Məhkəmə qərarları › İş №2(102)-4290/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4290/2019

24.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4290/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı, Cavabdeh3 vəkili Vəkil iştirakı ilə, Cavabdeh3 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)434/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, X X6 miras qalmış ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha olan torpaq sahəsinin satışından əldə olunmuş 11000 manat vəsaitin 1/5 hissəsi olan 2200 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X5 və Cavabdeh3 müştərək qaydada alınıb X4 qanuni nümayəndəsi İddiaçı verilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) 09 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı pul tələbinə dair id dia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, cavabdehlərin ataları, mərhum X X14 ilə 2003-cü il tarixdən faktiki nikah münasibətinə girərək onun öldüyü 16 iyul 2006-cı il tarixinə qədər onunla ər-arvad münasibətində olmuş və onunla birgə ailə təsərrüfatını idarə etmişlər. Belə ki, iddiaçı mərhum F.Xlə onun sağlığı dövrü birgə yaşamışlar və tərəflərin faktiki münasibətlərindən 05.11.2004-cü il təvəllüdlü övladları X10 anadan olmuşdur. Mərhum X X6 bir neçə əmlak miras qalıb ki, onlardan da biri ünvan 1 ünvanındakı ümumi ölçüsü 3/14796 ha olan torpaq sahəsi olub. Həmin miras əmlakı cavabdehlər gizli şəkildə X1 adlı şəxsə 11000 manata satıblar. X10 atası mərhum X X6 qalan mirası faktiki qəbul edən vərəsələrindən biri olaraq məhkəmə tərəfindən tanınıb. Belə ki, bu barədə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(006)-2527/2015 nömrəli, 16 iyul 2015-ci il tarixli qətnaməsi qəbul edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələrində iddiaçının hazırki tələbi üzrə cavabdehlər tərəfindən mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmış və iş üzrə yekun qərar olaraq Ali Məhkəmənin 2(102)-2893/16 nömrəli, 28 iyun 2016-cı il tarixli qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə miras əmlak satıldığından əldə olunmuş pulun 1/5 hissəsi, yəni 11000 manatın 1/5 hissəsi olan 2200 manat cavabdehlərdən müştərək qaydada alınıb iddiaçıya verilməlidir. İddiaçının oğlu X4 mərhum X X11 varisi və vərəsəsi olması məhkəmə qərarları ilə müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəl illəri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə işdə olan sübutları, tam, hərtərəfli və obyektiv araşdırmamışdır. İddiaçı miras əmlakı qəbul etməmiş, məhkəmə bu halı diqqətdən qaçırmışdır. Tərəflərin izahatları: Cavabdeh3 vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh3 vəkili Vəkil izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyas iya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, mərhum X X6 miras qalmış ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha olan torpaq sahəsinə onun övladları Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 vərəsəlik hüquqları tanınmışdır. X3 ünvan 2 ünvanladığı 27 sentyabr 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, həmin ərizəsində 16.07.2006-cı ildə vəfat etmiş həyat yoldaşı X X6 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməkdən imtina etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.09.2017-ci il tarixli, 2(006)-6269/2017 saylı qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, mərhum X X6 miras qalmış ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri 12 sa ylı Notariat Kontoru tərəfindən verilmiş 30 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına aparılmış qeydin ləğv edilməsi, ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha torpaq sahəsinə dair X9 ilə X12 arasında bağlanmış 09 aprel 2012-ci il tarixli, AN-İ № ******* saylı alğı-satqı müqaviləsinin etibarsız sayılması və bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, mərhum X X6 miras qalmış ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha torpaq sahəsinə mərhumun uşaqları X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 hər birinin 1/5 (beşdə bir) hissədə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Həmin qətnamədən görünür ki, X9 ilə X12 arasında bağlanmış 09 aprel 2012-ci il tarixli, AN-l Ö293521 saylı alğı-satqı müqaviləsinə əsasən X9 tərəfindən etibarnamə əsasında ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha olan torpaq sahəsi X1. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14.03.2018-ci il tarixli, 2(103)2531/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, hazırkı iş üzrə Nəsimi rayon məhkəməsinin 22.09.2017-ci il tarixli qətnaməsinin ləğv olunması, iddiaçı X4 (qanuni nümayəndəsi İddiaçı) cavabdehlər X8, Cavabdeh2, Cavabdeh3 və X2 qarşı “vərəsəlik şəhadətnaməsinin və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə” iddia tələbi rədd edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, miras qoyanın 4 cavabdeh və 1 iddiaçı olmaqla, 5 vərəsəsi var. Mirasın tərkibinə daxil olan əşyalar dan biri - torpaq sahəsi 4 vərəsə tərəfindən miras kimi qəbul olunmuş və özgəninkiləşdirilmişdir. Əgər iddiaçı mirasın tərkibinə daxil olan başqa əşyanı qanunla müəyyən edilmiş müddətdə qəbul etmişdirsə (notariusa ərizə verməklə və ya əmlaka sahiblik etməklə və ya onu idarə etməklə) belə halda torpaq sahəsini də qəbul etmiş sayılır. Belə halda iddiaçı torpaq sahəsindən ona pay verilməsini tələb etmək hüququna malikdir. Lakin torpaq sahəsi artıq digər 4 vərəsə tərəfindən özgəninkiləşdirildiyinə görə iddiaçı payın naturada verilməsini deyil, payın dəyərinin ödənilməsini 4 vərəsədən tələb edə bilər. Həmçinin nəzərə alınmalıdır ki, eyni şəxslər arasında mirasa daxil olan başqa əşya (mənzillə) bağlı mübahisə analoji qaydada həll edilmiş, bu barədə olan qətnamə Ali Məhkəmə tərəfindən dəyişdirilm ədən saxlanılmışdır. İşin araşdırılmış hallarına əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, mərhum X X6 miras qalmış ünvan 1 ünvanındakı ümumi ölçüsü 0,114796 ha torpaq sahəsinə mərhumun övladları Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 vərəsəlik hüquqları tanınmış, sonra həmin əmlak X9 tərəfindən etibarnamə əsasında X1. Lakin bütün bu gedən proseslərdən iddiaçının oğlu X10 vərəsə olduğu halda kənarda qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat yaradır. Bu maddənin geniş şərhinə əsasən vərəsəlik hüququ vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da zəmanət yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib çıxmağı nəzərdə tutur. Birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddia təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizlər hesab edərək qətnamənin ləğvi üçün əsas hesab etməmişdir. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, eyni şəxslər arasında mirasa daxil olan başqa əşya (mənzillə) ilə bağlı mübahisə analoji qaydada həll edilmiş, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kol legiyası 28 iyun 2016-cı il tarixli, 2(102)-2893/2016 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 12 noyabr 2015-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən qərarında qeyd etmişdir ki, miras qoyan Fikrət Xin iddiaçının oğlu Kənan Əliyevdən başqa beş birinci növbəli vərəsəsi mövcuddur. Həmin vərəsələr arvadı və dörd uşağıdır. Məhkəmə mübahisəli mənzilin tam mülkiyyət hüququ üzrə Fikrət Xə məxsus olmasını (mənzil qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasıda F.Xin mülkiyyətinə keçdiyindən, birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilmir) və 6 birinci növbəli vərəsənin olmasını nəzərə alaraq hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 528-ci məhəllə, D saylı evin, 51 saylı mənzilin satışından əldə edilmiş 70000 manat məbləğində pulun 1/6 hissəsi cavabde hdən iddiaçının xeyrinə tutulması əsaslıdır. Belə ki, həmin məbləğ 11666 (70000/6=11666) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayətində iddiaçı tərəfindən miras əmlakın qəbul edilmədiyini qeyd etmişdir. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd e dir ki, işdən göründüyü kimi hazızki mübahisədən əvvəl anoloji mübahisə olmuş və iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi məsələsinə artıq qiymət verilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh3 kassasiya şikayəti təmin edilmədən, Bakı Apell yasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-434/2019 nömrəli iş üzrə 09 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar