Məhkəmə qərarları › İş №2(102)-4280/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4280/2020

22.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4280/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev) iddiа təmin edilmiş, Cavabdeh 2621 (iki min altı yüz iyirmi bir) manat 50 (əlli) qəpik və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olaraq cəmi 2651 (iki min altı yüz əlli bir) manat 50 (əlli) qəpik pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əsədli və A.Mahmudov) cavadbeh Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məh kəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixliqətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5243 kq xam pambıq əskik təhvil verdiyinə görə 2621 manat 50 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmiş dir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə bağlanmış müqaviləyə əsasən İddiaçı pambıq bitkilərinin əkilib becərilməsində istifadə olunan texnikalarla, mineral kübrələrlə, lazım olan kimyəvi peraparatlarla, məhsulun daşınmasında istifadə olunan texnikaların təşkili, hər hektara görə çalışan işçilərin əmək haqlarının verilməsini öhdəsinə götürür. Cavabdeh isə hər hektara 1000 (bir min) kq pambı q təhvil verməyi, hər hektara 1000 (bir min) kq pambıq verilmədiyi təqdirdə, hər kiloqrama görə 0.50 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Göyçay rayonu Bəydövül kənd bələdiyyəsinin sədri B.Yusifovanın xx.xx.2019-cu il tarixli arayışına əsasən Bəydövül kəndində yaşayan Balabəy Babaşov və Ağabəy Babaşov mülkiyyətlərində olan 8 hektar torpaq sahəsində 2016-cı ildə kənd icra nümayəndəsi Cavabdeh tərəfindən pambıq əkilmişdir. Göyçay rayonu üzrə pambıq əkini və yığımı barədə məlumata əsasən Göyçay rayonu Bəydövül kəndində 8 ha torpaq sahəsində pambıq əkilmiş, təmiz çəkidə 2757 kq pambıq yığılmış, əskik 5243 kq olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödə məli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zə rərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca icra etməmiş və nəticədə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuş və bununla da onun hüququ cavabdeh tərəfindən pozulmuşdur. Buna görə də 2621 manat 50 qəpik pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Cavabdeh pambığın az təhvil verilməsində təqsirinin olmadığını bildirsə də, həmin faktı təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbay can Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xx xxxx 2020-ci il

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar