Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4270/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ iş № 2(102)-4270/2022 (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Bakı şəhəri 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızının məruzəsi ilə, Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1 282/2022 nömrəli, 12 may 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus 7 adda cehiz əmlakını ona məxsus Xaçmaz şəhəri C.Cabbarlı küçəsi, dalan 1, ev 15-də yerləşən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh (bundan sonra-cavabdeh) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və İddiaçı onların evində qalan əmlakının əvəzi və yaxud həmin əmlaka hesablanmış 15011 manat pulu ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)B irinci instansiya məhkəməsində birinci icraat
3. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) (hakim Sulduz Ləzimov) 2(067)-1370/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddia təmin edilmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı məxsus evində qalan bir ədəd süfrəsi, 13 ədəd hamam dəsmalı, 70 ədəd əl-üz dəsmalı, 70 ədəd çay dəsmalı, 2 ədəd qalın yorğan, 1 ədəd yataq örtüyü dəsti, 13 ədəd iki nəfərlik yataq üzü, 6 ədəd fincan dəsti, 1 ədəd meyvə qabi, 1 ədəd soba üçün şüşə qab, 3 ədəd televizor üçün xüsusi eynəklər, 1 ədəd “LG” markalı soyuducu, 1 ədəd “King” markalı şirəçəkən, bir ədəd “Kenvood” markalı ətçəkən, 1 ədəd itimat markalı soba, 1 ədəd “Philips” markalı tozsoran, yataq dəsti mebeli, divara yığılma dolab Cavabdeh verilməsi və ya ona həmin əmlakların dəyəri olan 14011.5 manat pul cavabdeh tərəfindən verilməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
4. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonraapellyasiya instansiyası məhkəməsi) 2(105)-3873/2021 saylı, 25 noyabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
6. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya şi kayətinin forma və məzmunu Mülki Prosesual Məcəllənin 361.1-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun deyildir. Apellyasiya şikayəti elektron kabinet vasitəsi ilə həyata keçirilməmişdir. c)Birinci instansiya məhkəməsində ikinci icraat
7. Həmin qətnamədən cavabdeh təkrar xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli 2(067)-1370/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1370/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Cavabdeh qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.
9. Cavabdeh xx.xx.2022-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizə verərək, Xaçmaz rayon məhkəməsinin 12 avqust 2021-ci il tarixli 2(067)-1370/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 2(067)-1370/2021 saylı qərardadı (hakimlər Sərxan Səmədzadə) ilə apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə təmin edilməmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsini cavabdeh xx.xx.2021-ci i tarixdə almış, xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmin şikayətin aytarımas ı barədə 25 noyabr 2021-ci il tarixli qərardadını isə cavabdeh xx.xx.2022-ci il tarixdə almış, elektron formada apellyasiya şikayətini isə xx.xx.2022-ci il tarixdə 1 ay 3 gün keçəndən sonra vermiş, müddətin üzürlü səbəbdən buraxılması barədə isə məhkəməyə heç bir sübut verməmişdir.
11. Cavabdeh birinci instansiya məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi müddətinin bərpasını xahiş etmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli 2(067)-1370/2021 saylı qərardadı (hakimlər Sərxan Səmədzadə) ilə, şikayət təmin edilməmiş və şikayət vaxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Sumqayıt Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(105)-1282/2022 saylı, 12 may 2022-ci il tarixli qərardadı ilə (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Səyyad Qafari) Cavabdeh birinci instansiya məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərardadından verdiyi şikayətin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir.
14. Qərardad onunla əsaslandırılmışıdr ki, şikayətin forma və məzmunu Mülki Prosesual Məcəllənin 361.1-ci maddəsində nəzərdə tutulan forma və məzmuna uyğun deyildir. Şikayət elektron kabinet vasitəsi ilə həyata keçirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri A)Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh (Vəkil Ramiz oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsini, işin mahiyyəti üzrə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadından şikayət verərkən, normanı məzmununa və mahiyyətinə uyğun şikayət verilmiş və buraxılmış müddətin üzrlü səbəbdən olmasını vəsatətdə əsaslandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya mümkünlüyü üçün kifayət qədər əsaslar olmasına baxmayaraq, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad çıxarılmaqla qanunun normasını düzgün tətbiq etməmişdir. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərar dadının ləğv edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
19. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasın da baxılmaq üçün prosessual əsasların olması daxildir.
20. Maddə 395.1.1, 395.1.2. İşdə iştirak edən şəxslər qətnamədən ayrı-ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
22. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından cavabdeh kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən şikayət bu Məcəllə ilə müəyyən edilmiş formada və elektron kabinet vasitəsilə verilməlidir Cavabdehin isə şikayətinin forması Mülki Prossesual Məcəlləsinə 2 saylı Əlavədə göstərilən formaya uyğun d eyildir və şikayət elektron kabinet vasitəsilə verilməmişdir. Bu isə həmin şikayətinin qaytarılması üçün əsasdır.
25. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1282/2022 nömrəli iş üzrə 12 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar