Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4266/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhmədoğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun,cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin vəkili X3 iştirakı ilə. Cavabdeh Cavabdeh X8 Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə (h akim E.Mehdiyev; 2(006)-2730/2017) iddiaçı İbadov Ramin Sabir oğlunun Cavabdeh X8 Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), hakimlər V.T.Həsənov və N.Ş.Cəfərov; 2(103)-7392/2017) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı iddiası qismən təmin ediLmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 24.000 manat, mənəvi ziyana görə 1000 manat, 25 manat dövlət rüsumunun, cəmi 25025 (iyirmi beş min iyir mi beş) manat pulun tutulması qət edilmişdir, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının08 fevral 2018-ci il tarixli qərarı ilə (hakimlər T.Qoldman (sədrlik edən və məruzəçi), Ə.A.Mirzəliyev və G.A.Quliyev,2(102)-879/2018) Cavabdeh Açıq Səhmdar Cəmiyyətin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Şirinov, iş № 2(103)-4543/2018)İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixl i qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh X11 Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 24.000 manat, mənəvi ziyana görə 1000 manat, 25 manat dövlət rüsumunun, cəmi 25 025 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının16 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər V.Ə.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Əliyev, iş № 2(102)-7299/2018) Cavabdeh X11 Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.A.Cəlilova (sədrlik edən və məruzəçi), İ.K.Xəlilov və İ.Ə.Kərimli, 2(103)-1214/2019) İddiaçı Sabir oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilmiş, Cavabdeh X11 Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 15 300 ( on beş min üç yüz) manat pulun, mənəvi ziyana görə 1000 ( min) manat, 15 manat dövlət rüsumu olmaqla, cəmi 16 315 manat pulun tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 30 000 manat mağazanın dəyərinin, 5000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin, cəmi 40 000 manat məbləğin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanmışdır ki, Lənkəran rayon Məhkəməsinin 21 iyun 2010-cu il tarixli 2(049)-575/2010 saylı qətnaməsi ilə cavabdehlər X12, İddiaçı və X2 müştərək qaydada iddiaçı Cavabdeh İKB-nın xeyrinə 67103,84 manatın tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında X4 məxsus Lənkəran şəhəri,***************** saylı mənzilə və İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, Əli Məmmədov küçəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərracda satılması ilə əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, ipoteka qoyanın və onunla birlikdə yaşayan a ilə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(106)-594/2010 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2010-cu il tarixli, 2(049)-575/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2011-ci il tarixli,2(102)-847/2011 saylı qərarı ilə Şirvan Apellyasiya məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(106)-594/2010 saylı qətnaməsi qismən dəyişdirilərək ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsi satıldıqdan sonra 1 (bir ) ay ərzində çıxarılmaları qət edilmiş, qə tnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldikdən sonra iş üzrə ekspert dəvət edilmiş və İddiaçı məxsus Lənkəran şəhəri, ************ küçəsində yerləşən 2 girişli, 106 kv.metr əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə 24000 manat qiymət qoyulmuşdur. 23.04.2014-cü il tarixdə Bakı şəhəri üzrə İxtisaslaşdırılmış "xxxx” MMC-də iddiaçıya məxsus mağaza hərraca çıxarılmış və 15300 manat X1. Mağazanın satışından əldə olunan 15300 manat Cavabdeh İKB ASC-nin hesabına köçürülmüşdür. Bundan sonra İddiaçı, X20 və X7 Cavabdeh İKB-yə qarşı “kredit müqavilələri üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 may 2014-cü il tarixli 13(102)-2/2014 saylı qərarı ilə ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2011-ci il tarixli qərarı, onunla bağlı Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli 2(106)-594/2010 saylı qətnaməsi və Lənkəran rayon Məhkəməsinin 21 iyun 2010- cu il tarixli 2(049)-575/2010 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Lənkəran rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Lənkəran rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli 2(049)-1764/2014 saylı qətnaməsi ilə Cavabdehlər X17, İddiaçı və X4 qarşı “kreditin tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə” iddia ərizəsi təmin edilməmiş, qarşı lıqlı iddia tələbi qismən təmin olunaraq Cavabdeh İKB-nın Lənkəran filialı ilə cavabdeh X20 arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli RBB 704 (G) saylı kredit, həmin öhdəliyin icrasının təminatı kimi iddiaçı Cavabdeh İKB ASC-nin Lənkəran filialı ilə X14, cavabdehlər X20 və İddiaçı arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli RBB 704 (G) saylı və iddiaçı Cavabdeh İKB ASC-nin Lənkəran filialı ilə cavabdehlər X20 və X7 arasında bağlanmış 23 fevral 2010-cu il tarixli RBB 704 (G) saylı ipoteka müqavilələrinin ləğv edilməsi, Cavabdeh İKBdan göstərilmiş hüquqi yardıma görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat alınıb X17 və İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 noyabr 2014-cü il tarixli 2(106)-1272/2014 saylı qətnaməsi ilə Lənkəran Rayon Məhk əməsinin 31 iyul 2014-cü il tarixli 2(049)-1764/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. Mağazanın satılmasına dair çıxarılmış məhkəmə qərarlarının ləğv edilməsi üçün 4 ildən çox müddət ərzində mübarizə aparılmışdır. Həmin müddət ərzində iddiaçıya 5000 manat maddi ziyan dəymişdir. Bundan başqa ədalətsiz qətnamələr iddiaçının mənəviyyatına toxunmuş, uzun müddət iztirablar keçirmiş, həm əmlakını, həm də sağlamlığını itirmişdir. Buna görə də mənəvi ziyana görə 5000 manat, mağazanın dəyərini isə 30000 manat məbləğində qiymətləndirirlər. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1- 1096.2-ci, 1097.1, 1115-ci maddələrinə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması nı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh X11 Səhmdar cəmiyyətinin Lənkəran filialı ilə X20 arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli ********** (G) saylı kredit müqaviəsinə əsasən E6 illik 26 olmaqla 13 ay müddətinə 63000 manat kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən öhdəliklərin icrasının təminatı olaraq X16 Lənkəran şəhəri, **************** saylı mənzilini və İ6 mülkiyyətində olan Lənkəran şəhəri,****************** küçəsində yerləşən qeyri-yaşayış binasını bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2010-cu il tarixli, 2(049)575/2010 saylı qətnaməsinə əsasən iddia tələbləri qismən təmin edilərək qeyd olunan əmlakların açıq hərracda satılaraq bankın borcunun ödənilməsi qət edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra məmuru tərəfindən icraya yönəldilmiş və İddiaçı məxsus Lənkəran şəhəri, ************* küçəsində yerləşən qeyri-yaşayış binası qanunvericiliyin tələblərinə uyğun olaraq ixtisaslaşdırılmış hərrac vasitəsi ilə X1. Hazırda İddiaçı banka qarşı qaldırdığı iddianın hər hansı hüquqi əsası yoxdur, həmçinin iddiaçı iddia tələblərini əsaslandıran mötəbər sübutlarla çıxış edə bilməmişdir. Bu səbəbdən iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İKB Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilmə sini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Pprosessual Məcəlləsinin 88-ci, 217.1-ci, 217.3, 386-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095, 1096.1-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı Cavabdeh İKB Açıq Səhmdar Cəmiyyətinin vəkili X9 apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı heç bir üzürlü səbəb göstərmədən məhkəmə kol legiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün q iymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o cümlədən iş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın dövlət reyestrindən 26 iyul 2006-cı il tarixli, MH seriyalı, ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Lənkəran şəhəri, ************* küçəsindəki 2 (iki) girişli, ümumi sahəsi 106 kv.m. olan 1 (bir) mərtəbəli qeyri-yaşayış binası (mağaza) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuşdur. Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2010-cu il tarixli 2(049)-575/2010 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə, cavabdehlər X12, İddiaçı və X2 müştərək qaydada iddiaçı Cavabdeh İKB-nın xeyrinə 67 103.84 manatın tutulması, tələbin ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ əsasında X4 məxsus Lənkəran şəhəri, ********************** saylı mənzilə və İddiaçı mülkiyyətində olan Lənkəran şəhəri, *************** küçəsində yerləşən qeyri-yaşayış binasına yönəldilməsi, əmlakların açıq hərra cda satılması ilə əldə olunan vəsaitin hesabına banka olan borcun ödənilməsi, ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(106)-594/2010 saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2011-ci il tarixli, 2(102)-847/2011 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(106)-594/2010 saylı qətnaməsi qismən dəyişdirilərək, ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsi satıldıqdan sonr a 1 (bir) ay ərzində çıxarılmaları qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və qətnamə icraya yönəldilmişdir. İcra icraatı zamanı Bakı şəhəri üzrə İxtisaslaşdırılmış “xxxx” MMC-nin 23 aprel 2014-cü il tarixli, 35/01 saylı protokolu ilə İddiaçı məxsus Lənkəran şəhəri, Əli Məmmədov küçəsindəki 2 (iki) girişli, ümumi sahəsi 106 kv.metr olan 1 (bir) mərtəbəli qeyri-yaşayış binası (mağaza) 15300 manata X1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 may 2014-cü il tarixli, 13(102)-2/2014 saylı qərarı ilə cavabdehlər X20, İddiaçı və X7 tərəfindən verilmiş qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2011-ci il tarixli qərarı, on unla bağlı Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2010-cu il tarixli, 2(106)- 594/2010 saylı qətnaməsi və Lənkəran Rayon Məhkəməsinin 21 iyun 2010-cu il tarixli, 2(049)-575/2010 saylı qətnaməsi ləğv edilmiş, iş baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarında qeyd olunmuşdur ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1 (089)-06 saylı 07.05.2012-ci il tarixli hökmü ilə Cavabdeh müdiri E7 onun banka olan kredit borcunu bağlamaq üçün qohumları E6 və X6 adlarına 13 ay müddətinə 63.000 və 96.000 manat kredit rəsmiləşdirmiş, iddiaçıya və digər şəxslərə məxsus əmlaklar kredit öhdəliyin təminatı olaraq girov qoyulmuş, E9 bankda pul olmadığını bildirərək kredit vəsaitini həmin şəxslərə verməmiş, Həmin pullar onun ban kda olan borclarının bağlanılmasına mədaxil edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(049)-1764/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Cavabdehlər X17 və qeyrilərinə qarşı İddiaçı və X4 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia ərizəsi qismən təmin edilərək Cavabdeh İKB-nın Lənkəran filialı ilə cavabdeh X20 arasında bağlanmış 08 yanvar 2010- cu il tarixli, RBB 704 (G) saylı kredit, həmin öhdəliyin icrasının təminatı kimi iddiaçı Cavabdeh İKB ASC-nin Lənkəran filialı ilə X14, cavabdehlər X20 və İddiaçı arasında bağlanmış 08 yanvar 2010-cu il tarixli, RBB 704 (G) saylı və iddiaçı Cavabdeh İKB ASC-nin Lənkəran filialı ilə cavabdehlər X20 və X7 arasında bağlanmış 23 fevra l 2010-cu tarixli, RBB 704 (G) saylı ipoteka müqavilələrinin ləğv edilməsi, “Cavabdeh İKB-dan göstərilmiş hüquqi yardıma görə 200 manat və ödənilmiş dövlət rüsumuna görə 10 manat alınıb X17 və İddiaçı verilməsi qət edilmişdir. 03 iyun 2014-cü il tarixdə İddiaçı ilə X18 arasında Lənkəran rayon notariat kontorunda bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X18 tərəfindən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı 24 000 manata satılmışdır. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,iddiaçının mülkiyyətində olan Lənkəran şəhəri, ************* küçəsindəki 2 (iki) girişli, ümumi sahəsi 106 kv.metr olan 1 (bir) mərtəbəli qeyri-yaşayış binasına (mağaza) Cavabdeh İKB-nin iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsi əsasında kredit borcu üzrə tutma yönəldilərək hərrac vasitəsilə satılmış, həmin məhkəmə qərarlarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən iddiaçının şikayəti əsasında yeni açılmış hallar üzrə baxılaraq məhkəmə qərarları ləğv edilmiş, işə məhkəmə tərəfindən yenidən baxılarkən iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi ləğv edilmişdir. Bundan sonra iddiaçı ona məxsus qeyri-yaşayış sahəsini hərrac yolu ilə əldə etmiş şəxsdən alqısatqı yolu ilə 24.000 manat ödəyərək geri almışdır. Lənkəran Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(049)-1764/2014 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən həmin işə baxılarkən məhkəmə tərəfindən nüəyyən edilmişdir ki, Cavabdeh İKBnın Lən kəran filialı X20 ilə bağlanmış 08.01.2010-cu il tarixli kredit müqaviləsində nəzərdə tutulan kredit məbləğini faktiki olaraq kredit alan X17 verməməklə üzərinə düşən öhdəliyi icra etməmiş və müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə həmin kredit müqaviləsinin və öhdəliyin təminatı olaraq bağlanmış ipoteka müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddia tələbini əsaslı hesab edərək təmin etmişdir. Apellyasiya instansiya məhkməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan yazılı sübutlara və işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək cavabdeh tərəfindən əsassız varlanma halını nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhə miyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və məhkəmənin qətnamədə göstərdiyi nəticənin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Apellyasiya instansiya məhkməsi qeyd etmişdir ki, cavabdehin işçisinin iddiaçının əmlakına münasibətdə törətdiyi cinayət xarakterli əməl nəticəsində iddiaçının mülkiyyətində olmuş əmlak əsassız olaraq hərraca çıxarılmış və satılmış, bunun nəticəsində Cavabdeh İKB Açıq Səhmdar Cəmiyyəti qanunsuz olaraq 15300 manat əldə edərək əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinnin: -14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır. -1092.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddi hüquq normasının mənasından göründüyü kimi, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır. Hər hansı hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etmiş şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bu zaman qaytarma vəzifəsi həmçinin Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Ona görə də Cavabdeh İKB tərəfindən əsassız olaraq əldə edilmiş 15300 manat pul ondan tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən həmin əmlakın başqa şəxsdən 30000 manata yenidən alınması iddia tələb inin həmin həcmdə təmin edilməsinə əsas verə bilməz. Belə ki, iş materiallarından cavabdehin yalnız 15300 manat həcmində əsassız varlanması halı müəyyən olunmuşdur ki, sonuncunun da iddiaçı qarşısındakı məsuliyyəti məhz həmin həcmdə təşkil edə bilər. Bundan başqa apellyasiya instansiya məhkəməsi iddia tələbinin 5000 manat maddi zərərin cavabdehdən tutulması hissəsinə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab etmişdir ki, eyni zamanda cavabdehin əsassız iddia tələbi üzrə keçirilmiş çoxsaylı məhkəmə proseslərinə cəlb edilməsi, əmlakından məhrum edilməsi nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirdiyi nəzərə alınaraq düzgün olaraq iddia cavabdehdən mənəvi ziyan tutulmasına dair hissədə əsaslı hesab etmişdir. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan m ənəvi zərərin məbləği 1000 manat müəyyən edilməsi, mənəvi ziyanla bağlı tələb qalan hissədə rədd edilməsi hissəsində qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Nəsimi rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddiası qismən təmin edilərək, Cavabdeh İKB Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə 15300 manat,mənəvi ziyana görə 1000 manat pul tutulmalı,iddia qalan hissədə təmin edilməməlidir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kolleg iyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4266/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4266/2019
24.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver