Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4281/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh xxxna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh xxxna qarşı “fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2496/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh xxxnun kassasiya şikayətinə 03 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Bakı Metropoliteninin Perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli, 1408 saylı Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteni Xətlərinin X6” və “Bakı Metropolitenin 2011-2015-ci illərdə İnkişafına dair Dövlət Proqramı”nda İİİ yeni (Bənövşəyi) xəttin “Xocəsən” elektrik deposu, “Avtovağzal”, B-02, B03, B-04 stansiyalarının tikintisi nəzərdə tutulmuşdur.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 158 saylı, 21 iyun 2013-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində “Xocəsən” elektrik deposunun ti kintisi üçün 21,92 ha torpaq sahəsini dövlət ehtiyacları üçün alan orqan kimi "xxxx" QSC müəyyən edilmişdir.
3. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti (bundan sonra – iddiaçı və ya RİH) Başçısının 01 oktyabr 2016-cı il tarixli, 212 saylı sərəncamında qeyd olunmuşdur ki, “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinə maneə törədən fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri "xxxx" QSC-nin müraciəti əsasında qiymətləndirilmiş və həmin tikililərə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğləri Maliyyə Nazirliyi tərəfindən razılaşdırılmışdır. 4. "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən verilmiş 03 avqust 2016-cı il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Mo todrom yaşayış massivində (bundan sonra – mübahisəli ünvan) yerləşən Cavabdeh aid ümumi sahəsi 318,43 m2 (A tikilisi - 141.76 m2, B tikilisi - 98.37 m2 və C tikilisi - 78.3 m2) olan fərdi yaşayış evinin bazar dəyəri 128.925 manat olmaqla sökülməsinə görə ödəniləcək kompensasiyanın məbləği Azərbaycan Respublikası Prezidentinin 506-İİİQD nömrəli, xx.xx.2007-ci il tarixli Fərmanına əsasən hesablanmış bazar dəyərinə 20% əlavə edilməklə 154.710 manat təşkil edir.
5. RİH ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən, Nümayəndə1 mübahisəli ünvanda yerləşən ümumi sahəsi 318,43 m2 olan fərdi yaşayış evindən 154.710 manat kompensasiya almaqla RİH-nin xeyrinə imtina etmişdir. Müqaviləni Nümayəndə1 adından etibarnamə əsasında nümayəndəsi kimi oğlu xxx (bundan sonra – c avabdeh) imzalamış və dövlət büdcəsindən "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesabına köçürülmüş kompensasiya formasında 154.710 manat məbləğində vəsait də cavabdeh tərəfindən qəbul edilmişdir. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3886/2018 nömrəli, 11 dekabr 2018-ci il tarixli qərar ilə X4 RİH-yə, Maliyyə Nazirliyinə, "xxxx" QSC-yə və Cavabdeh qarşı iddiası təmin edilərək, ona məxsus mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin Xocəsən-Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılması vəzifəsi RİH-yə həvalə edilmişdir.
7. Qanuni qüvvəsini almış həmin qərarda qeyd olunmuşdur ki, X5 məxsus fərdi yaşayış evi Cavabdeh məxsus fərdi yaş ayış evi ilə qonşuluqda yerləşir və sonuncuya məxsus fərdi yaşayış evi dövlət proqramı çərçivəsində köçürülməli olan evlərin siyahısındadır, bununla bağlı "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən xx.xx.2016-cı il tarixli qiymətləndirməyə aid hesabat hazırlanmış, hesabatda mübahisəli ünvanda Nümayəndə1 aid daşınmaz əşyalar qiymətləndirilmiş və qiymətləndirmə zamanı Nümayəndə2nın iddia etdiyi əmlakın digər əmlakla birgə dəyəri 154.710 manat müəyyən edilərək, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında Nümayəndə1 səlahiyyətli nümayəndəsi olan cavabdehə ödənilmişdir. Məhkəmə araşdırması zamanı Nümayəndə2ya məxsus evin siyahıya alınsa da, ümumiyyətlə, mühafizə zolağından kənarda yerləşdiyi, buna görə də, həmin evin köçürülməsinə zərurət olmadığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə RİH ilə xx.xx.2016-cı il tarixdə bağladığı alqı-satqı müqaviləsinin şərtlərinə əməl etməklə mübahisəli ünvanda (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 9. "xxxx" QSC iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.
10. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinadla iddia tələbini belə əsaslandırıb ki, kompensasiyanın ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti siyahı üzrə evlərin faktiki sahibləri ilə notarial qaydada müqavilə bağlayaraq vəsaitləri onların "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma hesablarına köçürmüşdür. Aparılan qiymətləndirmə zamanı Cavabdeh ətraf tikililərin ona məxsus olduğunu qeyd etdirərək, qiymətləndirmə Hesabatında A, B və C tikililər kimi göstərilmiş əraziyə ödənilməli vəsaiti alınması məqsədilə oğlu xxxna xx.xx.2016-cı il tarixli etibarnamə vermişdir. Verilmiş etibarnamə əsasında Zahid Allahverdiyev xx.xx.2016-cı il tarixdə Binəqədi Rayon icra Hakimiyyəti ilə alqı-satqı müqaviləsi bağlamış, Dövlət büdcəsindən kompensasiya formasında 154710,00 manat məbləğində pul "xxxx" ASC-nin Binəqədi filialında açılmış hesablaşma-hesabına köçürülmüşdür.
11. Verilmiş etibarnamə əsasında cavabdeh xx.xx.2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə alğı-satqı müq aviləsi bağlamaqla və Dövlət büdcəsindən kompensasiya formasında 154710 manat məbləğində vəsaiti almaqla (müqavilənin 2.1-ci bəndi) 5(beş) gün müddətində yaşayış sahəsindən ikinci tərəfin xeyrinə imtina etməyi, yaşayış sahəsindən çıxmaqla onu boşaltmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyinə əməl etməmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 389.1 və 425-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlillləri: - başqa şəxsə məxsus olan, girişi, həyəti, sanitar qovşağı tam ayrı olan fərdi yaşayış evi cavabdehin anasına məxsus olan ev kimi göstərilə bilməzdi. Belə ki, qanuni qüvvəsini almış məhkəmə qərarına əsasən qonşuluqda yaşayan Nümayəndə2ya məxsus yaşayış evi (sənədlərə əsasən “B” tikilisi) dəmir yol xəttin in çəkilməsi məqsədilə dövlət proqramı çərçivəsində köçürüləcək evlərin siyahısından çıxarılmışdır; - cavabdehlə isə qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanmasa da, sənədlərə əsasən “A” tikilisi kimi qeyd olunan cavabdehə məxsus ev də anasına məxsus evə dair bağlanmış müqaviləyə daxil edilmişdir. Halbuki, həmin vaxt qiymətləndirmə ilə əlaqədar evlərə baxış keçirən komissiyanın üzvləri tərəfindən bildirilmişdir ki, cavabdehə məxsus “A” tikilisi və qonşusuna məxsus “B” tikilisi sökülməyəcəkdir. Lakin müqavilə bağlandıqdan sonra müqavilədə yalnız anasına məxsus evin deyil, onlara məxsus evlərin də qeyd olunduğundan həmin evlərin də sökülməli olduğu bildirilmişdir; - aidiyyəti orqanlara müraciətindən sonra evlərinin sökülməsi dayandırılsa da, RİH hal-hazıradək mərhum anası ilə bağlan mış müqaviləyə istinad edərək, cavabdehi evlərini sökəcəkləri ilə hədələyirlər; - sözügedən müqavilədə yazılanları isə böyüdücü olmadan qətiyyən oxumaq mümkün deyil. Həmin müqaviləyə əsasən, cavabdehin anasına 318.43 m2 sahəyə görə 157.710 manat pul kompensasiyası ödənilmiş, cavabdeh etibarnamə əsasında həmin pulu almış, anasına vermiş və bu vəsaitin hara xərclənməsindən xəbərsiz olmuşdur. Həmin puldan cavabdehə heç nə çatmamışdır. Bundan başqa, cavabdeh anası ilə RİH arasında bağlanmış müqavilənin subyekt tərkibinə aid olmadığı üçün o, həmin müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcısı ola bilməz. Bu halda, mövcud iddia üzrə cavabdeh də ola bilməz.
14. İşdə olan məhkəmə aktlarının surətinə əsasən cavabdeh RİH-ə qarşı ("xxxx" QSC və Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) kompensasiyanın ödənilməsi tələbinə dair iddia qaldırmış, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-2967/2020 nömrəli, 03 iyun 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və qərardad qanuni qüvvəsini almışdır. Qərardadda qeyd olunmuşdur ki,...hazırkı iddia tələbi ilə mübahisələndirilən A və C tikililərinin də daxil olduğu ümumi sahəsi 318 m2 olan tikililərlə bağlı cavabdehin mərhum anası ilə müqavilə bağlanmış və cavabdeh razılaşdırılmış kompensasiya məbləğini almışdır. Cavabdeh ödənilmiş kompensasiya məbləği ilə razı olmadıqda və ya əlavə kompensasiya tələb etdiyi halda ilk növbədə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqaviləni mübahisələndirməlidir.
15. Cavabdeh yazılı vəsatətlə müraciət edərək, "xxxx" MMC-yə qarşı qaldırdığı qiymətlə ndirmə barədə hesabatın etibarsız hesab edilməsi və “A” tikilisi kimi qeyd olunan, ümumi sahəsi 141.76 m2 olan ona məxsus evin mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1509/2021 nömrəli mülki iş üzrə yekun qərar qəbul edilənədək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, vəsatət təmin olunmamışdır.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-96/2022 nömrəli, 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində (qiymətləndirmə hesabatında A və C tikililər kimi göstərilmi ş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin Cavabdeh hüquqi varisi cavabdeh xxxnun üzərinə qoyulması qət edilmişdir. (hakim İlkin Əliyev)
17. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, "Bakı Metropoliteni” QSC xx.xx.2016-cı il tarixli, 40N-10/3-1067 saylı məktubla RİH-yə müraciət edərək, stansiyanın istismara verilməsi və qatarların normal hərəkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və "Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzərində tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin maneə olduğu müəyyən olunmuşdur. Həmin fərdi yaşayış evləri müstəqil ekspert "xxxx" MMC tərəfindən qiymətləndirilmişdir. Kompensasiyanın hesablanması "xxxx" QSC-nin sifarişi əsasında aparılmış, RİH "xxxx" QSC tərəfindən təqdim edilmiş siyahı əsasında hesaba köçürülmüş kompensasiya məbləğlərinin aidiyyəti üzrə çatdırılmasını təmin etmişdir. Etibarnamə əsasında cavabdeh xx.xx.2016-cı il tarixdə RİH ilə müqavilə bağlamaqla dövlət büdcəsindən 154.710 manat məbləğində kompensasiya almış və aldığı kompensasiyaya görə cavabdehin xeyrinə fərdi yaşayış evindən imtina etmişdir. Lakin cavabdeh hal-hazıra kimi evdən çıxmamışdır.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsəl ən, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, malla rda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhd əliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Birinci instansiya məhkəməsi cavabdehin müqavilənin əsassızlığı ilə bağlı etirazına münasibətdə qeyd etmişdir ki, bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)5196/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 RİH-yə qarşı (üçüncü şəxslər "xxxx" QSC və xxx) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Həmin iş üzrə iddiaçı olan F.Allahverdiyeva hazırkı iş üzrə cavabdehin arvadıdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi Cavabdeh ilə RİH arasında bağlanmış xx.xx.2016-cı il tarix li müqavilə olmuşdur. Eyni zamanda cavabdehin yaşadığı ev faktiki olaraq özbaşına tikilidir və həmin evə və evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Lakin dövlət tərəfindən həmin torpaq sahələrində məcburi köçkün olaraq məskunlaşmış şəxslərə qabaqcadan razılaşmaqla kompensasiya ödənilərək evdən çıxarılmaları razılaşdırılmışdır. Hazırkı mübahisədə cavabdeh faktiki olaraq evdən çıxma ilə razılaşsa da, ona müstəqil olaraq kompensasiya ödənilməsini və ya mərhum anasına ödənilən kompensasiya məbləğinin artırılmasını xahiş edir.
20. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, RİH ilə cavabdehin anası arasında müqavilə bağlanan zaman sonuncunu cavabdeh təmsil etmiş, hətta kompensasiya məbləğini də cavabdeh özü qəbul etmişdir. Yəni cava bdehin həmin müqavilənin mahiyyətindən, təklif edilən kompensasiya məbləğindən xəbəri olmuş, müqavilə bağlanan zaman, o cümlədən kompensasiya ödənilən zaman buna etiraz etməmiş, faktiki olaraq razılaşmışdır. Cavabdehin sonradan evdən çıxmaqdan imtinasını müqavilənin mötəbərliliyi ilə əsaslandırması hüquqdan sui-istifadədir.
21. Bundan başqa, cavabdeh yaşadığı evdən çıxmaqdan imtinasının səbəbini dövlət tərəfindən müəyyən edilən kompensasiya məbləği ilə razılaşmaması ilə əsaslandırsa da, faktiki olaraq həmin qiymətləndirmə hesabatını başqa məhkəmə icraatı çərçivəsində mübahisələndirmişdir. Hər bir halda gələcəkdə kompensasiya məbləğinin məhkəmə qətnaməsi əsasında artırılması hazırkı mübahisədə cavabdehin hüququndan sui-istifadə etməsinə əsas vermir. Bununla bağlı qeyd edilməlidir ki, Konsti tusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olmaqla həyata keçirilməlidir. Mübahisə olunan yaşayış sahəsi isə cavabdehin xüsusi mülkiyyətində olmamaqla, özbaşına tikilidir. Yəni cavabdehin həmin yaşayış sahəsinə hər hansı subyektiv hüququ olmasa belə, dövlət tərəfindən kompensasiya ödənilmişdir. Buna baxmayaraq, metro tikintisi nəzərdə tutulan həmin ərazidə tikinti işlərinin aparılması bu kimi səbəblərlə hal-hazıradək mümkün olmamışdır. Kompensasiya məbləği ilə bağlı məhkəmə çəkişməsinin belə illərlə uzanması isə nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olacaqdır. Odur ki, kompensasiya məbləğinin mübahisələndirilməsi hazırkı mübahisəyə mahiyyəti üzrə baxılmasına maneə hesab edilə bilməz və cavabdehin icraatın dayandırılması barədə vəsatəti də eyni əsasla təmin edilməmişdir.
22. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, cavabdeh iddia ərizəsində qeyd edilən, müvafiq müqavilədə öz əksini tapan tikililəri boşaltmalı və təhvil verməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1 1 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarına da istinad etmişdir. Həmin Qərarda qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
24. Birinci instansiya məhkəməsi öz mövqeyini, Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 442, 560.3.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsınin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh mərhum anası ilə RİH arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin subyekt tərkibinə aid olmadığı üçün o, həmin müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcısı olmadığından mövcud idd ia üzrə cavabdeh də ola bilməz. Bu halda, RİH ilə cavabdeh arasında hər hansı müqavilə olmadığı üçün iddiaçı cavabdehin yaşadığı evdən çıxarılması ilə bağlı müvafiq subyektiv hüquqa malik deyil; - iddia tələbində cavabdehin hüquq varisliyi ilə bağlı hər hansı qeyd yoxdur, yalnız qətnamənin nəticə hissəsində cavabdehin hüquq varisliyi göstərilmiş, lakin cavabdehin hansı hüquqi əsasla hüquqi varis kimi mərhum anasının öhdəliklərinə görə cavabdeh olduğu qətnamənin əsaslandırıcı hissəsində düzgün əsaslandırmamışdır; - birinci instansiya məhkəməsi cavabdehi anası Cavabdeh hüquqi varisi kimi qeyd edərək onunla Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin arasında 27.12. 2016-cı il tarixdə bağlanmış müqavilənin şərtlərinə əməl etməklə Bakı şəhəri Binəqədi rayonu Xocahəsən qəsəbəsi, Motodrom adla nan yaşayış massivində (qiymətləndirmə hesabatında “A” və “C” tikililər kimi göstərilmiş ərazidə) yerləşən fərdi yaşayış evinin boşaldılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar verib. Birinci instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan iddia tələbində qeyd olunmadığı halda, qətnamənin qət hissəsinə hüquqi varis məsələsini əlavə etməklə qanunsuz qətnaməyə hüquqi don geyindirməyə uğursuz cəhd göstərib. Belə ki, cavabdehin mərhum anası Cavabdeh ilə Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti arasında bağlanmış 06 dekabr 2016-ci il tarixli 16 saylı müqaviləyə əsasən 318.43 kvadrat metr sahəyə görə 154.710 (yüz əlli dörd min yeddi yüz on) manat pul kompensasiya kimi ödənilib. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, “Motod rom” adlanan yaşayış massivi ünvanda yerləşən Cavabdeh məxsus fərdi yaşayış evi (sənədlərdə “C” tikilisi) Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə əlaqədar alınıb və hazırda sökülüb. Bu halda, artıq sökülən və mövcud olmayan həmin əmlakın cavabdeh tərəfindən miras kimi faktiki qəbul edilməsi qeyri-mümkündür; - X5 məxsus ev (sənədlərdə “B” tikilisi) Cavabdeh məxsus köməkçi sahə kimi göstərilərək söküləcək evlərin siyahısına salınıb. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli 2-1(81) - 3886/2018 saylı qərarına əsasən X5 məxsus ev Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsin də köçürüləcək evlərin siyahısından çıxarılıb. X5 məxsus ev onun mülkiyyətində olduğundan həmin ev də cavabdeh tərəfindən heç bir halda miras kimi qəbul edilə bilməz; - sənədlərdə “A” tikilisi kimi qeyd olunan yaşayış evi cavabdehə məxsusdur. - Həmin evin bazar qiymətinin dəyərləndirilməsi tələbi ilə məhkəmədə qaldırdığı iddia təmin edilib. Belə ki, Bakı şəhər Nizami rayon məhkəməsinin 2(007) - 1509/2021 saylı, xx.xx.2021 tarixli iş üzrə qəbul etdiyi qətnaməyə əsasən cavabdehin Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin çəkilişi ilə əlaqədar Xocəsən Avtovağzal arası metro tunellərinin və Xocəsən elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi dövlət proqramı çərçivəsində köçürülmə ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom adlanan yaşayış massivi ünvanda ye rləşən Cavabdeh aid 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında "xxxx" MMC tərəfindən hazırlanan hesabat etibarsız hesab edilib və həmin hesabata əsasən sənədlərdə “A” tikilisi kimi qeyd olunan və ümumi sahəsi 141.76 kvm., olan cavabdehə məxsus evin mövcud bazar qiyməti 113.408 manat məbləğində müəyyən edilib. “A” tikilisi cavadehə məxsus olduğundan özünə məxsus daşınmaz əmlakın sökülməsi ilə əlaqədar (əgər həqiqətən buna zərurət varsa) kompensasiya tələbi ilə əlaqədar iddia tələbinin irəli sürülməsi heç bir halda həmin əmlakın miras əmlak kimi qəbul edilməsi sayıla bilməz; - cavabdeh mərhum anası Cavabdeh məxsus olan evin (sənədlərdə “C” tikilisi, ümumi sahəsi 78.30 kvm.) kompensasiya məbləğinin artırılmasına dair məhkəmədə iddia qaldırmışdır. Hazırda qanuni qü vvədə olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2740/2019 saylı qərarı cavabdehin mərhum anasının hüquqi varisi kimi iddia irəli sürməyə subyektiv hüququnun olmaması səbəbindən həmin iddia mümkünsüz sayılıb. Göründüyü kimi, anası ilə bağlanan müqavilədə yaşayış evi həyət tikilisi kimi qeyd olunmaqla cavabdehə digər köçürülənlərdən iki dəfə az kompensasiya ödənildiyi üçün kompensasiya məbləğinin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmağa hüquqi varis kimi subyektiv hüququnun olmadığı qanuni qüvvədə olan məhkəmə qərarı ilə artıq təsbit olunub. Bu halda, birinci instansiya məhkəməsinin anası ilə bağlanan müqavilənin şərtlərinə anasının hüquqi varisi kimi onun cavabdehlik daşıdığı barədə nəticəyə gəlməsi üçün heç bir hüquqi əsas olmadığı kimi, anası ilə bağlanan müqavilə ilə əlaqədar ona qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia tərəfinin də subyektiv hüququ yoxdur.
27. Apellyasiya baxışında cavabdeh yenidən yazılı vəsatətlə müraciət edərək, "xxxx" MMC-yə qarşı qaldırdığı qiymətləndirmə barədə hesabatın etibarsız hesab edilməsi və “A” tikilisi kimi qeyd olunan, ümumi sahəsi 141.76 m2 olan ona məxsus evin mövcud bazar qiymətinə uyğun yenidən qiymətləndirilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-1509/2021 nömrəli mülki iş üzrə yekun qərar qəbul edilənədək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının 29 mart 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokoluna yazılmış qərardadı ilə vəsatət təmin olunmamışdır.
28. Bakı Apellyasiya Məhkəməs i Mülki kollegiyasının 2(103)-2496/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov)
29. Apellyasiya instansiyası məhkəməsi işin araşdırılması zamanı müəyyən etmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının “Bakı Metropoliteninin “XocəsənAvtovağzal” mənzil tunelləri və Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsi ilə əlaqədar tunellərin üzərində yerləşən fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sənədləşdirilməsi barədə” 01 oktyabr 2016-cı il tarixli sərəncamına əsasən Binəqədi rayonu, “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposunun dəmir yolu xəttinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə Sərəncama əlavə olunmuş, adları göstərilən şəxslərin fərdi yaşayış evlərinin mövcud vəziyyətdə hüquqi qeydiyyata alınması və cizgilərinin təsdiqlənməsi, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektinin sökülməsi məqsədilə müəyyən edilmiş kompensasiya məbləğinin fərdi qaydada ödənilməsinin təmin edilməsi RİH başçısı aparatının sektor müdiri (baş mühasib) Hicran Dadaşovaya həvalə edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası "xxxx" QSC xx.xx.2016-cı il tarixli 40N-10/3- 1067 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, stansiyanın istismara verilməsi və qatarların normal hərkətinin təmin olunması üçün “Xocəsən-Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektr ik deposuna dəmir yolu xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Hər iki obyekt üzrə tikinti işlərinin aparılmasına orada inşa edilmiş məcburi köçkünlərə məxsus 35, məcburi köçkün olmayan şəxslərə məxsus 30 fərdi yaşayış evinin və bir ədəd obyektin mane olduğu müəyyən olunmuşdur. Bununla əlaqədar “Xocəsən Avtovağzal” arası mənzil tunellərinin və “Xocəsən” elektrik deposuna dəmir yolu xəttinin çəkilməsinə maneə törədən fərdi yaşayış evləri və qeyri-yaşayış obyektləri "xxxx" ASC-nin müraciəti əsasında qiymətləndirilmiş və həmin tikililərə ödənilməsi nəzərdə tutulan kompensasiya məbləğləri Maliyyə Nazirliyi tərəfindən razılaşdırılmışdır. "xxxx" MMC tərəfindən verilən xx.xx.2016-cı il tarixli, K/111(09) saylı qiymətləndirməyə aid hesabata müşayiət məktubuna əsasən K/111 saylı, xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə uyğun olaraq Biləcəri qəsəbəsində inşa edilən Bakı Metropoliteninin İİİ yeni (Bənövşəyi) xəttinin “Xocəsən- Avtovağzal” sahəsi ünvanda yerləşən Cavabdeh aid “A”, “B” və “C” tikililərindən ibarət olan daşınmaz əmlakın bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabatda layihənin tikinti sahəsinə düşən daşınmaz əmlak üçün kompensasiya məbləği 154710 manatdır. Hesabatın 2.3-cü bəndində əmlakın baxış aktı ilə xxx tanış olmuş və imzalamışdır. Cavabdeh ilə Bakı şəhər Binəqədi RİH arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki birinci tərəf Cavabdeh 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən 2-ci tərəfin yəni Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina edir. “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerl əşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə sakinlərə veriləcək xx.xx.2016-cı il tarixli, 32 №-li kompensasiya cədvəlindən görünür ki, Cavabdeh 154710 manat kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" ASC tərəfindən verilən TT2779835 saylı kassa məxaric orderinin surətindən görünür ki, etibarnamə əsasında xxxna “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə 154710,00 AZN kompensasiya verilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki halları baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin mərhum anası ilə RİH arasında bağlanmış xx.xx.2016-ci il tarixli 16 saylı müqaviləy ə əsasən 318.43 m2 sahəyə görə 154.710 manat pul kompensasiya kimi ödənilmiş, cavabdeh etibarnamə əsasında həmin pulu alıb dərhal tam şəkildə anasına vermişdir. Anasının xx.xx.2017-ci il tarixdə vəfatından sonra isə həmin ünvanda yaşayan şəxs olaraq iddianın cavabdehə qarşı yönəldilməsi haqlı olmuşdur. Cavabdeh özü şəxsən hesabatı imzalamış, kompensasiya məbləği ilə tanış olmuş və qəbul etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi cavabdehin RİH ilə hər hansı müqavilə olmadığı üçün iddiaçının onun yaşadığı evdən çıxarılmağı ilə bağlı müvafiq subyektiv hüquqa malik olmaması barədə dəlilinə münasibətdə qeyd edib ki, cavabdehin mərhum anası RİH ilə bağlanan xx.xx.2016-cı il tarixli müqavilənin tərəfi olmuş və müqavilə əsasında 154.710 manat məbləğində kompensasiyanı almaqla yaşayış sahəsi ndən RİHnin xeyrinə imtina etmək kimi öhdəlik götürmüşdür. Başqa sözlə, cavabdeh anasının sağlığında etibarnamə ilə nümayəndəsi olaraq ona çatmalı olan “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə 154.710 manat kompensasiyanı almağa səlahiyyəti olmuş, bu məbləği almış, lakin anasının vəfatından sonrakı dövrlərdə yaşadığı evdən çıxmaqdan imtina etməyə başlamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə RİH ilə cavabdeh arasında hər hansı müqavilə olmasa da, cavabdeh müqavilə tərəfi olan anasının sağlığında onun səlahiyyətli nümayəndəsi, ölümündən sonra isə birinci növbə vərəsələri dairəsinə daxil olan şəxs statusuna malik olmuşdur. Sökülməli olan ev vərəsə olaraq ona miras əmlak kimi çatmasa da, faktiki olaraq a nası ilə yaşadıqları evin dövlət ehtiyacları üçün satınalma prosesi nəticəsində dövlətdən əldə etdiyi kompensasiya məbləğinə (pul formasında mirasa) vərəsədir. Belə olan halda, cavabdehlə RİH arasında hər hansı müqavilənin olmaması sonuncunun bağlanmış müqaviləyə əsasən müqavilə tərəfinin etibarnaməsi əsasında kompensasiyanı alaraq, müqavilə tərəfinin ölümü ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi mümkün olmadığı halda mərhumun faktiki varisi statusuna malik olan şəxsə qarşı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verməyə davam edərək, göstərmişdir ki, mərhum anasının hüquqi varisi kimi iddia irəli sürməyə subyektiv hüququnun olmaması səbəbindən iddianın mümkünsüz sayılmasına dair hazı rda qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2740/2019 saylı qərarı onun mərhum anasının vərəsəlik hüquq münasibətləri baxımından hüquqi varisi olmaması anlamına gəlməyə əsas vermir. Həmin qərarın məzmunundan görünür ki, iddia tələbi əsl olmayan cavabdehə qarşı yönəldiyindən və iddiaçı cavabdehin əvəz edilməsindən imtina etdiyindən iddia mümkün sayılmamışdır. Qeyd olunan qərarının mövcudluğu birinci instansiya məhkəməsinin anası ilə bağlanan müqavilənin şərtlərinə anasının hüquqi varisi kimi onun cavabdehlik daşıdığı barədə nəticəyə gəlməsi üçün heç bir hüquqi maneə yaratmamış və anası ilə bağlanan müqavilə ilə əlaqədar ona qarşı məhkəmədə iddia qaldırmaq üçün iddia tərəfinin subyektiv hüququnun olmamasına dair apell yasiya şikayətinin dəlilləri bağlanmış müqavilə üzrə müqavilə tərəfinin səlahiyyətli nümayəndəsi kimi dövlətdən müəyyən edilmiş kompensasiyanı almış şəxsin müqavilənin şərtlərinə əməl etməkdən yayınmaq üçün etdiyi apellyatorun məsuliyyətsiz cəhdi kimi qiymətləndirilir.
34. Cavabdeh yaşadığı evdən çıxmaqdan imtinasının səbəbini dövlət tərəfindən müəyyən edilən kompensasiyanın məbləği ilə razılaşmaması ilə əsaslandıraraq, iddiaya cavab verən şəxs olduğunu qəbul etmiş olur. İddiaçı ilə bağlanan müqavilənin digər tərəfi olan Nümayəndə1 vəfat etməsi cavabdehin müqavilə üzrə üzərinə götürmüş öhdəliklərə, fərdi yaşayış evindən imtinasına xitam verilməsi kimi şərh edilə bilməz. Cavabdehin hazırda fərdi yaşayış evini boşaltmamaqla, əlavə olaraq daha yüksək kompensasiya tələb etməsi onun hüquqdan su i-istifadə etməsi kimi qəbul edilir.
35. Bundan başqa, Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə cavabdeh hazırkı apellyasiya baxışında icraatın dayandırılması barədə vəsatət verərək, qiymətləndirmə hesabatını başqa məhkəmədə mübahisələndirsə də, bu iddiaya baxılması üzrə qəbul ediləcək yekun qərarın qəbul edilməsi və onun qanuni qüvvəyə minməsi hazırkı iddia üzrə yekun qərarın qəbul edilməsinə mane olmur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət belə əsaslandırılmışdır: - iddiaçı heç bir zərurət olmadan cavabdehin qonşusu Sevinc Məmmədo vaya və cavabdehə məxsus evi cavabdehin mərhum anasına məxsus evlər kimi təqdim etmiş və məhz iddia tərəfinin vicdanlılıq prinsipinə əməl etməməsi səbəbindən həmin müqavilənin icrası mümkün olmamışdır. Apellyasiya məhkəməsi isə özündən motiv düzəldərək belə nəticəyə gəlmişdir ki, guya cavabdehin öz evindən çıxmaqdan imtina etməsinə görə metro tikintisi hal-hazıra kimi mümkün olmamışdır. Halbuki, metro tikintisinin başa çatıbçatmadığı işə baxmış məhkəmələr tərəfindən araşdırılmamış, metro tikintisi ilə əlaqədar həmin ərazidə tunellərin çəkilişi çoxdan başa çatmış və sökülən evlərin yerində artıq asfalt yol salınmışdır; - bununla əlaqədar Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1509/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı əsasında hazırlanan “Yeni dövr” X2 əsasən “C” tikilisi artı q mövcud deyil, sökülərək yol çəkilmişdir. Göründüyü kimi, tunellərin tikintisi artıq yekunlaşdığı və söküntü işlərindən sonra artıq həmin ərazidə yol salındığı halda başqalarına ziyan vurmaqla hüquqdan sui-istifadə qeyri-mümkündür; - digər tərəfdən, mərhum anası ilə müqaviləni cavabdeh hazırlamamış, özünə və qonşusu Sevinc Məmmədovaya məxsus ayrıca girişi, həyəti olan evləri mərhum anasına məxsus evlər kimi müqaviləyə cavabdeh əlavə etməmişdir. Müqavilə iddiaçı tərəfindən hazırlanmışdır. Bu halda, cavabdeh tərəfindən hər hansı hüquqdan sui-istifadəyə yol verilməsi mümkün olmadığından, məhkəmə tətbiq etməli olmadığı maddi hüquq normasını tətbiq etmişdir; - bundan başqa, apellyasiya məhkəməsi gəldiyi nəticəyə üzrə cavabdehin mərhum anasından qalmış mirası faktiki qəbul etməsinə istinad et sə də, bu, düz olmamışdır, çünki anasına məxsus heç bir miras olmamış və cavabdeh mirası qəbul etməmişdir. Mirası qəbul etmədiyi üçün miras qoyanın əmlak hüquqlarını əldə edə və onun vəzifələrinin icraçısı ola bilməz; - işin bu halı hazırda qanuni qüvvədə olan Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-3003/2021 saylı qərarı ilə təsdiq olunur. Digər tərəfdən, cavabdeh anası ilə bir evdə yaşamamış, anası özünün ayrıca girişi, həyəti, sanitar qovşağı olan “C” tikilisində yaşamış, işıq, su, qaz sayğacları ayrı olmuşdur. Mərhum anasına ödənilmiş kompensasiya məbləği onun ölümündən sonra miras aktivə daxil edilməmişdir. İşdə bunu təsdiq edən heç bir sübut olmadığı halda, məhkəmə cavabdehi kompensasiya məbləğinə (pul formasında mirasa) vərəsə kimi göstərmişdir; - qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)– 6959/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən də göründüyü kimi, kompensasiya məbləğini anasına verdiyi, həmin məbləğin anasının sağlığında borcların ödənilməsinə sərf edildiyi, eyni zamanda, həmin dövrdə banka kredit borcunun olması faktları qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə təsdiq olunmuşdur. Kompensasiya üçün ödənilən məbləğin anası tərəfindən sağlığında xərclənmədiyi iddiaçı tərəfindən sübut olunmadığı üçün hər hansı mirasın mövcudluğundan, yaxud cavabdehin həmin mirasa vərəsəliyindən söhbət gedə bilməz; - məhkəmənin qeyd etdiklərinin əksinə, cavabdeh bazar qiymətindən artıq kompensasiya istəmir. Ona məxsus evin bir hissəsi və mərhum anasına məxsus ev çoxdan sökülmüş və onun yaşadığı ərazidəki büt ün söküntü və tikinti işləri artıq tam yekunlaşmışdır. Belə olan halda, tunellərin tikintisi yekunlaşdığı üçün evinin sökülməsinə artıq heç bir zərurət yoxdur. Cavabdeh də zərurət aradan qalxdığından evinin sökülməsində qətiyyən maraqlı deyil və kompensasiya tələbi irəli sürmür; - eyni zamanda, apellyasiya məhkəməsi icraatın dayandırılması barədə vəsatətini əsassız olaraq rədd etmişdir. Ona görə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1509/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə ilə müəyyən edilmişdir ki, “A” tikilisi cavabdehə məxsusdur. Mərhum anası ilə RİH arasında bağlanmış müqavilə artıq birinci instansiya məhkəməsində etibarsız sayılan mübahisəli ünvanda yerləşən mərhum anasına aid 26 iyul 2016-cı il tarixinə bazar dəyərinin qiymətləndirilməsi haqqında hesabata uy gun olaraq bağlanmışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə mənasına görə, hesabatın etibarsızlıgına dair məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda həmin hesabata əsasən bağlanan müqavilə də etibarsız sayılır. Hazırkı iddia tələbi artıq birinci instansiya məhkəməsində etibarsız sayılan hesabat əsasında bağlanan müqaviləyə əsaslanır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Üçüncü şəxs "xxxx" QSC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddia ərizəsi ilə oxşar dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən ç əkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şə rtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu baxımdan kollegiya qətnaməni tam yoxlayır.
41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam qiymət verməklə iddia tələbi üzrə qanuni nəticəyə gəlmişdir.
44. İddia tələbi cavabdehin kompensasiya verilməklə sökülmüş yaşayış sahəsindən çıxarılması barədədir.
45. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə də cavabdehin anası Cavabdeh ilə Bakı şəhər Binəqədi RİH arasında xx.xx.2016-cı il tarixdə müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh 154710 manat məbləğində kompensasiya almaqla yaşayış sahəsindən Bakı şəhər Binəqədi RİH-in xeyrinə imtina etmişdir. Anasının verdiyi etibarnamə əsasında cavabdeh xxxna “Xocəsən-Avtovağzal” mənzil tunellərinin üzərində yerləşən fərdi yaşayış evlərinin köçürülməsi məqsədilə 154710,00 AZN kompensasiya verilmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbi və apellyasiya şikayətinin dəlilləri üzrə hazırki qərarın 29-35-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.
47. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkilik edən kassasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirək əsassız hesab edir.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh elektron məhkəmə sistemi vasitəsilə kollegiyaya müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində, sənədlərdə A tikilisi kimi gedən, sahəsi 141,76 kv.m etr olan evin metro tikintisi ilə əlaqədar köçürüləcək evlərin siyahısından çıxarılması barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmasını bildirmiş və həmin tələbə baxılana qədər hazırki şikayətə baxılmasının dayandırılmasını xahiş etmişdir.
49. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız sayır. Belə ki, cavabdehin elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi Bakı İnzibati Məhkəməsinin bildirişindən görünür ki, məhkəmənin icraatında olan iş hər hansı tikilinin siyahıdan çıxarılması barədə yox, cavabdehin Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı ziyanın ödənilməsi tələbi barədədir.
50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxnun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2496/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.