Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4283/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əqdin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)648/2022 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Xaçmaz şəhəri, Aşıq Ələskər küçəsi, 45 nömrəli yaşayış evi və evin yerləşdiyi 0,6 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətində olmuşdur.
2. X6 mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsindən 0,01704 ha hissəsini 11 iyul 2017-ci il tarixli müqavilə ilə nəvəsi İddiaçı2 bağışlamışdır
3. Torpaq sahəsinin qalan hissəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 tam mülkiyyətinə qalmış və o, həmin əmlakı 05 aprel 2018-ci il tarixli müqavilə ilə digər nəvəsi Cavabdeh bağışlamışdır. X1 adından onun etibarnamə əsasında nümayəndəsi X8 tərəfindən imzalanmışdır. Həmin əmlak üzərində Cavabdeh mülkiyyət hüququ 17 mart 2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. X5 16 fevral 2019-cu il tarix də ölmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə cavabdeh arasında bağlanmış 05 aprel 2018-ci tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və dövlət reyestrindən cavabdehin adına verilmiş 17 mart 2021-ci tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar və azyaşlı uşaqları mübahisəli evdə qeydiyyatdadırlar. Onlar həmin ünvanda yaşayan vaxtlarda X5 ilə cavabdeh arasında daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. X2 ilə cavabdeh arasında daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanarkən iddiaçıların razılığı alınmamışdır. X3 bağışlama müqav iləsinə əsasən torpaq sahəsini və evini cavabdeh adına özgəninkiləşdirilməsi və dövlət reyestrindən cavabdehin adına reyestrdən çıxarış sənədi verilməsindən iddiaçıların məlumatı olmamışdır. Yalnız 2021-ci ilin iyun ayında müvafiq sorğu ilə sənədlərin alınmasından sonra bu proseslərin həyata keçirildiyi iddiaçılara məlum olmuşdur. Daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı bağışlama müqaviləsi bağlanarkən müqavilənin etibarlı olması üçün həmin əmlakda qeydiyyatda olan şəxslərin razılığı tələb olunur. Mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilməklə, notariusa təqdim edilmiş arayışda bağışlanan ünvanda bir nəfərin - mülkiyyətçinin qeydiyyatda olduğu göstərilmişdir.
7. Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(067)-2345/2021 nömrəli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 144.1, 144.2, 146.1, 152.1, 152.5, 324.1, 324.2, 324.4, 329, 331.1, 334.1, 389.1, 339-347, 666.1, 666.2, 668.1.1-ci maddələrinə və “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, bağışlama müqaviləsi təsdiq edildiyi zaman mübahisəli ev və torpaq sahəsi X3 xüsusi mülkiyyətinə aid əmlak olduğundan həmin vaxt sonuncunun bağışladığı əmlaklar üzərində öz mülahizəsinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüququ olmuşdur. Ona görə də, bağışlanmış evdə qeydiyyatda olan iddiaçıların razılığının alın maması halı Zina Paşayevanın xüsusi mülkiyyətinə aid əmlak üzərində öz mülahizəsinə əsasən müstəqil sərəncam vermək hüququnun məhdudlaşdırılmasına və bağışlama müqaviləsinin etibarsız sayılmasına əsas ola bilməz.
9. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən bağışlama müqaviləsi rəsmiləşdirilərkən bağışlanılan əmlakda qeydiyyatda olan iddiaçıların razılığının alınmaması halı əqdlərin etibarsızlığına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəsli ilə müəyyən edilmiş əqdlərin etibarsızlığına səbəb olan əsaslardan hər hansı birinə aid deyildir.
10. Həmçinin məhkəmə araşdırılması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən hər hansı neqativ hallara, əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə hər hansı mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verilmədiyi müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(067)-2345/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)-648/2022 nömrəli qətnaməsi ilə (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il t arixli, 2(067)-2345/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, işə əlavə olunmuş bağışlama müqaviləsinə dair sənədlərə əsasən notarius “Notariat haqqında” Qanunun 45-ci maddəsi ilə müəyyən olunan vəzifəsini yerinə yetirmişdir.
14. Digər tərəfdən Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında istinad olunan mövqeyinə görə müqavilənin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının alınmaması əqdin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Başqa sözlə, iddiaçılar məhkəməyə öz tələbinin əsası kimi istinad et diyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır.
16. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçılar hazırkı iddianı qaldırarkən kəsici müddəti ötürmüşlər. Belə ki, mübahisələndirilən bağışlama müqaviləsi 05 aprel 2018-ci il tarixdə bağlanmış, lakin bu müqavilə 05 avqust 2021-ci ildə mübahisələndirilmişdir ki, bununla da qanunla nəzərdə tutulmuş 1 illik kəsici müddət ötürülmüşdür. Zina Paşayeva 16 fevral 2019-cu ildə vəfat etmiş, yəni iddiaçılar ən azı həmin vaxtdan mübahisəli evin və altında yerləşən torpaq sahəsinin bağışlanmasını bilməli idilər.
17. Apellyas iya instansiyası məhkəməsi həmçinin, iddia tələbinin ikinci hissəsinə qiymət verərək hesab etmişdir ki, 05 aprel 2018-ci il tarixli bağışlama müqaviləsinin etibarsızlığına dair iddia təmin edilmədiyindən, onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat da ləğv edilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)-648/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 337.1-337.5, 354, 359.1, 359.3, 359.4, 375-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələri, “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimat pozulmuşdur.
20. Belə ki, iddiaçılar 13 mart 2015-ci il tarixdən mübahisəli ünvanda qeydiyyatda olsalar da, əmlakın bağışlanması zamanı onların razılığı alınmamışdır. Həmçinin məhkəmə nəzərə almamışdır ki, bağışlama müqaviləsi Samir Paşayev adlı şəxs tərəfindən imzalanmış və o, evi öz bacısına bağışlamışdır. Etibarnamə verilən şəxs mülkiyyətçinin məlumatı olmadan, ondan gizli formada başqa məqsədlər üçün verilmiş etibarnamədən sui-istifadə edərək, əmlakı öz bacısına bağışlamış və məhkəmə bu hissələrə hüquqi qiymət verməmişdir. Bundan əlavə, yalnız vəkil sorğusu verib sənədləri aldıqdan sonra iddiaçılara bağışlama müqaviləsinin mövcudluğundan məlumatları olmuş və onlar müəyyən olun an müddəti ötürmədən iddia ilə məhkəməyə müraciət etmişlər.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyas ı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bi r növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əq dlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 27. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidi r. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslə r tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəb ul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına, habelə hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə kollegiyası həmin dəyərləndirmə ilə razılaşır.
31. Kassasiya şikayətinin dəlilləri üzrə bir daha məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əmlakın əvvəlki mülkiyyətçisi tərəfindən bağışlanması zamanı iddiaçıların razılığının alınmaması müqavilənin etibarsızlığı üçün əsas ola bilməz.
32. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibar sız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; məzmunu; forması; iradə və iradə ifadəsi. Mübahisəli müqavilə bağlanarkən qeyd olunan pozuntulardan hər hansı birinə yol verilməsi işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən müəyyən olunmamışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarına əsasən hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə v ə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə e dilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alğı-satqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır.
34. Oxşar mövqedən çıxış edən Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şə rh edilməsinə dair” 03 noyabr 2015-ci il tarixli qərarında əlavə olaraq göstərmişdir ki, mülkiyyətçi olmayan şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Əks yanaşma mülkiyyətçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər.
35. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq iddia əsassız hesab olunduğundan, məhkəmə kollegiyası iddiaçılar tərəfindən qanunla müəyyən olunmuş kəsici müddəti ötürməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəyə əlavə hüquqi qiymət verilməsini zəruri bilmir.
36. Müqavilənin hədiyyə verənin adından təmsilçinin imzalanmasına dair kassasiya şikayətinin dəlilinə də məhkəmə kollegiyası hüquqi qiymət verilməsini mümkün hesab etmir. Be lə ki, iddianın faktiki əsasını müqavilənin iddiaçıların razılığı olmadan imzalanması təşkil etmişdir. Hazırki dəlillə iddiaçılar iddianın faktiki əsasını dəyişmiş olurlar ki, buna nə apellyasiya, nə də ki, kassasiya icraatında yol verilmir.
37. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 mart 2022-ci il tarixli, 2(103)-648/2022 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.