərait yaratmış olur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 06.06.2014-cü il tarixli qərarında məhkəmə vurğulamışdır ki, Konstitusiyanın 60-cı m addəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hans ı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, mü stəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da (daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmə nin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. Digər tərəfdən, prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu müxtəlif qərarlarında bu məsələ ilə bağlı öz hüquqi mövqeyini dəqiq ifadə etmişdir. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə almayaraq, birinci instansiya məhkəməsində işə baxılmasından 5 il ilə yaxın müddət keçməsinə və iş üz rə cavabdehin bu müddət ərzində həmin məhkəmə qətnaməsini apellyasiya və yeni açılmış hallara dair icraat qaydasında ləğv etməyə cəhdləri uğursuz olduqdan sonra hazırki apellyasiya şikayətinin verilməsinə baxmayaraq, Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan qərar qəbul etmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin buna hüququ olmayan şəxsin verdiyi apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxaraq qəbul etdiyi qərar yuxarıda qeyd edilən prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bildiyindən ləğv edilməli, yuxarıda şərh olunan halları nəzərə almaqla, Göyüşova Firuzə Göyüş qızının apellyasiya şikayətinin mümkünlük məsələsi yenidən m üzakirə olunması üçün iş yeni apellyasiya baxışına qaytarılmalı, F.Göyüşovanın kassasiya şikayəti yalnız qətnamənin ləğv edilməsi hissəsində təmin edilməlidir. Göyüşova Firuzə Göyüş qızı mülki işin tərəfi olmadığından, mübahisə açdığı birinci instansiya məhkəməsinin qətnaməsinin onun hüquq və vəzifələrinə toxunması iş materialları ilə müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsi 25 fevral 2019-cu il tarixli qərardadla haqlı olaraq Göyüşova Firuzə Göyüş qızının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətini qeyri-mümkün hesab etmişdir. Odur ki, Göyüşova Firuzə Göyüş qızının apellyasiya instansiyası məhkəməsinin 25 fevral 2019-cu il tarixli qərardadından verdiyi kassasiya şikayəti əsaslı olmadığından təmin edilməməli, apellyasiya instansiyası məhkə məsinin 25 fevral 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402, 404.1.1, 417.1.1 və 419-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının2-(103)-2715/2019 saylı, 21 yanvar 2019-cu il tarixli və 25 fevral 2019-cu il tarixli qərardadları dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-4255/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4255/2019
25.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmlak təl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver