Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4269/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili ŞM, Cavabdeh2, cavabdehin vəkili VAnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 yanvar 2019-cu il tarixli qətnaməsindən cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ş.Abdullayev) il kin iddia təmin edilərək Bakı şəhər icra Hakimiyyəti Başçısının 27 oktyabr 2017-ci il tarixli 130 saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsi, 10, 12, 14, 16, 18, 20, Əlibəyov Qardaşları küçəsi, 15, 17, 17a, 17b, 19 və Əlibəy Hüseynzadə küçəsi, 8 saylı ünvanlarda yeni çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün İddiaçı MTK-ya ayrılmış torpaq sahəsində yerləşən Cavabdeh2 və onunla birlikdə yaşayan cavabdehlər X3, X9, X10 və X2 Bakı şəhəri, ÜNVANə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onlar həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi; İddiaçı MTK tərəfindən Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində qəzalı vəziyyətdə olan 20 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh2 ə m əxsus ÜNVANi 50 kv.mdən ibarət ümumi sahəsinə 15% artıq əlavə sahə olmaqla yeni və təmirli mənzil verməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan cavabdehlər Y.V.Klinçeva, D.Cavabdeh2, A.K.Klinçev və L.A.Svistunovanın müvəqqəti kirayə edilmiş mənzildə yerləşdirmələri üçün aylıq 350 manat məbləğində kirayə haqqı ödənilməsi; Cavabdeh1 və onunla birlikdə yaşayan cavabdehlər X4 və X5 ünvan 2 saylı evin 11 saylı mənzilə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onlar həmin mənzildən çıxarılmaqla mənzil boşaldılması və sökülməsi;İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində qəzalı vəziyyətdə olan 16 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 məxsus 11 saylı mənzili 62,98 kv. mdən ibarət ümumi sahəsinə 15% artıq əlavə sahə olmaqla yeni və təmirli mənzil verməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan cavabdehlər S.S.Mürşüdova və S.Cavabdeh1nın müvəqqəti kirayə edilmiş mənzildə yerləşdirmələri üçün aylıq 350 manat məbləğində kirayə haqqı ödənilməsi; iddiaçı Cavabdeh2 in cavabdeh İddiaçı MTK-ya qarşı Bakı şəhəri, Səbail rayonu, ÜNVANinin sökülməsinin qanunsuz hesab edilməsi, cavabdehdən onun mülkiyyətində olmuş mənzilin əvvəlki vəziyyətə gətirilməsi, bərpa edilməsi üçün 250.000 manatın tutulması, maddi ziyana görə 4000 manat, mənəvi ziyana görə 10.000 manat pulun tutulması, mülkiyyət hüquqlarından imtina edilməsi üçün 250.000 manat məbləğinin ədalətli satınalma qiyməti kimi müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən, məruzəçi), X.Mərdanova və E.Həsənov, 2(103)649/2019 saylı mülki iş) hazırkı iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)2803/2018 saylı iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı MTK cavabdehlər Cavabdeh2 ə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Cavabdeh3 başçısının 27 oktyabr 2017-ci il tarixli, 138 saylı sərəncamı ilə Bakı şəhəri Səbail rayonu, Bayıl qəsəbəsi Xanlar küçəsi 10, 12, 14, 16, 18, 20, Əlibəyov Qardaşları küç, 15, 17, 17A, 17B, 19 və Əlibəy Hüseynzadə küçəsi 8 saylı ünvanlarda yeni çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün İddiaçı MTKya ayrılmış torpaq sahəsində yerləşən cavabdeh: Cavabdeh2 və onunla bir yerdə yaşayan cavabdehlər X3, X9, X7 və X1 Bakı şəhəri, ÜNVANə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi; İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində qəzalı vəziyyətdə olan 20 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh2 ə məxsus ÜNVANin 50 kv.m-dən ibarət olan ümumi sahəsinə 15% artıq əlavə sahə olmaqla yeni və təmirli mənzil verilməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan cavabdehlər X3, X9, X8 və X2 müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 350 (üç yüz əlli) manat məbləğində kirayə haq qı ödənilməsi; digər Cavabdeh1 və onunla biryerdə yaşayan cavabdehlər X4 və X5 Bakı şəhəri,ÜNVANə mülkiyyət, istifadə və digər hüquqlarına xitam verilməsi, onların çıxarılmaqla mənzilin boşaldılması və sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində qəzalı vəziyyətdə olan 16 saylı binanın yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında Cavabdeh1 məxsus 11 saylı mənzilin 62,98 kv.m- dən ibarət olan ümumi sahəsinə 15%-dən artıq əlavə sahə olmaqla yeni və təmirli mənzil veriməklə, habelə yeni çoxmərtəbəli yaşayış binası tikilənədək onunla birlikdə yaşayan cavabdehlər X4, X5 müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilmələri üçün aylıq 350 (üç yüz əlli) manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun köçürülməsi barədə «xxxx» MMC-nin iddia tələbinə mahiyyəti üzrə baxılanadək sökülən ünvan 1 ünvanında yerləşən mənzilin sökülməsini qanunsuz sayılması, ona dəymiş zərərin müəyyən edilmə predmeti üzrə məhkəmə- tikinti və məhkəmə-maliyyə ekspertizası təyin edilməsi, cavabdehdən ona dəymiş mənəvi zərərin ödənməsi üçün 10 000 manat tutulması, onun mülkiyyətçisi olduğu mənzilinin əvvəzlki vəziyyətə qaytarılması, bərpa edilməsi üçün cavabdehdən 250 000 manat tutulması, cavabdehdən ona yanaşı dəymiş maddi zərərin ödənməsi üçün 4.000 manat tutulması, mülkiyyət hüququndan imtina edilməsi üçün 250.000 manat məbləğində ədalətli satınalma qiyməti müəyyən edilməsi bar ədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2, cavabdehin vəkili VA kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ŞM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən 20 saylı evin ÜNVANi Cavabdeh2 in adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Bakı şəhərinin Səbail və digər rayonları ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 15.11.2017-ci il tarixdə Cavabdeh3 başçısı ilə İddiaçı MTK-nın sədri X12 ilə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən İdd iaçı MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə institutunun əməkdaşları tərəfindən tərtib edilmiş 22.09.2017-ci il tarixli akta əsasən ünvan 2 ünvanda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən yaşayış evləri XX əsrin əvvəllərində inşa edilmişdir. Qeyd olunan ərazidə 3 ədəd 1 mərtəbəli yaşayış evindən ÜNVAN və 2 ədəd 2 mərtəbəli ÜNVANi, ÜNVANi yaşayış binasından ibarətdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir mərtəbələrara sı örtükləri taxta tirlərdən, üzəri isə çilləkəndəndir. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı, onların uzun illər təmirsiz istismar olunması, sement-qum məhlulundan olan suvaq qatında aşınmalar, daxili və xarici divarlarda müxtəlif istiqamətli 3-5 mm ölçülü çatlar müşahidə olundu. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədirlər. Dam örtüyünün yararsız vəziyyətə düşməsi nəticəsində atmosfer sularının təsirindən mənzillərin ağac materialından olan döşəmə və tavan hissələrində rütubət izləri, çürümələr və deformasiyalar yaranmışdır. Yaşayış evləri məhdud işlək vəziyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Birinci instansiya məhkəmə si iddianı təmin edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası ilə əlaqədar mübahisəli evin istismar müddətinin bitməsi ilə əlaqədar onun yerləşdiyi ərazidə müvafiq söküntü işlərinin həyata keçirilməsi, sakinlərin köçürülməsi və sakinlərə vəsaitlərin ödənilməsinin Bakı şəhər Cavabdeh3nə həvalə edilməsinə, həmçinin icra hakimiyyəti ilə İddiaçı MTK arasında bağlanılmış müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsinin İddiaçı MTK-nın öz üzərinə götürməsinə, habelə həmin Kooperativə çoxmərtəbəli yaşayış binasının lahiyələndirilməsi və tikintisinə icazə verilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından və Cavabdeh3 başçısının sərəncamından görünür ki, İddiaçı MTK tərəfindən sakinlərə hər hansı bir kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. Bunun əvəzində İddiaçı MTK tərəfindən binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi bütün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək qaydada mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrində göstərilir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ m ülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyət hüquqlarına və müqavilə azadlığı prinsipinə (və ya müqavilə bağlamağa məcburetmə qadağasına) istinadla qiymətləndirmə rəyi ilə müəyyən edilən bazar qiymətindən artıq kompensasiya tələb edərək iddiaçı şirkətlə razılaşmaması “hüquqdan sui-istifadə qadağası”na zidd olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qayda sıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Məhkəmə hüquqdan sui-istifadə halını müəyyən etdikdə bu qadağa ilə bağlı qanunun aşağıdakı tələblərini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 6.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 5.3-cü maddəsində mülki hüquq münasibətlərinin subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borclu olduqları, 152.6-cı maddəsində hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadə olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 560-cı maddəsində də mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olduğu, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyi, alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmənin hüquqdan sui-istifadə k imi qiymətləndirildiyi nəzərdə tutulmuşdur. Bu mənada kollegiyanın qənaətinə görə, cavabdeh öz davranışları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarı və Bakı şəhəri Cavabdeh3 başçısının 27 oktyabr 2017-ci il tarixli, 138 saylı sərəncamından irəli gələn öhdəliklərin iddiaçı tərəfindən icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla hüquqdan suiistifadə etmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ilkin iddianın təmin və qarşılıqlı iddanın təmin edilməməsi barədə qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hal lara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh2 in kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4269/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4269/2019
12.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver