Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4277/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X2, X8, X4 (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Rayon Ərazi İdarəsi) qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: çəkişmə prinsipi, məhkəmə aktının əsaslandırılması, ölmüş şəxsə qarşı iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-494/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Yevlax rayon Aqrar İslahat Komissiyasının 04.07.1998-ci il tarixli 33 saylı qərarı ilə Cavabdeh1 və onun ailə üzvləri - X2, X8 və X4 (bundan sonra – cavabdehlər) Yevlax rayonu, Əkşəm kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.0781 ha torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) verilmişdir. Bununla bağlı cavabdehlərin adına 25 yanvar 2001-ci il tarixli Torpağa mülkiyyət hüququna dair JN 101 nömrəli Dövlət Aktı tərtib olunmuşdur. İddiaçı (bunda n sonra – iddiaçı) ilə Cavabdeh1 və X3, həmçinin onların qohumları olan digər şəxslər tərəfindən imzalanmış sadə yazılı formalı akta əsasən Cavabdeh1 və X3 həmin torpaq sahəsini 01 oktyabr 2003-cü il tarixdə 1.300.000 manat müqabilində iddiaçıya vermişlər. Mübahisəli torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 iyun 2018-ci il tarixli ********** nömrəli çıxarışa əsasən cavabdehlərin adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı (üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Rayon Ərazi İdarəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına 28 iyun 2018-ci il tarixdə verilmiş çıxarışın ləğv edilməsi və mübahisəl i torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin onunla Cavabdeh1 arasında bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2003-cü il tarixdən 2020-ci ilin may ayına kimi mübahisəli torpaq sahəsi onun istifadəsində, sahibliyində və faktiki mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsini atası XXXla birlikdə həmin vaxta kimi əkibbecərmişlər. Torpaq vergisi ilə bağlı ödəniş qəbzində Cavabdeh1 adı göstərilsə də, faktiki olaraq ödəniş onun tərəfindən həyata keçirilmişdir. 2003-cü ildən 2020-ci ilin may ayına kimi o, dəfələrlə cavabdehə müraciət edərək aralarında olan alqı-satqı müqaviləsinin notariatda rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh vaxtı olmadığını, həmin torpaqla bağlı heç bir iddia tələblərinin olmadı ğını ona bildirmişdir. 2020-ci ilin aprel ayında torpaq sahəsinin rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etdikdə, cavabdeh ona bildirmişdir ki, artıq 17 ildir ki, torpaq sahəsindən istifadə edir, bundan sonra torpaq sahəsindən özü istifadə edəcəkdir və torpağı geri qaytarmaq fikrindədir. Aralarında yaranmış mübahisə ilə bağlı Yevlax Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Yevlax Rayon Polis X7 cavabdeh verdiyi izahatında təsdiq etmişdir ki, həqiqətən də o, torpaq sahəsini ailə üzvlərinin razılığı əsasında ona satmışdır, buna görə də onun tərəfindən 1.300.000 manat ödənilmişdir. Polis şöbəsində araşdırma zamanı o da məlum olmuşdur ki, cavabdeh gizli surətdə torpağın mülkiyyət hüququna dair Dövlət aktının onun və ailə üzvlərinin adına olmasından istifadə edərək qanuna zidd olaraq öz adına torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsini 2003-cü ildə satmaq qərarına gəlmişdir. Bu səbəbdən də həmkəndlisi XXXXXXlə (iddiaçının atası) görüşmüş, torpağı ona vermiş və müqabilində 1.300.000 manat pul almışdır. Lakin torpağı əbədi satmamış və torpağa ehtiyacı olan zaman geri alacağını XXXa demişdir. XXX həmin torpaqdan 17 ildir istifadə edir. Hazırda özünün və ailəsinin maddi vəziyyəti çox çətindir. Bu səbəbdən də torpağını geri istəyir. Torpağı birdəfəlik satmaq fikri olsaydı XXXla notariata gedərək alqı-satqı müqaviləsi bağlayardı. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)1707/2020 nömrəli iş ü zrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əqdin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehlərin əqdin bağlanmasından yayındığını bildirsə də, tərəflər öz aralarında müqavilə imzalayarkən notariat orqanlarına getmələrinə hər hansı bir maneə olmamışdır. Həmçinin məhkəmə hesab etmişdir ki, dövlət reyestrindən 28 iyun 2018-ci il tarixli ********** nömrəli çıxarış verilərkən hər hansı bir pozuntu olmamışdır. Çıxarışın verilməsinə əsas olmuş sənədlər mübahisələndirilmədiyindən çıxarışın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas ı Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 146.2, 152.1, 178.1, 336.1, 567, 646.1, 648.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 67.4, 83.1, 84.1, 111-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini iddia tələbində göstərdiyi dəlillərlə əsaslandıraraq bildirmişdir ki, birinci instansiya məhkəməsi onun hüquq və mənafeyinin kobud surətdə pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(10 7)-494/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), M.Hüseynov və G.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəllənin daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydasından bəhs edən 394-cü maddəsində göstərilmişdir ki, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunan qanun normalarından da göründüyü kimi, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavil ələrin notarial qaydada bağlanması imperativ xarakter daşıyır. Notarial qaydada bağlanmayan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair (o cümlədən daşınmaz əmlakın alqı-satqı müqaviləsi) müqavilələr heç bir hüquqi nəticə doğurmur və tanınmır. Məhkəmə müəyyən etmişdir ki, 2003-cü ildə mübahisəli torpaq sahəsinə verilmiş Torpağa mülkiyyət hüququna dair Dövlət aktında cavabdehin ailə üzvləri kimi (uşaqları) göstərilmiş xxxxxxxxxxx azyaşlı olmuşlar. Yəni, həmin torpaq sahəsi cavabdehin və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verildiyindən torpaq sahəsində onların payları bərabər hesab edilir. Cavabdehin uşaqları yetkinlik yaşına çatsalar da, tərəflər arasında bağlanmış sadə yazılı sənəddə (aktda) onların adı və imzası olmadığından heç bir öhdəlikləri yaranmamışdır. Məhkəmə, həmçini n müəyyən edilmişdir ki, iş üzrə cavabdehlər kimi göstərilmiş X3 22 mart 2007-ci il tarixdə, X9 isə 05 aprel 2011-ci il tarixdə vəfat etmişlər. 2003-cü ildə akt tərtib edilərkən paylı mülkiyyətdə olan mübahisəli torpaq sahəsinin hüquq müəyyənedici sənədləri qaydasında olmuşdur. Ona görə də cavabdehlər torpağı satdıqları halda bunu notariat qaydasında gedib təsdiqləyə bilərdilər. Aralarında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi olmadığına görə əqd notariat qaydasında təsdiqlənməmişdir. Məhkəmə “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 200 8-ci il tarixli qərarına istinadən qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin hüquq müəyyənedici sənədləri (Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) olmasına baxmayaraq iş üzrə tərəflər həmin torpaq sahəsinin alqı-satqısı barədə müqavilənin bağlanması üçün heç bir əsaslı səbəb olmadan notariat kontoruna müraciət etməmişlər. Odur ki, apellyasiya şikayətinin dəlilləri mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etiraz ın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmiş, işi tam, hərtərəfli, obyektiv araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, qanunu səhv təfsir etmiş, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Məhkəmə Mülki Məcəllənin 324.1, 324.4, 324.6, 331.1, 335.2, 336.1, 336.2, 385.1, 567, 646.1, 648.1-ci maddələrini mübahisəyə tətbiq etməli olduğu halda, tətbiq etməmişdir. Məhkəmə aralarında olan razılaşmanı torpaq sahəsinin alqı-satqısı kimi deyil, torpağın istifadəyə verilməsi kimi qeyd etmişdir və qüvvədə olan, məhkəmələr tərəfindən dəfələrlə tətbiq edilmiş Mülki Məcəllənin 335.2-ci maddəsini tətbiq etməkdən, ədaləti təmin etməkdən çəkinmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili şikayətin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq işə onun və ailə üzvlərinin (digər cavabdehlərin) iştirakı olmadan baxılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarını n pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkə məsinin aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir (maddə 25.2). MPM Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir (maddə 48). Ərizə məhkəmə qay dasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir (MPM-in 9.3-cü maddəsi). Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinə dair dövlət aktında cavabdehin ailə üzvləri kimi (uşaqları) göstərilmiş xxxxxxxxx azyaşlı olmuşlar. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, iş üzrə cavabd ehlər kimi göstərilmiş X3 22 mart 2007-ci il tarixdə, X9 isə 05 aprel 2011-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qətnaməsində işin həmin hallarını hansı sübutlarla müəyyən etdiyini əsaslandırmamışdır. Eyni zamanda iş üzrə tərəflərin izahatlarında da bu barədə məlumat verilməmiş, başqa sözlə həmin hallar işin mübahisəsiz halları kimi müəyyən edilməmişdir. Halbuki məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslıl ıq tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir (Kuznetsov və digərlərinin Rusiya Federasiyasına qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli qərar). Digər tərəfdən hətta məhkəmə iş üzrə cavabdehlər X1 22 mart 2007-ci il tarixdə, X5 isə 05 aprel 2011-ci il tarixdə vəfat etdiyini prosessual qanunvericiliyin tələblərinə uyğun müəyyən etmiş olsaydı belə, həmin hal iddia tələbinin qeyd olunan şəxslərə aid hissədə rədd olunması üçün deyil, bu hissədə iş üzrə icraata xitam verilməsi üçün əsas ola bilərdi. Çünki Mülki Məcəllənin 25.2-ci və MPM-in 48, 153.2.1-ci maddələrinə əsasən ölmüş şəxsin mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti olmadığından ona qarşı iddia irəli sürülə və belə iddia icraata qəbul edilə bilməz. Əgər icraata qəbul edildikdən sonra bu hal müəyyən edilərsə MPM-in 261.0.1-ci maddəsinə əsasən həmin şəxsə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində isti nad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-494/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4277/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4277/2021
02.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver