Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4293/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı və vəkili Əliyev Kamal Vəli oğlunun iştirakı ilə, İddiаçı İddiaçı və vəkili Əliyev Kamal Vəli oğlunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)1013/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rаyоn Məhkəməsinin (S.B.Mehrəliyev) 13 noyabr 2018-ci il tari xli, 2(004)-7279/2018 nömrəli qətnаməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi, həmin evdən çıxarılmaları və özünün həmin evin “B” tikilisinə köçürülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova və N.Ş.Cəfərov) 2(103)-1013/2019 nömrəli, 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7279/2018 saylı 13 noyabr 2018-ci il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qar şı “fərdi yaşayış evindən çıxarılma, evə köçürülmə və istifadə hüququnun itirilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 saylı fərdi yaşayış evi tərəfindən 1980-ci ildə tikilmişdir və mənzilin texniki pasportu adına tərtib edilmişdir. 1983-cü il tarixdə o və Cavabdeh4 pasport qeydiyyatına alınmışlar. Cavabdeh4 ilə nikahları 25.02.1999-cu il tarixdə pozulmuşdur. Fərdi yaşayış evi "A" və "B" tikililərindən ibarətdir. Yasamal rayon Məhkəməsinin 30.09.1999-cu il tarixli qətnaməsi ilə Cavabdeh4 ona qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası təmin edilmiş, ünvan 1 saylı fərdi yaşayış evinin "A” tikinti sahəsinin Cavabdeh4 və "B" tikinti sahəsinin onun istifadəsinə verilməsi qət edilmişdir. Həmin vax tlar və bir müddət sonra Cavabdeh4 ilə münasibətlərin gərgin olduğunu görərək, təzyiq altında yaşamaq mümkün olmadığından müvəqqəti olaraq yaşamağa başqa yerə getmişdir. Sonralar dəfələrlə fərdi yaşayış evinə köçərək yaşamaq istəsə də, cavabdehlər buna imkan verməmişlər. Bu fərdi yaşayış evi yeganə yaşayış yeri olmuşdur və cavabdeh tərəfindən fərdi yaşayış evində yaşamaqdan məhrum edilmişdir. Cavabdehin onu evə buraxmaması səbəbindən hüquqları pozulmuş, yaşayış yerindən məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1. maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3. maddəsinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirm ir. Həmçinin məlumatı və razılığı olmadan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışlar və hansı əsasla qeydiyyata alınmaları barədə məlumatı yoxdur. Halbuki bu şəxslərin fərdi yaşayış evinə heç bir aidiyyatları olmamışdır, heç bir qohumluq əlaqələri yoxdur və onları tanımamışdır. Bu şəxslər qeyriqanuni olaraq bu ünvana qeydiyyata alınmışalr, ona görə onların istifadə hüquqları itirilmiş hesab edilməli və fərdi yaşayış evindən çıxarılmalıdırlar. Onların pasport qeydiyyatına alınmaları və faktiki olaraq ona məxsus fərdi yaşayış evində yaşamaları hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Mənzilin mülkiyyət vəsiqəsi olmasa da yaşayış sahəsi kimi mövcuddur, hər cür kommunal şəraitə malikdir. Yaşayış evindən (mənzildən) istifa də edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin oktyabrın 1dək yaranmışdır və ona görə də bu mübahisə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsnin tələbin ə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Ona görə də fərdi yaşayış evinin onun istifadəsinə verilmiş “B" tikinti sahəsinə köçürülməli və pozulmuş hüquqları bərpa edilməlidir. Qeyd olunmalıdır ki, Qarabağ müharibəsi veteranıdır, hal-hazırda kirayədə yaşaması həddidndən artıq çətindir və digər heç bir yerdə yaşayış yeri yoxdur. Göstərilənlərə əsasən, cavabdehlərin ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi və həmin evdən çıxarılmaları və özünün həmin evin “B” tikilisinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qəra rları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiаçı İddiaçı və vəkili Əliyev Kamal Vəli oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1013/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi və ya Bakı Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(103)-1013/2019 nömrəli qətnaməsinin ləğv edilib, iddianın tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Əliyev Kamal Vəli oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyasında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətini n dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-1013/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub- olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.09.1999-cu il tarixli, 2-1368/1999 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair iddiası təmin edilərək ünvan 1 saylı fərdi yaşayış evinin "A” tikinti sahəsinin 4 nəfər ailə üzvü ilə birlikdə Cavabdeh4 və "B" tikinti s ahəsinin isə İddiaçı istifadəsinə verilməsi qət edilmişdir. 31.05.2001-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı üzrə müqavilə”nin surətindən görünür ki, alıcı Şirinova (Məlikova) X1 Calal Cəmil oğlunun iştirakı ilə satıcı X2 ilə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin alqı-satqısı barədə razılaşmışlar. Bakı şəhəri Yasamal rayon MKTB-nin 56 saylı MKİS tərəfindən verilmiş 25.06.2018-ci il tarixli, 246 saylı Forma 2 arayışından görünür ki, İddiaçı və Cavabdeh4 1983-cü ildən, Cavabdeh2 2001-ci ildən, Cavabdeh1 və Cavabdeh3 2004-cü ildən ünvan 3 ünvanında qeydiyyatdadırlar. **********30002 saylı abunə haqqında məlumatlardan görünür ki, ünvan 3 ünvanı üzrə elektrik enerjisi təhcizatı ilə bağlı abunəçi kimi cavabdeh1 qeyd edilmişdir. **********50000 saylı abonentin saldosundan görünür ki, ünvan 3 ünvanı üzrə qaz təhcizatı ilə bağlı abunent kimi cavabdeh1 qeyd edilmişdir. 01.08.2016-cı il tarixli, “Evlərin alqı-satqısı və kirayə müqaviləsi”nin surətindən görünür ki, X4 ünvan 4 ünvanında yerləşən 46 saylı mənzili aylıq kirayə haqqı 320 manat olmaqla İddiaçı kirayəyə vermişdir. 31.08.2018-ci il tarixli, 481133 saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən ünvan 5 ünvanı üzrə məişət tullantılarının daşınması üçün 2013-2018-ci illər üzrə cəmi 24 manat ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında hüquq münasibətləri 01.09.2000-ci il tarixdən əvvəl yarandığı, tərəflərin mübahisələdirildiyi fərdi yaşayış evi özbaşına tikili olmaqla dövlətin mülkiyyətində olan torpaqda yerləşdiyinə görə hazırkı mübahisə oxşar münasibət ola raq 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, qüvvə dən düşmüş Mənzil Məcəlləsnin 54-cü maddəsinə əsasən idarədar tərəfindən mənzilə köçürülən, onunla və onun ailə üzvləri ilə birlikdə yaşayan şəxsin mənzildən istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası Mənzil Məcəllənin 105-ci maddəsinin 1-ci hissəsinə əsasən müəyyən icazə və ya lazımi şəkildə təsdiq edilmiş layihə olmadan, yaxud əsas inşaat normaları və qaydalarını kobudcasına pozmaqla ev və ya onun bir hissəsini (evin yanında əlavə bina) tikən vətəndaş, bu evdən və ya yandan tikilmiş əlavə bina üzərində sərəncam verməyə (satmağa, bağışlamağa, kirayəyə verməyə və s.) haqlı deyildir. Həmin Məcəllənin 143-cü maddəsinin 1-ci hissəsinə əsasən əmlak, onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli surətdə əldə edildikdə və əldə edən bunu bilmədikdə və bilməli olmadıqda (vicd anlı əldə edən) mülkiyyətçi bu əmlakı əldə edəndən ancaq o əmlakın onun özü tərəfindən və ya onun razılığı ilə sahibliyinə verilmiş şəxs tərəfindən itirildikdə və ya əmlak onların hər hansı birindən oğurlandığı, yaxud onların iradəsindən asılı olmayaraq sair yolla onların sahibliyindən çıxdığı halda tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30.09.1999-cu il tarixli, 2-1368/1999 saylı qətnaməsi ilə ünvan 1 saylı fərdi yaşayış evinin "B" tikinti sahəsi İddiaçı, Cavabdeh4 üç uşağı ilə birlikdə evin “A” hissəsinə istifadə etmək imkanları müəyyən edilmişdir. Həmin qətnamənin qəbul olunmasından bir müddət sonra tərəflər müvafiq olaraq öz sahələrindən istifadə etmələrini qarşılıqlı olaraq mübahisələndirməmişlər. İddiaçıdan fərqli olaraq cavabdeh uşaqları ilə birlikdə özünə aid hissədən istifadə etməkdə davam edir. İşin halları ilə müəyyən olunmuşdur ki, cavabdeh 2001-ci ilin may ayında mübahisəli tikilini S.İbrahimovadan almışdır. Cavabdeh1 notariat qaydasında təsdiqlənməyən sadə yazılı formada tərtib edilmiş alqı-satqı müqaviləsi əsasında evin dəyərini ödəyərək əldə etmişdir. Evin alınması zamanı satıcı qismində iddiaçı deyil, X4 çıxış etmişdir. Evin dəyəri isə məhz İ.İbrahimovaya ödənilmişdir. Alıq-satqı müqaviləsindən sonra evə daimi pasport qeydiyyatına düşmək zərurəti yaranmış və bu səbəbdən digər qeydiyyatda olan şəxslərin razılıqları kimi iddiaçının da razılıq verməsi zərurəti yaranmışdır. Bu səbəbdən iddiaçı cavabdehin və ailə üzvlərinin qeydiyyata düşmələrinə razılıq vermişdir. Keçən 18 ilə ərzində cavabde h tərəf evdən mübahisəsiz qaydada istifadə etmiş və sahiblik etmişlər, hətta əlavə aparılmış tikililər hesabına evin sahəsini artırmışlar. Tərəflər mübahisələndirməmişlər ki, evdə həyata keçirilən dəyişikliklər Cavabdeh1 və ailəsi tərəfindən həyata keçirilmişdir. İşin araşdırılmış halları ilə təsdiq olunur ki, iddiaçı tərəf mövqeyində ardıcıl olmamış və cavabdehlərin mübahisəli evdə 18 ildən artıq bir müddətdə yaşamalarının, özünün isə həmin müddətdə həmin evdə yaşamamasının, X4 həmin evi hansı əsasla cavabdehə satmasının, keçən müddət ərzində hansı səbəbdən hazırkı iddia tələbini irəli sürməməsinin səbəblərini aydın və mübahisəsiz qaydada əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, hər hansı bir şəxs müvafiq əsas olmadan, onun sahibinin iradəsinə zidd o lan əsaslarla 18 ildən artıq müddətdə mənzildə yaşaya bilməz və yaşaması mümkünsüzdür. Tərəflər göstərmirlər ki, onlar arasında kirayə münasibətləri olmuşdur. İddiaçı tərəf evin onun iradəsindən asılı olmayan qaydada istifadə və sahibliyindən çıxmasını göstərmiş olsa da bu hal işin hər hansı araşdırılmış halı ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı X5 adlı şəxsin ona məxsus olan evdə hansı səbəbdən yaşamasını, ona evdən istifadə edilməsi imkanın kimin yaratması və hansı əsaslarla formal olaraq olmuş olsa da mənzilin cavabdehlərə satmaq iqtidarı əldə etməsinin əsaslarını məhkəməyə təqdim edə bilməmişdir. Hətta işə həmin şəxsin cəlb edilməsi ilə bağlı iddiaçıya təklif edilməsi və onun haqqında kifayət edən qədər məlumatların təqdim olunması təklif olu nmuş olsa da, iddiaçı bu imkandan istifadə etməmişdir. Məhkəmə isə həmin şəxs haqqında kifayət edən məlumatları əldə edə bilmədiyi üçün onun işə cəlb edilməsi mümkünsüz olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəl i evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ ola bilərdi, lakin keçən müddət ərzində evdə yaşamayan və onun saxlanmasında iştirak etməyən və mənzillə bağlılığı təsdiq olunmayan şəxsin həmin mənzilə köçürülməsi yolverilməzdir. İddiaçının həmin mənzilə köçürülməsi nəticəsində faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Apellyasiya instansiyası məhkəməsi razılaşmışdrı ki, iddiaçının hansı bir zaman daxilində isə evdən istifadə etmək imkanı olmuş, lakin o bu imkandan imtina edərək oranı könüllü olaraq tərk etmişdir. Hazırkı vaxtda iddia tələbin in irəli sürülməsi isə həmin sahənin sökülməsi ilə bağlı veriləcək kompenyasiya məbləğindən pay almaq istəyindən irəli gəlir. Cavabdeh tərəf 18 ildən artıq bir müddətdə evi əldə edərək oranı yaşayış üçün yararlı vəziyyətə gətirərək yaşamışdır. Onların yaşadıqları şərtlər daxilində evdən istifadə etmək imkanları mövcuddur və belə imkandan hər hansı br şəxs, o cümlədən iddiaçı tərəfindən məhum edilməsi yolverilən hesab edilə bilməz. Digər tərəfdən iddiaçının mübahisəli ünvanda formal qeydiyyatının qalması onun mənzil və ya onun hər hansı bir hissəsi üzərində istifadə etmək imkanın olması və bu imkanın saxlanması anlamına gəlmir. İşin mübahisəsiz halıdır ki, mübahisəli ev sökülmə ərəfəsindədir, belə olan halda cavabdehlərin həmin mənzildən çıxarılmaqla iddiaçının mənzilə köçürülməsi cavabde hlərin daimi yaşayış yerlərindən məhrum edilməsinə və evin söküldüyü halda isə həmin evə dair veriləcək kompensasiya məbləğinin alınmasından məhrum edilməsinə, iddiaçının isə haqqı olmadığı halda əsassız varlanmasına, hüquq əsas olmadan əmlak əldə edilməsinə şərait yaratmış olar. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqel ər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göstərilənləri nəzərə alaraq Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni tikiliyə köçürülməsini tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətdən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1013/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiаçı İddiaçı və vəkili Əliyev Kamal Vəl i oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-1013/2019 nömrəli iş üzrə 19 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4293/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4293/2019
28.06.2019 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver