Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4281/2021 20.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı, x nun müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edildikləri və cəlb edildikləri iş üzrə QƏRARİ (Açar sözlər: maneçilik törədilməsinin qadağan edilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binası nda açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və cavabdeh bacı-qardaşdırlar, ataları X9 02 iyul 2018-ci il tarixdə ölmüşdür. İddiaçı atasından qalmış mirasdan ona çatası paya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat kontoruna muraciət etmiş, notariat kontoru Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 2 dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmişdir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 11.10.2018-ci il tarixli **********06 saylı və 30.10.2018-ci il tarixli **********221 saylı məktublarına əsasən, mənzildə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmad ığından ərizənin icrası mümkün olmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli qətnaməsi ilə xxin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payı 1/2 və cavabdeh İddiaçı miras payı 1/2 hissədə müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 29 saylı xüsusi notariat kontorunu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etməklə, Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, xldə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaratmasına mə cbur edilməsi, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiya alınaraq iddiaçıya verilməsi və iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun və 0,40 bank xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçının atası X8 02.07.2018-ci il tarixdə rəhmətə getmiş və ona məxsus xxx qalmışdır. Atası rəhmətə getdikdən sonra onun qanun üzrə vərəsələri kimi iddiaçı və bacısı Cavabdeh qalmışlar. Qanun üzrə vərəsə kimi mirasdan iddiaçıya çatası paya qanun üzrə vərəsəlık haqqında şəhadətnamə almaq üçün müvafiq notariat kontoruna sənədləri toplayaraq muraciət etmişdir. Lakin, bacısı Cavabdeh mənzilin açarını dəyişərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini n yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini mənzilə buraxmamışdır. Belə ki, vərəsəlik haqqında şəhadətnamənin alınması üçün idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması tələb olunur. X4 vəziyyətdən sui-istıfadə edərək, qanunsuz olaraq iddiaçının hüquqlarının həyata keçirilməsinə maneələr törətmişdir. İddiaçının dəfələrlə ona müraciət etməsinə, danışıqlar aparmasına cəhd etməsinə baxmayaraq, heç bir faydası olmamışdır. Cavabdeh iddiaçının hüquqlarını kobud şəkildə pozmaqda davam edir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsinə baxmayaraq, araşdırma zamanı yoxlama-ö lçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından, yəni mənzilin qapısı cavabdeh X5 tərəfindən açılmadığından ərizənin icrası mümkün olmamışdır.Qeyd olunanlardan əlavə 29 saylı xüsusi notariat kontorunun notariusu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 10.09.2018ci il tarixli məktub ünvanlayaraq ünvan 2 dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinə şərait yaradılmadığından, yəni mənzilin qapısı Cavabdeh tər əfindən açılmadığından ərizənin icrası mümkün olmamışdır.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək heç bir maneəçilik yaratmadığını, evin daha çox hissəsinin ona məxsus olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Xəlilov) 17 sentyabr 2020-cu il tarixli, xx nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, x ldə mütəxəssis tərəfindən texniki inventarlaşdırma (yoxlama-olçü) işlərinin aparılması üçün Cavabdeh tərəfindən mənzilə daxil olmağa şərait yaradılmasına məcbur edilməsi, vurduğu mənəvi ziyana görə 280 manat məbləğində kompensasiyanın, ödənilmiş 10 manat dövlət rüsumunun və 0,40 bank xidmət haqqının Cavabdeh alınaraq İddiaçı verilməsi qət olunmuşdur.
8. Məhkəmə mövqeyini belə əsas landırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.10.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə 02 iyul 2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış xxin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payının 1/2hissədə və cavabdeh İddiaçı miras payının 1/2 hissədə müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi miras əmlak, yəni Bakı şəhəri, Nəsimi rayonu, D.Əİiyeva küçəsi, 178 saylı evin 17 saylı mənzil məhkəmə qətnamələri ilə tərəflər arasında paylar üzrə bölünmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) 23 fevral 2021-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şə həri Nəsimi Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, x saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Ali Məhkəməsi 12.03.2020-ci il tarixli qərarı ilə əsaslı hesab edilmiş Bakı Apellyasiya Məhkəməsinin 30.10.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli mənzil yuxarıda qeyd olunan qeydiyyat vəsiqələri əsas götürülərək tərəflər arasında bölmüş, bununla belə mənzilə yerli baxış keçirilm əsi belə zəruri hesab etməmişdir. Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi 23.02.2021-ci il tarixli qətnaməsi ilə artıq əhəmiyyətini itirmiş mübahisə ilə bağlı, yəni 2018-ci ildə mübahisəli mənzilə dair vərəsəlik haqqında şəhadətnamənin alınması üçün Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılıb mənzilin təsviri, dövlət qeydiyyatına alınmış hüquqların və onların məhdudlaşdırılmasına dair arayışın alınması ilə bağlı cavabdehə müəyyən hərəkətləri etməyə məcbur etmə barədə qətnamə çıxarmışdır. Həmçinin qətnamədə cavabdehin qeyd olunan hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması qeyd edilsə də, hansı meyarlar əsas götürülərək mənəvi ziyanın məhz 280 manat olması əsaslandırılmamış, cavabdeh in tək qadın olmaqla işsiz olması, həmçinin ankoloji xəstə olması belə nəzərə alınmamışdır. Bununla belə, cavabdehin birinci instansiya məhkəməsində mübahisəli mənzilin qapısının açarının onun tərəfindən dəyişdirilməməsinin müəyyən olunması üçün ekspertiza təyin dilməsini xahiş edib, mənzilin qapısının açarının dəyişməməsi barədə şəkilləri təqdim etsə də, həmin vəsatətə münasibət belə bildirilməmiş, apellyasiya şikayətində də bununla bağlı qeyd edib, işin hallarının müəyyən edilməsi üçün AR ƏM-nin DK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin mütəxəssisləri də şahid qismində dindirilməli olması qeyd olunsa da, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılması üçün, yəni mənzilin qapısının açarının dəyişdirilməsi ilə bağlı xüsusatlar aparılmamışdır. Bel əliklə, cavabdehin ekspertiza təyin edilməsi, şahidin dindirilməsi barədə vəsatəti əsassız olaraq təmin etməməklə iş üçün mühüm əhəmiyyət kəsb edən sübutun əldə olunmasına maneəçilik törədilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlm əmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərə kətsizlikdir).
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkə məsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
27. AZ-İ seriyalı 940928 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 02.07.2018-ci il tarixdə ölmüşdür.
28. Texniki pasportdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178 ünvanında yerləşən 17 nömrəli mənzilin texniki pasportu X6 adına tərtib olunmuş və 06.02.2003-cü il tarixdə 81 inventar nöm rəsi ilə qeydiyyata alınmışdır.
29. Bakı şəhəri 29 saylı Xüsusi Notariat Kontorunun notariusu X2 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı 10 sentyabr 2018-ci il tarixli, 655 nömrəli məktubundan görünür ki, X6 02.07.2018-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun qanun üzrə vərəsəsi İddiaçı miras əmlaka şəhadətnamə verilməsi barədə ərizəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178, mənzil 17-yə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın (forma № 1) verilməsi xahiş olunmuşdur.
30. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.10.2018-ci il tarixli **********06 saylı və 30.10.2018- ci il tarixli **********221 saylı məktublarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 178 ünvanında yerləşən 17 nömrəli mənzildə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.03.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 30.10.2019-cu il tarixli qətnaməsi ilə - 02 iyul 2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış xxin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı hər birinin miras payının ½ hissədə müəyyən edilməsi qət edilmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Cavabdeh kassasiya şikayəti təmin olunmamışdır.
32. İşin müəyyən olunmuş hallarına əsasən - iddiaçı və cavabdeh bacı-qardaşdır, onların atası X9 02 iyul 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı atasından qalmış mirasdan ona çatası paya qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün müvafiq notariat kontoruna muraciət etmiş, notariat kontoru Daşınmaz Əmlakın Dövlət Reyestri Xıdmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, ünvan 2 dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 11.10.2018-ci il tarixli **********06 saylı və 30.10.2018-ci il tarixli **********221 saylı məktublarına görə, mənzildə yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30.10.2019-cu il tarixli qətnaməsi ilə 02 iyul 2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış xxin iki otaqdan ibarət hissəsinə iddiaçı Cavabdeh miras payının 1/2 hissədə və cavabdeh İddiaçı miras payının 1/2 hissədə müəyyən edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir
33. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin özünün də qanun üzrə birinci növbəli vərəsə olması halı, sonuncuya digər vərəsənin (iddiaçının) miras əmlakla bağlı hüquqlarının qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinə mane olmaq hüququ verməmişdir.
34. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxal q hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
35. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
36. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulm ası baş vermişdir.
37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002- ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəx sin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
38. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənə vi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anla yışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
40. Apellyasiya kollegiyası işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, vurulmuş mənəvi zərərin 280 manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Çünki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində uzun müddət atasından miras qalmış əmlaka vərəsəlik hüquqlarını rəsmiləşdirə bilməmiş, ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı keçirmişdir.
41. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
42. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən s