Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4078/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1, Mirzəyeva Elmira Əli qızının və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddiasi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-163/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mmübahisəli ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı1 atası X7 məxsus olmuş, Əli Qəmbərov xx.xx.2013-cü ildə vəfat etmiş və onun vəfatından sonra həmin torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən iki tiklili mövcuddur, həmin tiklilinin birində hal-hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayır.
2. İddiaçı1 mərhum X4 vərəsəsi kimi tanınmış və miras əmlakın ¼ hissəsinə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilən RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ¼ hissəsi İddiaçı1 adına paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır.
3. İddiaçı1 bundan əvvəl Cavabdeh1 qarşı istifadə hüququnun itirilməsi, evdən çıxarılma və sair tələblə məhkəmədə iddia qaldırmış, həmin icraatda cavabdeh istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək hazırki iş üzrə cavabdehin mübahisəli ünvanda yerləşən 3,5 sot torpaq sahəsinin üzərində tikilmiş evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə iddiaçıların həmin iddianı qaldırmağa subyektiv hüquqlarının olmadığı müəyyən olunmuşdur İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, paylı mülkiyyət hüququ üzrə onlara məxsus ünvan 2 ünvanında yerləşən evin yaşayış sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, cavabdehlərin həmin ünvandan çıxarılması və İddiaçı1 həmin ünvanda yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi mərhum atası X7 məxsus olmuş, həmin torpaq sahəsinin üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçməyən iki tiklili mövcuddur, həmin tiklilinin birində hal-hazırda cavabdehlər yaşayır, cavabdehlər atasının vərəsəsi deyildir, Cavabdeh1 atası ilə faktiki nikah münasibətində olmuş, digər cavabdeh isə Cavabdeh1 başqa nikahdan olan oğludur, atasının dörd vərəsəsi var. Atasının vəfatından sonra ona məxsus torpaq sahəsi üzrə miras əmlakını vərəsələri qismində qəbul etmişlər və həmin miras əmlakın ¼ hissəsinə payları müəyyən edilərək bu barədə Bakı şəhəri 37 saylı notariat kontoru tərəfindən xx.xx.2016-cı il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Daha sonra həmin miras əmlaka mülkiyyət hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış verilmişdir. Mübahisəli ünvanda iki tikili mövcuddur və həmin tikililər onlara məxsus 600 kv.m torpaq sahəsinin üzərində yerləşir. Atası vəfat etdiyindən ondan qalmış 600 kv.m ibarət miras əmlakın ¼ hissəsinə payları müəyyən edilmişdir. Digər tərəfdən Cavabdeh1 mərhum atası ilə faktiki nikah münasibətində olmuş və bu səbəbdən o, Rəfail adlı oğlu ilə birlikdə mübahisəli evdə yaşayır. Cavabdehlərə qarşı iddia o və digər iddiaçılar adından qaldırılsa da, həmin evə yalnız o, köçmək istəyir. Lakin buna baxmayaraq cavabdehlər buna imkan vermir, müxtəlif vasitələrdən istifadə etməklə həmin evə buraxmır və orada yaşamağa maneə törədirlər. Halbuki, uzun müddətdir ki, onun həmin yaşayış sahəsinə istifadə hüququ mövcuddur.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-163/2021 saylı, 29 oktyabr 2021ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hacıyev), iddianın qismən təmin edilməsi, İddiaçı1 ünvan 1 ünvanda yerləşən evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı1 atası X7 məxsus olmuş, X9 xx.xx.2013-cü ildə vəfat etmiş və onun vəfatından sonra həmin torpaq sahəsi miras qalmışdır.
8. İddiaçı1 mərhum X4 vərəsəsi kimi tanınmış və miras əmlakın ¼ hissəsinə payı müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilən RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ¼ hissəsi İddiaçı1 adına paylı mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya paylı mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş evdə yaşamağa imkan vermir, müxtəlif vasitələrdən istifadə etməklə iddiaçını evə buraxmırlar və orada yaşamağa maneə törədirlər.
9. İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır və o həmin evin yerləşdiyi ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin ¼ hissəsinə paylı mülkiyyət hüququ əldə etmişdir. Digər mülkiyyətçilərin İddiaçı1 tərəfindən ümumi paylı mülkiyyətdən istifadə etməsinə etiraz yoxdur. Bu səbəblə iddiaçının həmin evdən istifadə etmək, orada yaşamaq hüququ yaranmışdır. Buna görə də iddiaçının bu tələbinin təmin edilməsindən imtina edilməsi onun hüquqlarının pozulmasına səbəb olardı.
10. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbinin “paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən evin yaşayış sahəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarının olmamasının müəyyən edilməsi, cavabdehlərin həmin ünvandan çıxarılması” hissəsi təmin edilməməlidir.
11. Belə ki, İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi, İddiaçı1 həmin evə və evin yerləşdiyi 0.06 ha olan torpaq sahəsinə istifadə hüququnun tanınaraq, həmin torpaq sahəsinə və orada yerləşən evə köçürülməsi” tələbi ilə Sabunçu rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1676/14 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin ünvan 2 ünvanında yerləşən evdən istifadə hüquqlarının itirilməsi, İddiaçı1 həmin evə və evin yerləşdiyi 0.06 ha olan torpaq sahəsinə istifadə hüququnun tanınaraq, həmin torpaq sahəsinə və orada yerləşən evə köçürülməsi qət edilmişdir.
12. Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(103)-1884/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1676/14 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüquqları itirilməklə torpaq sahəsindən, evdən çıxarılma və sair” tələblərinə dair iddiası təmin edilməmiş, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən 3,5 sot torpaq sahəsinin üstündə tikilmiş evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin həmin qətnaməsinin məzmununa və hazırki iş üzrə sübutlara nəzər salındıqda görünür ki, əvvəl baxılmış işdəki və yeni baxılan işdəki şəxslərin dairəsi, yəni subyekt tərkibi eynilik təşkil edir və İddiaçı1 eyni məsələləri mübahisələndirmişdir.
13. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi faktlar əvvəl baxılmış iş üzrə müəyyən edilmiş, yoxlanılmış, qiymətləndirilmiş və həmin faktlar məhkəmənin həmin qətnaməsinin əsaslandırıcı hissəsində öz əksini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq məhkəmə üçün preyudisial əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.
14. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Başqa sözlə, iddiaçılar torpaq sahəsini öz mülkiyyətlərinə keçirərkən üzərində olan tikiliyə məhkəmə qətnaməsi ilə cavabdehlərin istifadə hüququnun yarandığını bilmişlər.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4, 215.1 və 228.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 82.3, 217.1, 217.3, 217.4, 218.1, 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh1 tərəfindən apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə verilmiş, apelyasiya şikayətində və əlavədə qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Cavabdeh1 apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməni hüquqi cəhətdən əsaslandırmamış, işin faktiki hallarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir. Məhkəmə qətnaməsində iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışa istintad edilmişdir. Lakin nəzərə alınmamışdır ki, iddiaçının mülkiyyətində boş torpaq sahəsi var, köçürülməsi nəzərdə tutulan evin iddiaçının mülkiyyətinə aidiyyatı yoxdur. Qeyd olunan evə dair cavabdehin istifadə hüquqları da həmin evin cavabdeh tərəfindən inşa edilməsi Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi ilə təsdiq edilmişdir. Bundan başqa iddiaçı mülkiyyət hüququnun pozulması mövqeyindən çıxış etməsi halında isə iddiaçı torpaq sahəsinin boşaldılaraq, ona təhvil verilməsini tələb edə bilərdi. Həmin iddia tələbi isə artıq rədd edilib. Məhkəmə tərəfindən iddia tələbinə baxılan zaman iddiaçının mülkiyyətində torpaq sahəsi və ya fərdi yaşayış evinin olması araşdırılmamışdır. Ümumiyyətlə iddiaçının köçmək istədiyi ünvanda evin mövcud olub-olmaması araşdırılmamışdır. Bundan başqa iddiaçınnı mülkiyyətində olan torpaq sahəsinin yeri müəyyən edilməmiş, cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmaması araşdırılmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və Vəkil3 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
21. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:
22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apelyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
38. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
42. Maddə 385.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
43. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmaqla, qətnamə ləğv edilməli, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir.
45. Belə ki, işin mübahisələndirilməyən halına görə mübahisəli ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi iddiaçıların atası X7 fərdi yaşayış evinin tikintisi üçün 2005-ci ildə Sabunçu rayon Ramana Bələdiyyəsinin qərarı ilə ayrılmış və həmin torpaq sahəsində iddiaçının atası tərəfindən iki yaşayış evi tikilmiş və həmin evin birində iddiaçının qardaşı, digər yaşayış evində isə iddiaçıların atası 1997-ci ildən faktiki nikahda olduğu cavabdehlə birgə yaşamışlar. İddiaçıların atası 2019-cu ildə vəfat etmişdir.
46. İşin mübahisələndirilməyən digər halına görə iddiaçı bundan əvvəl cavabdehə qarşı istifadə hüququnun itirilməsi, evdən çıxarılma və sair tələblə məhkəmədə iddia qaldırmış, həmin icraatda cavabdeh istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək hazırki iş üzrə cavabdehin mübahisəli ünvanda yerləşən 3,5 sot torpaq sahəsinin üzərində tikilmiş evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnamə ilə iddiaçıların həmin iddianı qaldırmağa subyektiv hüquqlarının olmadığı müəyyən olunmuşdur.
47. İşin mübahisələndirilməyən digər halına görə mübahisəli torpaq sahəsi üzərində Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX tərəfindən verilən RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçıların hər birinin ¼ hissədə paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
48. İşin materialları ilə müəyyən olunur ki, iddia ərizəsi mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçilərinin hamısının adından qaldırılsa da, həmin torpaq sahəsində olan evə köçürülmək istəyən yalnız İddiaçı1 istəyir.
49. Mübahisəyə baxan birinci instansiya məhkəməsi Mülki Məcəllənin 215.1 və 157.4cü maddələrinin tələblərinə əsaslanaraq iddiaçılardan İddiaçı1 mübahisəli torpaq sahəsinə paylı mülkiyyət hüququnun olmasına əsaslanaraq, həmin torpaq sahəsində inşa edilmiş evə köçürülməsi barədə iddia tələbini təmin etmişdir.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hüquqi hallarına uyğun olmamış və həmin nəticəyə maddi hüquq normaları səhv tətbiq edilmişdir.
51. Belə ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddia tələbi “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinə köçürülmə”dən ibarətdir.
52. Məhkəmə kollegiyası iddia tələbinin “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma” tələbinə münasibətdə qeyd edir ki, cavabdehlərin mübahisəli torpaq sahəsinin 3,5 sotunda inşa edilmiş yaşayış evinə istifadə hüquqlarının olması qanuni qüvvədə olan məhkəmə qətnaməsilə tanındığından və qanuni qüvvədə olan məhkəmə qətnaməsilə müəyyən edilmiş hallar hazırki iş üzrə predusiallıq kəsb etdiyindən (MPM-nin 82-ci maddəsi) iddia tələbinin həmin hissəsinin təmin olunması üçün əsaslar yoxdur.
53. İddia tələbinin paylı mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş evə köçürülmə tələbinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Belə ki, iddiaçı tələbini köçmək istədiyi yaşayış evinin paylı mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində yerləşməsinə, mülkiyyətində olan əmlakdan istifadə etməsinə cavabdehlərin mane olması ilə əsaslandırmışdır.
54. Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən (MM 139.1) mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ (MM 146.2) həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki qanunvericiliyin tələblərindən görünür ki, daşınmaz əmlaklara mülkiyyət hüququnun tanınması üçün həmin əmlakların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət orqanında qeydiyyatdan keçməlidir.
55. Hazırki işin materialları ilə müəyyən edilir ki, iddiaçılara paylı mülkiyyət hüququ ilə məxsus torpaq sahəsində inşa edilmiş mənzillər qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamışdır. Yəni, iddiaçının köçmək istədiyi ev tərəflərin mülkiyyətində deyil.
56. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə köçürülmə tələbinin təmini üçün iddiaçının tələbinin mənzilə mülkiyyət hüququna, istifadə hüququna, kirayə müqaviləsinə əsaslanmaqla, əsaslı hesab edilə bilər. Hazırki işdə isə iddiaçının qeyd edilən əsasları mövcud deyil.
57. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, mübahisəli 600 kv.m torpaq sahəsi 4 vərəsənin paylı mülkiyyətindədir və həmin torpaq sahəsində dövlət tərəfindən müvafiq icazələr alınmadan tikilmiş və qeydə alınmamış iki yaşayış evi inşa edilmişdir. Həmin evlərin birində qanuni qüvvədə olan məhkəmə qətnaməsilə istifadə hüququ tanınmış cavabdeh yaşayır. Digər mənzil isə başqa şəxslərə kirayəyə verilib. İddia tələbində həmin mənzillərdən hansına köçmək istədiyini göstərməsə də, apelyasiya məhkəməsinin iclasında apelyatorun nümayəndəsi cavabdehin yaşadığı evə köçmək istədiyini bildirmişdir.
58. İş materialları ilə həmçinin müəyyən olunur ki, iddiaçı Zülfüqar Qənbərov köçmək istədiyi evdə bir gün də olsa yaşamamışdır. Pasport qeydiyyatında isə həmin evlərdən hansıda olması müəyyən olunmur.
59. Cavabdeh mübahisəli torpaq sahəsində yerləşən 2-ci evə iddiaçının köçüb yaşamasına etiraz etmədiyini, onun köçüb həmin mənzildə yaşamasına hər hansı bir maneələr yaratmadığını bildirmişdir.
60. Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, özbaşına tikiliyə Mülki Məcəllənin mülkiyyət hüququnu təsbit edən normalarının (MM 157, 228) hazırki işə tətbiq edilməsi üçün əsaslar yoxdur. Lakin, birinci instansiya məhkəməsi iddia tələbini mülkiyyət hüququnun olması əsası ilə təmin etməklə, maddi hüquq normalarını səhv tətbiq etmişdir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 112.1.3, 382, 384.0.2, 385.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-163/2021 saylı, 29 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi, yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.