Məhkəmə qərarları › İş №2(102)-4269/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4269/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4269/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin X3 Təşkilatının sədri X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərər tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquoviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Dövlət Universitetinin X3 Təşkilatının sədri X2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1767/2021 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı kassas iya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Dövlət Universitetinin tədris şöbəsinin müdiri İddiaçı (bundan sonra “iddiaçı”) Bakı Dövlət Universitetinin rektoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədə ailə vəziyyətində və səhhətində mövcud olan problemlərlə əlaqədar olaraq ona öz hesabına (ödənişsiz) 2 ay müddətinə (08 may 2017-ci il tarixdən 08 iyul 2017-ci il tarixinədək) məzuniyyət verilməsi xahiş etmişdir.

2. Həmin ərizəyə cavab olaraq bildirilmişdir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət tərəflərin qarşılıqlı razılığı əsasında verilə bilər. 2016/2017-ci tədris ilinin sonu olduğundan tədris sahəsində həlli vacib olan məsələlərin mövcudluğu, car i ilin may ayının 30-dan başlayaraq buraxılış kurs tələbələrinin X1 və 05 iyun tarixində yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı işlərin çoxluğu, hazırda BDU-da audit məqsədilə X4 qrupunun fəaliyyəti zamanı tələb etdiyi sənədlərin böyük qisminin tədrislə bağlı olduğu və Tədris departamentinin yaradılması ilə əlaqədar ərizəçinin çalışdığı sahədə islahatların aparılması onun işdə olmağı zərurətini yaradır. Bununla bağlı cari ilin may-iyun aylarında iddiaçıya ödənişsiz məzuniyyətin verilməsi məqsədəuyğun hesab edilməmişdir.

3. BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru tərəfindən Bakı Dövlət Universitetinin rektoruna ünvanlanmış xx.xx.2017-ci il tarixli təqdimatda qeyd edilmişdir ki, iddiaçı 24 fevral 2017-ci il tarixindən 05 may 2017-ci il tarixinədə k təqdim edilmiş xəstəlik vərəqələrinə əsasən işə gəlməmişdir. Lakin 06 may 2017-ci il tarixindən əmək fəaliyyətinə başlamalı olan iddiaçı Tədris şöbəsinin və Tədris şöbəsinin müdiri vəzifəsinin ləğvi ilə bağlı yenidən işlə təmin olunması məqsədi ilə BDU-nun rektoruna müraciət etməmiş və iki aylıq ödənişsiz məzuniyyətinin verilməsini xahiş etmişdir. Bu barədə müsbət cavab almamasına baxmayaraq iddiaçı 08, 10 və 11 may 2017-ci il tarixlərində (6, 7 və 9 may 2017-ci il qeyri iş günləri olmuşdur) işə gəlməmişdir. İddiaçıya ödənişsiz məzuniyyət verilməsinin məqsədə uyğun hesab edilmədiyini və 08 may 2017-ci il tarixindən etbarən işə çıxmamasını nəzərə alaraq iddiaçının işdə qalıb-qalmaması barədə müvafiq qərar qəbul edilməsi BDU Həmkarkar İttifaqı Komitəsindən xahiş edilmişdir.

4. BDU Həmkarka r İttifaqı Komitəsinin 12 may 2017-ci il tarixli iclasın 01 saylı protokolundan çıxarışa əsasən, gündəlik məsələ “BDU rəhbərliyindən daxil olmuş dosent İddiaçıla bağlı təqdimat” haqqında olmuşdur. İclasda gündəlik məsələ üzrə BDU HİK-in sədr müavini Şahid2, Hüquq fakültəsinin HT sədri dosent Ərəstun Qasımovun, məclis üzvlərindən Əmirxan Mirzəyevin, Elşad Qurbanovun, fakültə və bölmə həmkarları sədrlərindən Zaur Babayevin, Əlinağı Məhəmmədovun, Kərəm Məmmədovun çıxışları dinlənilmiş, iddiaçının tutduğu vəzifədən azad olunmasına razılıq verilməsi təklifi səsə qoyulmuş və iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiyi kimi, heç bir üzrlü səbəb olmadan 3 gün işə gəlmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 15 may 2017-ci il tarixindən tutduğu vəzifədən azad edilməsinə razılıq verilməsinə dair yekdilliklə qərar qəbul olunmuşdur.

5. BDU-nun xx.xx.2017-ci il tarixli, 1/156 saylı əmri ilə iddiaçı 12 may 2017-ci il tarixdən Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4381/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının BDU-ya qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası edilməmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verərək, cavabdeh Bakı Dövlət Universit etinin X3 Təşkilatının sədri dosent X6 (bundan sonra “cavabdeh”) tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin müddəalarının təhrif edilməsi nəticəsində və iddiaçının qanuni mənafeyinin təmin olunması ilə əlaqədar tutduğu vəzifələrdən azad olunması səbəbindən işsiz qalması ilə bağlı ona dəymiş 41562 AZN məbləğində maddi zərərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, cavabdehin iddiaçı qarşısında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1096, 1097, 1100 və 1115-ci maddələrinin tələblərinə müvafiq olaraq mülki məsuliyyət daşıdığı nəzərə alınaraq iddianın təmin olunması məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159-cu maddələrinin tələblərində nəzərdə tutulmuş qaydada qərardadın çıxarılması, Azərbay can Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin tələblərində nəzərdə tutulmuş əsaslara uyğun olaraq cavabdeh tərəfindən BDU-nun HİK-nin 12 may 2017-ci il tarixli iclasında səsləndirilmiş təhrifedici ifadələrin məhkəmə qaydasında təkzib edilməsi və iddiaçıya vurulmuş mənəvi ziyanın məbləğinin müəyyən edilməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin tələblərində qanunverici orqanın müəyyən etdiyi əsaslarla cavabdehin Həmkarlar İttifaqı Komitəsinin 12 may 2017-ci il tarixli iclasında səsləndirdiyi fikirlər arasındakı uyğunsuzluğun işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edilməsi və hüquqi baxımdan qanuni əsaslar üzrə qiymətləndirilməsi, iddiaçının uzun illər Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyi əleyh inə səsləndirilmiş fikirlərin qanunauyğunluğu “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 12 və digər maddələrinin tələbləri baxımından yoxlanılmaqla hüquqi qiymətləndirmənin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyası iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

9. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, işəgötürən şəxs qismində BDU-nun sabiq rektoru iddiaçının işdən azad olunmasına dair 12 may 2017-ci il tarixli, 1/156 saylı əmri imzalamamışdan əvvəl Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə müvafiq olaraq Universitetin Həmkarlar İttifaqı Komitəsi razılığ ının alınması üçün 12 may 2017-ci il tarixli təqdimatla aidiyyəti üzrə müraciət etmişdir. İşəgötürənin müraciəti əsasında 12 may 2017ci il tarixdə BDU-nun Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmiş, iclasa Bakı Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi sədrinin birinci müavini, professor Şahid2 sədrlik etmişdir. İclasda iddiaçının 8, 10 və 11 may tarixlərində işə gəlməməsinin səbəbləri müzakirə edilmiş, iclas iştirakçıları iddiaçının öz hesabına ona ödənişsiz məzuniyyətin verilməsinə dair 05 may 2017-ci il tarixli ərizəsinin mövcudluğu barədə məlumatlandırılmış, ərizəyə 10 may 2017-ci il tarixli, 72 saylı məktubla verilmiş cavabın müddəaları iclas iştirakçılarının diqqətinə çatdırılmış və müzakirə edilən məsələyə dair hüquqi və qanuni münasibətin bildirilməsi üçün söz X3 təş kilatının sədri, dosent Ərəstun Qasımova verilmişdir. Bu barədə məlumat Azərbaycan Respublikası Həmkarlat İttifaqları Konfederasiyasının Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 29 may 2019-cu il tarixli, 103 saylı müşayiət məktubuna əlavə edilərək təqdim olunmuş BDU-nun HİK-in 12 may 2017-ci il tarixli iclasının 01 saylı protokolundan çıxarışda öz əksini tapmışdır.

10. Protokola əsasən cavabdeh çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətin tərəflərin qarşılıqlı razılığı əsasında verildiyi nəzərə alınarsa, işəgötürən tərəfindən ödənişsiz məzuniyyətin verilməməsi qanunauyğundur, iddiaçı üzrsüz səbəbdən işə gəlməyərək Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərildiyi kimi (heç bir ü zrlü səbəb olmadan bütün günü işə gəlməmək) qaydanı pozmuş, bu hal isə Əmək Məcəlləsinin həmin bəndində “işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması” hesab edilir. İşçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının nəticəsi isə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin tələbi ilə belə izah edilir.

11. Cavabdehin bu çıxışından sonra iclasın digər iştirakçıları da məsələyə ümumi mövqedən yanaşaraq öz münasibətlərini bildirib, iddiaçının işdən azad olunmasına dair məsələ iclas iştirakçılarının razılığı ilə səsə qoyulmuşdur. İclasın yekununda cavabdehin səsləndirdiyi hüquqi mövqeyə uyğun olaraq iddiaçının işdən azad olunmasına dair razılığın verilməsi barədə qərar qəbul edilmiş və bu razılıq alındıqdan sonra işəgötürən iddiaçını 12 may 2017-ci il tarixli, 1/156 saylı əmrlə işdən azad etməyə nail olmuşdur. İşəgötürənin 12 may 2017-ci il tarixli, 1/156 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında xitam verilmişdir.

12. İclas iştirakçıları iddiaçının ona ödənişsiz məzuniyyətin verilməsinə dair rəsmi ərizə formasında xahişinin mövcud olması barədə kifayət qədər məlumatlı olmuşlar. Məhz cavabdehin hüquqi mövqeyindən sonra iclasın digər iştirakçıları iddiaçının əməlini kobud qanun pozuntusu hesab edərək onun işdən azad olunmasına yekdilliklə səs verməklə öz razılıqlarını ifadə etmişlər. Bu razılığın əldə edilməsindən sonra işəgötürənin 12 may 2017ci il tarixli, 1/156 saylı əmri ilə iddiaçı Əmək Məcəlləsi 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında tutduğu vəzifədən azad edilərək əm ək hüququndan məhrum olmuş və nəticədə bu günə qədər işsiz qalmışdır. BDU-nun HİK-in tərtib etdiyi 12 may 2017-ci il tarixli, 01 saylı iclas protokolunun çıxarışında qeyd olunan məlumatlarla tanışlıq nəticəsində məlum olmuşdur ki, cavabdeh məsələyə dair qanuni əsaslar üzrə hüquqi mövqeyini ifadə edərkən Əmək Məcəlləsi 129-cu maddəsinin müddəalarını təhrif etmiş, eləcə də həmin Məcəllədə təsbit olunmuş digər hüquqi normaların tələbləri əsasında iddiaçının müəyyən edilmiş hüquqlarını işin faktiki hallarına uyğun şəkildə qiymətləndirməmişdir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 1-ci hissəsinin tələbindən görünür ki, qanunverici orqan işçiyə ödənişsiz məzuniyyətin verilməsinin iki mühüm halını müəyyən etmişdir: işçilərin xahişi; tərəflərin qarşılıqlı razılığı. Məhz bu səbəbdən də isti nad olunan maddi hüquq normasının tələbində qeyd olunur ki, ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Cavabdeh isə iclas zamanı səsləndirdiyi fikirlərdə Əmək Məcəlləsi 129-cu maddəsinin tələbini təhrif edərək ödənişsiz məzuniyyətin yalnız tərəflərin qarşılıqlı razılığı əsasında verildiyini iddia etmişdir. Real vəziyyətdə isə hüquqi normanın tələbinə görə ödənişsiz məzuniyyətin verilməsi ilə bağlı əgər işçinin xahişi varsa, o zaman tərəflərin qarşılıqlı razılığının alınmasından söhbət belə gedə bilməz.

13. Əmək Məcəlləsinin 9 və 128-ci maddələrinin tələblərindən aydın şəkildə görünür ki, qanunla müəyyən edilmiş konkret hallarda ödənişsiz məzuniyyətdən istifadə etmək işçinin hüququdur və heç bir şərt qoyu lmadan bu hüququn məhdudlaşdırılması yolverilməzdir.

14. İclasda Əmək Məcəlləsi 129-cu maddəsinə istinad olunarkən cavabdeh tərəfindən işin faktiki halı düzgün qiymətləndirilməmiş, ödənişsiz məzuniyyətin verilməsinın yalnız tərəflərin qarşılıqlı razılığı əsasında verildiyi bildirilmişdir. Nəticədə cavabdeh öz çıxışı ilə digər iclas iştirakçılarında yanlış fikir formalaşdırmışdır.

15. Cavabdeh iddiaçının iş fəaliyyətində kobud pozuntuya yol verdiyinə digər iclas iştirakçılarını inandırmağa nail olmuşdur. Cavabdeh iclasın digər iştirakçılarını inandırmışdır ki, iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbində nəzərdə tutulan kobud qanun pozuntusuna yol vermiş və bu səbəbdən də onun həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinin tələbi əsasında işdən azad olunması qanunauyğun dur. Real vəziyyətdə isə iddiaçı Əmək Məcəlləsinin 9 və 128-ci maddələrinin tələbləri ilə müəyyən edilmiş hüququndan istifadə etməklə öz hesabına 2 ay müddətində ödənişsiz məzuniyyətə buraxılması ilə əlaqədar xx.xx.2017-ci il tarixli ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə Əmək Məcəlləsinin “a” və “b” bəndlərində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməyərək iddiaçını ödənişsiz məzuniyyətdən istifadə etmək hüququndan məhrum etmişdir. Mövcud hüquq və qanun pozuntusuna münasibət bildirməli olan cavabdeh şəxs həmkarlar ittifaqının üzvü olan iddiaçının pozulmuş hüquqlarının müdafiəsini təmin etmək naminə əmək qanunvericiliyinin tələblərini iclas iştirakçılarının diqqətinə çatdırmaqla işəgötürənin əməllərinə qanuni əsaslar üzrə hüquqi qiymət vermək əvəzinə, “Həmkarlar İttifa qı haqqında” Qanunun 11, 12 və digər maddələrinin tələblərinə zidd mövqe nümayiş etdirmişdir.

16. Cavabdeh iddiaçıya münasibətdə səsləndirdiyi fikirlərdə hüquq normalarının tələblərini təhrif etmiş, bununla da qərəzli şəkildə mövqeyini açıq ifadə etmiş, işəgötürənin törətmiş olduğu kobud və ciddi hüquq və qanun pozuntularına göz yummaqla onun mənafeyi naminə qərarın qəbul edilməsinə nail olmuş və məhz bu qərarın qəbul edilməsindən sonra iddiaçı əmək hüququndan məhrum olmaqla ona maddi və mənəvi zərər vurulmuşdur.

17. Cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının qanunla müəyyən edilmiş hüquqları pozulmuş, bununla da iddiaçı əmək hüququndan məhrum olmuş və nəticədə o, adi mülki dövriyyə şəraitində hər ay əmək haqqı olaraq əldə etdiyi 1057 AZN gəlirindən məhrum olmuşdur. Məhz c avabdehin hüquq normalarının tələblərini təhrif etməsi və iddiaçının qanunla müəyyən edilmiş hüquqlarının müdafiəsini təmin etməməsi nəticəsində onun işsiz qaldığı 3 il ərzində hər ay 1057 AZN olmaqla ümumilikdə iddiaçıya 41562 AZN maddi ziyan dəymişdir.

18. Bundan əlavə, iddiaçı işsiz qalması nəticəsində psixoloji iztirab və sarsıntılar keçirməklə mənəvi zərərin təsirinə məruz qalmışdır. Cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21, 1096, 1097, 1100, 1115 və digər maddələrinin tələbləri əsasında cavabdehin iddiaçı qarşısında mülki məsuliyyətinin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən də iddiaçının məruz qaldığı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır.

19. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - cavabdehi Universitetin Həmkarlar Komitəsinin 12 may 2012-ci il tarixdə keçirilən iclasında iştirak etmiş və müzakirə olunan məsələ barədə fikir söyləmişdir. Həmin iclasda cavabdehi tək olmamış, Universitetin 30-a yaxın fakültəsinin həmkarlar təşkilatlarının sədrləri iclasda iştirak etmiş və onlar da müzakirə olunan məsələ ilə bağlı fikir söyləmişlər. İddiaçı əmək qaydalarına əməl etmədiyi üçün işdən azad edilmişdir. Belə ki, tərəfə göndərilmiş cavab məktubundan aydın olur ki, müəssisə iddiaçıya ödənişsiz məzuniyyət verilməsi məsələsinə müsbət yanaşmamışdır. Bunun əksinə iddiaçı işəgötürənin fikrini heçə sayaraq ardıcıl olaraq iş yerinə gəlməmişdir; - iclasda iddiaçı barədə qərar yalnız cavabdehin fikri ilə deyil, digər üzvlərin də fikirləri nəzərə alınaraq səs çoxluğu ilə qəbul edilmişdir. Buna görə də, iddia tələbi əsassızdır.

20. Birinci instansiya məhkəməsində Şahid1 ifadəsində göstərib ki, o, BDU-nun kitabxanasında kitabxanaçı işləyir, Həmkarlar İttifaqı Komitəsinin 12 may 2017-ci il tarixdə keçirilən iclasında katib olmuş, iclasa sədrliyi isə Universitetinin həmkarlar komitəsinin müavini olan Şahid2 etmişdir. İclasda iddiaçının üzrsüz səbəbdən işə gəlmədiyi üçün onun işdən azad olunması ilə bağlı məsələyə münasibət bildirilməsi müzakirə olunmuş və qərar qəbul olunmuşdur. İclasın protokolunda qeyd olunanları təsdiq edir.

21. Birinci instansiya məhkəməsində Şahid2 ifadəsində göstərib ki, Universitetinin həmkarlar komitəsinin müavini vəzifəsinə seçilmişdir. Universitetin Həmkarl ar Komitəsinin 12 may 2012-ci il tarixdə keçirilən iclasına sədrlik etmişdir. İclasın protokolunda yazılanları təsdiq edir. İddiaçının üzrsüz səbəb olmadan 3 gün ardıcıl işə gəlməməsi və ona edilən zəngləri nəzərə almaması işinin haqlı itirilməsinə gətirib çıxarmışdır.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1556/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim M.A.Bağırova)

23. Birinci instansiya məhkəməsinin verilmiş tələblər üzrə mövqeyi belə olub ki, mülki prosesdə iddia icraatı qaydasında irəli sürülən tələblər xarakter etibarı ilə konkret və dəqiq olur. İddiaçının “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 129-cu maddəsinin tələblərində qanunverici orqanın müəyyən etdiyi əsaslarla hüquqşünas X5 İttifaqı Komitəsinin 12 may 2017-ci il tarixli iclasında səsləndirdiyi fikirlər arasındakı uyğunsuzluğun işin faktiki halları ilə müqayisəli şəkildə təhlil edilməsi və hüquqi baxımdan qanuni əsaslar üzrə qiymətləndirilməsi; iddiaçının uzun illər Həmkarlar İttifaqının üzvü olmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının qanuni mənafeyi əleyhinə səsləndirilmiş fikirlərin qanunauyğunluğu “Həmkarlar İttifaqı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 12 və digər maddələrinin tələbləri baxımından yoxlanılmaqla hüquqi qiymətləndirmənin aparılması” barədə tələbləri isə qeyri-müəyyən və qeyri-dəqiq olmaqla yanaşı, mülki qanunvericilikdə nəzərdə tutulan heç bir növ iddia tələblərinə aid deyildir.

24. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə istinadən göstərib ki, qeyd olunan hüquq normalarına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır.

25. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırki işdə iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

26. Birinci instansiya məhkəməsi onu da müəyyən edib ki, iddiaçının Bakı Dövlət Universitetinə qarşı əmrin ləğv edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbi Ya samal rayon Məhkəməsinin 2(004)-4381/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi təmin edilməmiş və həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Yuxarıda qeyd olunan məhkəmə aktlarında da iddiaçının hazırki tələbdə irəli sürdüyü ödənişsiz məzuniyyət verilməsinə dair mövqeyi ilə bağlı qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə verilə bilər. Yəni işçinin təşəbbüsü özü-özlüyündə ona ödənişsiz məzuniyyətin veriləcəyi anlamına gələ bilməz. Bu səbəbdən də, işçi müraciət etməklə yanaşı, işə çıxmalı və əmək müqaviləsi (eləcə də, əmək qanunvericiliyi) ilə üzərinə düşən vəzifələri icra etməlidir.

27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1096, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eyni olan dəlillərlə əsaslandırılmışdır. (bax: 9-18-ci bəndlər)

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1767/21 nömrəli, 28 yanvar 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, İlham Kərimli)

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya m əhkəməsinin gəldiyi nəticə ilə razılaşmış hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Birinci və apellyasiya instansiyaları məhkəmələri əsassız olaraq işə düzgün qiymət verməyərək əməl ilə nəticə arasınd a səbəbli əlaqənin olmamasını sübut etməyə çalışmışlar. Halbuki cavabdehin qanunsuz hərəkəti ilə ona vurulmuş maddi ziyan arasında (nəticə arasında) birbaşa səbəbli əlaqə vardır. Məhkəmə maddi hüquq normasını pozaraq Mülki Məcəllənin 1096-cı maddəsini tətbiq etməmiş, yaxud düzgün şərh etməmişdir. Belə ki, hüquqşünas olan cavabdehin bilərəkdən, məqsədyönlü şəkildə həmkarlar təşkilatının iclasında səhv şərh etməsi nəticəsində iddiaçı qanunsuz olaraq tutduğu vəzifədən azad olunmuşdur. Cavabdehin qanunsuz hərəkəti nəticəsındə iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdehin hərəkəti ilə nəticə arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə nəzərə almamışdır ki, işəgötürən hər vasitə ilə olur-olsun qərəzli şəkildə iddiaçını işdən azad etmək istəmişdir. Bu məqsədlə cavabdehin məqsədyönlü şəkildə qa nunu səhv şərh etməsi bəhanə kimi istifadə edilərək iddiaçı tutduğu vəzifədən azad olunmuşdur. Bununla da iddiaçıya maddi ziyan vurulmuşdur. Mübahisəni mahiyyəti üzrə həll etməyə çalışan birinci və apellyasiya instansiyası məhkəmələri isə konkret faktlara münasibət bildirməkdən məqsədyönlü şəkildə yayınmış, mübahisənin yaranma səbəblərini obyektiv araşdırmamış, cavabdehin hərəkət və hərəkətsizliyinin qanuni əsaslarını müəyyən edə bilməmiş, istinad olunan maddi, prosessual və konstitusion hüquq normalarının tələblərini təkzib edə biləcək qanuna və ya normativ hüquqi aktlara istinad edilməmiş, iş materiallarına əlavə edilərək məhkəməyə təqdim olunmuş sübutlar düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, şikayətin təmin edilməməsi, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

36. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətn aməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya instansiyası məhkəmə si iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

40. İddia tələbi zərərin ödənilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi cavabdehin Həmkar İttifaqı Komitəsində onunla əmək müqaviləsinə xitam verilməsi məsələsinin müzakirəsi zamanı müsbət rəy bildirməsinə istinad etmişdir.

41. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə isə iddianın qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrində göstərilən delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə ziyan vuranın təqsirinin olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

42. Göründüyü kimi, işin müəyyən edilmiş hallarına görə iddianın təmin edilməsi üçün əsas olan dispozitiv şərt mövcud olmadığı üçün gəlinən nəticə tətbiq edilən qanunvericilik normalarına uyğun olmuşdur.

43. Belə olan halda iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası məhkəməsinın gəldiyi nəticə işin halları və tətbiq edilən maddi hüquq normalarının tələbləri baxımından qanuni və əsaslı olmuşdur.

44. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir.

45. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1767/2021 nömrəli, 28 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar