Məhkəmə qərarları › İş №2(102)-4300/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4300/2019

24.06.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4300/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “səhmdarların ümumi yığıncağının protokolunun ləğv edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyas ının 06 fevral 2019-cu il tarixli 2(103)2002/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin ləğv edilməsi ilə bağlı səhmdarların ümumi yığıncağının protokolunun ləğv edilməsi və cəmiyyətin fəaliyyətinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.06.2008-ci il tarixli № ********* saylı depo hesabından çıxarışa əsasən Cavabdeh1 ASC-nin səhmdarlarından biridir. “Cavabdeh1" ASC- nin səhmdarlarının 12 iyun 2018-ci il tarixli ümumi yığıncağında ASC-nin 2017-ci il üçün illik balansının və hesabatının təsdiqi, dividentlərin ödənilməsinə dair, ASC-nin ləğv edilməsinə dair, ASC-nin ləğv edilməsi ilə əlaqədar və ləğvetmə komissiyasının yaradılmasına dair məsələlər və digər məsələlər müzakirə olunmuş və gündəlikdə duran qeyd edilən məsələlər barədə qərar qəbul edilmişdir. ASCnin səhmdarlarının 12 iyun 2018-ci il tarixli ümumi yığıncağı səhmdarların ümumi yığıncağının çağırılması qaydalarına zidd olduğundan ləğv edilməlidir. Belə ki, 12 iyun 2018-ci il tarixli ümumi yığıncağın çağırılması barədə bildirişdə səhmdarların ümumi yığncağın gündəliyində duran məsələlər barədə materiallarla tanış olunması qaydası, onların əldə edilmə qaydası düzgün və səlis ifadə olunmamışdır. Belə ki, MM-nin 107-1.5.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası səhmdara göndərilmiş bildirişdə göstərilməlidir. Bundan başqa, səhmdarların ümumi yığıncağının protokolu tərtib edilərkən protokolun tərtib edilməsi qaydalarına əməl edilməmişdir. Belə ki, MM-nin 107-6.2.1-ci maddəsinə əsasən ümumi yığıncağın keçirilmə vaxtı və yeri səhmdarların ümumi yığıncağının protokolunda mütləq göstərilməlidir. Lakin ASC-nin 12 iyun 2018-ci il tarixdə keçirilən ümumi yığıncağında tərtib edilmiş səhmdarların ümumi yığıncağının protokolunda yığıncağın keçirilmə yeri göstərilməmişdir. Protokol tərtib edilərkən mülki qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur, bu baxımdan 12 iyun 2018-ci il tarixli səhmdarların ümumi yığıncağının protokolu ləğv edilməlidir. Bunda n başqa, gündəlikdəki məsələlərdən biri də ASC-nin ləğv edilməsinə dair məsələ olmuşdur. 12 iyun 2018-ci il tarixli protokolda ASC-nin hansı qaydada ləğv edilməsi, ləğvedilmə müddəti, ləğvetmə komissiyasının səlahiyyətləri müəyyən edilməmiş, ləğvetmə komissiyasının işinin nədən ibarət olması müəyyən edilməmiş, bir sözlə qanunvericiliyin tələbinə əsasən mütləq əks olunmalı məlumatlar əks olunmamış və nəticədə qanunvericiliyin tələbləri də kobud şəkildə pozulmuşdur. 12 iyun 2018-ci il tarixdə keçiriləcək iclasa dəvət olunmaq barədə göndərilmiş bildirişdə yığıncağın növbəti və növbədənkənar məsələsi də müəyyən olunmamışdır. Halbuki MM-nin 107-1.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. ASC tərəfindən göndərilmiş bildirişlərdə çağırılan ümumi yığı ncağın növbəti və növbədənkənar olması məsələsi müəyyən olunmamış və nəticədə qanunvericiliyin tələbinə əməl olunmamış, yığıncağın çağırılması qaydaları pozulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (hakim Aytən Mirzəzadə) 2(004)-6417/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) 06.02.2019-cu il tarixli 2(103)-2002/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6417/2018 saylı 29 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 06.02.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfində tam və hərtərəfli araşdırma aparılmamış, Mülki Məcəllənin 107-1.5.4, 107-1.1, 107-5.1, 107-6.2.1, 60.1-ci maddələrinin tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kolleg iyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, iddiaçı Cavabdeh1 ASC-nin səhmdarlarından biridir. Cəmiyyətin səhmlərinin ümumi miqdarı 93663, səhmdarların sayı 10-dur. İddiaçı 80 səhmə (0,0854 faiz) malikdir. X1 92936 səhmin (99,2238 faiz) sahibidir. Cavabdeh1 ASC-nin adından iddiaçıya ünvanlanmış 25.04.2018-ci il tarixli 05/4 saylı məktubdan görünür ki, iddiaçı 12.06.2018-ci il ta rixdə saat 10.00-da Bakı şəhəri, İnşaatçılar prospekti 31 ünvanında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının keçirilməsi barədə xəbərdar olunmuşdur. Məktubda yığıncağın gündəliyinə salınmış məsələlər (cəmiyyətin 2017-ci il üçün illik balansının və hesabatının təsdiqi, dividentlərin ödənilməsi, cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və s.) göstərilmiş, həmçinin iddiaçıya gündəlik üzrə materiallarla tanış olmaq üçün müraciət edə biləcəyi ünvan və əlaqə telefonları barədə məlumat verilmişdir. İşdə olan Cavabdeh1 ASC-nin səhmdarlarının ümumi yığıncağının 12.06.2018-ci il tarixli protokolundan görünür ki, ümumi yığıncaqda 8 nəfər səhmdar iştirak etmişdir ki, onların da ümumilikdə səhmlərinin sayı 93592-dir (ümumi səhmlərin 99,92 faizi). Yığıncaqda Cavabdeh1 ASC-nin 20 17-ci il üçün balansının və illik hesabatının təsdiq edilməsi, habelə dividentlərin bölgüsü barədə qərarlar yekdilliklə qəbul olunmuşdur. Cəmiyyətin ləğv edilməsi və ləğvetmə komissiyasının yaradılması, ləğvetmə ilə bağlı digər hərəkətlərin edilməsi barədə qərarlar isə lehinə 93076 səslə (səhmlə), əleyhinə 516 səslə (səhmlə) qəbul olunmuşdur. Apellyasiya instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, işdə ümumi yığıncağın çağırılması barədə bildirişdə səhmdarlarının ümumi yığıncağının keçirilməsi barədə məlumat verilərək, məktubda yığıncağın gündəliyinə salınmış məsələlər (cəmiyyətin 2017-ci il üçün illik balansının və hesabatının təsdiq i, dividentlərin ödənilməsi, cəmiyyətin ləğv edilməsi, ləğvetmə komissiyasının yaradılması və s.) göstərilmiş, həmçinin iddiaçıya gündəlik üzrə materiallarla tanış olmaq üçün müraciət edə biləcəyi ünvan və əlaqə telefonları barədə məlumat verilmişdir.Buna görə də, ümumi yığıncağın gündəliyində duran məsələlər barədə materiallarla tanış olma qaydasının göstərilməməsinə dair iddiaçının dəlili açıqaşkar əsassızdır. Həmçinin bildirişdə iclasın növbəti və ya növbədənkənar olmasının göstərilməsi barədə Mülki Məcəllədə məcburi qayda müəyyən olunmadığına görə iddiaçının həmin dəlili də açıq-aşkar əsassızdır. Bundan başqa iddiaçının həm iddia ərizəsində, həm də apellyasiya şikayətində göstərdiyi yığıncağın iclas protokolunda onun keçirilmə yerinin göstərilməməsi barədə dəlilləri də açıq-aşkar əsa ssızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, yığıncağın keçirilməsi barədə bildirişdə onun keçiriləcəyi yer göstərilmiş, həmçinin iddiaçı ümumi yığıncaqda iştirak etmişdir. İddiaçının növbəti dəlili isə ondan ibarətdir ki, ümumi yığıncağın qərarında cəmiyyətin ləğvetmə qaydası və müddəti göstərilməmişdir. Ümumi yığıncağın protokoluna nəzər salanda aydın olur ki, cəmiyyətin ləğv edilməsi ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş zəruri hərəkətlərin edilməsi- mətbuatda elanın verilməsi və s. məsələlər də müzakirə olunmuşdur. Ləğvetmə müddətinin müəyyən edilməməsi isə bütövlükdə hüquqi şəxsin ləğvinə dair qərarın mahiyyətinə və qanuniliyinə təsir edə bilməz, həmin məsələ formal prosedur xarakterlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən mad di və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə cəmiyyətin adı və olduğu yer, səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı, səhmdarların ümumi yığıncağının gündəliyi, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası göstərilməlidir. Səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm-bir səsdir" prinsipi əsasında həyata keçirilir. Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal n əzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir (107-1.5, 107-2.1, 107-3.5, 107-5.1-ci maddələr). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2011-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli komm ersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişm əsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur. Hər bir kommersiya təşkilatının əsas məqsədi gəlirin əldə olunmasıdır. Bu məqsədə nail olmaq üçün onlar müxtəlif, o cümlədən təşkilatın yenidən təşkili ilə bağlı qərarlar qəbul edirlər. Bu hallarda dövlətin səlahiyyətli orqanlarının belə qərarların iqtisadi cəhətdən məqsədəuyğunluğunu yoxlamaq səlahiyyəti yoxdur. Bununla belə, dövlət səhmdar cəmiyyətinin bütün iştirakçılarının mülkiyyət hüquqlarının qarantı olaraq bu qərarların qəbul olunması üçün qanunvericilikdə müvafiq prosedur qaydalarını müəyyən edib, onlara riayə t olunmasına nəzarət etmək vəzifəsini daşıyır və hüquqları pozulmuş şəxsləri səmərəli müdafiə mexanizmləri vasitəsilə müdafiə etməlidir. Belə yanaşma eyni zamanda Səhmdar Cəmiyyətin əmlakı barəsində sərəncam verilməsi ilə bağlı səlahiyyətinə də aid edilməlidir. Səhmdar cəmiyyət hər bir halda öz əmlakını həyata keçirdiyi fəaliyyəti və mənafeyi baxımından özgəninkiləşdirmək hüququ vardır ki, belə hüququnun isə məhdudlaşdırılması yolverilən hesab edilə bilməz. Buna müvafiq olaraq, Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə müvafiq olaraq qanunverici bütün səhmdarların hüquqlarının qorunması məqsədilə, səhmdar cəmiyyətinin ümumi yığıncağının səlahiyyətli olması şərtlərini nəzərə alaraq, səhmdar cəmiyyətində qəbul olunan qərarın əhəmiyyətindən asılı olaraq belə qərarların qəbul olunması üçün tələb olunan müxtəlif əksəriyyət hədlərini müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Eyni zamanda, həmin Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa görə, səhmdarların ümumi yığıncağının qərarı “bir səsli səhm – bir səsdir” müddəası nəzərə alınmaqla ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir.... Səhmdarların cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi, cəmiyyətin yenidən təşkili ilə və öz əmlakını özgəninkiləşdirilməsi ilə bağlı qərarların qəbul olunmasında iştirak etməməsi və yaxud bu qərarların əleyhinə səs verməsi onların mülkiyyət hüquqlarını öz-özlüyündə pozmur. Belə ki, korporativ münasibə tləri nizamlayan hüquqi rejim səhmdarlara onların öz iradəsindən asılı olmayaraq tətbiq edilmir, bu münasibətlər çoxtərəfli razılaşmaya əsaslandığından onlarda iştirak məcburi deyildir. Hər bir səhmdar qabaqcadan bilir və ya bilməlidir ki, səhmdar cəmiyyəti öz əmlakını nizamnamə kapitalının əksəriyyətinə sahib olan səhmdarlar tərəfindən şirkətin nizamnaməsinin uyğun olaraq özgəninkiləşdirə bilər. Həmçinin nəzərə almaq lazımdır ki, bir səhm onun sahibinə öz-özlüyündə səhmdar cəmiyyətinin müqəddəratını müəyyən etmək deyil, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququ verir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçıların iddia tələbinin əsası kimi istinad etdikləri və apellyasiya şikayətində göstərdikləri hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən göstərilən dəlillərə hüquqi qiymət verildiyini və məhkəmə kollegiyasının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə görə, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya kollegiyası tərəfindən isə iş üzrə kassasiya şikayətində qeyd edilən maddi və prossesual normaların apellyasiya instansiya məhkəməsi tərəfindən pozulması halı müəyyən edilməmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiy a Məhkəməsi Mülki Kollegiyasının 06 fevral 2019-cu il tarixli 2(103)2002/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar