Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4295/2021 02.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia tələbinə dair iş üzrə Cavabdeh1, QƏRARİ Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X4, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-271/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il ta rixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 02 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı evi Notariat Kontoru tərəfindən verilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə” əsasında irs almışdır. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı evin B tikilisi y/s 15,5 kvadrat metr hissəsi və A tikilisindən 1 otağı y/s 148 kvadrat metr hissəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 05.09.2000-ci il tarixdə FM seriyalı, 004118 saylı Qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi iddiaçının adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh3 və Cavabdeh4 ona məxsus olan və Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 112 saylı evə (bundan sonra – mübahisəli ev) istifadə hüquqları olmayan şəxslər hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 isə həmin evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin onun mülkiyyətində olan evdə formal cəhətdən qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını pozur, ona əlavə xərclər yaradır. Birinci instansiya məhkəməsinə təqdim olunmuş akta əsasən mübahisəli evdə yaşayan qonşu X3, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 167 saylı evdə yaşayan qonşu X6, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 163 saylı evdə yaşayan qonşu X8i cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mübahisəli evdə yaşamadıqlarını öz imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fuad Babayev, iş № 2(004)5119/17) 13 iyul 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə mübahisələndirilən hissədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli evin iddiaçının mülkiyyətində olması, eləcə də Cavabdeh2 həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, həmin evdə faktiki olaraq yaşamaması sübuta yetirilir. Cavabdeh2 iddiaçıya məxsus evdə qeydiyyatda qalm ası iddiaçının ona məxsus olan ev üzərində mülkiyyət hüququnun pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, hüquq münasibəti 01.09.2000-ci il tarixdən, yəni Mülki Məcəllənin qüvvəyə mindiyi tarixdən sonra yarandığından qanunun zamana görə qüvvəsinə əsasən mübahisə Mülki Məcəllənin tələblərinə əsasən həll edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasını və qonşuların iştirakı ilə tərtib olunmuş aktı əsas götürərək Cavabdeh2 mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam vermişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Fuad Talışinski: sə drlik edən və məruzəçi, Sənan Hacıyev və Rafael Eyvazov, iş № 2(103)-2979/18) 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamış və qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 213.6, 228.1, 228.2, 228.5-ci maddələri ilə əsaslandırmışdır. Cavabdehlərdən Cavabdeh2 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icr aat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov və İlqar Dəmirov, iş № 2(102)2471/2019) 09.04.2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiya məhkəməsinin 23.04.2018-ci il tarixli qətnaməsinin qismən, yəni Cavabdeh2 mübahisəli evdən istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunması və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 mübahisəli mənzili daimi olaraq tərk etməsi və bu səbəbdən mübahisəli mənzildən istifadə hüququnu itirməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyil. Cavabdehin mübahisəli mənzildə yaşamamasını n təsdiqi kimi istinad olunan aktın işə baxan məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, həmin akt qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq olunmamış, aktın nə vaxt tərtib edildiyi qeyd olunmamış, aktda cavabdehin mübahisəli mənzildə nə vaxtdan yaşamaması göstərilməmişdir. Digər tərəfdən məhkəmə tələbə qiymət verərkən işin digər halları ilə yanaşı cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəbini də nəzərə almalı idi. Cavabdeh mübahisəli mənzildə yaşamamasının səbəbini iddiaçının oğlu Heydər Hüseynovun daimi olaraq narkotik vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması ilə izah etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin bu dəlili öz təsdiqini tapmış və iddiaçının oğlu X5 narkotik vasitələrdən istifadə, oğurluq və s. cinayətlər i törətdiyinə görə dəfələrlə məhkum olunduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halları özü müəyyən etsə də, həmin halla cavabdehin mübahisəli mənzildə yaşamaması arasında səbəbli əlaqənin olub-olmamasına qiymət verməmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 aid hissədə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh2 aid hissədə rədd olunmuşdur. Məhk əmə kassasiya məhkəməsinin qərarındakı göstərişlərə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh2 mübahisəli mənzildə yaşamamasının səbəbini nəzərə almamışdır. Cavabdeh bunun səbəbini iddiaçının oğlu Heydər Hüseynovun daimi olaraq narkotik vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması ilə izah etmişdir, hansı ki iş materialları ilə də Heydər Hüseynovun narkotik vasitələrdən istifadə, oğurluq və s. cinayətləri törətdiyinə görə dəfələrlə təsdiq olunduğu öz təsdiqini tapmışdır. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş 17/61277 saylı 01.02.2018-ci il tarixli məktuba əsasən, (iddiaçının övladı) X5 məhkumluğu barədə məlumat aşağıdakı qa ydada təqdim edilmişdir: 30.07.1963-cü il təvəllüdlü X2 Rayon Məhkəməsinin 22.01.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 3 il müddətinə azadlıqdan məhrum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq, 13.09.2002-ci il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir; Yasamal Rayon Məhkəməsinin 29.03.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya haqqında qərarı tətbiq edilməklə 26.05.2009-cu il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur; Yasamal Rayon Məhkəməsinin 24.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 326.2 və 66.3 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəza müddətinin başa çatması ilə əlaqədar olaraq, 26.04.2014-cü il tarixdə 15 saylı cəzaçəkmə müəssisəsindən azad edilmişdir; Hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum H.Ə.Hüseynov Biləsuvar Rayon Məhkəməsinin 19.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 234.1 və 66.3-cü maddələrinə əsasən 5 il 6 ay müddətinə (cəzasının əvvəli 23.01.2015-ci il, cəzasının sonu 23.07.2020-ci il) azadlıqdan məhrum edilmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, əvvəlki apellyasiya baxışı zamanı məhkəmə sorğusu əsasında əldə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKİS tərəfindən v erilmiş 684 saylı, 19.04.2018-ci il tarixli arayışa əsasən Cavabdeh2 S.Bəhlulzadə küçəsi, ev 3, mənzil 86 ünvanında yaşamış, 2017-ci ilin iyul ayında həmin ev satıldığından həyət evində yaşayır. Göstərilənlərə məhkəmə belə qənaətə gəlmişdir ki, işə birinci instansiyada baxan məhkəmə apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh2 münasibətdə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və iş üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, iddia tələbi həmin cavabdehə qarşı rədd edilməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının i zahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası Cavabdeh2 mübahisəli mənzildə yaşamamasının səbəbini kimi guya iddiaçının oğlu Heydər Hüseynovun daimi olaraq narkotik vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması ilə izah etmişdir, ki, bu da işin digər halları ilə tam təkzib olunur. Belə ki, iş materialları ilə sübut olunur ki, iddiaçının oğlu Heydər Hüseynovun uzun illər həbsdə olmuş lakin Cavabdeh2 həmin müddətdə də bir dəfə də olsun mübahisəli mənzilə gəlməmiş, orada yaşamamışdır. Belə ki, o daimi olaraq, həyat yoldaşına xüsusi mülkiyyət hüququ ilə məxsus olan məzildə yaşamışdır. Göründüyü kimi işdə kifayət qədər sübutların olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi iş üzrə hüquqi faktlara düzgün qiymət verməmiş və qanunu düzgün tətbiq etməyərək maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermiş, tam və hərtərəfli araşdırma aparmadan Cavabdeh2 münasibətdə iddia tələbini rədd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tə tbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə kassasiya məhkəməsinin qərarı ilə iş yalnız iddia tələbinin Cavabd eh2 aid hissədə yeni apellyasiya baxışına göndərmiş, apellyasiya instansiyası məhkəməsi mübahisəyə yalnız həmin hissədə apellyasiya qaydasında baxmış, həmin hissədə iddia tələbini rədd etmişdir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsini mübahisələndirir. Ona görə də, tələbin mübahisələndirilməyən digər hissələri hazırki kassasiya baxışının hədlərini təşkil etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azə rbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli hissədə, yəni iddia tələbinin Cavabdeh2 aid hissədə rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmiş, qeyd edilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Ona görə də, qətnamə ləğv edilməklə yeni qərar qəbul edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin şhallarına əsasən iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia tələbə ini Cavabdeh2 aid hissədə rədd edərkən gəldiyi nəticəni iddiaçının oğlunun barəsində qəbul edilmiş cinayət işi üzrə məhkəmə hökmlərinə istinad etmişdir. Lakin işdən iddiaçının oğlu tərəfindən törədilmiş cinayət işləri ilə bağlı cavabdehin mübahisəli fərdi yaşayış evindən getməsi arasında hər hansı bir səbəbli əlaqənin olmamasına əhəmiyyət verməmişdir. Əksinə işdən görünür ki, iddiaçının oğlu Heydər Hüseynov müxtəlif cinayətlər törətməsi ilə bağlı 2001-ci ildən etibarən təqribən 13 il müddətində cəzaçəkmə müəssisələrində olmuş, bu səbəbdən də mübahisəli evdə yaşamamışdır. Cavabdeh göstərilən vaxtlarda da mübahisəli evdə yaşamamış, buna təşəbbüs göstərməmişdir. İşdən görünür ki, mübahisəli fərdi yaşayış evinə dair iddiaçının adına 05.09.2000-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11.07.2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, onstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Mə cəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Təfərlər arasında mübahisəli fərdi yaşayış evi ilə bağlı istifadə hüququna dair münasibətlər evin iddiaçının adına dövlət qeydiyyatına alındığı andan, yəni 05.09.2000-ci il tarixdə yarandığınından mübahisəyə hazırda qüvvədə olan Mülki Məcəllənin 228-ci maddlərinin müddəaları tətbiq edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarda istinad edilən qərarına görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyə tçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarda istinad edilən qərarına görə, “Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarları və Mülki Məcəllənin 228.1, 228.2 və 228.5-ci maddələri mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu, həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə və belə hüququn əmələ gəlməsini, həyata keçirilməsi şərtləri ni və xitamını mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə şərtləndirmişdir”. Baxılan işdə iddiaçı ilə cavabdeh arasında mübahisəli evlə bağlı istifadə hüququna dair həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması müəyyən edilmir. Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq edilməli olan normaları tətbiq etməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir MPM-nin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkə məsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin 418.2-ci maddəsinə görə, bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. MPM-nin 417.1 və 417.1.4-cü maddəsinə görə, kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət olmadığından yeni qərar qəbul edilməli və iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-271/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisəli hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh X1 ididaçı İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Qədirli kü çəsi 112 saylı evə istifadə hüququna xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.