Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4297/2022 24.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahiblik və istifadə hüquqlarının maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakdan sərbəst istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)2501/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respub likası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Hərbi Şəhərcik 3, ev 3, 2 saylı mənzil Cavabdeh1 mülkiyyətindədir.
2. Həmin evin yerləşdiyi torpaq sahəsində X5 və onun qızı X2 faktiki istifadəsində olmuş tikili yerləşir.
3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası qismən təmin edilərək, cavabdehlər X5 və X2 iddiaçının həyətyanı sahə kimi istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılmaları, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2013-cü il tarixli qətnaməsi ilə cavabdeh X 5 apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddiaçı X3 cavabdehlər X6 və X1rşı Bakı şəhəri, ünvan 1 ünvanında olan torpaq sahəsindən və üzərində olan tikilidən çıxarılma tələbinə dair iddia ərizəsi rədd edilmişdir.AR Ali Məhkəməsinin Mülki kollegiyasının 13 sentyabr 2013-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Krijanovskaya Larisa Qriqoryevna cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə, daha sonra isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə yə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələrin aradan qaldırılması, həmin ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi, evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın, məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 20 manat dövlət rüsumunun, Xırdalan şəhər Vəkil Bürosu ilə bağladığı hüquqi yardıma görə ödədiyi 100 manat məbləğində xidmət haqqının, ümumilikdə 720 manat pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının anası X9 2003-cü ildə qohumları X7 ilə ünvan 3 ünvanında 35 0 kv.m ərazidə olan torpaq sahəsində 150 kv.m ayrılaraq ev tikməyi barədə şifahi razılığa gəlmiş və həmin sahədə fərdi yaşayış evi tikmişdir. 2013-cü ildə X7 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, X8 və X2 həmin evdən və torpaq sahəsindən çıxarılması ilə bağlı iddia qaldırmış, son nəticədə məhkəmə iddianı rədd edərək, həmin işdə iddiaçının torpaq və ev üzərində mülkiyyət hüquqlarının olmamasını göstərmişdir. 2013-cü ilin dekabr ayında iddiaçının anası dünyasını dəyişdikdən sonra həmin fərdi yaşayış evində iddiaçı tək yaşamağa başlamışdır. Lakin cavabdeh və onun ailəsi orada normal yaşaması üçün hər cür maneçilikləri yaratmağa, ümumi bir həyət olması və eyni darvazadan həyətə daxil olmaları, iddiaçının həmin mənzildə tək yaşamağından istifadə edərək, fiziki və psixoloji təs irlər etməyə başlamışdır. Ümumi həyətə daxil olmaq üçün iddiaçı qonşulardan divara çıxmağa və qapını açmağı xahiş etmiş, bir dəfə divarın üzərindən çıxıb qapını açarkən düşüb ayaqlarını əzmişdir. Bundan başqa, cavabdehlər evinə gələn qonaqları qovub, iddiaçını təhqiramiz formada alçaltmış, qış aylarında qazını, yay aylarında isə suyunu kəsərək evini tərk etməyə məcbur etmişlər. Nəhayət cavabdehlər həyət qapısının qıfılını dəyişib, onu evinə buraxmamağa başladılar. Dəfələrlə polisə şikayət etsə də, ona məhkəməyə müraciət etmək məsləhət bilinmişdir. İddiaçı məcbur olub rəfiqələrinin evində, sonra isə kirayə tutub qalmağa başlamışdır.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)7715/2021 qətnaməsi ilə (hakim İ.Ə.Əliyev) iddia təmin edilməmişdir.
7. Birinci i nstansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 146.3, 152.2, 152.3, 152.5, 157.4, 157.8-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, sözügedən torpaq sahəsinə və tikiliyə dair iddiaçının hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İrəli sürülən tələb isə faktiki olaraq iddiaçıya məxsusluğu təsdiq olunmayan torpaq sahəsinə sərəncam verilməsi ilə bağlıdır. Hərçənd ki, iddiaçı tələbini “sahiblik və istifadə hüququna maneələrin aradan qaldırılması” kimi adlandırmışdır. Lakin iddiaçının tələbinin faktiki əsası mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə, torpaq sahəsinin orada yerləşən tikililərə uyğun proporsional qaydada bölünməsindən ibarətdir. Yəni iddiaçı əslində mübahisə edilən torpaq sahəsinə ayrıca qapı (hasar, darvaza) qoyulmasının və faktiki olaraq torpaq sahəsinin bölünməsini tələb edir ki, bununla da, həmin torpaq sahəsindən istifadəyə edilən maneələr aradan qalxmış olsun.
8. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi rəsmi reyestrdə qeydə alınmamış daşınmaz əmlaka dair hər hansı hüquq müəyyən edilə bilməz. İddiaçının iddia tələbinin digər hissələri isə törəmə tələblər olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, işin halları ilə cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması müəyyən edilmir. Odur ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. İddiaçı Krijanovskaya Larisa Qriqoryevna apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)-7715/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsi ilə (hakim E.C.Kazımovun sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 2(001)-7715/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə göstərmişdir ki, iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 157.4, 157.8, 158.4-cü maddələri nəzərdən keçirilə bilər. Lakin faktiki hallar həmin yaxud digər hansısa maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğun gəlmir.
12. İşdən görünür ki, iddiaçının cavabdehlərə qarşı olan tələbi üç hissədən ibarətdir. İddiaçı tələbinin birinci hissəsində qeyd edir ki, cavabdehlər tərəfindən ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə daxil olmaq üçün qapı qoyulmasına yaradılan maneələr aradan qaldırılsın. Mübahisəli ünvandakı ti kiliyə iddiaçının hər hansı bir hüququnun olub-olmamasından asılı olmayaraq iddiaçı həmin ünvanda yeni tikinti işləri aparmaq istəyir və məhkəmədən də istəyi ondan ibarətdir ki, bu tikintini aparması ilə bağlı cavabdehlər ona maneə yaratmasın. Ancaq tikinti işlərinin aparılması üçün iddiaçı ilk növbədə buna aidiyyəti orqanlardan lazımi icazələr almalıdır. Çünki tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikintiyə lazımi icazələr aldıqdan sonra, başqa sözlə tikintinin aparılması qanunsuz olmadıqda cavabdehlərin buna yaratdığı maneələr onlara qadağan edilə bilər. Lakin iddiaçı tərəf tikinti aparılması üçün hansısa orqandan lazımi icazələr almasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının adına həmin ünvanda işıq, qaz və su sayğacının olması da qanunsuz tikilinin aparılması üçün əsas ola bilməz. Çünki, iddiaçıya həmin ünvanda kommunal xidmətlərin göstərilməsi özbaşına inşa olunmuş tikilidə əlavə özbaşına tikinti işlərinin davam etdirilməsinə əsas vermir. Buna görə də, iddiaçının birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 157.4 və 157.8-ci maddələrinin tələblərini pozmasını bəyan etməsi hələ həmin normaların həqiqi pozulması demək deyil. Çünki, iddiaçı mülkiyyətçi olmayıb əmlaka sahiblik edən şəxs olsa da, bu hal ona icazəsiz özbaşına tikinti aparması üçün hüquq vermir.
13. Tələbin ikinci hissəsi üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, həmin tələb ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı hər cür özbaşınalığın qadağan edilməsi ilə bağlıdır. Lakin iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsi yoxdur. Məhkəmə iclaslarında iştirak etmir. Cavabdeh3 apellyasiya baxışı zamanı təqdim etdiyi fotoşəkillərdən və izahatlarından bəlli oldu ki, əslində hazırki iddianı qaldırmaqda iddiaçı deyil, üçüncü şəxslər maraqlıdır, iddiaçının isə Azərbaycan Respublikasına gəlmək niyyəti yoxdur. Məhz həmin üçüncü şəxslərin istəyi ilə tələbin bu hissəsinin təmin ediləcəyi təqdirdə istənilən şəxsin cavabdehlərin yaşadığı evin həyətinə daxil olmaq üçün şərait yaratmaq istəyirlər. Bununla yanaşı, cavabdehlərin iddiaçının razılığı ilə h əmin evə gələn şəxslərə qarşı özbaşınalığın edilməsinə dair məhkəməyə hansısa sübut təqdim edilməmişdir. Bir də ki, cavabdehlər hər dəfə iddiaçının evinə gələnlərin sonuncunun razılığı ilə olub-olmamasını necə yoxlamalıdırlar. Əlbəttə ki, bu cür tələb irəli sürülməzdən əvvəl bunun nə dərəcədə keçərli olmasının mümkünlüyü də iddiaçı özü üçün müəyyənləşdirməli idi.
14. Tələbin üçüncü hissəsi evə buraxılmadığı müddət ərzində üç aylıq kirayə haqqı olaraq ödədiyi 600 manatın tutulmasıdır. Bu tələb üzrə apellyasiya məhkəməsi göstərmişdir ki, iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır və onun daimi yaxud müvəqqəti mübahisəli evdə yaşaması təsdiq olunmur. Eyni zamanda, iddiaçı evə buraxılmadığı müddət ərzində üç aylıq yaxud başqa məbləğdə hansısa şəxsə kirayə haqqı ödəmişdirsə, ilk növbədə buna d air məhkəməyə sübut təqdim etməli idi. Belə bir halın mövcudluğu isə sübuta yetirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
15. İddiaçı Krijanovskaya Larisa Qriqoryevna kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 43, 69, 127-ci, Mülki Məcəllənin 157.4, 157.8, 180.1-ci, mülki Prosessual Məcəllənin 9.1, 9.3, 78.1, 380-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsinin presen t qərarları pozulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki iş üzrə qərarları ilə iddiaçının mübahisəli mənzildə yaşamaq hüququ təsdiq edilmişdir. Lakin cavabdehlər zora əl atmağa, qapını bağlayaraq iddiaçını içəri buraxmamağa, onun yanına gələn həkim, tibb işçisi və digər tanışlarına hücum edib çölə çıxarmağa çalışmış və apellyasiya məhkəməsi şəxsin mənzildən qanunsuz məhrum edilməsinə nəzərə almamışdır. Həmçinin məhkəmə iddiaçının Gürcüstan Respublikasının vətəndaşı olduğuna və Azərbaycan Respublikasında daimi yaşamaq icazəsinin olmamasına görə mülki hüquqlarının təmin etməsindən imtina etməsi qanunsuz olmuşdur. Onun daimi yaşama icazəsinin olmaması mənzildən istifadə hüququnun təmin edilməməsinə birbaşa müdaxilədir. Məhkəmə işin halla rını, iddiaçının mübahisəli evdə yaşadığını, 2012-2013-cü illər ərzində tərəflər arasında olan məhkəmənin qərarı ilə iddiaçının istifadə və sahiblik hüququnun olmasını nəzərə almamışdır. Həmçinin tikinti işlərinin aparılması üçün icazələr Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəsli ilə müəyyən olunmuşdur. Həmin müddəalara görə şəxsin özü üçün qapı yerinin açmasına heç bir məhdudiyyət yoxdur. Məhkəmə iddiaçının Azərbaycan Respublikasına gəlmək niyyətinin olmamasını göstərsə də, bu niyyətin nə ilə müəyyən edildiyi anlaşılmır. İddiaçı özü şəxsən nümayəndəsinə etibarnamə vermiş və məhkəmədə təmsil etmək üçün müqavilə bağlamışdır.
17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
18. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının göstərilən məzmunda iddia verməyə subyektiv hüququ olmamış, apellyasiya məhkəməsinin qətnaməsi qanuni olmuşdur. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlama q zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəll ədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət ver ir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktl arı rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tut duğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublik asının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəl i gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, hazırki iddia üç tələbdən ibarətdir.
26. Məhkəmə kollegiyası birinci və üçüncü tələblər üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin tələblərin qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.
27. Belə ki, birinci tələb iddiaçının istifadəsində olan yaşayış evinə qapı açılması ilə bağlıd ır. Lakin iddiaçının mübahisəli evə mülkiyyət hüququ mövcud deyil, həmin tikili faktiki olaraq özbaşına inşa olunmuşdur. Özbaşına tikilidə isə hər hansı dəyişikliklərin edilməsi, o cümlədən qapının açılmasına dair məhkəmə qərarının verilməsinə dair tələb əsaslı ola bilməz.
28. Bu tələblə bağlı iddiaçının Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 14-cü fəslinə istinadı da əsaslı hesab edilə bilməz. Belə ki, həmin Məcəllənin 79-cu maddəsində qeyd olunan tikinti üçün icazə tələb olunmayan hallar yalnız mülkiyyətdə, icarədə və ya qanuni istifadədə olan torpaq sahələrinə aiddir.
29. İddiada irəli sürülən üçüncü tələblə də bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, iddiaçı cavabdehlərdən kirayə haqqının tutulmasını tələb etsə də, bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu təqdim etməmişdir.
30. Lakin iddianın ikinci tələbi ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hissədə qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamış, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
31. Belə ki, işin müəyyən olunan halı ondan ibarətdir ki, mübahisəli ev iddiaçının və onun anasının faktiki sahibliyində və istifadəsində olmuşdur. Cavabdehlərin ailə başçısı olmuş X7 məhz onların hər ikisini cavabdeh kimi göstərməklə, tikilidən çıxarılmasını məhkəmə qaydasında tələb etmiş, həmin tələb tikilinin ona məxsus olmasının sübut edilməməsi və belə tələb irəli sürməyə subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilmişdir.
32. Beləliklə, həmin qətnamə ilə müəyyən olunmuşdur ki, mübahisəli ev özbaşına tikili olsa da, faktiki olaraq iddiaçının və onun anasının sahibliyində və istifadəsində olmuşdur. Həmin hal hazırki iş üzrə cavabdehlər üçün də MPM-in 233.3-cü maddəsinə əsasən preyudisial əhəmiyyətə malikdir.
33. Mübahisəli tikili iddiaçının faktiki sahibliyində və istifadəsində olduğu halda isə, cavabdehlər ona həmin hüquqları həyata keçirməyə mane ola bilməzlər. Bu zaman məhkəmə kollegiyası iddiaçı Gürcüstan Respublikası vətəndaşı olması, onun Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazəsinin olmamasına dair apellyasiya məhkəməsinin qeyd etdiyi dəlilləri ilə razılaşmır. Belə ki, hər hansı şəxsin xarici vətəndaş olması onun sahibliyinə müdaxilənin əsas olması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən Azərbaycan Respublikasında daimi yaşamaq hüququ miqrasiya qanunvericiliyi ilə müəyyən olunur və hazırda belə hüququn rəsmiləşdirilməməsi iddiaçının öz əmlakına sahib olmaq hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz.
34. Həmçinin iddianın üçüncü şəxslərin xeyrinə qaldırılmasına dair dəlil əsaslı ola bilməz. Əmlakın sahibi öz əmlakından başqa şəxslərin istifadəsinə razılıq verə bilər.
35. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə hazırki tələbə Mülki Məcəllənin 157.8 və 165.1-ci maddələrinin tələblərini baxımından hüquqi qiymət verilməli idi ki, apelyasiya məhkəməsi tərəfindən həmin maddələrin tətbiqini nəzərdən keçirilməmişdir.
36. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli süb utu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...
38. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.
39. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.
40. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Krijanovskaya Larisa Qriqoryevna tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsi qismən, iddianın mübahisəli evə iddiaçının razılığı ilə gələn şəxslərə qarşı özbaşınalığın qadağan edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2022-ci il tarixli, 2(103)-2501/2022 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.