Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-358/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mövlud oğluna qarşı mülki iş üzrə (Açar sözlər: şəxsi minik avtomobilinin, avtomobilin açarlarının, avtomobil ilə əlaqədar vurulmuş maddi, mənəvi ziyanın vurulması və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhiyyədin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh2 Mövlud oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-2201/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin İddiaçı ünvanladığı məktubundan görünür ki, pulunun və nəqliyyat vasitələsinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciəti üzrə Sumqayıt ŞPİ 4-cü polis bölməsində araşdırma aparılb toplanmış sübutlara istinad edilərək əməldə cinayət tərkibi olmadığına görə 01 fevral 2021-ci ildə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, həmin qərarın əsassızlığı hazırda şəhər prokuroru tərəfindən yoxlanılır.
2. Sumqayıt Şəhər Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2021-ci il məktubundan görünür ki, onunla Cavabdeh1 arasında yaranmış mübahisə mülki xarakterli olduğundan və belə münasibətlərdən yaranmış mübahisə məhkəmə baxışının predmeti olduğundan material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilib, Cavabdeh1 1150 (bir min yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 3 (üç) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3136/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 nömrəli, 06 iyul 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin tutulmaması hissəsində ləğv edilməsi və bu hissədə yeni qətnamə qəbul edilərək, mənəvi zərərin əvəzi kimi 500 manat pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi, qətnamə qalan, yəni Cavabdeh1 1150 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 3 manatın tutularaq İddiaçı ödənilməsi, iddianın təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-358/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 2201/2022 nömrəli qətnaməsi “iddianın təmin olunmayan” hissəsində ləğv edilərək, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə, sonradan tələbin dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, xx.xx.20202-ci il tarixli cinayət işinin başlanması barəsində Sumqayıt 4 PB-nin NK- 1/148 saylı Qərarı ləğv edib 2007-ci il tarixli ZMZ mator ”** VA ***" Dövlət nömrə nişanlı ‘'Qaz- 31105" markalı Volqa avtomobilini 18 aydır ki, tarmar günə saldıqları üçün, eləcə də bu aylar ərzində ona maddi və mənəvi ziyan vurmuş bu şəxslər: Cavabdeh1 və Cavabdeh2 Mövlud oğlunun şəxsi əmlakını ələ keçirməklə talamalarına və onu aldadaraq pulunu mənimsəmələrinə görə barələrində AR CM-nin müvafiq maddələrinə uyğun olaraq Cinayət işinin başlanması barədə qərar çıxarıb istintaqa göndərilməsi, 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobilinin və açarlarının cavabdehlərdən alınaraq ona verilməsi, cavabdehlərin onu aldadaraq avtomobilin təmiri ilə əlaqədar aldıqları 1.150 AZN (bir min yüz əlli manat) pulun + hər ay üçün borca faizlə götürüb verdiyi 1.000 (bir min) AZN pula hər ay ödədiyi 100 (bir yüz) AZN pulun 24 aya 2.400 (iki min dörd yüz) AZN + icra olunan günədək % (faiz) yığımı, gündəlik taksilərə xərclədiyi 24 ayda hər gün üçün orta hesabla (24 x 30 gün=730 gün) 10 AZN, 7.300 AZN (yeddi min üç yüz) icra müddəti qurtaranadək hesablanmasının nəzərdə tutmaqla, yəni maşının yararlı olaraq təhvil verdiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi ziyanın, məhkəməyə ödədiyi dövlət rüsumu 90 AZN, ərizə və şikayətlər üçün vəkil və hüquqşünaslara, ödədiyi 900 AZN, məktub və zərflərin göndərilməsi üçün 200 AZN, avtomobili üçün ödədiyi texniki baxış üçün 70 AZN və sığorta üçün 95 AZN pulların (Avtomobili sürmək hüququndan azad olunmuş, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmiş), cavabdehlər və müxtəlif qrumlara telefon danışıqları ilə əlaqədar 200 AZN, dəyişdirilərək satdıqları 4 təkərin (hər birini 6 aydır ki, almışdır), 2 ay idi ki aldığı akumlyator və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması) ilə əlaqədar vurulan maddi ziyanların alınaraq ümumilikdə 11.095 (on bir min, doxsan beş) AZN (7.300 taksi pulları + 2.400 faiz borcu) məhkəmə dövlət rüsumları 90 AZN + ərizə və şikayətlər ilə bağlı hüquq məsləhəti və s. üçün 900 AZN + 200 AZN zərflər üçün + texniki baxış 70 AZN+ sığorta üçün 95 AZN+ akumlyator 130 AZN + telefon danışıq pulları 200 AZN və s. = 11.295 (on bir min, iki yüz doxsan beş AZN) məbləğində ona ödənilməsi və cavabdehlər ona 24 ay ərzində 10.000 (on min) manatdan çox mənəvi ziyan vurmuşdular ki, həmin ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində Qazi adını qazanmış Qazilərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhər 5-ci məhəllə ərazisində ona məxsus 2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" Dövlət nömrə nişanlı "Qaz-31105" markalı Volqa maşınını cavabdehlər Cavabdeh1 adlı şəxs və onun qayınatası ikinci Cavabdeh2 Mövlud oğlu ilə birlikdə “maşın ustası”yam deməklə, onu aldadıb şəxsi avtomobilini aparmış, və qeyd etdiyi ağlagəlməz faktlarla rastlaşmışdır. Şəxsi maşınının taleyi bu günə kimi hələ də ona məlum deyildir. Dəfələrlə cavabdehlərə ona: “maşın təmirdədir, hazır olacaq 1-2 saata və 1-2 günə gəl apar" deyərək aldatmışlar. Bu barədə cavabdehlərdən biri Şahin ilə aralarında mobil yazışma və səsvazmalar da var. Özünü usta kimi qələmə verən Şahin və qaynatası Nazim ilə birlikdə onu aldadaraq bildirmişdir ki, Şahin va onun yanındakı ustalar güvəniləsi ustalardır. Çox səliqəli işləyirlər və onun bu sözləri onu inandırmışdır. Qeyd edir ki, Şahin onu aldadarkən ilk «gün yəni xx.xx.2020-ci il tarixdə 50 AZN-i qaynatası Nazim ilə birlikdə olarkən, sonralar oktyabr ayında isə cəmi 1,100 AZN (bir min yüz manat) ümumilikdə 1.150 AZN pul almışlar. O, bu pula görə hələ də har ay 100 manata 10 AZN məbləğində əlavə faiz pul ödəyir. Bu barədə vatsap səsyazması ilə cavabdeh olan Şahinə noyabr 2020-ci ildə bildirmiş və vatsap yazışmaları da hal- hazırda var. Şahin isə maşını apardığı ilk günlərdən vaxtlardan sürərək öz şəxsi məqsədləri üçün istifadə edirmiş və sonrakı taleyi isə bu cür nəticələnmişdir. Avtomobili ilə bağlı cavabdehlər tərəfindən aldadıldığını hiss edib nəhayət 4 ay sonra, xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər 4-cü Polis Bölməsinin təhqiqatçısı Polis Baş Leytenantı Səyyad Hacəhmədov tərəfindən şikayəti baxılaraq izahat vermişdir. Dəfələrlə işin araşdırılması üçün müraciət etsə belə, təhqiqatçı gözləməyi bildirib, yaxşı olacaq deyərək, onu gözlətmişdir. Nəhayət xx.xx.2020-ci ildə AR CPM-nin maddələrinə amal etməyən tahqiqatçı onun telefon zənglərinə son 10 gün ərzində cavab vermədiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin Baş təhqiqatçısının qəbulunda olmuş, rəis zəng etdikdən sonra təhqiqatçı ona xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarın 05.02.202l-ci il tarixdə saat 17.00-da möhürsüz vermiş və işin materialları ilə tanış olmaq üçün icazə verməmişdir. O, təhqiqatçının qərarı ilə heç vaxt razı ola bilmir. Belə ki, cavabdehlər qruplaşaraq onu aldatmış, həm şəxsi avtomobilini yararsız hala salmış, həm də ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, Şahin 18 aydır ki, müxtəlif bəhanələrlə onu aldadır, şəxsi minik maşınını və onu aldadaraq mənimsədiyi pulunu qaytarmaq istəmir. Eşitdiyinə görə hətta maşınını bir neçə hissələrini satıb və özünü də satmaq istəyirmiş. Müştərilər gətirib maşını 2.500 AZN-ə satacağı barədə ustalara bildirirmiş, sonralar yəni 4 ayda işlərin getmədiyini hiss edib, aldadıdığını bilib cavabdehlərə dəfələrlə pulu və maşını qaytar desə də, onlar buna əməl etməmişlər. Onun arvadı Aynurə (ona sonra məlum olmuşdur ki, ikinci əridir) maşını o, düzəltdirib, verəcəkdir deyir. Bunlar deməli ailəlikcə bu kimi cinayət əməllər ilə yəni digər şəxslərdən maşınların ələ keçirib vətəndaşları aldadaraq pullarını, maşınlarını ələ keçirməklə məşğul olurmuşlar. Ona elə gəlir ki, bu ailə neçə adamların başına bu cür oyunlar açırlarmış. 1.150 (bir min yüz əlli) manat pulu faizlə götürmüşdür. Hər ay 100 manat pul ödəyir. Bunu Şahin özü yaxşı bilir və Vatsap səsyazmasında o, noyabr ayında ona bildirmişdir. Bundan əlavə həmin vaxtdan taksilərə hər gün 10-15 manat pul xərcləyir ki, həmin xərcləri də nəzərə almaqla, cavabdehlərdən hesablanaraq tutularaq ona ödənilməsini xahiş edir. Maşının sığorta pulları texniki baxış pulları da boş yerə aylarla hesablanaraq silinməkdədir. Maşınının təkərlərini dəyişərək satmış və oturacaqları çöllükdə toz-torpaq altında çürüməkdədir ki, bu ziyanları da ödəməlidirlər. Təhqiqatçı isə heç bir araşdırma aparmamış, hansısa bir dələduz, şəxsi əmlakını talayan, məhv edən bir cinayətkarın yalan sözlərinə inanmış, “maraqları” hesabına başdan sovdu qərar çıxartmışdır. Şahin və qaynatasının bu cür əməlləri ciddi və qanuni formada Azərbaycan Respublikası CPM-nin və CM-nin müvafiq maddələrinə uyğun cinayət məsuliyyəti qaydasında cəzalandırılmalıdır. Lakin, təhqiqatçı tərəfindən maşınının hansı istiqamətlərə sürülməsi, hansı cinayətlərdə istifadə edilməsi, maşının naməlum yerlərdə atılaraq baxımsız qalması, təzə təkərlərinin torpağa qoyularaq çürüməsinə, xarab olması, qapı və pəncərəsi sökülmüş, sındırılmış olması, buferlərin, faraların matorxananın bir çox başqa hissələrinin sökülməsi, dövlət nömrə nişanının, maşına dair açarının olmaması, maşına bu aylarda cərimələrin olubolmamasının müəyyənləşdirilməsi və s. faktları araşdırılmamışdır. Sumqayıt şəhər PB-nin 4-cü PB-nin təhqiqatçı cinayət işinin başlanmasını rədd edərkən, nəzərə almamışdır ki, həmin şəxsin ondan maşın təmir etmək adı ilə götürərkən, ümumiyyətlə onun maşınını təmir etmək niyyəti olmamış, onun maşınını ələ keçirmək və öz şəxsi mənafeyləri üçün hissə-hissə satmaq və şəxsi istifadə etmək niyyəti olmuşdur. Eyni zamanda təmir adı altında onun etibarından sui-istifadə edib ona məxsus pulları mənimsəmək niyyətində olmasını, təhqiqatçı yoxlamamış və araşdırmamışdır. Ona görə də cinayət işinin rədd edilməsi barədə qərar ləğv edilərək həmin şəxsin əməllərinə yenidən hərtərəfli və obyektiv hüquqi qiymət verilməlidir. Sumqayıt şəhər Polis idarəsinə və Prokurorluğa müraciətləri zamanı isə ordan bildirirlər ki, məhkəməyə müraciət etsin. Cinayət tərkibi olduğunu məhkəmə araşdırması zamanı etməli və qərarın ləğv etməlidirlər. Bir sözlə cavabdehlərin məsuliyyətsizliyi nəticəsində ona küllü miqdarda ziyan dəymiş, saz vəziyyətdə olan avtomobilim hissələrə bölünərək yararsız hala salınmış, 1.150 azn pulunu isə mənimsənilmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)- 2201/2022 nömrəli qətnaməsi ilə (hakim R. Qoşqarlı) iddia qismən təmin edilərək 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobili və açarlarının Cavabdeh1 alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbi digər Cavabdeh2 Mövlud oğluna münasibətdə təmin edilməməlidir. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı mübahisəli pul məbləğini eyni zamanda avtomobili Cavabdeh1 vermişdir. İddiaçı özü də həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan pulu Cavabdeh1 verdiyini bildirmişdir. İddiaçı pulun bir hissəsinin Cavabdeh2 Mövlud oğlunun iştirakı ilə Cavabdeh1 verildiyini bildirsə də, bu hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, Cavabdeh2 Mövlud oğluna qarşı hazırki iddia tələbinin təmin edilməsi üçün əsas yoxdur. İddia tələbi qismən təmin edilərək, 2007-ci il istehsalı “ZMZ mator” “** VA ***” dövlət nömrə nişanlı “Qaz-31105” markalı şəxsi minik Volqa avtomobili və açarları Cavabdeh1 alınaraq İddiaçı verilməli və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 21.2, 23, 157.4, 1096.1, 1111.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 82.3, 106, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-2201/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üç ildir 2007-ci il istehsalı, ZMZ mator “** YA ***” dövlət nömrə nişanlı şəxsi avtomobilini və əli ilə verdiyi pulunun faizlərini, dəymiş maddi və mənəvi ziyanların müştərək cavabdehlərdən, Cavabdeh1 İbraim oğlu və Cavabdeh2 Mövlud oğlundan ala bilmir. Məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir və aşağıdakılara əsasən ləğv olunub yenidən baxılması üçün şikayətinin təmin olunmasını istəyir.
13. Belə ki, şifahi və yazılı olaraq məhkəmə zalında avtomobilinə baxış keçirilməsini, avtomobilinin yeri haqqında məlumatın olumamasını bildirsə belə araşdırma haqda heç bir tədbir görülməmişdir. Bundan əlavə şəxsi avtomobilini 2 nəfər cavabdehlər müştərək qaydada apardığı halda cavabdehlərdən birini Cavabdeh2 məhkəmə qətnaməsində cavabdeh qismində tanımır və ona bu illər ərzində dəymiş maddi və mənəvi ziyanlar hesablanmır. Sadəcə avtomobil və açarları bir nəfərdən, Şahindən alınıb ona qaytarılması ilə əlaqədar qətnamə elan etmişdir.
14. Hətta cavabdehlərdən biri Nazim onu dəfələrlə məhkəmə zalında təhqir etmiş, “mən dağlı balasıyam” deyərək üstünə hücum etmiş, sənin başına oyun açacağını deyərək az qala oturduğu yerdə (oturacaqda) əl qaldırmağını da kameradan görmək olar. Hakim isə onun bu cür hərəkətlərinə hüquqi qiymət verməmişdir. Nə qədər ki, sakit-sakit dayanırsa bir o qədər də onun sakit dayanmağından istifadə edən bu “dələduz və qoçu şəxslər” hüquq mühafizə orqanları tərəfindən araşdırılmırlar. Hətta cavabdeh olan Şahinin barəsində bir neçə şəxsi aldatması ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsində və 4-cü PB-də xüsusi materillar da toplanması barədə də xəbərdardır. Bir sözlə onun məhkəmə işinin yubadılması nəticəsində də onun hüquqları kobud surətdə pozulması ilə nəticələnmişdir.
15. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 357.1, 3572, 357.3, 358.0, 360, 362, 364, 364.1, 364.2, 366, 366.2, 366.3, 366.4, 380.2, 382, 382.1, 382.2, 387, 388, 389 və 390-cı maddələrinin tələbləri ilə əsaslandırılmışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Cavabdeh2 Mövlud oğlunun apellyasiya şikayətinə qarşı yazılı etirazı daxil olmuşdur.
17. Yazılı etirazda qeyd olunur ki, iddiaçının onlara qarşı tələbi şör və böhtandan başqa bir şey deyildir. İddiaçını məhkəmə iclaslarına qədər iki üç dəfə gördüyü halda onu iddia ərizəsində şahid qismində yazmaq əvəzinə onu cavabdeh qismində işə cəlb edərək “cinayətkar” adlandırması təəccüb doğurur. İddiaçı avtomobilinin təmin etdirməsi üçün Şahinə nə qədər pul verməsindən xəbəri yoxdur və ümumiyyətlə iştirakı olmamışdır. Çünki o, puıu özünün dediyinə görə təklikdə öz iş yerinin yanında Şahinə vermişdir. Bu fakt Sumqayıt Şəhər Polis Bölməsinin 4-cü bölməsinin təhqiqatçısının qərarında öz əksini tapmışdır. Ona görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiası qismən təmin olunmuşdur. O, dəfələrlə hakimə şifahi və yazılı olaraq məhkəmə zalında avtomobilinə baxış keçirilməsini, avtomobilinin yeri haqqında məlumatın olmamasını bildirsə belə, araşdırma haqda heç bir tədbir görülməmişdir. Onun məhkəmə işinin yubadılması nəticəsində də hüquqları kobud surətdə pozulması ilə nəticələnmişdir. 3-cü ildir ki, avtomobilinin yerini, hansı vəziyyətdə olmasından xəbəri olmayan, boş vaxt alan bu proses aylarla davam etməsi nəticəsində də hüquqları pozulmuşdur. O cavabdeh Nazim İbrahimovu ağsaqqal hesab etdiyindən, ona inandığından avtomaşınını Şahinə vermişdir. İddiaçı sonda apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 Mövlud oğlu apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o kürəkəni Cavabdeh1la ərizə yazdırmaq məqsədilə Şahinin çoxdan tanışdığı İddiaçı müraciət etmişdir. Dərdlərini söyləyəndən sonra iddiaçı vaxtı olmadığını söyləyərək, ərizəni köməkçisinə yazdırmağı onlara məsləhət gördü və dedi ki, pulu da ona versinlər. Sonra İddiaçı onları otağına dəvət etdi. Üzünü Şahinə tutaraq söylədi ki, “nə vaxtdır yanıma gəlmirsən, maşınıma sən qulluq edəndə, maşınım yaxşı işləyirdi, indi maşınım köhnəlib, əzilən yerləri də var, detalların bəzilərini təmir elətdirmək lazımdır.” Sonra onları maşının yanına apararaq, maşını Şahinə göstərdi. Əlavə olaraq maşının rənginin də köhnəldiyini, yaxşı olar ki, onu da rənglətdirməsini bildirmişdir. Bütün bu görüləcək işlər üçün 500 (beş yüz) manatdan artıq pul verməyəcəyini də söyləmişdir. Bütün bu vaxt ərzində o maşının arxa hissəsində dayanmış və onların danışığına qulaq asaraq söhbətlərinə müdaxilə etməmişdir. Sonra İddiaçı onu ağsaqqal hesab edərək üzünü ona tutaraq xahiş etdi ki, maşının təmirini ən yaxşı ustalara gördürsün. O da iddiaçıya Ceyranbatan qəsəbəsində ən yaxşı maşın ustaları var, lakin uzun illərdir danışmır. Amma əlləri qızıldır, təmir elədiyi maşına da söz ola bilməz. Bundan başqa o iddiaçıya heç nə deməmişdir. Kürəkəni də xeyli vaxtdır ki, evə gəlmir, axatışdadır. Ona görə də, apellyasiya şikayətinin ona münasibətdə təmin edilməməsini xahiş edir.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh1 səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Mə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Madə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-2201/2022 nömrəli qətnaməsini qismən, yəni təmin olunmayan hissələrini mübahisələndirərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin olunmamış hissəsində yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə (iddianın Cavabdeh2 münasibətdə təmin olunmamış hissəsində) gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Belə ki, hazırki iddia tələbinin mahiyyət və ifadə tərzindən görünür ki, tələb bir neçə hissədən ibarətdir, o, cümlədən 1). 2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" Dövlət nömrə nişanlı “Qaz 31105" markalı Volqa maşınının və avtomobilin açarlarının cavabdehlərdən alınması, 2) cavabdehlərin onu aldadaraq avtomobilin təmiri ilə əlaqədar aldıqları 1.150 AZN (bir min yüz əlli manat) pulun + hər ay üçün borca faizlə götürdüyü 1.000 (bir min) manat pula 100 (bir yüz) manat pulun 18 aya 1800 (bir min səkkiz yüz) manat + icra olunan günədək % (faiz) yığımı, 3) gündəlik taksilərə xərclədiyi 18 ayda hər gün üçün orta hesabla (18 x 30 gün=550 gün) 10 manat 5.500 manat (beş min səkkiz yüz) icra müddəti qurtaranədək hesablanmasını nəzərdə tutmaqla, yəni maşının yararlı olaraq təhvil verdiyi vəziyyətdə özünə qaytarılacaq günədək)) ümumilikdə və dəymiş maddi və mənəvi ziyanın, 4) ərizə və şikayətlər üçün vəkil və hüqşünaslara ödədiyi 600 manat, məktub və zərflərin göndərilməsi üçün 100 manat, 5) Avtomobili üçün ödədiyi texniki baxış üçün 70 manat və sığorta üçün 95 manat pulların (Avtomobili sürmək hüququndan azad olunmuş, yəni cavabdehin səhlənkarlığı ucbatından sürə bilməmiş), 6) satdıqları 4 təkərin (hər birini 6 aydır ki. almışdır) və avtomobilin qapıları açıq qaldığı üçün oturacaqların yararsız hala düşməsi (təzəsi ilə əvəz olunması), təmir usta gözətçiləri üçün hər gün 1 manat olmaqla 18 ay və avtomobili çıxanadək hesablanmalı (gözətçinin pulları da ödənməlidir, vəni 550 AZN avtomobil "azadlığa" çıxanadək) ilə əlaqədar alınaraq ona ödənilməsi və 7) cavabdehlər ona 18 ayda 5.000 AZN-dən çox mənəvi ziyan vurmuşdurlar ki, həmin ziyanın cavabdehlərdən alınaraq Vətən müharibəsində Qazi adını qazanmış Qazilərin sağlamlıqları üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bank hesablarına ödənilməsi. 8) məhkəməyə ödədiyi dövlət rüsumu 90 manat
28. Öyrənilən işin faktiki hallarından görünür ki, əvvəllər də eyni tərəflər arasında eyni predmet və əsaslarla məhkəmə mübahisəsi olmuş (27-ci bəndin 2-7-ci yarımbəndləri üzrə) və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4790/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3136/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ilə həmin tələblərə hüquqi qiymət verilmişdir.
29. MPM-nin 261.0.2-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2023-cü il tarixli, 2(105)-338/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-2201/2022 nömrəli qətnaməsi həmin hissələrdə (27-ci bəndin 2-7-ci yarımbəndləri üzrə) ləğv edilərək, iş üzrə icraata həmin hissədə xitam verilmişdir.
30. Baxılan iş üzrə iddiaçı eyni zamanda mülkiyyətində olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb edir. Ona görə də kollegiya hazırki iş üzrə yalnız iddianın “2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" Dövlət nömrə nişanlı “Qaz 31105" markalı Volqa maşınının və avtomobilin açarlarının Cavabdeh2 münasibətdə təmin olunmaması hissəsində araşdırma aparmasını zəruri hesab edir.
31. Göründüyü kimi mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
32. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
33. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır.
34. İşin mübаhisəsiz hаlı оndаn ibаrətdir ki, iddiaçı ilə cavabdehlər arasında tanışlıq münasibəti olmuş, iddiaçı da bu münasibətdən irəli gələn etibara əsasən özünə məxsus olan 2007-ci il istehsalı "ZMZ mator" markalı, "** VA ***" Dövlət nömrə nişanlı avtomobilini təmir etdirmək məqsədilə Cavabdeh1 vermişdir. Lakin sonuncu etibardan suiistifadə edərək avtomobili hazırki vaxtadək geri qaytarmamışdır. Kollegiyanın araşdırması zamanı iddiaçı avtomobili verərkən ilkin olaraq pulu da Cavabdeh1 verdiyini etiraf etmişdir.
35. Cavabdeh2 isə özünə münasibətdə iddia tələbinə və apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə tanışlığı olsa da, mübahisəli avtomobilin kürəkəni Şahinə verilməsinin ona heç bir aidiyyəti yoxdur. O sadəcə avtomobilin kənarında dayanaraq söhbətə qulaq asmış, Şahinlə iddiaçının söhbətinə də müdaxilə etməmişdir. Çünki avtomobil, onun təmiri və s. bu kimi hallar onun bilmədiyi bir sahədir. Sonuncu həm də bildirmişdir ki, iddiaçı sözügedən avtomobili təmir etmək üçün Cavabdeh1 vermişdir.
36. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
37. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
38. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri)
39. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.
40. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir
41. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin Cavabdeh2 münasibətdə maddi və prosessual hüquq normaları pozulmamış, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(060)-2201/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni “2007-ci il istehsalı "ZMZ mator" "** VA ***" Dövlət nömrə nişanlı “Qaz 31105" markalı Volqa maşınının və avtomobilin açarlarının Cavabdeh2 Mövlud oğlundan alınmasının təmin olunmaması” hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə (və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər . Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.