Məhkəmə qərarları › İş №2(102)-4294/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4294/2023

04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4294/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3073/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə bağlar küçəsi, 1-ci döngə, 42 saylı sahədə 0,06 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsindən istifadə hüququna maneə yaradan hərəkətlərinə cavabdeh tərəfindən son qoyulması, iddiaçıya məxsus torpaq sahəsində kustar üsulla pilləkən və torpaq sahəsindən istifadəni məhdudlaşdıran hə min pilləkənin üst hissəsində özbaşına quraşdırılmış qapının cavabdehin hesabına sökülməsi və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinin planı və ölçüsü mövcuddur. Belə ki, torpağın sənəd üzrə faktiki sahəsi 0.06 ha təşkil edir. Onun sahəsi cavabdehin evindən nisbətən hündürdə yerləşir, torpaq sürüşməsinə məruz qalır, bununla da həyat və sağlamlıqları təhlükədə olur. Maddi zərərə düşmək riskləri var. Bununla bağlı müvafiq layihə əsasında istinad divarının çəkilməsinin məqsədəuyğunluğu bildirilmişdir. Bu təhlükədən müdafiə olunmaq və sürüşmənin qarşısını almaq üçün cavabdehin mülkiyyətinə düşməyən sahədə və qanunvericiliyin tələblərinə uyğun istinad divari (dəmir-beton konstr uksiyalı hasar) çəkməyə cəhd etmiş, lakin cavabdeh buna qanunsuz mane olmuşdur. Cavabdehin buna mane olması qanunsuzdur. Belə ki, divar cavabdehin sahəsində çəkilmir, onların öz mülkiyyətindəki sahədə divar tikmələri mülkiyyət hüquqlarının tərkib hissəsidir, divarın çəkilməsi üçün işlər görülərkən, müvəqqəti olaraq onun sahəsinə girməsi zərurəti varsa da, o buna şərait yaratmalıdır, çünki bu işlər müvəqqətidir, onların həyat, sağlamlıqları və əmlak mənafeləri zəruridir və bu halda cavabdehin «qonşuya dözmək» vəzifəsi yaranır. Onun yaratdığı maneə, görmək istədikləri işin məqsədlərinə adekvat deyil. Lakin artıq uzun müddətdir ki, istinad divarlarının və evin yan hissəsindən cavabdeh tərəfindən ona məxsus torpaq sahəsində kustar üsulla pilləkən və torpaq sahəsindən istifadəni məhdudlaşdıran həmin pilləkənın üst hissəsində özbaşına qapı quraşdırılmış və ona müraciət edilməyinə baxmayaraq özbaşına tikililəri sökməmiş, bununla da, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə maneə yaratmışdır.

4. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, izahatında göstərmişdir ki, 1997-ci ildən sözügedən qapı və pilləkən onun istifadəsindədir. İddiaçının öz evinə və həyətinə müstəqil şəkildə digər tərəfdən giriş-çıxışı vardır. Sözügedən pilləkənin mövcudluğu iddiaçının özünəməxsus həyətdən və evdən istifadəsinə heç bir maneçilik yaratmır. Əksinə, pilləkənin sökülməsi onun hüquqlarını pozacaqdır. Belə ki, bundan sonra o, fərdi yaşayış evinə giriş-çıxış imkanını itirəcəkdir. Ona məxsus fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı və texniki pasportu yoxdur. Belə ki, hazır kı vaxta kimi o, sözügedən əmlakları xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirməmişdir.

5. İş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2023-cü il tarixli, 10/6239 saylı rəyində qeyd olunmuşdur ki, iddiaçının faktiki istifadəsində 521,6 kv.m torpaq sahəsinin olduğu müəyyən edilir; Badamdar qəsəbəsi, Köhnə Bağlar küçəsi 1-ci döngə, 42 saylı sahədə yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin 78,4 kv.m hissəsində iddiaçıya məxsus torpaq sahəsində taxta materialdan pilləkənin və həmin pilləkənin üst hissəsində quraşdırılmış qapının mövcud olduğu müəyyən olunur; cavabdehin faktiki istifadəsində olan tikiliyə dair hüquq müəyyənedici və texniki sənədlər təqdim olunmamışdır; iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin 78,4 kv.m hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyini nəzərə alaraq, mübahisəli pilləkənin və qapının quraşdırılmasının iddiaçının mülkiyyətində olan həmin hissədən istifadəyə məhdudiyyət yaratdığı müəyyən edilir. Mübahisəli torpaq sahəsinə baxış keçirilərkən də müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m torpaq sahəsinin 78,4 kv.m hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin sahədə cavabdeh tərəfindən pilləkən və pilləkənin üst hissəsində qapı inşa edilmişdir.

6. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2023 nömrəli, 10 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli ünvana aid torpaq sahəsinin planında olan koordinat məlumatları ilə həmin ünvanın faktiki vəziyyəti müqayisə olunduğu zaman cavabdeh tərəfindən iddiaçının torpaq sahəsində inşa olunmuş tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş "Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları"na uyğun inşa olunmadığı müəyyən edilmişdir.

8. Sökülməsi iddia edilən tikilinin mövcudluğu iddiaçının mülkiyyətindən sərbəst surətdə istifadə, sahiblik və sərəncam hüquqlarını pozduğu üçün, 42 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsində inşa olunmuş (pilləkən və qapı) tikilinin sökülərək əvvəlki vəziyyətə bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Sözügedən tikili özbaşına tikili hesab olunur.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 111-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 180-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş e tmişdir

11. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə təqdim etdikləri sübutları müzakirə edib qiymət vermədən, natamam ekspertiza rəyinə əsaslanaraq, iddianı təmin etmişdir. Ekspertiza rəyi eyni tərəflər arasındakı mübahisə ilə əlaqədar verilmiş tikintitexniki ekspertizasının xx.xx.2020-ci il tarixli, 10/2736 saylı rəyi ilə ziddiyyət təşkil edir. Ekspertizanın xx.xx.2020-ci il tarixli 10/2736 saylı rəyi ilə iddiaçının istinad divarından kənarda 78,4 kv.m torpaq sahəsi müəyyən olunmayıb. İddiaçı 2020-ci ildə cavabdehə qarşı iddia qaldırarkən həyətyanı sahəsindən kənarda 78,4 kv.m torpaq sahəsi olmasını iddia etməyib. Həmin rəylə müəyyən olunub ki, iddiaçının inşa etdiyi istinad divarı özünə məxsus torpaq sahəsində yerləşir. Mübahisə üzrə qüvvədə olan məhkəmə qətnaməsini məhkəməyə təqdim etmişlər. Həmin qətnamə ilə cavabdehə qarşı daşınmaz əmlakdan istifadə olunmasına maneələrin aradan qaldırılmasına dair iddia irəli sürülmüşdür. Həmin iddiada 78,4 kv.m torpaq sahəsindən ayrıca bəhs olunmamışdır. Yəni 78,4 kv.m torpaq sahəsinin 600 kv.m torpaq sahəsinin tərkibində olması nəzərə alınmışdır. Qüvvədə olan qətnamənin nəzərə alınması xahiş olunsa da məhkəmə bu sübutu müzakirə etməmişdir. Qətnamədə ekspert E.Aslanlının verdiyi ifadə təhrif olunub. Belə ki, E.Aslanlı ifadəsində xx.xx.2020-ci il tarixli 10/2736 saylı ekspertiza rəyinin mövcud olmasının ona məlum olmadığını, yaranmış vəziyyətdə əlavə tikinti-texniki ekspertizası keçirilməsinə zərurət olduğunu bildirmişdir. Başqa bir məqam ondan ibarətdir ki, məhkəmə tikinti-texniki ekspertizası təyin edilərkən ekspertlər qarşısında aydınlaşdırılması üçün ekspertlərin səlahiyyətinə aid olmayan sual (bax 4-cü sual) qoyulub və həmin suala cavab olaraq rəydə göstərilib ki, mübahisəli pilləkən və qapının quraşdırılması iddiaçının mülkiyyətində olan həmin hissədən istifadəyə məhdudiyyət yaradır. İstifadəyə məhdudiyyət yaradıbyaratmamağa qiymət verilməsi ekspertlərin deyil, məhkəmənin səlahiyyətinə aiddir. Ekspertlərin sübutlara qiymət vermək səlahiyyəti yoxdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 78,4 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi istinad divarından kənarda yerləşir və həmin torpaq sahəsindən iddiaçının həyətinə və evinə giriş mövcud deyil. Başqa sözlə 78,4 kv.m torpaq sahəsinin üzərində yerləşən dəmir qapı və taxta pilləkən 1994-cü ildən etibarən cavabdehin istifadəsindədir və iddiaçı həmin pillə kən və qapıdan istifadə etməyib. Cavabdehin həyətinə giriş də buradandır. İddiaçı qapı və pilləkənin ona məxsus olmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmir, etməsi də mümkün deyil. İddiaçı onun istifadəsində olan torpaq sahəsindən deyil, cavabdehin istifadəsində olan torpaq sahəsindən istifadə olunmasına maneələrin aradan qaldırılmasını tələb edir ki, bu da yolverilməzdir.

12. Cavabdeh apellyasiya instansiyası məhkəməsi baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir.

13. İddiaçının nümayəndəsi Nümayəndə cavabdehin nümayəndəsinin apellyasiya şikayətində və vəsatətdə qeyd etdiyi ekspertiza rəyləri arasında ziddiyyətlərin olması ilə bağlı mövqeyin yanlış olduğunu, ekspertizaların fərqli işlər üzrə təyin edildiyini bildirmiş, əlavə t ikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlı vəsatətin rədd edilməsini və apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3073/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), A.İmanov və M.Rüstəmli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada, xüsusi vasitələrdən istifadə edilmədən, yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilməlidir ki, cavabdehə məxsus əmlakın hüquqi statusu müəyyən edilsin və onun məhz mübahi sə edilən əraziyə aidiyyəti məlum olsun. Hazırkı halda isə cavabdeh öz əmlak hüquqlarını qeydə aldırmadan özünə belə şübhəli gələn halların araşdırılmasını məhkəmənin üzərinə qoymağa cəhd etmişdir. Bundan başqa cavabdehin istinad etdiyi digər mülki iş üzrə müəyyən edilən halların hazırkı işə təsir edəcək amilləri, habelə digər iş üzrə keçirilən ekspertiza rəyi ilə hazırkı iş üzrə aparılan ekspertizanın nəticəsi arasında ziddiyyətlər (aidiyyəti) müəyyən edilmir.

16. Belə ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)1820/2022 nömrəli işi üzrə (iddiaçılar İddiaçı və X1 Qader, Cavabdeh) xx.xx.2022-ci tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edil miş iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçıların inşa etmək istədikləri istinad divarının tikintisinə səlahiyyətli dövlət orqanları tərəfindən icazə alınmaması əsası ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən kassasiya şikayətinin verilməsi iş materialları ilə müəyyən edilmir.

17. Ekspert rəyində də qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 23 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan dəmir beton konstruksiyalı hasarın bir hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi, bir hissəsinin isə təqdim edilən koordinatlar daxilində yerləşən torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139, 140, 141, 146.8, 149, 181, 243-cü, MPM-in 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

20. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə istinad etdiyi normaları səhv tətbiq etmiş, mübahisəli əraziyə baxış keçirməmiş, 78.4 kv.m torpaq sahəsinin iddiaçının həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsinin səbəblərinə qiymət verməmiş, ekspertiza keçirilməsi barədə vəsatəti heç bir əsas olmadan təmin etməmiş, ekspert rəyləri arasındakı ziddiyyətləri aradan qaldırmamışdır.

21. Məhkəmə mübahisəyə MPM-in 82.3-cü maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməmiş, t ərəflər arasında əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna əhəmiyyət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

23. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

24. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

25. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

26. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

27. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

28. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir.

29. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə e dir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

30. Maddə 243.3. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququna, habelə müvafiq binaları və qurğuları uçurmaq hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu

31. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

32. Maddə 7.2. Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fak tiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

43. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qi ymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

44. Mübahisəyə MPM-in 82.3-cü maddəsinin əsassız olaraq tətbiq edilmədiyi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən həmin maddənin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

45. Lakin iddiaçının istinad etdiyi eyni tərəflər arasında baxılmış əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində hazırkı iş üçün preyudisial əhəmiyyətə malik olan araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktlar müəyyən edilməmişdir.

46. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3073/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar